AQRA.AZ

Deyə bilmədiyimiz sözlər...

Hərfləri böyüt

Nitqimizdə bəzi sözlər var ki, onu deməyə çox çətinlik çəkirik.

Bəzi sözlər də var ki, onu çox asanlıqla və soyuqqanlı şəkildə deyirik...
Niyə görəsən, "Sevirəm" sözünü demək bu qədər çətindir?

Nəyə görə başqa vaxt dil-dil ötən insan bu bir kəlmə sözü deməyə cəsarət etmir?

Sözü ağzında o qədər fırladır ki, sonra onu udmalı olur. 

Bir həqiqət  də var, saf məhəbbətlə sevən insanlar bunu etiraf etməyə çətinlik çəkirlər.

Bəs niyə "Sevmirəm" sözünü demək belə asandır?

Niyə bu sözü deyən adamın üzü bozarır və ürək dolusu "Sevmirəm" deyə bilir.

Deyilməsi çətin olan bir söz də var, "Bağışla" kəlməsi...
Bu sözü hər insan məqamında deyə bilmir, amma məqamında deyəndə adamın ürəyi necə də rahat olur. Bir anda hər iki tərəfin kini, qəzəbi soyuyur, qəlbu yumşalır və münaqişə aradan qalxır.
BAĞIŞLA!!!
Nə olar, gəlin bu kəlməni vaxtında deyək, qəlbə düşən balaca inciklik qol-budaq atmağa imkan tapmasın!

“Bağışla”- deyək incitdiyimiz, qəlbini qırdığımız insana.
Bağışlamağı bacaraq ki, özümüz də bağışlanaq...

 Gülarə  Munis.

Add comment


Security code
Refresh