AQRA.AZ

Bütün bəşəriyyət ağrıya, əzaba düşəndə, öz dilində öz anasını çağırar.

Hərfləri böyüt

Hər bir insan hansı qitədə yaşamış olsa da milliyətindən, irqindən asılı olmayaraq əziyyətə düşəndə, əzablı, ağrılı olanda  öz dilində  “ana”  çağırar.

 

Çünki, o fərd  öz yaddaşını ( şüur altı) çağırar. O yaddaş   ki, ana varlığında olanda (müəyyən olunmuş müddət ərzində)  “İsti  yox, soyuq  yox, ağrı     yox, acmışam yox,  suzmuşam  yox,  təlatum  yox,  qorxu  yox” – u  səsləyib  çağırar.  Əzaba düşəndə  öz  dilində  O  anasını  çağırmaqla,  o  “anı” çağırar.

   Dahi də, Tiran  da  əziyyət,  ağrı qarşısında  acizanə “ana” çağırar.

  Yaddaşında – yaddaşını çağırar, o ana varlığını, o vücudu çağırar baxmayaraq ki, o  anda  anası  yaxınlığında,   yanında   olsa da,  yenə də ana   çağırar.

  Çox  körpə  uşaq da  ağlayanda  ailə  üzvlərinin  hamısı  o körpəni  sakitləşdirmək üçün  qucaqlarına  almış  olsalar  da  belə,  o  körpə  yenə  də ağlayar.  O  an  Ana körpəsini  qucağına  alanda  o  sakitləşər,  susar ( süd verməsə də).  Niyə?  O  körpə ana  vücudunun  istisini,  həlimliyini,   məhəbbətini  tapar  ki, susar, sakitləşər, səhv salmaz!

   Amma böyük  təəccüb,  gözlənilməyən  hal – hadisə  ilə  qarşılaşan  insan,  əlini dizinə  vurub  “vay ata, vay dədə” – deyər!

   Ana  haqda  kifayət  qədər  şe`rlər  yazılıb  və  yazılacaqdır  da,  amma  ata haqda  şe`rlər  demək  olar  ki,  yox  dərəcəsindədir.

   Ata  təəccüb,  hökm,  gücdür,  ana  ümiddir,  mehribandır!

   1969 – cu  ilin  yay  ayında  dramaturq  C.Cabbarlının  “Ana”  şe`rini  ilk  dəfə Naxçıvanda  mədəniyyət  işcisi  Nizami  Həmzəyev  və  elə  oradaca  həmin şe`ri  teatrşunas  Cəlil  Vəzirovdan  diksiya  ilə  eşitdim.  Sonrakı  mərhələlərdə televiziya  kanalında  aktyor  Həsən  Əblucun  ifasında  həmin  şe`ri dinlədim.

   O “Ana” şe`ri  yazılmış  bütün  ana  şe`rləri arasında  böyük  bir  nümunədir.

   Ana  çağırar  insan,  Ana  vücudunda  olduğu o anı çağırar insan, ana deyər insan. O  anı,  təlatümsüzlüyü,  ağrısızlığı  çağırar  insan!

     Övlad şirindir, şəkərdir, arzudur, inamdır

    Ailəyə  bəxş  olunmuş  övladın da mənaları var,  onlar  dörd  baxımdadır:

   Dünya  üçün  bəxş  olunan   övlad  (dahilər),   xalq   üçün  bəxş   olunan   övlad   ( tarixi  şəxsiyyətlər),  ərazi  üçün  bəxş  olunan  övlad  (qəhrəmanlar),  ailə  üçün bəxş  olunan  övlad  (ailə adını tanıdan,  şöhrətləndirən).

    Belə  övladların  bu  dünyaya  gəlməsi  isə  ata – ana  istəyi  və  hökmündə   deyil!

   Hökmlü,  güclü  “Ata”,  ümiddə, mehribançılıqda “Ana”, sevdaya düşəndə “Yar”, haqsızlıq  qarşısında  isə  üzünü  kainata  tutub  “O, bilər”  deyər insan. 

Vahid Rzayev.

 

Comments   

 
0 #3 Fazilə 2017-01-10 15:53
Həmişə yığcam eyni zamanda düşünməyə sövq edən ümumbəşəri mövzularda yazırsınız. Fikrin lakonik tərzdə ifadə olunması hər kəsə müəyyəssər olmur. "Var olandan, var olmuşuq" kitabınızı səhifələdikcə bunun bir daha şahidi oluram. Hazırki yazınızda da çox gözəl mövzuya toxunmusunuz. Analarımız gözəl, mehriban, mərhəmətli, şəfqətli olduğu qədər, həm də müqəddəsdirlər. Doğurdan da, "ANALAR"sız bu dünyanın nə mənası olardı?
Yazınızı oxuduqca yadıma "Ögey ana", "Baharın 17 anı" filmləri düşdü. Həmin fimlərdə bu nüanaslar çox qabarıq şəkildə əks olunubdur.
(Əzaba düşəndə öz dilində O anasını çağırmaqla, o “anı” çağırar).
Quote
 
 
0 #2 Valeh Baxşəliyev 2014-02-23 05:28
İnsan ən böyük dincliyi başını anasının dizi üzərinə qoyduqda tapır!
Quote
 
 
0 #1 Ali 2014-02-19 08:16
Maraqlı yazıdı, amma daha əhatəli işləmək olardı.
Quote
 

Add comment


Security code
Refresh