AQRA.AZ

Bir daha akademik Asəf Nadirov haqqinda

Hərfləri böyüt

2014-cü ildə Azərbaycana qarşı təşkil edilən növbəti hücumun 10 ili tamam olur. Bu təxribatın qarşısının alınmasında önəmli xidmətləri olan əsl vətənpərvər alim-ziyalılarımızdan olan Asəf Nadirovun bu il mart ayının 13-də 85 yaşı tamam olur.
10 il bundan öncə 2004 – cü ildə növbəti hücumla – bu dəfə çox qədim tariximizi, mədəniyyətimizi, milli kimliyimizi hədəf alaraq çox uzun illər boyu hazırlanan 2004-2005-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan müsair KİV –in köməyi ilə: adına elmi ekspedisiya adı qoyularaq başqa xalqların nümayəndələrinin əli ilə həyata keçirilməsi nəzərdə tutulan bir hücumla qarşılaşdıq. Respublika rəhbərliyinin və onun səlahiyyətli orqanlarının qarşısını ala bildiyi A. Polyakovun “Nuhun izi ilə” adlanan bu təxribatınının önlənməsində önəmli xidmətləri olan alim və ziyalıların bir qismi barəsində “Elman Əliyev: olduğu və göründüyü kimi” kitabında ətraflı bəhs olunmuşdur. ( www.aqra.az digər bölümü, səh 275-296 . )

 Onlardan biri də görkəmli iqtisadçı alim, akademik, Milli Elmlər Akademiyasının müşaviri Asəf Nadirov idi. Həmin vaxt bu gördüyü işlərə görə ona “sağ olun, deyə minnətdarlıq etdikdə o, buna sağ ol düşməz, bu bizim vətəndaşlıq borcumuzdur” deyə cavab vermişdi...

Əlavə onu da qeyd etmək yerinə düşər ki,2012-ci ilin ortalarında Asəf müəllim “AqRa” EİDİB-in qeydiyyatdan keçməsi üçün AMEA-dan razılıq məktubunun da alınmasında öz köməyini əsirgəmədi, lazimi şəxslərlə danışıq apararaq bu sənədin alınmasına da yardım etdi...

 

 

 2014-cü ildə Azərbaycanın görkəmli iqtisadçı alimi Asəf Nadirovun 85 yaşı tamam olur

 

 

 Elman Əliyev: Olduğu və göründüyü kimi

 

Add comment


Security code
Refresh