AQRA.AZ

Sədaqət Musayeva - Payız

Hərfləri böyüt

Payız

Yenə payız önümüzdə...

Soyunacaq  yaşıl donun,

örpəyini dəyişəcək təbiət də

Saralacaq ağacların yarpaqları ,

xəzəl olub töküləcək bağ bağatda

Qəmginləşib,  elə bil ki , oz donunun hicranına qapılacaq,

şux görkəmi dəyişilən çılpaqlaşmış ağaclar da

Xəzəl olmuş yarpaqları

toz dumana bürüyərək,

sovuracaq külək yenə sağa sola.

Üz çevirib təbiətin bu halına,

quşlar yenə köç edəcək,

qatarlanıb topa topa

sərçələrsə büzüşəcək orda burda

Yenə payız önümüzdə...

Ara sıra günəş çıxıb parlayacaq,

xəzəl olmuş yarpaqları

əsrarəngiz bir ahəngə boyayacaq

Guruldayıb tutulacaq tez tez göylər,

güclü yagış sel olacaq kücələrdə,

navalçalar dolub dolub axacaqdır şırıltıyla

Lapdan qopan yağış bəzən isladacaq ,

küçədəki insanları.

İslanaraq bir çətirə sığınan çox sevgililər,

bu romantik anlarından,

nə zamansa gülə - gülə bəhs edəcək.

Son payızın yaşayacaq bəzi aşqlar,

bəziləri ilk olacaq bu payızda

Darıxacaq, çox nisgilli ürəklər də

qəribə bir özləm vardır elə bil ki bu fəsildə...

Yenə payız önümüzdə...

 

                                                                                                                                                                     Sədaqət   Musayeva

Payız - video

Add comment


Security code
Refresh