AQRA.AZ

“SPİRAL”

Hərfləri böyüt

      Naxçıvanda “Gəmiqaya”da daş üzərində çox qədim təsvirdən.

   Hər bir yaranış məcburiyyətdən yox, zəruriyyətdən yaranır. Hər bir varlıq İlkini dərk edib axtarmaq istəməsi məcburiyyətdən  yox, zəruriyyət üzərindən mövcuddur.Böyük partlayışdan kainata ilkin səs yaddaşı, söz yaddaşı, ahəng yaddaşı və rəng yaddaşında bir mütləqlik yaddaş daşıyıcısı oldu. 

     Başlanğıc nöqtədən ( ekspansiya) sürət başlayır. O başlanğıc nöqtə bütün yaranmış və yaranacaq olan varlıqlara dayanmayan hərəkət “ Vericidir”. Lakin bir nöqtədən başlanan başlanğıc ( nəticədə spiral modeli) kainat daxili varlıqların simmetrik dayanmayan sürətlər ardıcıllığı bərabərliyinə işarədir.

 “Spiral” kainat daxili planetlərin biri – biri arasında ardıcıl hərəkət modelidir. Başlanğıc    (ona nöqtə dedilər) həndəsi quruluş, riyazi ardıcıllıq, materiya, fizioloji – bioloji varlıq deyil. O, ilkin yaradıcı işıq, hər halın ardıcıl hərəkət vericisi başlanğıc halıdır

    Hər bir “nöqtədən” başlanan başlanğıc O, mütləq olan varlığın bütün xüsusiyyətlərinin cəm olan məzmuisidir. İlk nöqtə: bütün (cismaniliklərdən uzaq) varlıqların əvvəli, törədicisi, hərəkət vericisi, idarə edicisi, Mütləq Olan, hərəkətləri, kütlələri özü nizamlayan və s. İlkin Mütləqdən “İşıqdan” başlanan başlanğıcdır.

     Ovalın və daxilinə sığan kainatların yaranmasının ilk halı “bir başlanğıcdan” (bir nöqtədən yox, başlanğıc zəruriyyətdə davam halıdır) və o başlanğıc istinadı Mütləqin, mütləqlik Xüsusiyyətinin bir başlanğıc və iç-içə hərəkət halı göstəricisi yaddaşıdır. Bu “spiral” forması quruluşunda əks olunur.

    “Spiral” mənası kainat daxili planetlərə verilən ardıcıl hərəkət və iç-içə sürətlərin ilkin mərhələ halıdır ki, buna “Spiral” dedilər.
    Yer üzündə ilk insana məlum idi ki, bütün kainat sistemi, qalaktikalar bir işıq varlığı ətrafında və əhatəsində hərəkətdədirlər. O, quruluş formasını bir simvol olaraq “nöqtə” kimi işarə edərək onu, ilkin hərəkət verici kimi dərk edirdilər. Onlara o da məlum idi ki, yer planeti də bir işıq (günəş) ətrafında hərəkətdədir. Bu ilk astronomiya elminin təməlini yaratdı.

Vahid Rzayev.

Comments   

 
0 #3 Fazilə 2017-01-09 13:58
Azərbaycan xalqının qədim bayatılarından birində də bu fikirin öz təsdiqini tapdığını görmək mümkündür. Müdrik atalarımızın da dediyi kimi “Dünya bir pəncərədir, hər gələn baxar gedər”. Ulularımızdan bizə yadigar qalan bu deyim onların psixalogiyasını əks etdirməklə yanaşı, həyat silsiləsinin qanunauyğunluğu na görə insan nəsillərinin bir-birini əvəz etməsini göstərən parlaq misaldır. Bu mövqedən irəli gələrək spiralı arasıkəsilməzli yin, sonsuzluq və tamlığın rəmzi kimi qəbul etmək olar.
Hörmətlə: Fazilə Nəbiyeva.
Quote
 
 
0 #2 Fazilə 2017-01-09 13:58
Dəyərli fikirlərinizə görə sizi təbrik edirəm Vahid müəllim. Fikrimcə, dairə müasir dövrdə həndəsi işarə kimi mövcuddur. Bu özünü qədim yaşayış tikililərində, ən qədim qəbirlərdə, ornamentlərdə, zərbli və simli musiqi alətlərinin quruluşunda əks etdirir. Nəzər yetirsək dairə formasının həyatın bütün sahələrində mövcud olduğunu görə bilərik. Yaşadığımız kainat, Günəş, Ay və digər planetlər buna örnək ola bilər. Yer kürəsi Günəş ətrafında daima dövr edir. Dairə silsiləsi, yəni spiral bəşəriyyətin insanlıq tarixində qırmızı qalın xətt kimi keçir. Sanki həyatın leytmotivi funksiyasını yerinə yetirir. İnsanın fiziki dünyaya gəlişi, axirət dünyasına köçməsi, onun mərhələli şəkildə davam edən həyat yolları, təbiətdə fəsillərin növbələşməsi, illərin bir-birini əvəz etməsi, eləcə də yaradıcılıq prosesi həyat dairəsinin təzahür formalarıdır.
Quote
 
 
0 #1 Cənab Muradov 2013-12-15 19:44
Maraqlı məqalə idi, mühüm mövzuya toxunurdu. Şəkil də olsa idi daha yaxşı olardı
Quote
 

Add comment


Security code
Refresh