AQRA.AZ

“ AqRa” EİDİB-ə ünvanlanmış BAYRAM təbrikləri

Hərfləri böyüt

  Hörmətli AQRA EİDİB-in üzvləri!

   AQRA EİDİB-in əhatə dairəsi Dünyanın virtual məkanında günbəgün artır.

   Bu o deməkdir ki, Dünyanın müxtəlif ölkələrində geniş oxucu kütləsi AQRA EİDİB-in vasitəsi ilə Azərbaycanımızın qədim tarixi, mədəniyyəti, adət və ənənələri,ədəbiyyatı ilə yaxından tanış olaraq, haqqımızda müəyyən biliklər əldə edirlər.

          AQRA EİDİB-in kollektivi ilə yanaşı, onun bütün oxucularını, pərəstişkarlarını və təəssübkeşlərini bir daha Novruz   bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.

Hörmətlə, Vaqif Cəfərov, mühəndis

Hörmətli  Mirələkbər  müəllim! Sizi Novruz Bayramı
münasibətilə təbrik edir, Sizə və ailə üzvlərinizə can
sağlığı, işlərinizdə  böyük uğurlar arzu edirəm.

Hörmətlə, Xanım Xanızadə

AMEA-nin Cografiya İnstitutunun əməkdaşı

Salam,  əziz və çox hörmətli  Mirələkbər müəllim!  Sizi, şəxsinizdə ailənizi və kollektivinizi ən əziz və ən gözəl milli bayramımız - Novruzun gəlişi münasibətilə səmimi təbrik edirəm. Sizlərə gələn Novruzadək möhkəm can sağlığı, xoşbəxt və firavan həyat,  şad günlər, işlərinizdə yeni yüksəliş və uğurlar diləyirəm. Bahar çiçəkləritək sizlərin də  ən ümdə arzularınız  günbəgün gül açıb gerçəkləşsin! Neçə belə bayramlara!

Ələkbər Qasımov,sənətşünaslıq namizədi,

AMEA-nın Naxçıvan bölməsi

Hormətli Mirələkbər muəllim, salam.

Sizi Novruz Bayrami munasibəti ile təbrik edir,can sagligi, işlərinizdə yeni ugurlar arzulayiram.
Hormətlə,

Valeh Baxshali, texnika elmləri doktoru,

Azərbayçan Texniki Universitetinin professoru

Əziz soydaşlarımız,

Novruz, dinclik içində, dost, qardaşlıq və şənliklerlə qarşılanması lazımdır. Bütün insanlıq üçün sevgi, barış və qardaşlıq kimi dəyərlərin əhəmiyyətini xatırladan bir bayramdır. Novruz Bayramınız Mübarek!

Qoy bu təravətli Novruz bayrami süfrənizi ruzu, qəlbinizi ise xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!

           Bayramınız mübarək, ürəyiniz ümidli, ümidleriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun! Novruz bayramınız mübarək olsun!

Kazaxstan Respublikası

Kazaxstan xalqları asambleyası

Respublika ictimai birliyi

“Turan” azərbaycanlıların konqresi

Museib Novruzov

Salam, əziz həmkarlar! Hamınızı axır çərşənbə günü münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək! 
Əsrlərdən keçib müasir zamanəmizə çatan bəzi inancları, nənələrin dilindən eşitdiyim kimi sizə çatdırmaq niyyətindəyəm. 
*Bayramda cücərdilən səmənini bayramdan sonra mütləq dənizə, çaya ya da, su hovuzuna atmaq lazımdır. Su paklıqdır və bərəkəti artırıb çoxaldandır.
* Bayram süfrəsinə mütləq balıq qoymaq lazımdır, bu var-dövlət deməkdir. Bu il Təbrizdə olanda bir sürücüdən eşitdim ki, İranda Novruz bayramında süfrəyə şüşə qabda diri qırmızı balıqlar qoyurlar, bayramdan 3 gün sonra o balıqları Araz çayına atıb onları azad edirlər. Nəticədə həmin insanların da çətin işləri asan olur. ağırlıqdan və əsarətdən azadlığa çıxırlar. 
*Bayram şirniyyatını bişirəndə sobadan çıxan ilk şirniyyatı yalnız ev adamları yeməlidir. Sonrakı bişmişlərdən qonşulara pay vermək olar.
* Novruz bayramında axır çərşənbə gecəsi arzunu kağıza yazıb balışın altına qoymaq lazımdır.
* Bir boşqaba çiy yumurta və iki qələm, qara və qırmızı qələm qoyarlar. Niyyət edib yatırlar. Səhər mütləq o yumurtanın üzərində xətt olacaq. Arzu həyata keçəcəksə, qırmızı, keçməyəcəksə qara qələmlə işarə olur. İnanca görə bunu Xıdır Nəbi işarə edir.
* Bayram şamlarını üfürüb söndürmək olmaz, tonqallara su töküb söndürmək olmaz.
*Nişanlı qızlara şirniyyat aparanda xonçaya qoğal qoyulmaz, çünki onun içində duz və istiot olur.
* Nişanlı qızlara bayram payı aparanda ayaqqabı və ev başmağı aparmazlar, bu darlıq gətirər. 
Bu inancların sayı -hesabı yoxdur. Nə qədər belə əhəmiyyətli hikmətlər nənələrin sinəsində torpağın altına gedib. 
Qoy yadda qalanları övladlarımız bilsin və onları yaşatsın. 
Novruz Bayramınız mübarək!

Gulara Munis, şairə-publisist,

Azərbaycan Yazıcılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü

 

 

Bayramınız mübarek,sevincleriniz tükenmez olsun !   

      Sədaqət Musayeva,    

Azərbaycan Dillər Universitetiniin baş müəllimi


          

Comments   

 
0 #1 Abbas Novruzov 2014-12-30 06:30
Hörmətli Mirələkbər müəllim !
Sizi və bütün kollektivinizi Yeni il münasibətilə təbrik edirəm ! Arzu edirəm ki, bu Yeni ildə Uca Tanrımız süfrənizi ruzi-bərəkətlə, qəlbinizi isə xoş hislərlə doldursun. Qoy Sizin bütün arzularınız sonsuz, ümidləriniz isə gerçək olsun ! Yeni İliniz mübarək olsun !!!
Quote
 

Add comment


Security code
Refresh