29Aprel2017

AQRA.AZ

Hüseyn Cavid

Bölüm: Hüseyn Cavid

Hüseyn Cavid və ümumbəşəri problemlər

Tarixdən bu günə bizə miras qalmış ədəbi, bədii, yaxud fikir mirasına baxdıqda bir həqiqətin şahidi oluruq: yalnız özünü, öz eqosunu, öz dar ailə və ya qövm maraqlarını deyil, hətta özünün mənsub olduğu milli maraqlarını deyil, yalnız bəşəriyyəti düşünən, onun dərdləri ilə dərdlənən və bu dərdlərə çarələr təklif edən şəxslər, ədiblər, mütəfəkkirlər bizim günlərədək yaşaya bilib, bizə irs qoyub gediblər. Ədəbi tariximizdə qürurla adlarını çəkdiyimiz Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir Hacıbəyli və onlarla başqaları məhz buna görə - dünyanın dərdi ilə yükləndiklərinə görə adlarını qəlbimizə, tariximizə həkk etmişlər. Başqa sözlə, onlar öz xalqının mənsubu olmaqla yanaşı, bütün bəşəriyyətin dəyərinə çevriliblər. Onların arasında heç şübhəsiz, Hüseyn Cavid öz layiqli yerini tutur.

Ətraflı: Hüseyn Cavid və ümumbəşəri problemlər

  • Müəllif: Super User
  • Baxış sayı: 1098

Bölüm: Hüseyn Cavid

Uşaq ədaləti

Mən Cavidin bacısı Ümmi Səlimə xanımın qızları ilə yaxın rəfiqə idim. Həftədə bir-iki dəfə ya mən onlara, ya da onlar bizə gələrdilər.

Söhbət zamanı bəzən Ümmi Səlimə xanım Cavidin uşaqlığından maraqlı əhvalatlar danışardı. Mən sonralar Cavid haqqında ondan eşitdiyim xatirələri götür-qoy edər və həmişə uşaq xarakterilə böyük xarakteri arasında az da olsa bir yaxınlıq, bir doğmalıq görərdim.

Ümmi Səlimə xanım o vaxtlar mənə belə bir əhvalat danışmışdı: - Cavid uşaqlıq illərində çox nadinc olub. O, məktəbə gedərkən qonum-qonşu arvadları deyərdi ki, qulağımız heç olmasa bir-iki saat dinc qalar, uşaqlarımız rahat olar.

Ətraflı: Uşaq ədaləti

  • Müəllif: Super User
  • Baxış sayı: 1133

Bölüm: Hüseyn Cavid

Hüseyn Cavid həyatı

{jcomments on}1882-ci ildə oktyabr ayının 24-də Naxçıvanda Molla Abdullanın ailəsində anadan olmuşdur.  Bu ailə ruhani ailəsi kimi tanınırdı.  O, ilk təhsilini mollaxanada almış, sonra isə təhsilini öz dövrünün görkəmli maarifpərvər ziyalısı olan Məhəmməd Tağı Sidqinin yeni tipli məktəbində “Məktəbi tərbiyə” də davam etdirmişdir. İlk şeirlərini “Gülçin”,  “Calik” təxəllüsləri ilə yazmışdır.

1898-1903- cü illərdə Təbrizdəki “Talibiyyə” mədrəsəsində oxumuşdur.

1903-cü ildən tanınmış ictimai-siyasi xadim, əvəzsiz publisist və yazıçı Məmmədağa Şaxtaxtlının nəşr etdirdiyi  “Şərqi-Rus ” qəzetində məqalələrlə çıxış edirdi.

1906-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakültəsində oxumuşdur. H.Cavid burada görkəmli türk alimlərindən və pedaqoqlarından öyrənmiş, idealist fəlsəfənin sirlərinə yiyələnmişdir.  Elə həmin dövrdən sanballı şeirlərini yazmağa başlamışdır.

Ətraflı: Hüseyn Cavid həyatı

  • Müəllif: Super User
  • Baxış sayı: 25097

Bölüm: Hüseyn Cavid

Bir Neçə Söz

“‘Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi. parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar.

Qardaşım Ərtoğrol Cavid bu sözləri 1939-cıı ildə yazıb. Mən isə  Hüseyn Cavid haqqında heç vaxt yazmamışam , demək olar ki,  yazamamışam. Buna indi ehtiyac duyuram. Xatirələr qalaq –qalaqdır.Нər şeyi təfərrüatına kimi qələmə almaq niyyətindəyəm. İndilik isə mətnləri bərpa edib   beşcildliyi çapa hazırlayarkən  və onun  qarşısında övlad olaraq son borcumu yerinə yetirərkən səbəbini bilmədiyim bir duyğu məni bu kitaba ön söz yazmağa sövq edir.

Ətraflı: Bir Neçə Söz

  • Müəllif: Super User
  • Baxış sayı: 1076

Bölüm: Hüseyn Cavid

“ Mənim Tanrım gözəllikdir, sevgidir “

“ Mənim Tanrım gözəllikdir, sevgidir “.

   H.Cavid əfəndim dedi ki, “ Mənim Tanrım gözəllikdir, sevgidir”. Ustad, o göz ki, ətrafını gözəllikdə görmürsə, o daha qara bir zülmətə bürəlidir. Tanrını gözəllikdə bildin ki, sevgidə birləşdin. Ərtoğrul, Müşkinaz, Turan H.Cavidlə bir məqbərə əhatəsində ( Naxçıvandan ) Əbədiyyətə çatdılar, qovuşdular. Budur Tanrı istəyi: Tanrıya çatar, qovuşar, qovuşdurar.

   Görmədim, bilmədim elə bir türbə ki, müxtəlif ərazilərdən Tanrı bütün ailə üzvlərini Cavidlər kimi bir türbəyə Yığsın, Tanrı hüzurunda əbədiyyətə qovuşa bilsin!

   Cavidlər məqbərəsinin inşasına insanlar vasitəçi oldu, onları da seçən elə Tanrı Özü oldu!    {jcomments on}

Vahid  Rzayev.

  • Müəllif: Super User
  • Baxış sayı: 1486

Bölüm: Hüseyn Cavid

Cavid obrazı, milli təsviri və tətbiqi sənətimizdə

XX əsrin ilk illərindən şöhrət qazanmış görkəmli şair-dramaturq Hüseyn Cavidin bədii obrazı həmin əsrin müxtəlif dövrlərində bir çox fırça və tişə ustalarının müraciət etdiyi mövzulardan olmuşdur.

Heç şübhəsiz ki, Hüseyn Cavidin əsərləri tamaşaya qoyulduqca və kitabları nəşr edildikcə müxtəlif rəssamlar tərəfindən verilmiş dekorasiya eskizləri, pyeslərdə, poema və şeirlərdəki əsas süjetlərin rəsmləri xeyli çox olmuşdur. Lakin Cavidin öz portreti Zivərbəy Əhmədbəyovun çəkdiyi portretləri çıxmaq şərti ilə təsviri sənət tariximizdə 1950-ci illərin sonunadək demək olar ki, öz əksini tapmamışdır.

Azərbaycan təsviri və tətbiqi sənətində Cavid obrazının tərənnümünü üç dövrə ayırmaq olar: 1937-ci ilə qədərki, 1956-cı ildən sonrakı və 1981-ci ildən bu günədək olan dövr.

Ətraflı: Cavid obrazı, milli təsviri və tətbiqi sənətimizdə

  • Müəllif: Super User
  • Baxış sayı: 1857