AQRA.AZ

Yağmursuz göbələk

Hərfləri böyüt

 Nəyinsə birdən-birə çoxalmasma «elə bil, yağışdan sonra torpaqdan pırtlayıb çıxan bol göbələkdir» deyirlər. Quraqlıq yerdə göbələklik olmur. Amma sün'i substrat - qidalandırıcı mühit üzərində iki növ, özü də yeməl ihəm dadlı, həm xeyirli göbələk: xoruzgöbələyi (Armillaria ostouae; bax: şəkil 1) ilə payacığaz göbələyi (.Pleurotus ostreatis; bax: şəkil 2) əldə edilib.

Böyük Qafqaz silsilə dağlarının şərq hissəsində, dağətəyi məkanda yerləşən özəl laboratoriyada həmin sün'i mühit üzərindəki iki boyatma nöqtəsindən payızlıq xoruzgöbələyinin 34 ətciyi inkişaf edib. Göbələklər, mühiti suda ərinən üzvi və qeyri-üzvi maddələrdən ibarət xüsusi qidalandırıcı məhlulla (şərti adı - Rəhimli məhlulu) ilə zənginləşdirmək üzrə aparılan sınağın gedişatında əmələ gəlib.

Qidalandırıcı mühitin əsasını digər tərkib hissələrilə müxtəlif nisbətdə qarışdırılmış başqa-başqa ağacların taxtakəpəyi (mişarağzı) təşkil edib. Bu mühit bir-birinə yaxın nöqtəvari deşikli şəffaf polietilen paketlərə bağlanıb. Bağlamalar beton döşəmədən 25-30 santimetr aralı məsafədən asılıb. Hər bağlamanm çəkisi 1kiloqram olub. Mühit mitselinin göbələyi təşkil edəsi hüceyrə tellərinin inkişafı dövründən ta göbələyin əmələ gəlməsinədək zənginləşdirilib.

Sınağın gedişatında hərarətin, nəmliyin, y-radiasiyasının, elektromaqnit şüalanmanın dərəcələri ölçürülüb. elektromaqnit şüalanmanın və y-radiasiyasının səviyyəsi bir dəfə də olsun əsas səviyyəni ötməyib. Nəmlilik ardıcıl şəkildə tədricən 60 faizdən 90 faizədək artıb. 

89 yoxlamadan ibarət sınağın gedişatında payızlıq xoruzgöbələyi ətcikləri yalnız iki bağlamada yetişib. Bağlamanın birində yeganə boyatma nöqtəsindən, əndamının uzunluğu 22 santimetrə qədər olan 29 ətcik yetişib. Bu bağlamadakı mühitin 80 faizi cır armudağacının taxtakəpəyi idi. Bağlamanın o birində də mühitin 80 faizini mişarağzı - lakin fıstıq ağacmın taxtakəpəyi təşkil edib. Həmin mühitdə bircə boyatma nöqtəsi yaranıb, onun üzərində papağının diametri 7 santimetrə, əndamının uzunluğu 10 santimetrə yaxın 5 ətcik yetişib.

Göbələk ətcikləri bağlamanın ikisində də 58 gündən sonra yetişib. Təkcə fərq ondan ibarətdir ki, çox ətcikli bağlamanın üzərinə sınağın üç günü ərzində üç saatdan artıq olmayaraq 21-30 dərəcə bucaqlı, az ətcikli bağlamanın üzərinə həmin ğünlərdə dörd yarım saatdan artıq olmayaraq 27-42 dərəcə bucaqlı birbaşa cünəş işığı düşüb. Sınağın 87 yoxlamalarında isə bağlamalar birbaşa günəş işığına mə'ruz qalmayıb.

Deyirlər ki, cücəni payızda sayarlar. Xoruzgöbələyini isə hər fəsildə saymaq mümkün imiş. Payızlıq xoruzgöbələyi özü özündən boy atıb. Bu, gözlənilməz olub. Çünki həmin növ göbələk yetişdirmək nəzərdə  tutulmayıb. Yuxarıda göstərildiyi kimi, sınaqdan məqsəd qidalandırıcı  məhsul xüsusatında Rəhimli məhlulunun öyrənilməsi idi. Yoxlama üçün isə payacığaz göbələklərin yetişdirilməsi nəzərdə tutulub.Bunların mitselisi Azərbaycan Milli Elmlər Akademiyasının Botanika Institutunda,buradakı ibtidai bitkilər şö'bəsində alınıb.Xoruzgöbələklərinə nisbətdə mühitə o qədər də tələbkar olmayan payacığaz göbələklər həm yuxanda təsvir edilən iki yoxlamada, həm də digər yoxlamalarda mitselinin 27-55 günədək inkişafı dövründə dalbadal altı axın (ən dolğunu - ilk axın) ətcik əmələ gətirib, lakin ətciklərin hamısı xırda, adi ölçünün yarısı boyda, nazik əndamlı olub. Göbələklərin quruluşunda da dəyişikliklər müşahidə edilib. Payacığazlar bunlara məxsus uzunsov fincan şəkli almaq əvəzinə ağzı çölə bükülmüş nəlbəki şəklini alıb.

Beləliklə, hazırda payacığaz göbələklərin zənginləşdirilən mühit üzərində becərilməsi üçün texnoloji şəraiti təkmilləşdirmək və Rəhimli məhlulunun patentləşdirməsi üçün lazımı işləri görmək ilə yanaşı bundan sonrakı sınaqlarda payacığaz göbələklərlə xoruzgöbələklərinin birgə inkişafının xüsusiyyətlərini öyrənmək vəzifəsi qarşıda durur.

Nailə Rəhimli.

Baktrian N1 səh: 24-25

Add comment


Security code
Refresh