AQRA.AZ

Bilirik amma yadımızdan çıxmasın

Hərfləri böyüt

       Azərbaycan xalqı və ərazisi elmi ilə, tarixləri ilə yanaşı olaraq süfrə mədəniyyəti qida çeşidləri də çox zəngin olmaqla yanaşı məna və məntiq daşıyıcısı olub.
    İlkdən çox-çox qədim dövrlərdən bütün ailə üzvləri süfrə ətrafında yığışmaqla, hər bir qida çeşidinə təşəkkürlə, nəvazişlə yanaşmaqla yanaşı, süfrə ətrafından başlayanilkin davranış o, davranışla düşüncə və məna aşılanıb. Süfrəyə gətirilən qida ilkdən ailə böyüklərin bir nəvazişlə yanaşılması kiçik ailə üzvlərinə də özündən yaşca böyüklərə qayğı ilə yanaşma, davranışı aşılanıb.

     İlk olaraq süfrəyə su, çörək, duz gətirilərək yaddaş rəmzi ilə yanaşı onların insan varlığından ayrılmaz olduğunu həmişə yaddaşlara süfrə ətrafından başlayıb.
    Bizim Azərbaycan mətbəxində qida çeşidləri məna çeşidləri olub. Hər bir qida növü (yemək) qida xatirinə hazırlanmayıb.
    Hər bir qida növü məna kəsb edib. Biz qida ilə yanaşı o, qidanın mənası ilə qidalanmışıq. Hər  bir  çeşid  qidanın bizi əhatə edən aləmə bir  bağlılıqda olduğumuz məna məntiqi ilə qidalanmışıq.
Hər bir qidayla qidalanarkən, ilkdən təşəkkürlə başlayıb, təşəkkürlə, nəvazişlə tamamlamışıq.
Xəzər sahilinin Abşeron yarımadasında olan əhalisi un məmulatlarından hazırlanan qida ilə qidalanıb. Süfrədə xəngəl, düşbərə, əriştə və s. İnsanı əhatə edən rütubət və soyuq küləklərin vücud hərarətini bərabər bölüşməsi və vücuda temperatur sabitliyini saxlamaq üçün əsas bilinirdi. Bununla yanaşı əncir, tut, ağ şanı (üzüm növü), zəfəran vücudu gümrah, sağlam olmasına xidmət edirdi. Maraqlı hallardan biri də o idi ki, günün hansı vaxtında və nə qədər o meyvələrlə qidalanmaq lazım olduğuda məlum idi.
    Azərbaycanda olan hamamlar da məna kəsb edirdi. Hamamlar inşası memarlıq üslubu ilə yanaşı, kümbəz elementindən istifadə etməklə hamam daxili buxarın bərabər bölünüb, bərabər hərəkətini də nəzərə alırdılar.
    Hamamlarımızda mütləq qaydada fitədən (qırmızı rəngli parça) istifadə olunurdu. Fitə insan vücudunu çimərkən bel, kürək nahiyələrində ağrıları götürməklə yanaşı insan sağlamlığını da qoruyurdu. Bir maraqlı hal da var ki, uşaq “qızılca” xəstəliyinə tutularkən o, uşağın yorğan-döşəyini, pəncərələri qırmızı pərdələrlə örtərdilər ki, qızılcadan bədəndə fəsadlar qalmasın, qızılca sakit sönsün.
    Gündəlik həyatda kişilər bel nahiyyəsini qırmızı qurşaq bağlamaqla qamətini düz, bel nahiyyəsinin sağlamlığını qorusun.Qadınlar al qotazlı ensiz parçadan bellərinə kəmər bağlamaqla qamətlərinin düz olmasını və sağlamlığını qorumuş olsun. Düzdür ki, sonrakı mərhələlərdə qadınlar gümüşdən də istifadə edirdilər. Gümüşdən olan kəmər bir gözəlliklə yanaşı sağlamlıq mənası idi. (metallar arasında gümüş ziyanlı mikroorqanizmlərdən ətraf mühitlə vücud arası qoruyur.)
    Azərbaycanda ipəkçilik də çox inkişaf etdirilmişdi. Ərazimizdə hazırlanan ipək kələflər şəffaf, elastikliyinə görə çox keyfiyyətli sayılırdı. Düzdür ki, başqa ölkələrdə ipək kələflər hazırlanırdı, amma onlar şəffaflığı və elastikliyinə görə geri qalırdılar.
Çox qədim dövrlərdən Azərbaycan ərazisində ev, bina inşa edirdilər. Ev, bina inşa edəndə mütləq qaydada “buğ axarı” yolu, kanalı divar daxilində nəzərə alınırdı. (sonrakı mərhələlərdə buxarı kimi tələffüz edilib.) Mütləq qaydada yaşayış sahəsində yığışan buxar kondensatını o sahədən kənar etməklə yaşayış sahəsində təmiz hava ilə sağlamlıq sahəsi yaradırdılar. Ev, bina inşaatı da nəzərə almaqla otaqların en və hündürlükləri 5,5 metr həddi nəzərə alınmaqla yay aylarında otaqların sərinliyini qış aylarında istini sabit saxlamaqla imkan verirdi.
    Nənələrimiz, babalarımız biz azərbaycanlıları mətbəxdən Başlayan məna və məzmun qidaları ilə qidalandırıblar. Yemək xatirinə yemədik, qida xatirinə qidalanmadıq. Mətbəximiz də məna və məzmun birliyindən başladı.
    Qidalarımızda istifadə olunan ədviyyatların orqanizimdə mübadilə  ilə yanaşı müəyyən miqdar nəzərə alınmaqla daxili üzvlərə köməyi də nəzərə alınırdı.
    Dağlıq ərazilərimizdə qış mövsümü soyuq və uzun müddətli olduğundan kürsülərdə istifadə olunurdu. Əhali arasında “ ayaqlarını isti saxla, başını sərin” – deyimi kürsü halına görə yaddaşlarda qalmaqdadır.  Məsələ bundadır ki, ailə üzvlərinin ayaqları kürsüdə olarkən heç vaxt başlarını örtmürdülər ki, baş vücud tərləməsin, əlavə olaraq soyuqlamasın, xəstələnməsin.
    Kürsü üzərinə quru meyvə ərik qurusu (oynaqlar arası və ürək  fəaliyyətinin rahatlığını), alma qurusu (sümük və sümük daxili iliyin ağrılarını azaltsın) armud qurusu ( vücud daxili vəzlərin funksiyasını əzələ ağrılarını azaltsın), tut qurusu (qanın rahat dövr etməsini, qan yorulmasın) az miqdarda innab vücud daxili bərabərliyi saxlasın deyə istifadə edilirdi.
    Ayaqlar kürsüdə olarkən çay içmirdilər ki, bədən tərləməsin: Kürsüdən çıxdıqdan sonra mütləq çay içməklə bədən daxili temperaturun tənzim olmasını saxlaya bilsinlər.
    Qış mövsümündə ailəliklə kürsülərdən istifadə etməklə vücud  Ağrılarını soyuqlamadan qorumaq, sağlamlıq məqsədi daşıyırdı. Hər bir sahəyə məna, məzmun, məntiq onun fəlsəfəsinə qovuşmağa çalışmışıq. Zəngin olan musiqilərimiz də məna, məzmun, məntiq onun fəlsəfəsində səslənib və səsləndirilib. Azərbaycan ərazisi Nuh (ə.s)a qədər və Nuh (ə.s) dan sonrakı dövrlərdə heç vaxt ətrafımızda, xalqlara, mədəniyyətlərə ziyankarlıqla, saxtakarlıqla yanaşmayıb. Ərazimiz Nuh (ə.s)a qədər, Nuh (ə.s) dan sonra hifs edildi, qorundu. İşıqla, Zərlə, İşıqlı oldu.
    Çünki Azərbaycan ərazisində olan əhali həmişə bir yerdə oturaq olduğundan onu əhatə edən təbiəti, milliyətini, kainatı düşünüb, kainat deyib, kainat qanunlarını yüksək tutub. Mətbəximiz, musiqimiz, elmimiz, düşüncələrimiz kainatın şərt və qanunlarına uyğun olub. Oturaq həyatımızla o qədər zənginlik əhatəsində olmuşuq ki, ətrafımıza pay vermişik, bəxş etmişik, hədiyyələr etmişik. Tükənər, qurtarar demədik, düşünmədik. O zənginliyimiz tükənməyəcəkdi, qurtarmayacaqdı. İnsan vücudu düşünüb, düşündürmək üçündür. Tək insan başı düşünüb, düşündürmür. İnsan vücudu və üzvləridə düşünüb, düşündürmür. Necə ki, insan vücudu 36,5 37oC –yə nizamlanıb. Bu nizamlanmış vücud, qida qəbul edərkən O, qida 40-45oC – də olmuş olsa da insan mədəsi qidanı 8-10oC-yə uyğunlaşdırır, mədə üçün nizamlayır. Çox soyuq olan qidanıda qəbul edən də vücudumuz o, qidanı da 8-10oC – yə yüksəldib, vücud temperaturu ilə bölünməsini saxlayır. İsti olan hamamda isti suyun temperaturu 40-42oC-də olsa da bədən o isti su temperaturunu 8-10oC-yə nizamlayır. Baş düşünür, vücud düşünür, bizi əhatə edən aləm də düşünür. Yer üzü, bəşəriyyət ilkdən olaraq qida, qida ilə isə sağlamlığını düşünüb. Azərbaycan ərazisində Aran zonası isti olduğundan, qidaya pörtəlmiş ət, süd məhsulları ilə yanaşı tərəvəz, göy-göyərti ilə qidalanmağa üstünlük verilmişdir.
    Lənkəran ərazisi balıq və düyüdən hazırlanan qida ilə qidalanmaya üstünlük vermişlər. Havanın rütubətli olması da bir haldır. Minilliklərlə Azərbaycan ərazisi təndirdə hazırlanan lavaşdan istifadə etmişdir. Lavaş, çörək kimi insan orqanizmi artıq məhlul yığımından daxili üzvlərə quruluq bəxş etmişdir.
    Yer planetində olan bitki örtüyü müxtəlif meyvələr bostan, tərəvəz bitkiləri yer planetinin bəzəyi olmaqla yanaşı, yer üzünün bir bəzəyi də insandır, bəşərdir. Hər bir bitki örtüyü, meyvələr, bostan, tərəvəz bitkiləri insan və onun konkret daxili üzvlərinin sağlam, gümrah olmasına köməkçi, xilaskardır!
    Azərbaycan ərazisi bir neçə iqlim əhatəsində olduğundan ilk insandan onlara ətraf aləm doğma və çox məlum idi. Öz vücudu arasında onu əhatə edən doğma ərazisi ilə bir bağlılıq, həmvəhdətlik rabitəsini saxlayıblar. Ərazisində ilk insan yaranışdan onu əhatə edən aləmlə bir qayğı ilə bir təşəkkürlə yanaşırdılar.
    Bitən ağaclara, bitki örtüyünə bir qayğı ilə xususi olaraq, meyvə ağaclarına çox həssaslıqla  yanaşırdılar. Meyvə ağaclarının alma, armud, üzüm və s. Dörd səmtini bilirdilər. Ağacdan meyvə dərilməsi də çox mühüm hadisə hesab olunurdu. Sübh günəşi səmtindən dərilən meyvə, əsasən sağlamlıq anlamında, gün, günorta səmtindən dərilən meyvə bilmək, bilgilərə qovuşmaq (elm), qurub səmtindən dərilən meyvə (qurub vaxtı dərilməklə) axşamı, gecəni rahat keçirmək, rahat yatmaq məqsədində, gün düşməyən səmtdən (şimal) dərilən meyvə naməlum olanları, gizliləri, örtülü olan halları açmaq, onlara qovuşmaq, yüksəklərə ucalmaq mənası ilə yanaşılırdı. Süfrədə yeməklə yanaşı, (qədərində) səhər yeməyində sübh meyvəsi, günorta yeməyində günorta meyvəsi, axşama doğru yemək zamanı qurub meyvəsi ilə qidalanıblar. Gecə, gün düşməyən səmtin (şimal) meyvəsini yeyiblər (üç ədəd meyvə, hər oturumda)
    Qış üçün qurudulacaq meyvəni ancaq günorta (zenitdə günəş olanda) səmtdə olan budaqlardan meyvə dərilib kölgədə qurudulurdu.
    Günəşə görə gün ərzini dörd mərhləyə bölmüşdülər. Sübh, günorta,  qurub, gecə.
    Keçən illər, ərzində bir çox halları unuda-unuda, unutdura-unutdura moderinləşməyə can atmışıq. Moderinləşə-moderinləşə keçmiş hallara  biganəliyimiz, unutqanlığımız artdı.

 

Vahid Rzayev

 

Add comment


Security code
Refresh