Font Size

Profile

Cpanel

AQRA.AZ

Haqqimizda

Hərfləri böyüt

Haqqımızda

            “Aqra” Elmin İnkişafına Dəstək İctimai  Birliyi (“AqRa” EİDİB)  Azərbaycanın hərtərəfli, çoxşaxəli tarixinin, etnoqrafiyasının, mədəniyyətinin,elminin dərindən və hərtərəfli öyrənilməsi, özümüzün bunları bilməsi və dünyaya çatdırılması məqsədi ilə yaradılmışdır.
“Özümüzü tanıyaq, milli kimliyimzi dərk edək, dəyərlərimizi  unutmayaq” bizim əsas məqsədimiz və düşüncəmizdir.Bunun həyata kecirilməsi üçün Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq !”ideyasını  reallaşdırmaq məqsədi ilə “AqRa” EİDİB-nin prioritet saydığı “Elm  elmdədir.Tədqiqat, araşdırma elmdədir. Nəticələr elmdədir. Bəşəriyyət elm əhatəsində, elmdədir” devizini əsas tutmağı düşünürük.
           Bunun üçün həm qədimdə, həm yaxın keçmişdə, həm də bu gün Azərbaycanın dünya elminə və mədəniyyətinə, iqtisadiyyatına verdiyi töhvələr öz yerini tutmalı, bu işi görən şəxslər tanıdılmalıdır.
            Azərbaycan dilinin qorunması, dilçiliyin inkişaf etdirilməsi, yabancı sözlərdən təmizlənməsi, folklorumuzun dərindən öyrənilməsi, adət ənənələrimizin davam etdirilməsi, mətbəximizin tanıdılması və təbliği məqsədi ilə azyaşlılardan tutmuş ali məktəb tələbələrinədək, bütün yaş qruplarında olan insanlara çatdırılması yönündə işlər görülməsi planlaşdırılır.
            Azərbaycanın təbiəti, coğrafiyası, flora və faunası barədə, milli bayramlarımız, milli oyunlarımız, önəmli günlərimiz, folklorumuz, adət ənənələrimiz və bunların mahiyyəti barədə də elmi mülahizələr irəli sürülməsi düşünülür.
            Elm,  mədəniyyət, arxitektura, idman və.s sahələrdə Azərbayanın gənc fitri istedad sahiblərinin üzə çıxarılmasına yardımcı olmaq; elm sahəsində yeni kəşflər etmiş, bəşəriyyətə önəmli yeniliklər gətirmiş insanlara (dünyasını dəyişənlər də daxil olmaqla) dayaq olmaq;  onların əldə etdiyi  nailiyyətlərin təbliğinə çalışmaq və s. bu kimi məsələləri əhatə etməyə, işıqlandırmağa çalışacağıq.
            Yuxarıda sadalanan bütün sahələrdə xüsusi seçilən, fitri istedad sahibi olan, milli dəyərlərimizə, dövlətçiliyimizə əvəzsiz töhfələr verən, elm, mədəniyyət, səhiyyə, idman və s. sahələrdə önəmli insanların gördüyü işləri dəyərləndirmək istiqamətində çalışanlar və bu sahədə xüsusi xidməti olanlar barədə materiallar toplayıb yazılar dərc etmək, onlar üçün müxtəlif dərəcəli fəxri fərmanlar, diplomlar, istisna hallarda maddi mükafatlar təsis etmək, ən çox fərqlənən şəxslərə (dünyasını dəyişənlər də daxil olmaqla) “AqRa” EİDİB-nin  Fəxri Üzvü adını verməyi düşünürük.

 

Aqra Elmin  İnkişafına Dəstək  İctimai  Birliyi   (AqRa EİDİB) 

 İdarə Heyətinin Sədri:                                                             Mirələkbər Seyidov

İdarə Heyətinin Üzvləri:                                                            Vahid Rzayev

                                                                                                     Sultan Əliyev

                                                                                                      Məhərrəm Zaman 

 

Comments   

 
0 #7 Muradov Emin 2016-10-28 19:13
Sizə uğurlar arzulayıram
Quote
 
 
0 #6 Huseyn Qaraqoyunlu 2014-06-14 18:52
Naxcivan seher internat mektebinin sagirdi Ceferov Huseyn 1961.
Quote
 
 
+2 #5 Orxan 2014-05-15 16:11
nece uzv ve ya idare heyatinde ishtirak etmek olar ?
Quote
 
 
+3 #4 Vaqif Cəfərov 2014-03-27 11:55
Hörmətli AQRA EİDİB-in üzvləri!

AQRA EİDİB-in əldə etdiyi nəaliyyətlər hər bir Azərbaycanlı kimi məni də çox sevindirir.
AQRA EİDİB-in əhatə dairəsi Dünyanın virtual məkanında günbəgün artır.
Bu o deməkdir ki, Dünyanın müxtəlif ölkələrində geniş oxucu kütləsi AQRA EİDİB-in vasitəsi ilə Azərbaycanımızı n qədim tarixi, mədəniyyəti, adət və ənənələri,ədəbi yyatı ilə yaxından tanış olaraq, haqqımızda müəyyən biliklər əldə edirlər.
AQRA EİDİB-in kollektivi ilə yanaşı, onun bütün oxucularını, pərəstişkarları nı və təəssübkeşlərin i bir daha Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.

Hörmətlə,
Vaqif Cəfərov, mühəndis
Quote
 
 
+3 #3 Turqut Rzayev 2014-01-08 00:25
Ugurlar olsun! Tesekkur edirem.!
Quote
 
 
+4 #2 Vaqif Cəfərov 2013-12-13 10:38
Öncə Sizə, “AQRA Elmin İnkişafına Dəstək İctimaiBirliyi” -nin saytının yaradılmasına görə öz minnətdarlığımı bildirirəm.
Hər-bir Azərbaycanlı kimi belə bir “Birliyin”yarad ılması məni də çox sevindirir.
Bu saytda yerləşdirdiyini z geniş çeşidli məlumatlar həqiqətən də ölkəmizdə elmin inkişafına dəstək olacaqdır.
Məqalələrinizdə həm görkəmli elm adamlarının yaradıcılığı, həm də onlar tərəfindən əldə edilmiş elmi nəaliyyətlərlə yanaşı, keçmişimizin, tariximizin ən qiymətli səhifələrini də yüksək səviyyədə biz oxuculara təqdim etmisiniz.
Bu yaradıcılıq işinizdə Sizə və“Birliyin” bütün kollektivinə uğurlar arzulayıram.

Vaqif Cəfərov, 1976-cı ildən texnika və texnologiyalar sahələrində çalışan mühəndis

Tel: 055- 456- 11- 68
Quote
 
 
+4 #1 Əhməd Q. 2013-06-17 16:32
Allah köməyiniz olsun! uğurlar arzulayiram!
Quote
 

Add comment


Security code
Refresh