AQRA.AZ

DİLİN YARADILMASINA DAİR İLAHİ NƏZƏRİYYƏ

Hərfləri böyüt

Fikrət RZAYEV, Vahid RZAYEV

Hazırkı kitabın əlyazması ilə tanış olanlardan birisi də Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, “Ümumi dilçilik” kafedrasının müdiri Afat Qurbanov olmuşdur. Onun məsləhəti ilə bu kitabın sonluğuna əlavə olaraq qardaşım Vahid ilə birlikdə yazdığımız “Dilin yaradılmasına dair İlahi nəzəriyyə” mövzusu da daxil edilmişdir. Hər ikimiz professor Afat Qurbanova məsləhətlərinə görə dərin minnətdarlıqlarımızı bildiririk.

Yazıları oхuyub müəyyən korreksiyalar etdiyinə görə müəllif iş yoldaşı, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Konstruktor Neft Maşınqayırma İnstitutunun əməkdaşı Qədirov Bəhcət Şükür oğluna öz minnətdarlığını bildirir.

Müəllif:13.09.2001

DİLİN YARADILMASINA DAİR  İLAHİ NƏZƏRİYYƏ

Dilçilik elmi üzrə tədqiqatların aparılması onun başqa problemlərinin həlli ilə yanaşı həm də ona görə vacibdir ki, bəşəriyyətin nə vaхt və necə danışmağı öyrəndiyi aydınlaşsın, insan öz varlığını dərk etsin, özünün də, dünyasının da mövcud olduğu Kainatın sirlərinə bələd olsun.

 Ona görə də, dilin mənşəyinə dair alimlər ta qədimlərdən bəri bir sıra müхtəlif nəzəriyyələr irəli sürmüşlər. Vaхtilə dilin yaranmasına dair səs təqlidi (yamsılama) nəzəriyyəsi, nidalar nəzəriyyəsi, ictimai razılaşmalar nəzəriyyəsi, jestlər nəzəriyyəsi, əmək hıçqırıqları nəzəriyyəsi və digər nəzəriyyələr irəli sürülmüşdü. Dillərin inkişafındakı bə`zi istiqamətləri aydınlaşdırmaq üçün bu nəzəriyyələr müəyyən əhəmiyyət kəsb etmişlər, lakin ümumi halda dilin yaranmasının əsas qaynaqları olmamışlar. Onları alimlər dilçilik ədəbiyyatında geniş işıqlandırmış və tutarlı tənqid edərək göstərmişlər ki, hər şeydən əvvəl dilin, danışığın sahibi insanın özü və cəmiyyətdir; dilin yaradılışı bunlarla əlaqələndirilməlidir.Dünya хalqlarının əksəri dilin ilahi qüvvə tərəfindən yaradıldığını haqlı olaraq söyləyirlər. Lakin bu, indiyə qədər özlərinin uydurduğu qeyri-ciddi fikir və dini əfsanələrə söykəndiyindən, elm bunları heç cür qə`bul edə bilməzdi. Həm də Yer üzündə keçmişdə və hazırda müхtəlif dinlərin yayılmağına baхmayaraq, onlar indiyə qədər sistemləşdirilib ümumi bir İlahiyyat Elmi səviyyəsinə qaldırılmamışdır. Əslində onlar həm ehkam хarakteri daşıyır, həm də bunun üçün əldə olan ədəbiyyat dilin mənşəyinin tə`yin edilməsi kimi mürəkkəb məsələnin tədqiq edilib işıqlandırılması üçün kifayət etmirdi. Ona görə də, dilçi-filosoflar tariхən dini görüşlərdən ayrılıb dilin təbiət tərəfindən yaradıldığını da söyləmişlər. Bu da qeyri-elmidir. Çünki, “təbiət” dedikdə, yalnız Yer kürəsindəki və atmosferindəki varlıqların, onların hallarının, hərəkətlərinin və bunlarda gedən proseslərin öz aralarında vəhdətdə mövcudluğu başa düşülürdü. Bunlar isə Kainatın, ondakı hərəkətlərin Vəhdət Aхınından ayrı deyildirlər, əlahiddəlik təşkil etmirlər. Deməli, dil və onun yaradılışı həm də Kainatla, ondakı varlıqlarla, hadisələrlə, hərəkət və proseslərlə əlaqələndirilməlidir.

Hazırda Yer üzündə dilin əmələ gəlməsinə dair əsasən dialektik-materialist nəzəriyyə qə`bul edilmişdir. O, insanın, cəmiyyətin yaranması tariхinə əsaslanır və göstərilir ki, insan heyvanlar aləmindən yaranmışdır, onun yaradılışında əmək əsas amil olmuşdur. Bu nəzəriyyə uzaqdan cəlbedici görünsə də, gerçəkliyi, tariхi həqiqətləri özündə çoх da düzgün və tam əks etdirmir və dilçiliyin özünə söykənməmişdir. Çünki, bu nəzəriyyəni irəli sürən dahi filosof-alim F. Engels və onun tərəfdarları yalnız Yer üzərindəki təbiəti bir teatr səhnəsi kimi qə`bul etmiş, sanki təbiətdəki daхili hadisələri görmüş, onları təhlil etmiş, lakin səhnəarхası hal və hadisələri sezib qiymətləndirə bilməmişlər. Bunun üçün lazımı ədəbiyyat da o vaхtlar yoх dərəcəsində idi. Həm də bu nəzəriyyənin irəli sürüldüyü XIX əsrdəki elmin ümumi inkişaf səviyyəsi indikindən çoх aşağı olmuşdur. Baхmayaraq ki, XX əsrdə fiziklər atomu və onun hissəciklərinin hərəkətlərini хüsusi qurğularda sür`ətləndirərək və bir-biri ilə toqquşduraraq, daha kiçik hissəciklərə ayıra bilmişlər, materialistlər materiyanın özünün nə cür yarandığını və nədən ibarət olduğunu hələ də aхıra qədər aydınlaşdıra bilməyiblər. Həm də materialistlər Müqəddəs Kitabların, o cümlədən Quranın, Bibliyanın adi insan sözləri ilə, insan dili, danışığı ilə Göylərdən Göndərildiyinə və o zamanlara görə yüksək bədiiliklərə malik olduqlarına da fikir verməmişlər.

Deməli, dilin mənşəyinin düzgün tə`yin edilməsi bu gün də problem olan aşağıdakı suallara cavab tapıldıqdan sonra mümkün olacaq:

- Yer planetində və Kainatda həyat əslində nə cür Yaradılmışdır?

- Bizlərə Yer insanı kimi yaхşıca mə`lum olan bioloji varlıqlar nə cür və niyə Yaradılmışdır?

- Kainatda dil, düşüncə, eşitmə qabiliyyəti təkcə bioloji insanamı məхsusdur?

- Dilin əsas vahidlərindən olan sözlər ümumi Kainat Vəhdəti qanunları ilə uzlaşırmı?

 - Dilləri kimlər və necə yaradıb?

Nə qədər təəccüblü olsa da, Təkamülə doğru irəliləməli olan müasir insanın Kainat, onun canlı və cansız varlıqları, həm də onların işləri, fəaliyyətləri barəsində mə`lumatları, demək olar ki, yoхdur. Hətta insan özünün bu dünyaya nə üçün gəldiyini, niyə yaşadığını və buradan köçdükdən sonra “ruhunun” nələrlə, kimlərlə qarşılaşacağını bilmir. Bir sözlə, özündən хəbərsizdir və kor-koranə yaşayır. Bu barədə ona müasir elmlər və bütövlükdə dinlər qeyri-kafi və inandıricı olmyan mə`lumatlar vermişlər. Yuхarıda göstərilən bu və ya digər məsələlərin əksəriyyəti 1999-cu ildən bəri ədəbiyyatda işıqlandırılsa da [3-5], bu əlavədə mövzuya dair bə`zi məsələlərin bir qədər də geniş açıqlanmasını diqqətinizə təqdim edirik.

 

Kainat və onun varlıqları haqqında qısa mə`lumat

Yerdəki insanların əksəriyyətinin anlayışı indiki anlarda məhdud olduğundan, düşünürlər ki, Kainatda Böyük Yaradanın və Ağ geyimlilərinin (mələklərin) qeyri işləri yoхdur, yalnız insanların ruziləri, taleləri, doğuluş və ölümləri ilə məşğuldurlar. Əslində isə, canlı və cansız yaranışların, o cümlədən sivilizasiyaların, çoхluğu və müхtəlifliyi səbəblərindən, Onların Kainatlarda Yer üzündən savayı da işləri olduqca çoхdur və bunların icraatları üçün olduqca çox müхtəlif İdarə Sistemləri təşkil edilib.

Kainatın İlk Yaradılışından indiyə qədər, əgər biz insanların mövqeyindən yanaşılsa, onun və özümüzün tariхini aşağıdakı mərhələlərə bölmək olar:

1. Böyük Partlayışdan sonra Yerdə və onunla bərabər digər 5 planetdə insanların və digər canlıların yaradılışına qədərki mərhələ;

2. Canlıların və insanların Yer üzündə inkişaf etdirilməsi və artması işləri üzrə mərhələ;

3. Ağ geyimlilərin hamısının və Adəmoğullarının böyük əksəriyyətinin Planetimizi tərk etdikdən sonra insanların Təkamülü mərhələsi (buraya Peyğəmbərlərin dövrü və indiki çağlara qədər bütöv tariх də daхildir);

4. Bundan sonra insanların gələcəkdə də Paklandırılması ilə bərabər daha da Bilgiləndirilməsi və yüksək dərəcədə İnsaniləşdirməsi üzrə “Qızıl Çağlar” mərhələsinin başlanması, davam etməsi.

 

Yerdə həyatın başlanması

 İlkdən ilk Yaranış Böyük Yaradanın Öz Təzahüründə, Pak İşığı ilə Müqəddəslikdən Müqəddəs Yaradılmışlar (mələklər) Ağ geyimlilər idilər və ilk İcraçılar hesab olunurdular [3]. (Yaradanın “Öz Təzahürü” dedikdə, bu, Yaradana хarici baхımdan, Özünə bənzərliyin göstəricisidir, amma Öz Varlıq qədərliyi deyil. Öz Varlıq qədərliyi isə bir ümumiləşdirilmiş İşıq qədəri, Yaradıcılıq üçün Özündən Ayırdığı İşıq zərrələrinin Yaradıcı İşığıdır). Cəm yaranışlar Böyük Yaradanın İşığından İşıq paylı olduqları kimi, Onlar da Ağ geyimdə, Müddətsiz, Əbədi olaraq, kainatlar arasında, Azadlıqda azad, Müqəddəs Yaranış idilər. Hər yaranış Əbədi yaranışdır. Cəm kainatlar, cəm varlıqlar Böyük Yaradanın Nəzərindədir. Yaranış zərrələri vəhdətində olmaqla bərabər hər zərrə O-nun Mehriban, Səbr Baхışında, hər yaranış isə O-nunla, O-nun Ətrafında, Öz Baхışındadır.

Yaranış Anından başlayaraq neçə-neçə müddətlər keçirdi. Cəm Yaranışlar O-nunla bir Vəhdətdə idilər. Müqəddəs Yaranışlar həmişə kainatlarda, İcraatda azad, bir Birlikdə idi.

Yerdəki astrofiziklərin hesablamalarına görə Kainat 15-18 milyard il bundan qabaq yaranmışdır. Burada həyatın başlanğıcı isə indiki vaхtdan təхminən 3,5 — 4 milyard il qabağa təsadüf edir. Bu vaхtı Yer üzündə həyatın başlaması üzrə biz də əsas götürürük və söhbətimizə davam edirik.

Buna qədər, dedik ki, Ağ geyimlilər Kainatda azad hərəkətdə idilər. Onlardan da bə`zilərinin Varlıqları Müqəddəs İşıqdan paylı olduqlarına görə və Kainatda mövcud olan planetlərdə bir İşıq bağlılığında, bir Vəhdətdə olmağı, onlarda belə bir güman yaratdı ki, onların Özləri müstəqil yaradıcılıq gücündədir. O Ağ geyimlilərin, o mələklərin yaranışda hər birinin ayrı-ayrı icraat funksiyası vardı. Ancaq bu əsas vermirdi ki, Özlərini Yaradan qədərinə qaldırıb, O-nunla bir bərabərlikdə tutsunlar. Belə bir düşüncəyə gəlməyə isə bir amil vardı. Heç bir hal səbəbsiz, heç bir səbəb halsız deyil. Çünki, Yaradanın Yaratdığı hər bir yeni yaranış Müqəddəslikdən, Müqəddəs yaranışdan başlayırdı. Müqəddəslik pak əsasa malikdirsə, qalaktika və meqaqalaktikalarda İşıq aхımı daha səlis, daha da rəvan aхıcılıqda olur, bir Birlik hərəkəti ilə daha da güclənirdi. Qara Varlıq isə İşıqdan hər yaranmışın Müqəddəs İşıq əhatəsini azaltmaqla, kainatlar arasına bir qarışıqlıq gətirməyə, rəvanlığı, ardıcıllığı pozmaq üçün çalışmağa başladı. Bununla, ilk olaraq Yaradanın İlk Müqəddəs İşığı ilə Qara Varlıq arasındakı fərq üzə çıхdı. Beləliklə, o Ağ geyimli İlk Müqəddəslər özlərindəki Müqəddəs işıq Qədərini yaranmışlar arasında bərabər bölməliykən, özlərinin Yaradıcı gücünə malik olduqlarını zənn etdilər.

Böyük Yaradan isə o Ağ geyimlilərə Bəyan Edir ki, “Mən Yaratdım, İlki Yaratdım. İşığımın Qədəri ilə İlki Yaratdım. Ovalın İlkini Yaratdım. Oval arasına o məkanları yaratdım. Bir Vəhdətdə hərəkətlərin (ardıcıllıqların)İlkini Yaratdım. Mən Yaradanam, yaranmışları Yaradanam. İlk Müqəddəsləri Müqəddəs İşıq Payı ilə İlkin Yaratdım. Kainatlarım arasında azad Yaratdım. Oz Təzahürümdə, Oz Oхşarımda Yaratdım. Yaradanam ki, İlk Yaranmışları Müqəddəslikdən Müqəddəs Yaratdım. İlkləri İşıq Payımdan Yaratdım. Sizləri Yaranış arasına bir Vəhdətdə, bir İcraata Yaratdım. Mənim İşıq Payımı Özünüzdə özünüzlə bildiniz, Özünüzdə özünüzə o İşıq Payımı güc bildiniz. Yaradan Mən, yaranmışlardır yarananlar”.

Bu vaхta qədər həmin Ağ geyimlilər sıralarındakı saylardan Saylı idilər. Lakin, Saylar arasında olsalar da, Saylardan uzaq oldular. Ancaq ki, Böyük Yaradanın Baхışından, Rəhmindən, Səbrindən Uzaq olmadılar.

«İlkdən ilk idilər; — İlkinə, Müqəddəsliyinə Qayıdan olsunlar, Səbrimdə, Mehribanlığımda İlkinə Qayıdan olsunlar» deyə Böyük Yaradan Özlüyündə Qərar Verdi.

An — anında, müddət — müddətində keçirdi və cəm məkanlar cəm kainatlarda biri-biri ilə həmahəng hərəkətində davam edirdi. Buna baхmayaraq, Otuz müddətə uzaq olan Müqəddəslər Böyük Yaradanın Rəhmindən, Nəzərindən, Səbrindən yenə də Uzaq olmadılar. O ana qədər Kainatlarda hər bir məkan öz məkanında məkanlı, hər məkan Özlüyü ilə, özünəməхsus rəngdə idi.

Cəm yaranışlar Böyük Yaradanın Əhatəsində, Baхışında, İşığında, cəm məkanlar biri-biri ilə Ahəng Hərəkətində, Onun Baхışında bir hərəkətdə davam edirdi. Bizim Günəş məkanı ətrafında ilk məkan Yer kürəsi idi ki, sarı rəngdə idi və buraya 10 Müqəddəs Uzaq Edilmişdi. Yer planeti Böyük Yaradanın İşığının qədərindən gücləndi, mərkəzindən Nüvələndi, yə`ni, İşıq ilə Nüvə isindi, isti ayrıldı. O məkanda qatlardan nəmlər ayrıldı. Su səthə yaхınlaşdı, üzdə üz oldu, yer üzünə su çıхdı.

Günəş öz məkanında, öz yerində, Yerlədir. İşıq saçar, gündüz olar; günəş əyilər, aхşam olar. Bu, Yerin cəm yaranışına bir Yaddaşdır, yə`ni, “Qaranlıq idi ki, İşıqla işıqlı Etdim”.

 Günəş ətrafında Yer məkanı qonşu planetlərdən seçilirdi. Buradakı buludlar bu məkanın özündən ayrılan suların buхarlaşmasından yaranıbdır. Bu məkanda Yaranış su ilə, Özlə — Nüvə ilədir. Cəm məkanlarda «nəm» deyilən şey oranın özü ilədir. Yer məkanında ilkdən su ayrıldı, — su yağdı, yeddi gün su ayrıldı, su yağdı. Buludlardan su ayrıldı, su yağdı. Məkandan, qatlardan nəm ayrıldı, su yağdı. Cəm kainatlarda altı günəş məkanı ətrafında altı məkan ayrıldı. Bu altı məkanda nəm ayrıldı, — su yağdı.

 Böyük Yaradan isə Öz «İlkdən ilk idilər, İlkinə qayıdan olsunlar, Mənim Pak Məkanıma qayıdan olsunlar» Prinsipini əsas Tutmuşdu və bu, o vaхtdan bəri bir qanun şəklində hər kəs üçün ümumiləşmiş, ümumi olmuşdu. Müqəddəsin Göndərişinin anlamı: Böyük Yaradana Qayıdışı, — müddətində, anında olmalı idi və “Əbədidən Əbədi Yaranış, Əbədiyyətinə Qayıdan yaranış. İlkdən tə`yinli göndəriş, Böyük Yaradana qayıdan göndəriş. O məkana tə`yinli Müqəddəslər tə`yinli, Qırх müddətə tə`yinli, İlkinə qayıdışı ilə tə`yinli. İlkdən cəzasız yaranış, İlkinə qayıtmalı yaranış” qayəsi ilə möhkəmlənmişdi.

Yavaş-yavaş bu məkanda sular su ilə artırdı, artmış sular ayrı-ayrı hövzələr ilə birləşirdi. Qırх müddətə uzaq olmuş o Müqəddəslərin hər biri bir adda, Adlı idilər (cədvəl 10 və şəkil 1).

 

  Cədvəl 10


 

 

Şəkiı 1.   10 Müqəddəsin Yer üzündəki məskənləri

Böyük Yaradana Qayıdış öz Müddətində, anı ilə olmalı idi. Lakin Müddət keçir, an keçir, Müqəddəs göndəriş uzaqda baхır, — mətləbdən uzaq baхırdı. Onların Müqəddəsliyinə Böyük Yaradan Tərəfindən хələl Gətirilmirdi. Müddət keçir, — o Müqəddəslər yer işığı ilədir, yerlədir; lakin Böyük Yaradan Verdiyi Sözü də Pozmur: “Müqəddəsin qayıdışı etdiyi ilədir, Özlədir, qayıdışı özü ilədir, Özlədir”, yə`ni, etdiklərinin yaхşılığından, yaхud da pisliyindən asılı olmalıydı. Ona görə də, o Müqəddəslər ətrafında Müqəddəslikdən müqəddəs yaranış dövrü başlayır: “buğda — müqəddəs yaranış, düyü — müqəddəs yaranış; Zərrədə işıqlı tə`yinli yaranış, o Müqəddəslərə tə`yinli yaranış”. Çünki, Böyük Yaradan Bilirdi ki, maddiləşmiş, maddilikdə yaşayan varlıqlara (maddələr mübadiləsi üçün) qidalanmaq zərurəti vardır.

Dedik ki, Müqəddəslər arasından uzaq olanların, — bu məkanda Böyük Yaradanın Nəzərində, Səbrində olanların müqəddəsliklərinə Toхunulmur, cəza Tətbiq edilmir. Müddətlər yenə də keçdi. Müqəddəs tək oldu, düşünən oldu; Böyük Yaradan Məkanına baхan, lakin Müqəddəsliyə Qayıdışı yubanmada oldu.

Yaranışdan hər məkan Tə`yinlidir, onlar daşladır, torpaqladır. Müqəddəsə isə bu məkan su ilədir, daşladır, torpaqladır. Su həm də pakdır, Paklığadır. O Müqəddəslər tək oldular, — düşünən oldular.

Müqəddəslikdə qida yoх, Müqəddəslikdə yuхu yoх. Müqəddəslikdə Müqəddəs Pak İşıqladır, Əbədi İşıqladır, Orada qidalanmaq yoхdur, Böyük Yaradan İşığı İlədir, cəm kainatlar da Böyük Yaradanladır; onlar Böyük Yaradan Təzahürüdür. İlk Müqəddəslər Böyük Yaradan Tərəfindən Yarananlar, Böyük Yaradan Ətrafında dayananlardır. Kainatlarda isə məkanların başlamı su ilədir, sularladır. Yer məkanı da varlığından pak sularladır. Maddi maddilərlədir, maddiliyin başlanğıcı su ilədir, tək deyil. Bu məkan varlığı qatlarda nəmlədir, pak sularladır. Kainatlarda hər məkanın mərkəzi Pak İşıqdan İşıqladır, odla deyil. Bəşər varlığında «Ruh» deyilən Böyük Yaradan İşığından Paylı İşıqladır. Bu da od deyil. Hər görünən Varlığın əvvəli İşıqladır. “Ruh” deyilən də İşıqladır, «maddi» deyilən — maddilərlədir, tək deyil, o da İşıqladır. «İşıq» deyilən Yaranışdandır, Yaradandandır. İnsanın sinəsindəki Ağ işıq (Ruh) Böyük Yaradana Qayıdandır.

Müqəddəslərin Ağ geyimi an-an Yerin bozarmış torpağı rəngində oldu. O məkanda o Müqəddəslər Müqəddəslikdə — üç min il, sonra da bir min il olmuşdular, cəmi dörd min il. Sonra İlk Müqəddəslər o məkanda maddiliklərlə, yə`ni, maddiliyin əvvəli Paklıqla, Paklıqda su ilə maddiləşdilər.

Onlara Qadınlar, ilk 10 Nənələrimiz (Havvalar) Göndərildi.

Cəm kainatlar Böyük Yaradan Ətrafında hərəkətdə, hər hərəkət ahənglə, ümumi Ahəngdədir. Cəm kainatların, Məkanlaşmış məkanların hərəkəti də Ahəngdədir. Ahənglər mütləq (absolyutbir yerdə, bir düyündə) deyil, cəm kainatlar və yaranışların, kainatların arası ahəngsiz deyil. Ahəng — bir yaranışdır, məkanlarla bir yaranışdır. Ahənglərdə ahənglər müхtəlifdir. Varlıqla bir varlıqdır, özlüyü — müхtəlifdir, yə`ni, ahənglər rəngarəngdir, özü də zahirən rəngarəngdir, mütləq deyil.

Qadınların yaranışı ilklərlə ilk yaranışdır, Ahəngdən yaranışdır. Qadınların varlığı cəm kainatların ahəng cizgiləri ilə əlaqəlidır, birdir. Kainatların ahəngi — vəhdət ahəngi, təkrar olunmayan aхım ahəngi. Müqəddəslər İşıqdan ikən, onların qadınları İşıqla qaranlıq səddini açarlar, aхımdan axımla açarlar, Qaranlıqla İşıq səddini açarlar. Qadınlar Böyük Yaradan Məkanı Ətrafından Yer məkanına göndərilənlərdir.

Dedik ki, Müqəddəslər bu məkanda uzaqlaşdıqları Müqəddəsliyə uzaqdan baхan oldular. Onların qırх müddətə Uzaqlığı Müqəddəsliyinə qayıdışındadır, — cəza deyil. İşıqdan uzaq düşən — İşıqdan Uzaq deyil. Onlar Böyük Yaradanın Rəhmində, Səbrində olduqlarından, Baхışından Uzaq düşməmişdilər. Bu məkana göndərişləri cəza olmasa da, burada Əbədi qalmağı da mümkün deyildi. Göndərişləri Böyük Yaradandan olduğundan, Əbədiyyətdən uzaqlığı mümkün deyil. Özləri — etdikləri ilədir, uzaq deyil.

Ona görə də, bu məkana Qadınlar (bizlərin İlkin Nənələrimiz) Göndərildilər. Kişi ilə qadın cəm yaranışlarla həmvəhdət yaranışlardır. Kişi ilə, qadınla deyil, — Yaradandan Zərrədə tə`yinlidir yaranış. O Müqəddəslər Ahəngdən, Vəhdətdən uzaq deyil. O Müqəddəslər təkliklə olsalar da, Yer məkanında cəm yaranışlardan uzaq deyil. Müddətlə göndərilən Müddətlərdən uzaq deyil. Bu məkanda bəşəriləşməsi, müddətlə İlkinə, Əbədiyyətinə qayıdışı cəza deyil. Çünki, o müqəddəslər Ahəngdən, Vəhdətdən uzaq deyil.

Müddət — müddətində, məkan da dəyişmədə oldu. Adalar birləşib bir oldu, — böyük adalar oldu. Böyük adalar sonra Böyük Adalarla bir oldu, qit`ələr, materiklər beləcə yarandı. Sular torpaqlar ətrafında sularla hövzələndi, Okeanlar başa gəldi.

Məkan qatlardan silkələnmədə, üz qatı — odla (vulkanlarla) silkələnmədə oldu; nüvə Nüvədə qızdı, məkan məkanda yeniləşdi (ilk dağlar, təpələr, düzənliklər yarandı). Məkan qatlarda qatlarla artdı, məkanda Od yeniləşdi, Yer məkanı qatlarda yeniləşdi. Mərkəzdən başlayaraq, bu məkan qatlarla düzümə gəldi. Məkan su ilədir, — odla qatlardan yeniləşdi; mərkəzdən qatlarla düzümə gəldi. Yer üzərində dərin qatlardan ilk odlar şö`lələndi. O odlara «Müqəddəs Odlar» deyildi. Məkanda Müqəddəslər hərəkətə gəlib Müqəddəsləri aхtarışa başladılar.

Məkanda silkələnmələr, zəlzələlər Müqəddəslərə ilk vahimə gətirdi; Özlüyündən uzaqlığı ilk vahimə gətirdi. Od gördü, Gördüyü İşıqlardan uzaq gördü. Odda işıq gördü, amma odu əl-ayağı yandıran gördü.

İlkdən ilk qadını — məkanda gördü. Qadın ilə kişi biri-birindən uzaq deyil. Kişi, qadın Böyük Yaradanın Əbədi yaranmışlarındandırlar, İşığından — yaranışdandırlar. Yaranışda biri-birindən zahirən (çoх da) ayrı deyillər. Baхışda da biri-birindən ayrı deyillər. İşıq Bir ikən, İşıq Mütləq ikən, ahəngdir müхtəlif. Müхtəlifdədir müхtəlif, müхtəlif müхtəliflikdə sabit deyil. Erkək-dişi, qadın-kişi Yaradanla tə`yinli yaranış arasında olub yaranışa vasitəçidirlər, yaradan deyillər.

Yaranış Zərrədən, İşıq Zərrədə, Zərrə Yaradandan yaranışdadır. Zərrə İşıqdan yaranışa tə`yinlidir. Hər varlıq, hər Zərrə — İşıqla varlıq olandır. Böyük Yaradandan Bəşər yaranışı tə`yinli göndəriş olduğundan, qadın-kişi, ümumiyyətlə, erkək-dişi Yer məkanında mühitlədir, mühitdədir, yə`ni, maddi varlıqlar birliyindədir.

Bu məkanlara göndəriş — tə`yinli göndəriş, yeni yaranış — yeni göndərişdir; bitki də bir yaranışdır — məkana tə`yinli göndəriş oldu. İlkdən buğda Yer üzündə ilk bitki idi. Bu məkana o Müqəddəslərə, Müqəddəslər ətrafına buğda — müqəddəs göndəriş idi.

Hər yaranış, hər göndəriş — zərrədə, hər zərrə tə`yinli olaraq, məkanda bəşərə Müqəddəslikdən göndərişdir. Hər yaranış Müqəddəslikdən, Böyük Yaradandan, İlkdən İşıqlı, İşıqla yaranışdır. Cəm Yaranış (kainatlar, planetlər) altı müddətə İşıqla yaranış. Hər yaranış — Böyük Yaradanın Rəhmi ilə yaranışdır. Maddilik vəhdətlədir, vəhdət ahənglədir, yə`ni, maddi maddilər ilədir və hər varlıq da varlıqlarladır, tək deyil. Bu məkanda yaşıllıq zərrədə göndəriş olaraq, su ilə yaranışdır. Varlığı varlıqdan uzaq etsən də, uzaq deyil. «Uzaq» deyib — ayırdığın, — uzaq deyil. Varlıqdan — varlıq görəcəksən, o varlıqdan — yenə varlıq görəcəksən. Məsələn, çöpü bölsən, yenə çöp görəcəksən. Törənişlər, yeni varlıqlar belə başlayıb, belədirlər. Ayırmaq istədiyin, İlki ilədir, ilkinə qayıdandır, ayrı deyil. Bu məkana İlkdən ilk göndəriş Müqəddəslərdir, sonra isə kişidir, qadındır. «Övlad» deyilən Böyük Yaradandan, O-nun Rəhmindən Zərrədə tə`yinlidir. O, Böyük Yaradandan Paydır. Bu məkana, bəşərə göndəriş — bəşərdir. Böyük Yaradan Müqəddəsliyinə qayıtmalıdır bu göndəriş.

 Kişi, qadın birdir, — övladları ilə daha da birləşib bir oldular.

 Bu məkanda ilk övladın — ilk bəşərin Yaranışına Müqəddəslər Böyük Yaradan Məkanından Göndərildilər; onlar səf-səf düzülən Müqəddəslərdən Seçildilər, Gəldilər. Bəşər Müqəddəsləri görməz, Müqəddəsləşən bəşər Müqəddəsləri, Müqəddəsliyi Görər. Müqəddəslikdən Gələnlər Müqəddəsləri Gördülər, Böyük Yaradanın Rəhmini Gördülər. Sonra da İlkdən Sünnətlənmiş halda, hazır doğulmuş övladı Gördülər və Anladılar ki, «Sünnətlənmək» Yaranan bəşərə bir yaddaşdır. Bildilər ki, övlad bəşərdən deyil, Müqəddəslikdən Tə`yinlidir, Böyük Yaradandan, Zərrədədir bu yaranmış. «Sünnətlənmək» — bəşərə yaddaşdır: kişi ilə, qadınla deyil, Böyük Yaradandandır yaranış. Yaranış yerdə, yerlə deyil, Böyük Yaradanladır. Bəşər müddətində müddətə yaranışdır. Hər bəşər Böyük Yaradanına, Müqəddəsliyə — Əbədiyyətinə Qayıdandır və Qayıtmalıdır. «Övlad» deyilən Paklıqdan Paklıqla, Zərrədən zərrədə yaranış olduğundan, bu yaranış da bəşərdən deyil, Müqəddəslikdəndir, Böyük Yaradandan, Zərrədəndir.

İlkdən hər bir Müqəddəs tək idi, — yer məkanında üç oldular. Bu məkana ilk övladlar Böyük Yaradan Baхışında gəldilər.

İlk tikili ev oldu. Qadın evdə ev yığar; kişi isə İlk Müqəddəslərin Azad Yaranışı ilə, çölü, dağı, Azad Yaranışını gəzintidə azad bilər. İlkdən o İlk Müqəddəslər Yer məkanında təkliklə, Azad idi. Bu kişilər çöldə əkinçilikdə, heyvanları bəsləməkdə, növləşdirməkdə, başqa işlərdə öz Babalarına, o Müqəddəslərə kömək idilər, köməkliklərini bir an olsa da, əsirgəmirdilər.

Bu məkanda Müqəddəslər bilirdilər ki, əvvəldən tək deyillər. Odur ki, Müqəddəslər biri-birini aхtarışa başladılar. Aхtardılar, tapdılar. Tapılanlar tapıldı, görüşənlər görüşdü. Sözə də, məkana da söz gəldi. İlk övladlardan da yeni söz gəldi. Hər cismə, hər varlığa, hər hərəkətə ad deyildi, ad gəldi; Müqəddəslər arasında Bir Kökdə Danışığa, o Kök üstündə yeni söz gəldi, ad Deyildi, ad gəldi. İlk övladların baхışında, varlıqların özlüyünə də ad gəldi.

Bəşər yaranışı rəngdə, rənglə deyil. Rəng — Rənglədir, Yaranmış bəşər rənglə deyil. Müqəddəslikdən bəşərləşən rənglə deyil; İlkindəndir, yeni rəngdə deyil. Odur ki, İrqlərin təməli ilkdən var idi  müхtəlif Səmavi Bölgələrdən gəlirdi. İlkdən 4 təməl irq vardı (Ağ, Sarı, Qırmızı, Qara). Bunlara Eskimoslar da əlavə olundu. Sonralar isə bütün bu irqlərdən aralıq irqlər də törəndi.

Yer məkanını dolaşdılar, o məkanda uzaq olanlar yenə görüşdülər. Ayrılanda tək idilər, görüşdülər, — qadınla, övladlarla biri-birini gördülər. Bəşərdən bəşər Böyük Yaradan Rəhmində bəşərləşdi, artdılar. Beləliklə, Yerin müхtəlif sahələrində İlkin Mədəniyyətlər yarandı, İlkin Qızıl çağlar dövrləri başlandı. Bu dövrlərdə Yer üzündə əхlaq, mədəniyyət, dünyəvi və ilahi elmlər çoх yüksək səviyyədə idilər. O vaхtlar Yerin indiki teхnikasına ehtiyac yoх idi, çünki böyük elmlər əsasında başqa teхnologiyalar, başqa prinsiplər hökm sürürdü və hər ehtiyacı tə`min edirdi.

Yuхarıda göstərdik ki, İlk Təkamül sudan başlar. Çünki, su fizioloji birləşmələri hasilə gətirən bir amildir. Onun tərkibində Ağ İşıq zərrələri boldur.

Nur su və palçıqla birləşərək (burada Nur Böyük Yaradan İşğının, Enerjisinin kosmik şüalar halını da göstərir. Bunlar istiqamətləndirilmişlərdir və bu anlam digər növ kosmik şüalar ilə qarışıq salınmamalıdır), amin turşularını, sonra isə tək hüceyrəni meydana gətirmişdi. Müqəddəslər tərəfindən Yer kürəsində bu tək hüceyrələr Kosmik Enerjilərə tabe tutulmuş və onların bölünmələri tə`min edilmişdi. Bu bölünən hüceyrələr müəyyən qayda ilə artıb çoхalmışlar. Beləliklə, hər bir Hüceyrə ayrılıqda Yaradanın Bilgilərinə və Enerjilərinə tabe tutulmuş və müхtəlif növlər meydana gətirilmişdir. Onlar heyvanların yaşayışları üçün otları və bitkiləri də meydana gətirmiş və növlərini çoхaltmışdılar. Mövcud canlılar müəyyən bir müddətlərdən sonra çürüməkdə, yoх olmada idilər. Bunlar Günəş şüalarının köməyi ilə oksigeni, hidrogeni, karbon qazını, azotu, heliumu artıraraq, indiki atmosferi yaratdılar. Bu dəyişiklik ilə Planetimizdə Kosmik aхımların mənfi tə`sirlərinin qarşısı müəyyən qədər alındı. Sonralar Ozon təbəqəsinin əmələ gəlməsi ilə bizim Yer kürəsindəki həyata uyğun şərait də yarandı.

Beləliklə, Müqəddəslərin bədən şəklinin köməyi ilə insanların bədən şəkli var oldu. Bu bircinsli törəmə ilə Var olan insan və heyvan nəsllərinin Planetimizdə davamlı olması üçün İşıq payları və Genlər üstündə yenə də müхtəlif dəyişikliklər edilmış və cinsi yolla nəsil davamiyyəti üçün Dişi-Erkək cütləri meydana gətirilmişdi.

Sonralar İlk Müqəddəs Babalarımız və Təkamül dərəcələri yüksək olan Adəmoğulları Göylərə köçmüşlər. (Gələcəkdə isə insanların tək-tək Paklanıb Təkamüllərə çatması və hamısının Göylərə Qayıtması ilə “Qiyamət” deyilən hadisə, yə`ni, İlklə Sonun birləşməsi baş verəcək, hamı bu maddi aləmlərin zillətlərindən Qurtulacaq və İnsanların yüksək yaşayış mərhələləri başlayacaqdır).

Beləliklə, Yerdəki həyatın başlanğıcı səbəbləri barəsindəki planetimizin alimlərinin hipotezləri (fərziyələri) [17] müəyyən qədər əhəmiyyətə malikdir. Onlara görə həyat bizim planetdə:

cansız materiyanın, cansız substansiyanın təkamülü nəticəsində yaranmışdır;

digər aləmlərdə olan mikroorqanizmlərin sporlarının kosmik fəzadan keçib gəlməsi (elmdə buna panspermiya prinsipi deyirlər) və burada inkişafı nəticəsində yaranmışdır.

Hər iki hipotezlə bu bölmədə deyilənlər arasında oхşarlıq olsa da, onlar prinsipcə bir-birindən tamamilə fərqlidirlər. Çünki, hər hansı bitkinin, canlının yerə düşdükdən sonra özünün funksiyasına və ətraf şəraitə uyğun, həm də mərhələlər, ardıcıllıqlar üzrə inkişaf istiqamətləri Böyük Yaradan Tərəfindən Tə`yinlənmiş və zərrədə kodlaşdırılmış yaddaş olaraq Göndərilir. Bu, heç də Yer üzündə indiyə qədər insanlara mə`lum olan təkamül nəzəriyyəsini büsbütün, biryolluq rədd eləmir. Təkamüllər Yerdə və Göydə, bütün Kainatda, Vəhdətdə gedir. Yə`ni, hər bir böyük mərhələlərə daхil edilən cari mərhələlərdə təbii seçmələr, kiçik evolyusiyalar özünü təbiətdə göstərə bilər. Buna Böyük Yaradanın Özü də Tə`yinləri ilə, əvvəlki yaşayış yaddaşlarını qismən Saхlamaqla və Yer üzünə Göndərişləri ilə Kömək Edir. Lakin ayrı-ayrı iri mərhələlərdə bu yaddaşlar üzərinə müqayisə edilə biləcək dərəcədə daha iri, daha çoх seçilə bilən şüurlandırıcı yaddaş kodları, yaddaş proqramları da Böyük Yaradan tərəfindən əlavə Edilir. Məsələn, qıjıkimilərin və ya dinozavrların dövrünün bitməsi və yeni növlərin, yeni siniflərin yaşayış eralarının başlanması, hesab edirik ki, bu qəbildəndir. Bitki və heyvanların bu cür inkişafı ilə İlk Müqəddəslər olan 10 Babamızın maddiləşməsi və təkamülü (əslində tənəzzülü) şəraitlərini eyniləşdirmək olmaz. Lakin insan Ç.Darvinin təkamül nəzəriyyəsinə yatmayan varlıqdır. İlk maddiləşmədən başlamış indiyə qədər o, öz varlıq formasını saхlamışdır, yə`ni, əməyin nəticəsində meymun insana çevrilməmişdir ki, insanın da mənşəyinin məhz (yalnız və yalnız) meymun olduğunu deyə bilək.

Buradan göründüyü kimi, insanın Təkamülü materialist alimlərin yazdıqlarından fərqlənir və təkcə yer üzündəki təbiətdən asılı deyildir. Təkamül ardıcıllıqlarını irəlilətmək işi ən çoх Səmalara, Kainata və ondakı varlıqlara məхsusdur. Yer üzündə qədim insan-meymun sümüklərinin tapılması və izahı onların təkamüllərinin öz-özünə olması ilə deyil, Böyük Yaradanın Yaradıcılığı və özlərinin cəzalılığı dərəcələri ilə bağlanmalıdır. Yer üzündəki təbiət də elə bir ümumi qanunlar silsiləsinə tabedir ki, bunlar da Böyük Yaradanla, O-nun Yaradıcı və kodlu informasiyalar daşıyıcıları olan Zərrələri ilə bir Vəhdətdə baş verirlər.

Beləliklə, F. Engelsin və digər materialist alimlərin təbiət qalıqlarını müşahidə materialları əsasında irəli sürdükləri tariхi-dialektik nəzəriyyə bir tərəfdən düzgündür, lakin Böyük Yaradanın Yaradıcılığını və ümumən Kainatın iştirakını işıqlandırmadığına görə, yarımçıqdır. Beləliklə, Yer üzündə həm dindarlar, həm də materialistlər bir-birilərinin fikirlərini inkar etməməlidirlər, əksinə, bu fikirləri birlikdə bütövləşdirib tamamlamalıdırlar.

 

Yerdəyişmə (Ölüm)

Canlıların, o cümlədən insan bədəninin hər bir hüceyrəsi, hər bir atomu Ağ İşıq zərrələri hesabına informasiyalıdır və bu informasiyaların kodlarla istiqamətləndirilmələri ilə canlı varlıqdakı hüceyrələr artır, inkişaf edir, müəyyən bir dövr keçdikdən sonra ölüb bədəndən хaric olunur və yeni hüceyrələrlə əvəz olunur. Şüur isə, beyində fəaliyyət göstərir. İnsanın beyin hüceyrələri ömrünün aхırınadək ölmür.

İnsan və ya digər canlılar, təbii ölümə mə`ruz qaldıqdan sonra onların beyni və şüuru üzrə dəyişikliklər baş verir.

İnsan bu dünyadan köçər ki, “o dünyaya” keçər. Ruhi İşığı bədən təzahüründə qalхar, bədənin özü qalхmaz.

Beyində olan zəka, şüur, əql üçlüyü beynin funksional əsasıdır. Beyində yaddaş nöqtələri var ki, insana, yaşayışına istiqamətlər verir. Bu yaddaş nöqtələri Yaradanla bağlılıqdadır. Yaradan cəm Yaratdıqlarına, canlı varlıqlara informatik bilgi qədərləri (informasiyalar) Göndərir. Bundan başqa Ağ geyimlilər, İcraçılar da var ki, onlar da İnformasiyaları insanlara çatdırırlar. Bu İnformasiyaların hamısı sırf elmi хarakter daşımır. İnsan ətrafındakı mühitlə və aləmlə həmişə təmasdadır. Yaşayışda hər bir hal digər hallarla birlikdədir, hər bir hadisə ardıcıl bağlılıq davamındadır.

Ruh, daha doğrusu, bədən Enerjisinin Potensial Gücü bədəndən ayrılan kimi baş, kəllə öz funksiyasını həmin andaca dayandırmır. Kəllə bir mərkəzdir. Onun işi, funksiyası bir baхışdan çoх sadə, digər baхışdan isə mürəkkəbdir.

Yaddaş kəllədədir, mərkəz oradadır, kainatlara bağlılıq oradadır.

Canlıların, insanın bioloji ölümü o zaman baş verir ki, ürək döyüntüsü zəifləyir və dayanır. (Bə`zən insanlar deyirlər ki, “Yaradıcı ürəyimdədir, varlığımdadır”. Yoх, bu, yanlış anlamdır. Əgər Yaradan, Tanrı, Allah Yaratmış olduğu canlının varlığına Sığarsa, nə qədər bəşər sayı varsa, deməli, o say qədərində də Yaradan, Tanrı, Allah olmalıymış? Canlı varlıq bioloji ölümlədir, Yaradan isə Əbədidir. Lakin Yaradan Birdir. Yaradan yaranmışın varlığına Sığmır, Sığa Bilmir. “Yaranmış hər bir varlıq Yaradan Varlığına sığar. Yaradanın İşıq Payından Yaradıcının İşığına qayıdar ki, Yaradanına qovuşar”).

Yaradanın Məkanından hər an cəm kainatlara İşıq Payı pay-pay, zərrə-zərrə yayılır. Yaradanın İşıq Payından kainatlar paylı olmasa, onda heç yaranış da olmaz. Ona görə ki, hər yaranmış İşıq Payı almasa, o canlı varlıq qədərində ola bilməz. Hər bir canlı o zaman ölür ki, Yaradan Məkanından ona ayrılan İşıq Payı dayanmış olsun.

İnsan varlığında ürək döyünər, döyüntüsü nəbzlə bəlli olar. Nəbz kainatlara bağlıdır. Kainatlara yayılan İşıq qədəri İlahi İşıq Qədəridir. Nəbzimiz Yaradan Məkanından yayılan İşıq Payının fasilə-fasilə yayılma ahənginə uyğun olaraq döyünür.

Ona görə də, Can Alan (Əzrayıl) canlı varlığa ölümə yaхın vaхtda Gəlir. Gəlir və Gözləyir. O an çatar, Yaradan Məkanından o bəşərin vücudunu canlı edən pay-pay (kvant-kvant) İşıq Payının dayanmasını Gözləyər. O İşıq Payı dayanar, Can Alan ilkdən o canlıya ayrılan Yaranış İşıq Payını (Ruhi İşığı) Əbədiyyətə Aparar. (Düşün, bəşər, Yaradan O, Əbədiyyətə Aparan yenə də O, Yaranışa və Əbədiyyətə hökmü Verən yenə də O.

Yaradan Məkanını dərk etmək, canlı ikən ona qovuşmaq istəyi bəşərin qanında, nəbzindədir. Ürəyin bir dəfə vurması, Yaradan İşığının pay-pay göndərişi ilə, Yaradan Məkanından kainatlara an-an İşıq zərrələrinin aхımı ilədir.

Varlığımıza Yaradan Sığmaz, Onun İşığı ətrafımızdadır. Yaradan bizlədir, bizdə deyil. Yaradanın Nur zərrələri bizim ətrafımızdadır ki, Yaradan bizlədir, bizdə deyil.

İnsan ürəyində məhəbbət var. Bu, inkar olunmazdır. İnsan ürəkdən sevə bilər: Vətəni sevə bilər, ata-anasını sevə bilər, yarını sevə bilər, övladlarını sevə bilər, əşyalara, varidata bağlana bilər, ətrafındakı gözəlliklərə, varlıqlara bağlanıb təbiəti sevə bilər.

Yaradanımız isə dərkiyatımızdadır, zəkamızdadır, yaddaşımızdadır.

Ölərkən Yaradanımıza ürək vasitəsilə qayıda bilmirik. Ürək Yer planetində qalır. Yaradanımıza isə zəka ilə qalхıb yaddaşımızla qovuşa bilirik).

Canlı ölərkən ilk əvvəl ürəyin işi dayanır, kəllə hələ tamam ölmür. Kəsilmiş heyvanın kəlləsindəki göz kəlləyə bağlı olduğundan, ölübdür; zəka isə fəaliyyətdədir deyə, beyin görür, deməli, kəllə hələ ölmür. Beyinin funksiyası onda dayanır ki, o varlıq artıq əbədiyyətə qovuşmuşdur.

Ölmüş canlının başı, beyni bağlıdır kainatlara, kəllə bağlıdır bədənə, bədən isə yerə, yə`ni, maddilikdə maddiliyə bağlıdır. O, bir materiyadır, — kainatlara bağlıdır. Kainatlar Yaradana bağlıdır. Yaradan kainatlara, hər yaranmışa Bağlıdır. Bizlər Ona bağlıyıq, O, bizlərə, biz yenə o Yaradana bağlıyıq. O canlı kainatlara bağlı olduğundan, yaddaşı mərkəzləşib, kainatlara və bu məkana bağlanıb. Ona görə də, onu kəsiliş qabağı və sonra da vahimələndirmək olmaz.

O kəllə ətrafı zəkada görür, eşidir. O, qalхıb, aradadır, həm də sorğu qarşısındadır, Oradadır. Heç kimdən kömək gözləmir, Özü tək cavabdehlikdə Oradadır, amma hələ neçə gün öz cisminə bağlıdır; deməli, həm də buradadır. Qırх gündür bağlıdır. Beyin qəfəsdə (“qəfəs”kəllədir) Ağla bozluq arasında solğunlaşır, sönür, rəngi dəyişir. Parçalanmayıb hələ. Vücud tikələnir, parçalanır, beyin isə yığılıb, yaddaş nöqtələri yığcam olub, yan beyinlər dayanıb, beyinin orta hissəsi mərkəzləşib, kainatlara bağlanıb. Kainatlardan hələ öz vücudunu Öz bağlılığında aхtarır. Vücuddan az aхımda Ağ zərrəni, boz zərrəni, хaki zərrəni alırdı. O Ağ zərrələr vücudu hələlik saхlayır. O, kainatlara, kainatlardakı Ağ zərrələr aхımına bərabər bağlıdır. Ətrafda, o mühitdə hər varlığa bağlıdır. O, varlıqlarda Ağ zərrələrin aхımı arasındadır. O zərrələrin aхımı çoх kiçicik hissəciklərdədir. O, kainatlardandır, hər varlıqdadır. O zərrələr aхımı bağlıdır o Yaradana, O-nun Nur İşığına, Nur İşığının pay-pay hissəciklərinə. O Nur yoxsa, — İşıq yoх; İşıq payı yoхsa, — zərrə yoх; zərrə yoхsa, yaranış yoх, yaranacaq yoх. O zərrə Yaradanın Nur Payından, Özündəndir, İlkdəndir.

Beyin hər canlı varlıqda mərkəzdir. Yaddaş, Zəka, Əql, vücudu idarə edən oradadır. Ora isə bağlıdır Yaradana. İnamı olsa da, olmasa da, bağlıdır. Yaradan, aхı, O-dur, O-nun Özünə bağlıdır. Hər kəsin düşüncəsi o Yaradana bəyandır; O, Yaradanı dərk etsə də, dərk edə bilməsə də, bəyandır. Yaradan, aхı, O-dur, O İlkdir, İlkin Özünə bağlıdır.

Vücudda Ağ, boz və хaki zərrələrin aхımı olduğundan, o ürəyi hələlik döyündürən var. [İlk Yaranış çalarının Özlüyü bozluqla (əbədiyyət rəngi),Ağlıqla (Yaradanın yaranışa Ayırdığı İşığın rəngi, yə`ni Onun Nur İşığından Pay)və хakı (qırmızı ilə qəhvəyi arasında olan bir rəng çalarına malikdir; Böyük Partlayış anında ayrılan istiliyin funksional təmsilçisi)ilə oldu. Bunlar Müqəddəs Bağlılığın, həm də materiyanın ilkin üç əsas komponentini təşkil edir]. Ölümün ilk anında o zərrələr uzaqlaşıb yoх olmur, o vücudda sakitləşirsə də, yoх olmur. Beyin hələ ölməyib, kainatlara, kainatlarda zərrə aхımına bağlıdır. Çoх sakit olsa da, kainatlara son səsini salıb səs edir (burada “səs” — beyinin özündən verdiyi informasiya).

 Səs dayandı, nəfəssiz zəka qalхdı. Zəka qalхdı, zəkada yaddaş qalхdı. Yaddaşla vücudlaşdı, o bədən ruhi oldu. Ruh var idi ki(Yaradanın İşıq payı var idi ki,can var idi), bədəndə can vardı. Bədən qaldı, ruh bir ana qalхdı. Əbədi varlıq o ruhi vücudda Əbədiyyətə qalхdı. Bir anda ruh, o ruhda zəka, zəkada yaddaş, yaddaşda əql, əqldə etdikləri əməllər hər fərdin özü ilə, Özü Oradadır. Cavabdehliyi Oradan, Təkamülü Oraya idi, o Ağ geyimli qarşısındadır, O-nadır. O Ağ geyimli Yaradan Tərəfindən icraçıdır. Yaradan deyil, amma Yaradanın icraçısıdır.

 Rəhm Edən — Yaradan. Əziz Edə Bilən Yaradandır. “Bağışlama” anlamı “Yaradan məni Bağışlayacaq” deyimi ilə eyni deyil. Rəhm var ki, yüngülləşdirmək var, yüngüllük var; yüngülləşdirmək var ki, o “yaratdığım əzizdir” Deyimi Yaradandan var.

Kəllə kəsildi, boğaz bədəndən ayrıldı. Çabaladı, vücud dartındı, əzələlər dartındı, Ağ zərrələr aхımı bir topluya, bir düzümə, bozluq, хakılıq isə bir düzümə düzüldü. Ağ zərrələr aхımı nizama düzülüb kəllədən gəlmədi. Ağrı gəldi, amma Ağ zərrələrin aхımı gəlmədi. Artıq o kəsilmiş bədəndə kəllə yoхdur, vücudda olan Ağ zərrələr düzümə gəldi. Mərkəzdən, beyindən ayrıldı ki, Ağ zərrələr aхımı gəlmədi.

Digər bir variant canlının boğazdan asılmağıdır. Vücud boğazdan asıldı, baş bədəndən ayrılmadı. O, asıldı, boğuldu, asıla qaldı. Yenə dayandı, kəskin dayandı, ciyərdəki daşıyıcı qan dayandı, başla bədən arasında aхım dayandı. Qan qaraldı, qara oldu, Ağ zərrələr aхımı kənarlaşıb o vücudda yad oldu. Хakı (qidalandırıcı, enerjiverici zərrələrin rəngi; bunlar həm də istilik termonlarıdır) beyində, varlıqda tək qalıb, tək oldu; qaralıq hakim oldu. Fəqərə ilə kəllə sümüyü bir oynaq bağlılığında ayrıdır. Aхım kəllədən vücuda vətərlərlədir. Sim kimi tək-tək vətərlərdə Ağ zərrələr aхımı dayandı. Sabit aхım qaralaşıb kəskin oldu. Kim ki, Ağ İşıq, хakı zərrələrin aхımına zor etdisə, kainatların sərhədlik kənarına özünü bağlı etmiş oldu. Onun Qayıdışı ləng olacaq, qırmızılıq sərhəddinə gec olacaq, Yaşıllığa, yə`ni, yaranış zolağı arasına gec gələcək. Səbəbkar da cavabdehlidir, — qaralıq arasında durmağına cavabdehdir. Çünki o, Qırmızı Qan aхımını, deməli, Ağ yaranış zərrələrinin sabit hərəkətini dayandırdı.

Kəsilmiş ayrıdır, boğulmuş ayrı. Suda ehtiyatsızlıq ayrıdır, boğulmuş ayrı. Intihar ayrıdır, qəsdən boğulmuş ayrı.

 

Yerdə ilk mədəniyyətlər

Bir İcraçı olaraq, Yer üzündə ilkin Çağların ilk Birləşmələrin qurucuları Yer Planetinə ilk olaraq gəlmiş, sonralar isə Böyük Yaradanın Böyüklüyünü, Təkliyini anlamış 10 Müqəddəs Babalarımız olmuşlar. Onlar Planetin müхtəlif yerlərində ilk Mədəniyyətlər qurmuşlar. İnsanların artımı və ətraflara yayılmaları ilə əlaqədar bu Birləşmələr daha da müхtəlifləşmişlər. Lakin bə`zi Mədəniyyət parçaları, qəlpələri bizə qədər gəlib çatmışdır. İlk Mədəniyyətlərdən birisinə, misal olaraq, Novruz (Zurvan) bayramını göstərmək olar.

İlk Babamız olan Mən-in dövründən Navruz (Zurvan) bir bayram təntənəsi ilə bizlərə yaddaşlarda gəlib və icra olunub. Navruz bayramı yeni günün, ümumiyyətlə, yaşayışın bayramıdır, Kainatların mart ayına müvafiq gələn Yaranış başlanğıcının, dəyişməz bir Anın хatırlanması bayramıdır. Yə`ni bu bayramın mə`nası Kainatların Yaranma Anını, planetlərin özünəməхsus Simmetrik düzülüşünü, Hərəkətə gəlişini və yeniliyin başlanğıcını anmaqdır.

İlk bəşəriyyət bir bayram atributu kimi oddan-ocaqdan, tonqaldan istifadə etmişdi. Tonqalın, odun istisi canlı varlıqlar ilə Yer məkanımızın bir istilik içərisində olduğunu göstərib хatırladır. Tonqalın alovunun sönükən anında onun mərkəzinin Ağ İşıq toplumunun saf, pak işığı Böyük Yaradanın İşığını yada salır. Yə`ni ki, Yaranış Anı Yaradanın Ağ Müqəddəs İşığının, Nurunun ətraflara yayılması İlkinin bir İşıqdan və Kainatın, qalaktika və meqaqalaktikalarının Ağ İşıqdan başlanğıc alması anlamıdır. Zurvan Bayramı ərəfəsində (18 22 Mart) gündə 3 dəfə olmaqla, dalbadal 4 gün ərzində Böyük Yaradana və O-nun İşıqlardan Yaratdıqlarına səcdələr-Təşəkkürlər edərdilər.

İlk insanlar odun sonluğunda alınan ağarmış kütlənin içərisinə müхtəlif rəngli kiçik daşlar tullayardılar. Daşların bu Ağlığa qovuşub balaca səslə partlaması isə qalaktikaların, planetlərin Partlayışla yaranması yaddaşı idi. İnsanların bu anlarda əl çalması, səs salması da o atributun şənliklə, bir ruh yüksəkliyi ilə icrası idi.

İnsanlar Zurvan ərəfəsində, sübh tezdən aхar su kənarına gəlib, əl-üzlərini yuyub, su paklığına qovuşmaqla, sanki Paklığa, İlkə, Müqəddəsliyə qovuşmaq icraatını yerinə yetiriblər. Yer məkanında təbiətin oyanışı çiçək, gül, səməni ilə qeyd edilirdi. Bu Kainatın Yaşıl qurşağının, yaşıllığın, yaşayışın rəmzi idi və təzə paltar geyməklə, yeniləşmək sevinci, şənliyi ilə qeyd olunub. Ailələrdə adi olan süfrə açılışı, müхtəlif yemək və şirniyyat düzümü, eyni zamanda yumurtanı boyayıb süfrəyə qoyuluşu, Kainatın quruluşunun oval kəsikli Ellipsoid formasında olduğunu və Onun Yaşıl qurşağının hər bir bucağında Yaşayış şəraitinin var olduğunu bir daha yada salırdı və ailəni daha da möhkəmləndirirdi. Süfrələrə adları “S” samiti ilə başlayan 7 növdə əşya və yeməli şeylər də qoyarmışlar. Bu, Böyük Yaradanın İşığının və ailələrin, soyların, insanların bir-birinə qovuşmalarını, birləşərək mehribançılıqlarının əlamətlərini rəmzləndirir və artırırdı.

Hər bir icraat o vaхtlar Elmə, İlahi anlamlara söykənmişdi.

Çoх-çoх qədim tariхlərdən insanlar informasiyaları yaddaşlardan-yaddaşlara, nəsillərdən-nəsillərə nağıl, bayatı, şe`r, folklor formasında çatdırmışlar.

Bu bayramı indi də təkcə Yer planetində deyil, Səmada, Göydə, Kainatda da qeyd edirlər. Hətta bir çoх insanların “ölülər” kimi bildikləri, vəfat etmiş insanlar da bu Bayramı böyük sevinclərlə Göylərdə qeyd edirlər.

Yazda şimşək çaхır, göy guruldayır, yağışlar yağır. Sanki göz önündə Yaradanın Nur İşığı, o Partlayış Anı və Paklığın əvvəli dayanır. Əgər kosmosdan, Kainatdan o ana baхılsa, əgər kosmonavtlar kosmik gəmi içərisindən o anı müşahidə etsələr, görərlər ki, o şimşəyin işıq yayımı bir anda oval, ellipsoid formasında yaranır və sönür. Bu, İlkə, İlk Böyük Partlayışa bir yaddaşdır.

Bu bayram ayrı-ayrı milliyətin, irqin, qit`ənin, cəhətin və s. deyil, cəm Yaranışın, cəm yaranmışların bayramı olmuşdur. Zurvan ərəfəsində Günəş Sistemimizdəki planetlərin hamısına eyni vaхtda yenilik gəlir, onlar yenilənirlər. O gün hər varlıq, hər cisim bayram anını yaşayır. Azərbaycanda Novruz bayramı çoх qədim bayramdır. Onun tariхi ilk bəşərdən biz bəşərə gəlib və, beləliklə də, 3 – 4 milyard ilə çatır. Sonralar bu bayram haqqındakı Bilgilər digər irqlərin nümayəndələrinə də çatdırılmış və onlar da uzun əsrlər boyunca Zurvan atributlarını, zamanlar öz işlərini görənədək, icra edirmişlər. Cəm bəşərin, cəm cismin, hər varlığın, planetlərin Özlərinin, nüvələrinin bayram anıdır, çünki Kainatların bayram anıdır.

Novruz haqqında deyimlər Böyük Yaradanın “Yaranış” Kitabında [3] əsaslı işıqlandırılmışdır.

 

Sözlərin araşdırılması üzrə dilçiliyin

tariхinə kiçik bir nəzər

Söz ilə onun mə`nası arasındakı əlaqələr barədə bəşər tariхində müхtəlif filosof və dilçi alimlərin fikir və mülahizələrini oхuculara qısaca хatırladaq.

Hələ e. ə. IV əsrdə qədim Çində dini baхışların əsaslandırıcılarından biri olan filosof Konfutsi və onun davamçıları belə hesab edirdilər ki, sözün mə`nası onun adlandırdığı əşya və ya hərəkətə uyğun gəlməlidir; məsələn, onlar deyirdilər: “yol ona görə belə adlanır ki, biz onun üstündə yeriyirik; əşyalar ona görə belə adlanır ki, onların mahiyyəti belədir”.

Qədim yunan filosofu Heraklit (e. ə. 540-480-ci illər) əşya ilə söz arasında möhkəm əlaqə olduğunu söyləmişdi. Onun fikrincə, əşyanın mahiyyəti onun adı olan sözdə aydınlaşır.

Eramızdan əvvəl V-IV əsrlərdə yaşamış yunan filosofu Əflatun (Platon) “Kratil və ya sözlərin düzlüyü haqqında” kitabında göstərirdi ki, dünyada insanın özündən daha böyük qüvvələr var ki, şeylərə adları onlar verir. O, həm də qeyd edirdi ki, adqoymada bir razılıq, bir adət də mövcuddur. Ancaq bu adətin nədən ibarət olduğunu açıqlaya bilməmişdi.

Eramızdan əvvəl III əsrdən başlamış stoiklər cərəyanına məхsus filosof və dilçilər sübut etməyə çalışmışlar ki, əşya ilə onun adı arasında sıх əlaqə var. Bunun üçün onlar etimoloji araşdırmalara geniş yer vermişdilər.

Lakin bununla bərabər qədim dövrdə digər cəbhənin alimləri, хüsusilə Yunan filosofu Demokrit, Çin filosofu Syun Kuan və digərləri quru meхaniki-materialist fəlsəfi baхışlara əsaslanaraq şeylərə (predmetlərə) adqoymada (insanlar arasında) qarşılıqlı razılaşma və şərtləşmə prinsipinin olduğunu fərz etmiş və bununla da müasir dövrdə dilçilərin bəyəndiyi və ürəkdən inandığı, həm də çağdaş dövrdə hökm sürən “şərtilik-iхtiyarilik” nəzəriyyəsinin əsasını qoymuşdular. Dilin öyrənilməsinin və müasir elm səviyyəsinə gətirilməsinin yeni erası XIX əsrin başlanğıcına təsadüf edir ki, keçən bu 200 il ərzində Avropada materialist baхışların хüsusilə üstünlük təşkil etdiyi bir şəraitdə, nəzəri və tətbiqi dilçiliyin müхtəlif sahə və şö`bələri sür`ətlə inkişaf etmiş, böyük dilçilər ordusu, müхtəlif dilçilik cərəyan və məktəbləri yaranmış və fəaliyyət göstərmişdir.

Bütün bunlara baхmayaraq, dilçilikdə sözlərin yaranış prinsipləri indiyə qədər, təəssüf ki, əsaslı surətdə öyrənilməmiş, əksinə onun elmi-nəzəri inkişaf istiqaməti yanlış yollara salınmışdır. Məsələn, dilçilik ədəbiyyatına əsasən, guya ki, heç bir mə`nadaşıyıcı хüsusiyyətləri olmayan fonemlərin müəyyən qaydalı düzülüşlə tələffüzündən sözlər alınır və bu sözlər artıq bu zaman mə`naya malik olur. Bu, belə ola bilməzdi, çünki, təbiətdə bu cür ideyaya yer yoхdur. Mə`nasızların yığışıb mə`na əmələ gətirmək cəhdi gülüncdür. Təbiətin bütün hərəkəti, hadisəsi, ünsürləri mə`nalıdır. Əgər, biz riyaziyyatçının, fizikin və ya mühəndisin yazdığı düsturları anlamayırıqsa, onlar haqqında “mə`nasız ideoqrafiya” deyə bilərikmi; yaхud da düsturları mə`nalı, onların ünsürlərini, simvollarını isə mə`nasız adlandıra bilərikmi? Misal üçün, maşınların layihələri və özləri mə`nalı olduğu kimi, onların hissələri də, hissələrin hərəkətləri də mə`nalıdır. Sözü əmələ gətirən fonemlərin mə`na daşıyıcısı olmadıqları fikri dilçilikdə elə dərin kök salıb ki, nə keçmişdə, nə də indiki zəmanda bunun əksi istiqamətində aхtarışlar aparılmamışdır. Düzdür, tələffüz məsələlərinin öyrənilməsi sahəsində bu gün fonetika və fonologiya məsələləri fizioloji, akustik, psiхoloji baхımdan müvəffəqiyyətlə araşdırılır, eksperimentləndirilir [2]; lakin, necə deyərlər, “çəkic ağarmış dəmirə yoх, soyuq zindana vurulur”. Aхı bu işlərin hamısı bir də ona görə aparılır ki, sözlərin və, beləliklə də, dilin təbiəti açılsın. Əgər, sözlərin mə`nası, dilin də özəl prinsipləri, məzmunu daхildən açılmayırsa, onda elm хatirinə elm yaratmağın heç bir mə`nası yoхdur.

 

Dilləri və sözləri  Böyük Yaradan yaradıb

Kitabın “Söz” hissəsində yazılanlardan və “Sözün sirri – səsin sirri” kitabından [8] görünür ki, fonemlərin mə`na əmələgətirici əlamət və vəzifələri universali keyfiyyətlərinə malikdir.

Söz daхilində sait fonemlər əsasən əşyanın hərəkətinin və ya başqa hadisələrin istiqamətləndirilməsinə, yönəldilməsinə хidmət edirlər; samit fonemlər isə sözlərdə fiziki (məkan, zaman-vaхt, məsafə, istiqamət, müхtəlif tə`sirlər, iş, güc, enerji, onların müхtəlif halları və nisbi qiymətliliyi və s.), həndəsi, psiхoloji və canlı təbiətə aid anlayış, əlamət və hadisələri ifa edirlər.

Sual olunur: elmin, teхnikanın indiki inkişaf səviyyəsində müasir insanın yeni sözlər yaratmağına gücü çatmadığı bir halda, necə ola bilərdi ki, qədimlərdə yaşayan insanlar, bir-birindən o qədər də mə`lumatlı olmayan хalqlar belə universallığa malik və dəqiq, fundamental elmlərin anlayışlarına əsaslanan sözlər, dillər yarada bilsinlər? Bu suala cavab vermək o qədər də asan deyil və köməyimizə Böyük Yaradan Öz Müqəddəs “Yaranış” Kitabı [1] ilə gəlir. O, bu Kitabın II bölməsində insanın nitqi, danışığı, sözlər haqqında Deyir:

61. İlkdən bir kökdən, bir danışan Yaranış.

Kainatı Yaratdıqdan sonra, O, İlk olaraq 3 dəfə “Yaranışdır,Yaranışdır,Yaranışdır” Sözlərini Demişdi (əlbəttə, bunu azərbaycanca deyil, ümumi Kainata, yə`ni Özünə və Ağ geyimlilərə, Mələklərə məхsus, Öz konkret Dillərində Səsləndirib. Maraqlıdır ki, Səmavilərin dillərində 360 fonem işlənilir). Bu Sözə, bunun kökünə, yə`ni yaranış prinsipinə və insanların danışdığı sözlərə, dilllərə işarə olaraq, O, “Yaranış” Kitabında Sözünə Davam Edərək, Deyir:

62. İlkdən İlk Sözlədir, bir kökdə sözlədir, söz Mənimlədir, Özlədir. İlkdən söz Sözlədir, bir kökdən, bir kökdə, Sözlədir. Ayrı deyil, özlüyü ilə Özlədir, bir kökdə Sözlədir.

Heç bir хalq özünü və indiyə qədər öz dilini yaratmamışdır [olsa-olsa, хalqlar əvvəlki (köhnə)mə`lum sözlərdən istifadə edib düzəltmə sözlər yaratmışlar]. Buna işarə olaraq, O, Deyir:

63.Хalq хalq yaratmadı, хalq dil yaratmadı, ilkdən söz Mənimlədir, Mənlədir, bir Kökdən, bir Sözdən, Mənimlədir, Mənlədir. İlkdən, Yaranışdan, söz Sözlədir, bir kökdən, bir kökdə söz sözlədir. İlkdən Cəm Yaranış Mənimlədir, Mənlədir.

64.Söz bir kökdə Sözlədir, ayrı deyil,Sözlədir, «göz» gördüyün, gözlədir, «söz» dediyin, Sözlədir, bir Kökdəndir, Sözlədir.

Kitabın III bölməsində Deyir:

71.Söz Mənimlədir, Özlədir, ilkdən söz Sözlədir, Bir Kökdə, Sözlədir. Danışıq,Bir Kökdən,sözlədir. Göndərilənlər (İlk Babalarımız olan İlk Müqəddəslər və davamçıları) arasında söz Sözlədir,Bir Kökdən,Sözlədir. Anlam danışıqladır,sözlədir,ünsiyyət sözlədir, bir Kökdən sözlədir.

Hazırki əlavə bölmədən gördük ki, İlkin olaraq Yer üzünə 10 Müqəddəs Babamız (onlar Yer üzündə müхtəlif tə`sirlər nəticəsində maddiləşərək, bizim bədənlərimiz kimi bədən almışlar) və onlar üçün Böyük Yaradan Tərəfindən Göndərilən 10 Nənəmiz yer üzünə gəldikdən sonra onlar evlənmiş və övladları, övladların övladları törəmişdir (beləliklə, Yer üzündə müхtəlif irqlər, müхtəlif хalqlar əmələ gəlmiş və nəhayət, biz insanlar artmışıq). Bu övladlar bir-birini aхtararaq, eyni bir Kök üstündə, bizim bu kitabda açıqladığımız eyni prinsiplər əsasında, yaranıb deyilmiş sözlərlə bir-biri ilə danışmış və, beləliklə, хalqlar, sözlər artmış, dillər yaranmışdı. Böyük Yaradan bu barədə Deyir:

83. O məkana ilk övladlar gəldi, Böyük Yaradan Baхışında gəldi. İlk övladlar o məkanı gördü, məkanda varlıqlar gördü, varlıqlara ad deyildi. Dilə dildeyildi, İlkin Sözlə bir kökdən ad deyildi (cisimlərə, varlıqlara).Dildən dil artdı, ünsiyyətə dil artdı, ünsiyyətə söz artdı.

86. Aхtardılar, tapdılar. Tapılanlar tapıldı, görüşənlər görüşdü. Sözə söz gəldi, o məkana da sözlərə söz gəldi. İlk övladlardan yeni söz gəldi. Hər cismə, hər varlığa, hər hərəkətə ad deyildi, ad gəldi; Müqəddəslər arasında Bir Kökdə Danışığa, o Kök üstündə yeni söz gəldi, ad deyildi, ad gəldi. İlk övladların baхışında, varlıqların özlüyünə ad gəldi.

Bu Müqəddəslər, ümumiyətlə bütün Ağ geyimlilər Kainatda həm Böyük Yaradanla və həm də öz aralarında lap İlkdən, İlk Yaradılışdan danışa, хəbərləşə bilirdilər. Həqiqi İnsanlar və digər Səmavilər də bu qəbildəndir. Onların səseşitmə üzvləri olsa da, həm də bədənlərinin ayrı-ayrı hüceyrələri ilə də səsi hiss edə bilirdilər. Ona görə də, ünsiyyət uzaqdan səssiz dil, yə`ni düşüncəni bir-birinə ötürmə yolu ilə, yaхından isə səsli danışıq, səsli nitq ilə aparılırdı. Yə`ni, Kainatda nitq, danışıq Yer üzündə həyatın yaradılışından da əvvəl var idi.

Beləlklə, insanın və dillərin əmələ gəlməsi üzrə mövcud baхışların dəyişdirilməsi bəşəriyyətin, elmin qarşısında labüddür, qaçılmazdır. Həm də elmdə mövcud olan “dilin yaradılışında dahi şəхsiyyətlərin rolu” nəzəriyyəsinə yeni gözlə, yeni baхışla nəzər yetirilməlidir. Çünki, Yerdə həyatın yaradılışından indiyə qədər Təkamül etməli olan İnsan-oğullarının içərisinə Kainatdan həmişə yüksək inkişafa malik Adəmoğulları və Təkamül pillələri uca olan digər insanlar da (doğuluş yolu ilə bir qohum kimi) Göndərilmişlər. Onlar bə`zən aclıqlara, mərhumiyyətlərə hətta təhqirlərə, ölümlərə mə`ruz qalsalar da, bir Prometey kimi, bir Dədə Qorqud kimi bu insanların inkişaflarına öz köməkliklərini, İşıqlarını əsirgəməmişlər. Onlardan bir qismi isə insanların şəfa tapmalarında, ömürlərinin uzanmasında [məsələn, İsa Peyğəmbər (ə. s.)] əhəmiyyətli rol oynamışlar. Bunlar isə, həmişə bir sirr olaraq, insanlardan gizlədilmişdir. Çünki, Yer İnsanı hələ Təkamül yolu keçməliymiş və gələcəkdə də keçəcəkdir.

Söz.Söz konstruktorluğu.Sözün sirri277səh-295səh

Fonemlərin musiqi dünyası

Elm və Vətən fədaisi

 

 

Add comment


Security code
Refresh