AQRA.AZ

Tarix

Bölüm: Tarix

Satır- 4

Türk mənşəli söz kimi 10-cu əsrdən sonra da Şatırlar haqqında istər xarici, istərsə də yerli tarixçilərin araşdırmalarında yazılara rast gəlinir. Bu yazılarda Şatırlar oğuz mənşəli tayfa kimi və say-seçmə şəxslər kimi (H.Ə.Allahverdiyev, Məmməd Dadaşzadə, Şarden…) qələmə verilir.
Hərbi tarixçilərimizin tədqiqatlarında Hun hökmdarı Mete (e.ə.234 – e.ə174, hakimiyyət illəri e.ə.209 – e.ə.174) tərəfindən xüsusi fiziki və hərbi qabiliyyətli döyüşçülərin hazırlanması haqqında məlumatlar verilir. Həmin döyüşçülər yenilməz qüvvəyə malik olublar. Onların əsas vəzifəsi hökümdarın mühafizəsi olub. Yalnız ekstremal şəraitlərdə döyüşün xarakterini dəyişmək üçün istifadə olunardılar. Həmin döyüşçülərin müasir xüsusi təyinatlılardan qat-qat üstün olduqları bildirilir.

Ətraflı: Satır- 4

  • Müəllif: Super User
  • Baxış sayı: 44

Bölüm: Tarix

Satır- 2

SA+TİR – ŞA +TİR – ŞATIRLI. 2-Cİ HİSSƏ.
Tarixi ədəbiyyatlarda “Şatır” sözünün onlarla tələffüz və yazılma formaları var. Odur ki, “sözün məna çalarlarına diqqət yetirəndə zaman və tarixi məkan anlamları diqətə alınmalıdır.” – bu fikir professor F.A.Cəlilova məxsusdur.
Məxəzlərdə “Şad” , “Şatır” ifadələrinin işlənmə tarixi və coğrafi məkanının Urmi hövzəsi olduğu məlumdur. Tarixin sonrakı mərhələlərində hansı coğrafi məkanda , hansı mənada işlənməsindən asılı olmayaraq sözün ilkin variantının “Şad” və “Şatır” kimi – titul mənasında işlənməsi şübhəsizdir.
Xronoloji cəhətdən Şato sözü Şad və Şatır sözlərindən daha sonra yaranmasına baxmayaraq, yuxarıda göstərilmiş mənbələrdə sözün mənası “Çöl adamı” kimi mənalandırılır… odur ki, “Şatır” sözünün kök – mənasının burada axtarılması çaşdırıcı meyldən, “tələ”dən başqa bir şey deyildir. Sadəcə olaraq yada salmalıyıq ki, Mərkəzi Asiya ərazisindəki məskunlaşma “URMİ DÖVRÜ”ndən sonrakı tarixə aiddir. Sübut üçün , Professor Firudin Cəlilovun “URMİ TEORİSİ”nin əsas müddəalarından biri olan baş-kəllə sümüyünün antropoloji quruluşu haqqında olan nəzəri-praktik təhlilləri ilə tanış olmaq kifayətdir.
Mənim fikrimcə, “Şatır” sözünün kök-məna izahı professor F.A.Cəlilovun, Y.C.Kooppesin (Kupper), Mirəli Seyidovun,Cənublu qardaşımız – Azərbaycan Yazıçılar Birliyinin üzvü, toponimika üzrə mütəxəssis Fərhad Cavadinin tədqiqatları, araşdırmaları, izahı ən real, düzgün və bitkindir.
F. Cavadi : ” Şato” söz-adı mifoloji görüşlər və inamların əsasında yaranmışdır. Bu söz. əski mürəkkəb türk sözüdür və “Şa+to” haqqında ən güclü versiyalardan biridir. Bu söz iki qədim türk sözü olan “ŞA və TU” sözlərinin tərkibindən yaranmış mifik sözdür”.
Rus türkoloq alim V.V. Radlov yazır : ” Şa” və onun başqa fonetik variantları olan “Ça” . “Şa” sözləri də bir-çox türk dillərində “C”, “Y” ,”S” səslərinin bir-biri əvəzlənməsi səciyyəvi haldır”.
Mifoloq alim Mirəli Seyidov : “Bir çox türk dilli xalqların, o cümlədən azərilərin soy kökündə duran qəbilələrin də “Yay”, “Şa”, “Ça”,”Yay”-ya inanmış, onları müstəqilliyin bəlgəsi saymış. Bu ifadələri qüvvət, güc mənasının mifoloji inamla əlaqəsini sanmış, özlərinə aid kimi qəbul etmişlər”.
Reallığı əks etdirən bütün araşdırmaları, izahları təhlilləri üzləşdirən zamanı “Şatır” sözünün əsas anlamı belə alınır : İGİD, QORXMAZ, DÖNMƏZ, YENİLMƏZ, SÜRƏTLİ….
Mirəli Seyidov: ” Oğuz türklərinin inamında Günəş sonsuzluqdur, əlçatmazdır və ondan aşağıda Oğuz durur. Bir sıra türkdilli xalqlarda göy tanrısına ” Üç Qorbustan ” deyilir. Göy tanrısının Qorbustan adlanması təsadüfi deyil. Onun anlamı “Günəşin çıxdığı yer” (Dan), odu (burada Günəş göz qarşısına gətirilir) izləyən deməkdir. Oğuz da Qorbustan kimi Günəşlə bağlıdır. Oğuz danın özü, ya da onun sökülməsini xəbər verəndir. Bu mənada Oğuz, Günəşlə, işıqla, şüa ilə bağlıdır. Günəş şüası gözdə, suda, şüşədə,aynada “xaç” və “artar” kimi əks olunur. Əski oğuz türkləri və bir-çox türkdilli qəbilə birləşmələri bu təbiət hadisəsini özlərinin “günəş” sonralar isə “tək tanrılıq”, sonsuzluq inamı ilə bağlamışlar. Deməli, xaç xristianlıqdan qabaq mifik təfəkkürdə olmuşdur və günəşin, odun bəlgəsidir.
Təsadüfi qayda deyil ki, Türk xalqları dinclik – sülh müqavilələrini dağın təpəsi və zirvəsində bağlamışlar “.
Fərhad Cavadi : ” Mənə görə “Şatır”, (Satır) etnonim adı əslində “Şato+ir” ( “Satoir”) olmalıdır. Digər geclü ehtimala görə də “Şatir” (“Satir”) ad və sözü “Şa” (“Sa”) – (yay, kaman) və “Tir ” (ox, peykan) sözlərinin tərkibindən yaranmış mürəkkəb sözdür. Deməli, buradan belə nəticə əldə olunur ki, indiki fars dilində işlənən “Tir” (ox, peykan) sözü qədim etnonimin yəni, Şatırın ikinci hissəsidir. BU HESAB İLƏ “ŞA+TİR” (“SA+TİR”) AD VƏ SÖZÜNÜN ANLAMI “OX VƏ YAY” OLUR və ” Şatirli” (“Satirli”) etnonim və etnotoponiminin ad etimologiyası və anlamı “OX-YAYLI”, “ox, yayı olan kimsə”, cəngavər, döyüşçü olur.
Ox, yay “Şatir” (“Satir”) ad sözünün ikinci anlamıdır… cəngavər, döyüşçü kimi anlamlar sözün üçüncü, dördüncü anlamları sayılır “.
İstər ad, ləqəb. komanda adı və s. müəyyənləşdirilən zaman insanlar həmişə düşünüblər… heç vaxt təsadüfi ad qoyulmayıb; indinin özündə də… adların özlərində istək və arzu, fiziki keyfiyyət, diqqətçəkici əlamətlər, fərqlənmə keyfiyyətləri həmişə nəzərə alınıb. Çox hallarda bənzətmələrdən də istifadə olunub. Bu mənada fərhad cavadinin araşdırmalarında Şatır sözünün izahı daha dolğun olaraq diqqəti cəlb edir. “Satir” (“Şatir”) sözü və yaxud adı qədim türk mifik görüşlər fəlsəfəsi ilə bağlı əski türk sözüdür. Bu söz qədim türkcə “Sa” (yay, kaman) və “Tir” – (ox, peykan) sözlərindən yaranmışdır.
1) SA+TİR, SAY+TİR, ŞAY+TIR, ŞA+TIR.
2) YAY+OX, YAY+OX, YAY+OX, YAY+OX”.
Azərbaycan xalqının deyimləri oqədər zəngindir ki, o deyimlər vasitəsi ilə həyatımızın ən qədim dövrlərinə aid olan fəlsəfi düşüncəsini sərbəst öyrənmək mümkündür. “ATILAN OX GERİ DÖNMƏZ !” – cəmi dörd sözdən ibarət olan bu cümləni istər məntiqi, istərsə fiziki anlamda izah etmək istəsək, xarakterin, keyfiyyətin, deyilən sözün nə üçün atılan oxa bənzədildiyini asanlıqla başa düşə bilərik. Bu mənada bir-çox insani keyfiyyətlərin ox və yaya bənzədilməsini təbii yanaşma kimi qəbul etməyimiz tam olaraq həyatidir. Və ya “Oxunu atıb, yayını gizlətmə !”…
Məhəmməd ben Yəqub Firuzabadi (1329-1414) “Qamus əl-Mühit” adlı sözlüyünün (səh.787) “Əl-Şətuf” (“Şatov”) sözünün qarşısında anlamını belə yazır : – Uzun və uzaq niyyət əzmində vəsf olunur”.
Mifoloq J.C.Koopes (Kupper) Oxun mifologiyada daşıdığı rollar haqqında yazır : ” Yaydan çıxmış oxlar , o əməllərin bəlgəsidir ki, onları dəyişmək olmaz. Ox, süngü və şəmşir ilə birlikdə, Günəş şüası və nuru bəlgəsi sayılır. Eyni halda savaşçı rəmzi və bəlgəsidir. Ox qırmızı dərililərin mifologiyasında Günəşin şüalarının bəlgəsidir. şamanizmdə yələkli ox günəş şüasının rəmzidir “.
Fərhad Cavadi : ” Şat” prototürklərin dilində “Nur”, “İşıq”, “Günəş şüası” anlamlarında işlənən sözdür. Sözün ikinci hissəsi olan İr, “Saçmaq” , “Sıçramaq” , “Saçan,vuran”, “Şüa” – başqa mənada kutsal, müqəddəs, qırmızı, tanrı anlamlarında işlənən sözdür “.
Şatır və ya Şatırlı sözü ilə bağlı araşdırmalar aparan zaman müasirimiz, ciddi yazıları ilə hörmət sahibi olan, Hurifi elminin bilicisi kimi tanınan Firudin Gilar Bəyə də müraciət etdim… Firudin müəllimin şərhlərinin ikisini (hələlik) məmuniyyətlə təqdim edirəm :1) “Şatırlı sözünün kökü Set-Ra mənasında ilkin materiya və onu idarə edən Ra allahı deməkdir. Bu rəmz formalaşaraq İstar (İştar) mənasına düşüb və ümumilikdə Allah mənasını verib. Sonrakı “L” rəmzi isə bu sözün – “İştar Allahın eli” fikrini ifadə edir. Başqa sözlə Şatırlı kəndi Azəri müqəddəslərinin elidir ”
2) …”Şa – Tir ” – rəmzi allahın ruhunun hakim olduğu göy dünyasını və onun yerdəki qapısını bildirir…
Göründüyü kimi şatır sözünün kök-mənasını araşdıran zaman mütəxəssislərin fikirləri üst-üstə düşür. Biz hər-hansı bir sözün izahını vermək istəyiriksə əvvəlcə onun ilk variantını bilməliyik. Çünki, zaman keçdikcə söz dəyişir, bəzən anlamını itirən formaya da düşür. Son variantı əlimizə götürüb bu və ya digər şəkillərdə izah etməyimiz növbəti səhvlərdən birinə çevrilir. Belə sözlər çoxdur. Məsələn, “Bolqar çay”ın on bir adını müəyyən edə bildim. Həmin sözün ilk variantı ilə hazırda yazılan forması arasında heç bir məna əlaqəsi yoxdur. Odur ki, şatır sözü ilə bağlı yüzə yaxın tarixi məlumatları müqayisəli şəkildə öyrənməyə və ümumiləşdirməyə çalışdım… (ARDI VAR).

Elşad Amanov
Kanal15.tv
  • Müəllif: Super User
  • Baxış sayı: 64

Bölüm: Tarix

Satır

SA+TİR – ŞA-TİR – ŞATIR – ŞTIRLI.
(Giriş)
Azərbaycanın tarixi cəhətdən zəif öyrənilmiş coğrafi ərazilərindən biri də Cəlilabad rayonudur. Subtropik və isti iqlim qurşağının,dəniz və meşələrin oksigenlə zəngin olan havasının qovşağında yerləşən bu ərazi təbii xüsusiyyətinə görə fərqli keyfiyyətlərə malikdir.
Yüzlərlə yerüstü abidələri, və arxeoloji obbyektləri olan Cəlilabad ərazisi sözün həqiqi mənasında abidələr diyarı-tarixi mədəniyyət mərkəzlərindən biridir.

Ətraflı: Satır

  • Müəllif: Super User
  • Baxış sayı: 61

Bölüm: Tarix

Satır- 3

ŞATIR -TİTUL, RÜTBƏ, MƏQAM, DƏRƏCƏ BİLDİRƏN SÖZ KİMİ….
Şatır sözünün titul bildirən mənada işləndiyi haqqında tarixi mənbələrdə məlumatlar var. Professor Firudin Cəlilovun Tədqiqatlarına əsasən Şadılı, Şatırlı sözlərinin kökü Şumer dilində titul bildirən Şad sözündən götürülüb. Şad sözü ( titulu) qaydaya görə vəzifəyə təyin olunan hökmdar oğullarına verilirmiş. Məsələn, Assur çarı Aşşurbanuqalın e.ə. 7-ci əsrin ortalarında MARDUK tanrıya həsr etdiyi çıxışının daş üzərinə yazılmış yazının mətni belədir : ” Mən (Tuqdammenin) gücünü dağıdacağam, öz belindən gələn və ona varis təyin edilən Sandak Şatrunu yenəcəyəm”. (İ.M.Dyakonov. ” Assiro – vavilonskiye istoçniki po istorii Urartu “, ” Vestnik Derevneye istorii “, N 2-3,1951, səh.78).

Ətraflı: Satır- 3

  • Müəllif: Super User
  • Baxış sayı: 64

Bölüm: Tarix

Elşad Əmənov haqqında

Əmənov Elşad Səfərəli oğlunu  Tanıyırıq-Tanıyaq! 1957-ci ildə Cəlilabad rayonunun Şatırlı kəndində ziyalı ailəsində anadan olub.1976-1978-ci illərdə Uzaq Şərq hərbi dairəsində həqiqi hərbi xidmətdə olub. Noyabr 1978 - sentyabr 1980 -ci illərdə Cəlilabad milis şöbəsində mühafizəçi işləyib.1986-cı illərdə ADU-nun tarix fakültəsini bitirib.1980-ci ilin oktyabrından pedaqoji fəaliyyətlə məşğuldur.Hal-hazırda doğma kəndi Satırlıda ixtisası üzrə müəllim işləyir.Tarixi - arxeoloji araşdırmalar onun əsas maraq sahəsidir.Pedaqoji fəaliyyətlə yanaşı ictimi-siyasi sahədə də fəaldır.

Ətraflı: Elşad Əmənov haqqında

  • Müəllif: Super User
  • Baxış sayı: 311

Bölüm: Tarix

Sara xanım Aşurbəylinin “Bakı şəhərinin tarixi” kitabına yazdığı ön söz

Müəllifdən

Bu əsər oxucuları Bakının, onun ətrafının tarixi ilə tanış edir. Burada orta əsrlərdə Yaxın Şərqin ən mühüm feodal şəhərlərindən biri , Şirvanın , Bakı xanlığının , nəhayət , Azərbaycan Respublikasının paytaxtı Bakının sosial-iqtisadi, siyasi-tarixi və mədəni həyatı tədqiq olunur.

Ətraflı: Sara xanım Aşurbəylinin “Bakı şəhərinin tarixi” kitabına yazdığı ön söz

  • Müəllif: Super User
  • Baxış sayı: 75

Bölüm: Tarix

Əlincə qalası: əfsanəvi, rəvayətli sirli qala

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq “Alın­caq”, “Alancıq”, “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki “alan” (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Qədim türk dilində dağın təpəsi anlamını verən “alın” və qənimət anlamı daşıyan "alınc" mənaları  da olmuşdur.

Ətraflı: Əlincə qalası: əfsanəvi, rəvayətli sirli qala

  • Müəllif: Super User
  • Baxış sayı: 601

Bölüm: Tarix

AZƏRBAYCAN TARİXİNİN ARAŞDIRILMASINDA NÜVƏDİ--NUHVADİ FENOMENİ

Neçə illərdir düşünürdüm ki, görəsən bizim dilimizdə işlənən "adam" sözü ilə Allahin yaratdiğı ilk adamla, yəni Həzrəti Adəmlə(ə) bir əlaqəsi varmı? Bu suala cavab vermək üçün həmyerlim, Amerikada yaşayıb yaradan Tariyel Azərtürkün mixi yazılı yaradıçılığına müraciət etmək lazım gəlir. Sən demə bu sual onu da məşğul edibmiş. Və özünün “Əcdad” (Sietl, 1997, 472 s.) adlı kitabında bir neçə əsərini tərcümə etdiyi Babilan türk şairi və astronomu 6500 il öncə yazıb-yaratmış Enlil İsmə Dağandan misal gətirir. 

Ətraflı: AZƏRBAYCAN TARİXİNİN ARAŞDIRILMASINDA NÜVƏDİ--NUHVADİ FENOMENİ

  • Müəllif: Super User
  • Baxış sayı: 101

Bölüm: Tarix

1918-1920-ci illərdə Naxçıvanın cəsur döyüşçülərindən biri – Əli bəy Əzimbəyov

Vətən tarixinin çox çətin, mürəkkəb və məğrur dövrləri var ki, onları yazmamaq olmur. Çünki o dövrlərdə zamanın tələbi ilə cəsur insanların döyüş hünərləri var. Bəzən zaman onları unutdurur, amma insan yaddaşı ötüb keçənləri unutmur. Vətən təəssübünü çəkənlərin, onun uğrunda döyüşənlərin adları və şücaətləri isə nəsilbənəsil yaddaşlarda yaşayır. Yaddaşlarda yaşananlar isə

Ətraflı: 1918-1920-ci illərdə Naxçıvanın cəsur döyüşçülərindən biri – Əli bəy Əzimbəyov

  • Müəllif: Super User
  • Baxış sayı: 660