AQRA.AZ

Həkim narkoloq Asif Kəngərlinin yaradıcılığı barədə

Hərfləri böyüt

Asif Cəlil oğlu Kəngərli (Məmmədli)–  1954-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1971-ci ildə 1 №-li orta mək­təbi ədə­biyyat üzrə fərqlənmə diplomu ilə bitirmiş, Ukray­nada həqiqi hərbi xidmət keçmiş (1972-1974), Azər­baycan Dövlət Tibb İnstitutunun II müalicə fakül­təsində təhsil almış (1975-1981), internaturada (1981-1982) ona  psixonevroloq ixtisası verildikdən sonra doğma Naxçıvana qayıtmış, əvvəlcə Naxçıvan Respublika xəstəxanasında metodist (1982-1985), sonra rayonlararası HƏEK-da ekspert-nevropatoloq (1986-1995) və 7 il Nax.RND-də baş həkim (1996-2003) vəzifələrində çalışmışdır. 

2003-cü ildə Res­publika baş narkoloqunun təkidilə Respublika Nar­koloji dispanserinə – işə dəvət olunmuşdur. O vaxt­dan Asif həkim Bakıda yaşayır və hazırda Ano­nim Narkoloji Müalicə-Məsləhət Kabinetində hə­kim-narkoloq işləyir.

Asif Kəngərli bədii yaradıcılığa 2002-ci ildə, 48 yaşında ikən başlayıb; qələmə aldığı ilk əsər «Bə­la» pyesidir. Müəllifin Naxçıvanda «Bəla» (2002), Bakıda «Bəla» və «Beda» (2007), «Zəhrimar» və «Şər suyu» (2012), İstanbulda isə «Bela» (2014) adlı kitabları işıq üzü görmüş, oxucular arasında çox bö­yük rezonans və təqdir qazanmışdır.  Möhtəşəm «Bə­­la» pyesinin teatr tamaşası anşlaqla keçmiş (2006), görünməmiş həyəcan yaratmış, uzun zaman ha­fizələrdən silinməmişdir. Həmçinin «Bəla» və «Zəh­rimar» (2015) adlı pyesləri Azərbaycan Milli radiosunda (105 FM) radio teatrı kimi hazırlanmışdır  ki, bunlar da dinləyicilərin sonsuz marağına səbəb ol­duğu üçün vaxtaşırı efirdə səslənir; «Bəla» ra­dionun qızıl fonduna daxildir.

 A.Kəngərli «Qızıl qələm» (2012) və «İlin və­tənpərvər adamı» (2013) fəxri mükafatları laure­a­tıdır.

Asif həkim pedaqoji fəaliyyətlə də məşğul olub: əvvəlcə Tibb məktəbində (1986-2002), sonra rektorun dəvətilə Nax.DU-də (2003) müəllim işlə­mişdir.

O, bir həkim-yazıçı kimi gənclər arasında ta­bakomaniya, alkoqolizm və narkomaniyaya qarşı yo­rulmadan maarifləndirici iş aparan dəyərli bir zi­yalıdır.

A.Kəngərli ailəlidir, 2 övladı var. Xanımı və qızı həkimdir, oğlu isə Romada magistr təhsili alır. İnci və Nəzrin adlı iki nəvəsi var.

Həkim narkoloq Asif Kəngərlinin kitabları

">

 

Comments   

 
0 #1 Fazilə 2017-01-09 14:29
Cəmiyyətdə yorulub-usanmad an apardığı güclü və ciddi maarifləndirmə işlərinə görə çox sağ olsun Asif həkim.
Narkomaniyaya yox deyək. Bəşəriyyəti bu zəhərin məngənəsindən xilas edək. Qoy gələcək nəsillər sağlam, gümrah spiralla davam etsin.
Hörmətlə: Fazilə Nəbiyeva.
Quote
 

Add comment


Security code
Refresh