AQRA.AZ

Göy Gündəb türbəsinin həndəsi naxışları

Hərfləri böyüt

MARAĞA GÖY GÜNBƏD TÜRBƏSİNİN MEMARLIQ QURULUŞU
Azərbaycan memarlığının XI-XIII yüzillərdə sürətlə inikişaf edib bişimləşən memarləq tiplərindən ən bitkini qülləvari türbələrdir. Dünya nenarlığında insan xatirəsini minumental biçimlərlə əbədiləşdirməyin ən uğurlu örnəklərindən olan bu xatirə tikililərinin adının önünə çox vaxt “slcuq” soyadı artırılı; intensiv bicimləşmə çağı XI-XII yüzillərdə Cəlcuq imperiyası hüdudlarında getdiyindən elmi ədəbiyyatlarda onlar hən də “səlcuq türbəsi” adı ilə tanınır.

 Türbə tikintisinin çox geniş yayılması, baçlıca olaraq əski türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır.  İslam ölkələri memarlığını araşdıranlar qülləvari türbələrin məkan-konstruksiya və bədii memarlıq həllinin genetik kökləri barədə müxtəlif fikirlər irəli sürmüşlər.

Qülləvari türbələrin soykökü hqqında elmi baxışlardan geniş yayılanı və daha inandırıcı dəlillərlə əsaslandırılanı bu memarlıq tipinin türk mənşəli olmasındadır. Bu baxımdan üstündəki kitabədən  məlum olduğu kimi inşa tarixi 1194-cü ilə aid edilən, güney Azərbaycanın Marağa Şəhərindəki Göy Günbəd türbəsinin memarlıq quruluşunun tədqiqi böyük maraq doğurur.

Araşdırmada türbənin memarlıq quruluşunun tarixi təkamülünə qısa nəzər salınmışdır. Göstərilmişdir ki, türbənin memarlıq formaları daha öncə doğu Türkistana qədər uzanan Mərkəzi  Asiya ölkələrində türklərin əmələ gətirdikləri memarlıq formalarına bağlılı olmaqla buradan başlanan bir inkişafın davamıdır. İslamdan öncə köçəri türk memarlığından qaynaqlanan bu inkişaf türklərin oturaq həyata keçməsindən və X yüzildə müsəlmanlığı mənimsəməsindən sonra yeni formada: - türk-islam sintezi halında inkişaf etmişdir. Səlcuqlar dönəmində bu qanunauyğun inkişafın çox  sistemli olması inkaredilməz bir həqiqətdir.

Məlumdur ki, türbənin inşa edildiyi dövrdə, Orta əsr Müsəlman Şərqində O cümlədən Azərbaycanda Orta əsr müsəlman Şərqi Harmoniya İdeya təlimi mərkəzi yer tuturdu. Araşdırmada Göy Günbəd türbəsinin həcm-fəza kompozisiyası , bayır səthini başdan-başa örtən həndəsi naxışları bu möhtəşəm təlimin prinsipləri ilə tamamilə açılır Ardını yüklə

Add comment


Security code
Refresh