AQRA.AZ

Xalq rəqsləri tariximizi, milli xüsusiyyətlərimizi özündə əks etdirir

Hərfləri böyüt

Rəqslər bilavasitə xalq musiqisi zəminində yaranıb və inkişaf edib. Əsrlərin sınağından keçmiş Azərbaycan xalq rəqsləri daim inkişafda olub, öz məna və vüsətini, forma və məzmununu dəyişib, təravətlənib. Ölkəmizin elə bir bölgəsi tapılmaz ki, orada xalq rəqslərimiz sevilməsin, onlardan istifadə olunmasın. Xalq şənliklərini, toy mərasimlərini, bayramları rəqssiz təsəvvür etmək mümkün deyil. Rəqslərimiz ürkək baxış- larla, odlu qəlblərlə, çevik gəzişmə- lərlə, zərif qollarla, oynaq hərəkətlərlə daha da mənalıdır.

 Alimlər Nuhun torpaq üzərinə çıxdığı Gəmiqayada, Bakının yaxınlı- ğındakı Qobustanda qədim rəqslərdən xəbər verən qaya təsvirlərini – rəqs edən fiqurları aşkara çıxarıblar. Bu tapıntı bir qaynaqda belə ifadə olunur: “Uzaq keçmişin rəssamı bu rəsm təsvirini, təqribən, səkkiz-on min il bundan əvvəl yaradıb”. Belə fərz edilir ki, qədim dövrün rəqsləri yalnız mərasim xarakterli rəqslər olub. Rəqs heç də tamaşa edilmək üçün deyildi, əksinə, müəyyən bir mərasimin vacib elementi kimi lazım gəlirdi. Qədimdə dünyanın bir çox yerlə- rində oda, atəşə pərəstiş edilsə də, bu pərəstişkarlıq Şərq aləmində, eləcə də Azərbaycanda daha geniş yayılmışdı. Burada müxtəlif adət-ənənələr və rəqslər oda həsr edilər, tonqallar yandırılar, mərasim mahnıları və rəqslər icra olunar, odun gücünə inanan insanlar tonqal qalayıb onun ətrafına toplanaraq rəqs edərdilər. Bəhs etdiyimiz o dövrlərdə rəqslər hələ sənət ustalığı deyildi. Onlar xeyli müddət sonra, tədricən, öz dini mə- rasim xarakterini və ibadət mənzərə- sini dəyişərək sənət tərzinə düşdü. Rəqslərimizin adlarının yaranma tarixçəsi də maraqlıdır. Rəqs adlarının çox az bir hissəsi təsadüfi adlar olduğu halda, əksər hissəsi, təxminən, müəyyən bir anlayış yaradır, nəyəsə, kiməsə həsr olunurdu. Bu həsredilmələr, əvvələn, təbiətə, güllərə, çiçəklərə və sairə aiddir. Müəyyən yerlərə – dağ- lara, dərələrə, kəndlərə, şəhərlərə həsr olunan rəqs adları da az deyildir. “Abayı”, “Avarı”, “Ağır Qarada- ğı”, “Alça gülü”, “Asma-kəsmə”, “Asta Qarabağı”, “Vağzalı”, “Brilyant”, “Qazağı”, “Qaytağı”, “Dəsmalı”, “İnnabı”, “Heyvagülü”, “Dar- çını”, “Yallı” və sair kimi məşhur xalq rəqslərimiz mövcuddur. Bunlar içərisində yallı rəqsləri xüsusi yer tutur. Görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli bu rəqslərə yüksək qiymət verərək yazır: “Burada çox intişar edən yallı forması bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinc duyğularını, bacarıq və istedadlarını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq təzahürüdür”. Xalqımızın kütləvi rəqslərindən olan yallılar çeviklik, mətanət və zəhmət tələb edir. Bu rəqsin süjeti olduqca sadədir. Oynayanlar sırasından yallıbaşı seçilir. Bu, ən yaxşı oynayana verilən fəxri ad hesab edilir və keçmişdə həmin şəxslər böyük nüfuza malik idilər. Yallıba- şının əlində yaylıq olur. Bəzi mənbələrdə yallıbaşının əlində balaca çubuq olduğu da deyilir. Yallıbaşı rəqsin gedişinə rəhbərlik edir. Ona çox vaxt “ayaqçı”, yəni oynayanlar cərgəsinin axırında duran ifaçı kömək edir. Oynayanlardan heç birinin gözləmədiyi halda yallıbaşı birdən hə- rəkəti dəyişir. Cərgədə iştirak edənlərin hamısı onunla birlikdə tez yeni hərəkəti təkrar edir. Yallıda ən maraqlı cəhətlərdən biri də odur ki, yallıbaşı gözlənilmədən cibindən başqa nəsə çıxara bilər. İfaçılar da tez ləngimədən onun kimi etməlidirlər. Əlbəttə, onlar buna əvvəlcədən hazırlaşmış olurdular. Yallıların bəzilərinin adı çox maraqlıdır. Məsələn, yallıya verilmiş “iki ayaq”, “üç ayaq”, “dörd ayaq” kimi belə adlar yallıların xoreoqrafiyasına, rəqsin iki addımlı, üç addımlı, dörd addımlı ünsürlərdən ibarət olmasına dəlalət edir. Əvvəllər bu rəqslər dörd tempdə ifa olunar, aram, ağır hissə ilə başlar, tədricən tempi yeyinləşərdi. Sonradan isə yallılar üç cür – ağır-aram, yüngül-şən və yeyin ifa edilir. Bu rəqslərin yüksək dəyərə malik olmasının nəticəsidir ki, yallıların şə- rəfinə onun gözəlliyini oxşayan şeirlər yazılıb, bəstəkarlar onu öz əsərlərinə daxil ediblər. Üzeyir Hacıbəyovun “Koroğlu”, Müslüm Maqomayevin “Nərgiz”, Cahangir Cahangirovun “Azad” operalarında, Soltan Hacıbəyovun “Gülşən” baletindəki yallılar geniş miqyasda tanınır. Bu gün muxtar respublikamızda 40-dan çox yallı oynanılır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Höynəri”, “Qaleyi”, “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Söylə”, “Nazilə”, “Qızılbaş”, “Çökəli”, “Çaleyi”, “Göy- çəməni”, “Hərilli”, “Xəlili”, “Əfsəri”, “Bəndi”, “Sındırma”, “Şərili”, “Tirməşal”, “Urfanı”, “Gilanı”, “Kərimbəy”, “Nuraşan”, “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, babalarımızın yer titrədən ayaq və nərə səslərini, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağıran ruhunu özündə yaşadır. Naxçıvan Muxtar Respublikasında “Şərur” Xalq Yallı Ansamblı, Şərur Rayon Mədəniyyət Evinin “Şərur qönçələri” yallı ansamblı, Babək Rayon Mədəniyyət Evinin “El yallıları”, Ordubad Rayon Mədəniyyət Evinin “Nuray”, Kəngərli Rayon Mədəniyyət Evinin yallı qrupları və digər yallı kollektivləri fəaliyyət göstərir, onlar muxtar respublikada keçirilən müxtəlif tədbirlərdə iştirak edirlər. Ulu öndər Heydər Əliyevin dediyi kimi, hər millətin əsas xarakterik cə- hətləri onun milli-mənəvi dəyərləridir və hər xalq da məhz bu dəyərləri ilə başqalarından fərqlənir, seçilir. Bu mənada, “milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Bir milləti millət kimi tanımağa əsas verən amillərdən olan mədəni miraslarımızın təbliğində əlimizdən gələni edərək vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Xalq yaşadıqca onun incəsənəti də yaşayacaq. Əsas odur ki, onu müəyyən dəyişikliklərə məruz qalmış şəkildə yox, olduğu kimi,əcdadlarımızdan bizə gəldiyi, orijinal halıyla yaşadaq!

Fatma Babayeva

Azərbaycan Naxçıvan yallıları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi

Şərq qapısı qəzeti 9 fevral 2017-ci il səh 3 

Naxçıvan yallılar video

 

Add comment


Security code
Refresh