AQRA.AZ

Xəzan

Hərfləri böyüt

Səhərdir...

Hələ günəşin şəfəqləri görünmür...

Sərin, xəfif bir səhər mehi əsir...

Yarpaqların pıçıltısı aydın eşidilir.
Adətən belə meh əsəndə kiməsə namə gətirir. 
Mən də əlimi ümidlə təbiətə açıb, gözlərimi yumdum və gözlədim. 

 

Birdən ovcuma nə isə düşdü, ürəyim titrədi, qəlbim əsdi...

Gözlərimi açanda ovcumda zərif, sarı bir yarpaq gördüm.

Xəzan yarpağı...

Deyəsən təbiət mənə ömrümün xəzan çağı olduğunu xatırlatmaq istəyib...
Yəni, daha heç kimdən namə gözləmə...

Daha bir kimsə sənə namə göndərməz...

Gecdir daha, çox gecdir...

           Gülarə  Munis.

Add comment


Security code
Refresh