AQRA.AZ

Zəhmətsevər, işgüzar müəllimim Südabə xanım Süleymanova barədə

Hərfləri böyüt

Süleymanova  Südabə  Həsən  qızı  10 oktyabr  1950-ci  ildə  Naxçıvan şəhərində  ziyalı  ailəsində  anadan  olmuşdur.  O, 1956-cı  ildə Naxçıvan  şəhərindəki  C.Məmmədquluzadə  adına  2 № li orta  məktəbin birinci sinfinə getmiş, 1966-cı  ildə isə həmin   məktəbi  müvəffəq qiymətlərlə  bitirmişdir. 1967-ci  ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Kitabxanaşünaslıq və biblioqrafiya” fakül-təsinə qəbul olmuş, 1971-ci  ildə  bitirmişdir. 1971-ci ildə sentуabrın 1-dən “Xalq Yaradıcılığı Evi”ndə metodist, 1972-ci ildən Naxçıvan MSSR Mədəniyyət Nazirliyində metodist vəzifəsində işləmişdir. 1973-cü ilin avqustundan bu günədək- 43 ildir ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şöbə müdiri işləyir.

   1977-ci il  27 may  tarixində , “1976-cı il   “Sosializm  yarışı  qalibi” döş  nişanı ilə, 1991-ci  ildə  Naxçıvan Muxtar   Respublika  Ali  Sovetinin  Rəyasət  Heyətinin  Fəxri  Fərmanı  ilə,  2014-cü  ildə  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm Nazirliyinin  “Fəxri  Mədəniyyət  İşçisi”  döş  nişanı  ilə  təltif  edilmişdir. Ailəlidir, 2 övladı,  4 nəvəsi var.

     Südabə  xanım  işlədiyi müddətdə oxucuların və  iş yoldaşlarının hörmət  və rəğbətini qazanmışdır.  O, öz  biblioqraf  peşəsinin  vurğunu  və  oxucuların sevimlisidir.  İşlədiyi  bu  uzun  müddətdə  oxucu  sorğularına  məsuliyyətlə yanaşmış,  demək  olar  ki, bütün  sualların   cavablanmasına  nail  olmuşdur.  O, indi  də  böyük  həvəslə işləyərək,  Naxçıvanın  tarixinə,  arxeologiyasına, etnoqrafiyasına  və  bu günkü müasir inkişafına dair materialları tapır, ardıcıl olaraq Naxçıvanşünaslıq kartоtekasında yerləşdiriг və ədəbiyyat siyahıları hazırlayır.

     O,  kitabxananın  bütün  işlərində  fəal  çalışır, keçirilən  bütün tədbirlərdə  yaxından  iştirak  edir. Yeni gəlmiş kadrlara qayğı göstərir, onların savadlı biblioqraf kimi yetişməsində əlindən gələni əsirgəmir.

     Südabə  Süleymanova  həm  də  yaxşı  həmsöhbətdir.  O,  Naxçıvan  şəhərində  “Xandiki” adlanan  yerdə,  qədim  Qala  məhəlləsində  anadan  olmuş  və  yaşamışdır. O, həmişə öz  doğulduğu  şəhərin  və  yaşadığı  məhəllənin  tarixi haqqında  böyük  həvəslə mə`lumat  verir.   Xatırladım ki, Südabə xanımın babası  Mirzə  Ələkbər  Süleymanov  Naxçıvan  şəhərindən məşhur  Qori  seminariyasına  gedən  ilk  üç  nəfərdən  biri  olmuş, Naxçıvanda maarif  və  mədəniyyət  sahəsində  xeyli  işlər  görmüş,  Naxçıvan  teatrını  təşkil edənlərdən  və  ilk  aktyorlarından  biri  olmuşdur .

                                                                             

                                                                                Süleymanzadə  Əzizə

                                                                                    M.S.Ordubadi  adına  

                                                                              Naxçıvan  Muxtar  Respublika

                                                                                 Kitabxanasınnın əməkdaşı

                                                                                   Redaktordan: mövzunu davam etdirəcəyik.

 14.09.2016

Add comment


Security code
Refresh