AQRA.AZ

Maraqlıdır

Bölüm: Maraqlıdır

İtlər və atlar vəfalıdırlar

...Budur uzaqdan Laçının silsilə dağları görünür. Mayın ortaları olmasına baxmayaraq dağlar hələ də ağ örpəyində idi. Loğmanın ürəyi çırpmır, nəfəsi darahr, onu qəhər boğurdu. Vertolyotu idarə etmək də çətinləşirdi. Hələ ki, kəndlər görünməsə də Loğman Laçındakı tanıdığı bütün kəndləri bir-bir gözü önünə gətirir, uşaqlıqda gəzdiyi oylaqları, meşələri, buz kimi bulaqları xatırlayır, heç cürə inana bilmirdi ki, indi bu yerlər düşmən tapdağı altında inildəyir. İndi erməni əsgərləri burda, Loğmanın ata yurdunda hökmranlıq edirlər. Necə ola bilər ki, babalarının 5- 10 atlı ilə Andrankin qoşunundan qoruduğu Laçını indi 5-10 erməni, rus dığalarına təhvil versinlər. Laçın məğlub olsun - Sultan bəyin, Müseyib əfəndinin, Cəfər Yüzbaşımn türəmələri, ərənlər, igidlər oylağı Laçın. Ara- bir hətta Loğman özü də baş qərargah rəisinin dediklərinə inana bilmirdi: - “Bu mümkün deyil. Necə ola bilər ki, ermənilər bütün Laçını alsınlar, onlara qarşı müqavimət göstərilməsin. Axı, Laçının hər qayası, hər daşı, hər kəndi, hər məhəlləsi bir qaladır. Buranı tam ələ almaq üçün Ermənistanm qoşunu qalsın bir tərəfə, heç əhalisinin sayı də çatmaz. Demək, burda nə isə bir anlaşılmazlıq var. Nə isə xəyanət var. Nə isə, nə isə, nə isə...!”

Ətraflı: İtlər və atlar vəfalıdırlar

  • Müəllif: Super User
  • Baxış sayı: 759

Bölüm: Maraqlıdır

“Lütfi Zadə ilə söhbətim gəncliyimin ən dəyərli anlarıdır” - Bakılı tələbə qız

 “LUTFİ ZADƏ MƏNƏ DEDİ...” 

Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakuktəsinin IV kursunda oxuyuram. Məktəb illərində mənə nəsib olan bir hadisəni bütün ömrüm boyu unutmayacam. Oxuduğum liseydə Lütfi Zadə ilə keçirilən görüş və onun mənimlə söhbəti, tövsiyələri mənim üçün dünyanın ən böyük alimin qiymətli dərsidir.

Ətraflı: “Lütfi Zadə ilə söhbətim gəncliyimin ən dəyərli anlarıdır” - Bakılı tələbə qız

  • Müəllif: Super User
  • Baxış sayı: 774