AQRA.AZ

Səs niyə, rəng niyə, söz niyə…

Hərfləri böyüt

    1. Elm – elmdədir. Tədqiqat, araşdırma elmdədir. Nəticələr elmdədir. Bəşəriyyət  elm  əhatəsində, elmdədir. Elmi dərəcə, elmi titul sondadır.

2. Elm, dilçilik, təbiət və ardıcıl fiziki hallar Kainat nizamında olmasa idi, insan bu məfhumları bu qədər dəqiqliklə yaratmaq gücünə malik ola bilərdimi?

3. İnsan yaranışı, Kainatın etalonudur. İnsan keyfiyyət yox, çox yüksək yaranış etalonudur. Niyədir insan? Etalon olmalı insan.

4. Dünya “Sözdə” - deyil, sözlədir. Söz olmasa məna yoxdur, fikir yoxdur, məntiq yoxdur. İlkinin ” İlki” – yoxdur.

 5. Kainatın ölçü və miqyasında Azərbaycan dili, dilçiliyi o qədər zəngin olan bir dildir ki, bu dildə Nuh, Xızır, Zərdüşt danışdı Kainatın konstruksiya və mexanikası dilçiliyini bizim əraziyə Azərbaycanlılara gətirib çatdırdı, bəxş etdi. Onlar fəlsəfə, elm, astronomiya kimi elmi gətirməklə o elmlərdən yer üzü bəhrələndi.

6. Bütün yüksək elmi mətnlərin qıfılı müəllif, açarı isə oxuculardır.

7. Bütün hallara, hərəkətlərə, bucaqlara, varlıqlara baxdımsa da onları elmdə, elmləri isə onların əhatəsində gördüm.

8.  Mənə nə lazımdır?

Sənə nə lazımdır?

Ona nə lazımdır?

Bizə nə lazımdır Elm!

Kainatdan bəşəriyyətə

Yer üzünə göndərilən bütün bir elm!

9. “A – hərfi Kainat konstruksiyasıdır. Alfavitin ilk hərfi də “A” - dır ”. İki istinad xətti bir mütləqə istiqamətlənməklə zirvədə İşıq göstərirsə(piramida tipi) “O” – işıqdan (nurdan) yayılan törəyən şüa, şölədirsə ondan isə zərrələr yayılarsa biz A – zərlərik (işıqdan zərrə törəyər). A- zər bəydirsə və sonda candırsa (işığın canlısıyıqsa) ona görə biz Azərlərik. A - zər – bəy - canlılarıq. Yaranışın Nuha qədər, Nuhdan sonra ilkiyik.

10. Haralısan? – deyəndə inciməyək. O, mənim “vətən balamdır, ərazim torpaq payımdır Azərbaycanımdır!”

11. Ərazimiz və özümüz Nuha qədər, Nuhdan sonra heç vaxt ətrafımıza, xalqlara, mədəniyyətlərə ziyankarlıqla, saxtakarlıqlarla yanaşmadıq. “O” – bizi, ərazimizi tufandan Nuha qədər, Nuhdan sonra hifz etdi, qorudu. İşıqla, zərlə yenə də İşıqlı etdi. Daş qayalarda (Gəmiqaya, Qobustan, Azıx mağarası) yazılı etdi, tarixlərə başlanğıc etdi.

12. Bütün bəşəriyyət, ərazilərindən asılı olmayaraq iki hecalı söz başlanğıcından söz – deyər. “nə - nə”, “də - də”, “ba - ba”, “mə - mə”, və s. tələffüz edər. Körpələrə biz insanlarmı o iki hecalı məntiqi adlıqları mənimsədirik? Köklü olaraq yox! O körpələr yer üzündə hansı dili, dilçiliyi təmsil edərlər? Kainat dili, dilçiliyini. Körpələrin ilk iki hecalı sözlərin tələffüzü Kainat “dilçilik”  Akademiyasının məzunlarına bənzəmirikmi?

Budur Kainat dilçilik Akademiyasının ilk məzunları. Dil sənin deyil, mənim deyil, bir xalqa, bir əraziyə aid  deyil.

13. Niyə, hamı şer yaza bilmir?

Çünki hamı o “tezliyin” hecasını bilmir.

Hamı niyə musiqi əsəri bəstələyib, musiqi alətində və mahnı ifa edə bilmir? Çünki o da o aləmin “Tezlik” hecasını bilmir. Rəssam gördüyü predmeti tablolarda bizə təqdim edir. Çünki rəssam, heykəltəraş rənglər və kütlələr “tezliyinin” hecasını bilir. İlahiyyat da belədir. Kainatın ilahi “tezliyinə” uyğunlaşan ilahiyyat elminə yüksəlir. Bütün elmlərin “tezlik” halları Kainatdan səslənir.

14. Niyə söz deyib, sözlə danışırıq? – bilmirik.

İsti niyə, soyuq niyə? – bilmirik.

Günəş, planet niyə? – bilmirik.

Kainat, ətrafımızda bu planetlər niyə, - bilmirik.

Külək, tufan niyə? – bilmirik

Od, vulkan, kül niyə? – bilmirik.

Zəlzələ, sunami niyə? – bilmirik.

Okean, dəniz, səhralar niyə? – bilmirik

Su, bulud niyə? – bilmirik

Dağ, dərə niyə? – bilmirik

Uçmada quşlar, sularda balıqlar niyə? – bilmirik.

Qum, daş niyə? – bilmirik

Xoşbəxtlik, bədbəxtlik niyə? – bilmirik

Bu ərəfədə, bu əsrdə yaranmışıq niyə? – bilmirik.

İşıqdan gəlmişik, hara qayıdacağıq? – bilmirik.

Yarandığımızı bilirik, bu görkəmdə yaranmışıq niyə? – bilmirik

Cəm planetlərin, hərəkət verici ətrafında hərəkətdə olduğunu niyə? – bilmirik

At qaçır, tısbağa sürünür niyə? – bilmirik

Bayquş, yarasa niyə? – bilmirik

Qaranquş yerə yenməz suyu su hövzələrindən uçuşda içər niyə? – bilmirik

İnsan niyə bilir, nəyi bilmir niyə? – bilmirik

Bunlar fizioloji, bioloji, təbiət hadisələridir? Görəsən niyə? – bilmirik

Çünki bilmək istəmirik ki, bilmirik

15. Yaranacaq düşünəcəkdir, ölüb bu dünyadan köçsə də düşünəcəkdir. Çünki bütün aləmlər düşüncə üstündə bir düşüncədir.

Kainatın 15 milyard ildir düşünür 4.5 milyard ildir günəşlə ətrafında olan planetlər düşünür. Düşüncələr olmasa idi hərəkətlər olmayacaqdı.

Yaddaşı da düşüncəsindədir Ovalın, O Kainatın.

16. İnsan insandan ağıllıdır. İnsanlar, insanlardan ağıllıdır. Cəm Bəşəriyyət ağıllıdır. Kainat bilgilərin, bildiklərimizin “ağıl” mərkəzidir.

Öz ağlın, ağıllardan ağıllıdır. Elmi araşdırman, elmi kəşfin ağıllar üçün ağıllıdır.

Ağıllarda ağıl var. Ağıl – ağdır, Ağ – dandır, Ağ – işıqdandır, hər yaranış ağıllıdır.

17. Özümüzdə - özümüzü,

Özümüzlə - özümüzü,

Özümüz – özümüzdə,

Kainat Yaradanı tanıyaq!

18. Azərbaycan dilində, dilçiliyində çox böyük mənalı sözlərdən biri “həkim yoxlamasıdır”

(müayinə sözü sonradan əlavə olaraq, işlənməyə başlayıb).

Xəstəhal insan, həkimə müraciət etdikdə bir söz işlədir “həkim yoxlasın” yəni həkim yoxlasın, yox etsin, sıfırlaşdırılsın.

19. Ölüm var, ölümdür!

Ölüm var, ölünmür

Ölüm var, zülmdür

Ölüm var, ölümə yalvarış,

Ölümü çağırışdır (Əzrailə yalvarış)

Ölüm var, soyuqdur.

Ölüm var, rahatdır!

Ölüm var, dedim! Amma ölüm yoxdur!

Yaranışdan bəxş olunmuş pak işıq payı ilə, Yaradana qayıdış ölümsüzdür!

20. “Fəlsəfə” – ilk insanın nəzakətli düşüncə və davranışının nəticəsində meydana çıxdı.

Fəlsəfə nəzakətli düşüncənin və nəzakətin özündə cəm olub, budur fəlsəfə, fəlsəfə cəhətlərdə deyil.

21. Bilib, bilib, bilmərik!

Bildikcə bilmədiklərimizi axtarıb, bilərik. Tapdıqca yenə də bilərik ki, bilmərik. Kiminsə yox, öz məntiqi fikrimizdə axtarsaq, bilərik. Axtara – axtara  bilərik, düşünə - düşünə bilərik.

Düşünüb Kainatdan ayırıb bəxş etdiyi elmlərin mütləqini bilərik. Elmlər “Ondadır”, Ona can atmasaq, bilmədiklərimizi bilmərik!

22. Ən böyük məbəddir məktəblər, bir də elm! Ən böyük məbəddir tədqiqat, bir də elm! Ən böyük məbəddir Kainat, bir də elm!

23. Kaş elm məbədləri bir arı pətəyinə, bir qarışqa yuvasına bənzər olaydı. Gələn elmə, tədqiqata yenilik gətirəydi. Gətirməyənlər o məbəd qapısından keçməyə idi.

24. Bütün hal başlanğıcları bir ilkin nöqtə başlanğıcından başlayır. Necə ki, böyük partlayışdan Kainatlar yarandı. Kainatda planetlər bir simmetrik düzülüşdə oldu.

İlk partlayışın səsi Kainatda varlıqları və hər hərəkəti “səslə” müşayət edən təməl yaddaş oldu!

İlk Yer insanından sözlər, səslər və ətraf səslər Kainatın səs tezliyinə uyğun olaraq, “səslə” səsləndirildi. Cümlələr Kainatdakı planetlərin simmetrik düzülüşü, sözlər vasitəsilə səsləndirdiyimiz “səs” isə Kainatın təməl –  yaddaş səsidir. İnsanlar sözləri ona görə səslərlə tələffüz edirlər ki, Kainatın təməl – səs tezliyinə uyğun səslənsin.

Amma bir hal da budur ki, Yer planetində səslənən bütün səslər və o cümlədən maşın – mexanizmlərin, müsiqilərin, küləyin, quşların, dalğaların, suların, ağac – kolların, meşələrin səsləri rənglərin, işıqların və s. hamısı hamımıza tanışdır. Bunların hamısını insan təbiətə - Yer üzünə bəxş edə bilməz.

Rənglər, məsafə bildirişi, səsləri isə Kainatla həmahəng səs tezliyidir!

Bunların cəmi Kainatın cəm təməl  səsi və təməl rəngidir! Kainatdan təyinləşdiyindən Yer üzündə səslər, rənglər, vəhdətlər, işıqlar insanlar əhatəsində bizə əzizdir!

Vahid Rzayev

Comments   

 
0 #1 Nilufer 2013-09-13 14:56
nice,nice,nice. ............... ............... .... :-) :-) :-) :-) :-) :-) :-) :-)
Quote
 

Add comment


Security code
Refresh