AQRA.AZ

Əmanətə xəyanət

Hərfləri böyüt

Tarixi saxtakarlıq
2008-ci il oktyabr ayının 21 də Alfred Nobelin anadan olmasının 175-ci illiyi tamam olur. (2013-cü il, həmin tarixdə Alfred Nobelin anadan olmasının 180-ci illiyi tamam olur: B. Tahirbəyov).

Əmanətə xəyanət

Alfred Bernhard Nobelin anadan olmasının 175-illiyidir

XIX əsrin ikinci yarısında Rusiyada fəaliyyət göstərmiş isvecli ixtiraçı və sahibkar Alfred Nobel ölümündən bir il qabaq vəsiyyət etmişdir ki, bütün var-dövləti (bunların içərisində Bakı neftindən qazanılan sərmayə) bəşəriyyətə daha çox xeyir verən şəxsləri həvəsləndirmək məqsədilə İsvec həm də Norvec krallıqlarında yaradılası xüsusi fonda yönəldilsin. 1900-cu ildə yaradılmış fond o zamandan bəri ən görkəmli alimlərə, ədiblərə, öndərlərə Nobelin adını daşıyan çox nüfuzlu mükafatlar paylayıbdır.

 Bu mükafatlar hər il dekabrın 10-da – Nobelin vəfat etdiyi gün bəyan olunur və növbəti ilin başlanğıcında təntənəli şəraitdə İsvec kral ailəsinin iştirakı ilə laureatlara təqdim olunur. Təltif olunanlara qızıl medal, diplom və 2 milyon İsvec kronu (indi 150 min evro), yaxud 225 min ABŞ dolları həcmində bank çeki verilir.

Nobel mükafatları fondu asılacaqsız, qeyri-hökümət təşkilatıdır. Özü özlüyündə laureatlığa namizədlərin irəli sürülməsi, bunların müzakirə edilməsi və son seçim keçirməsi proseslərinə qarışmır. Həmin vəzifələr sərbəst işləyən bölmələrin üzərinə qoyulubdur.

Hazırda Nobel fondu həmçinin Nobel simpoziumunu da idarə edir. Bu quruma 1966-cı ildən başlayaraq, əsasən, İsvec bankının ayırdığı maliyyə yardımı göstərilir.

1968-ci ildə İsvec bankı özünün 300-illik yubileyi ilə əlaqədar təklif etmişdir ki, Nobelin vəsiyyətində qeyd olunan elmi sahələrlə yanaşı iqtisadiyyat üzrə də mükafatlar ayrılsın. İsvec Kral Elmlər Akademiyası, ilkin mükafatların verilməsinə dair prinsiplərə və qaydalara uyğun şəkildə həmin ixtisas üzrə mükafat verən qurumun səlahiyyətlərini öz üzərinə götürdü. İqtisadiyyat sahəsində mükafat da dekabrın 10-da, başqa mükafatların ardınca bəyan edilir. Birinci dəfə o, 1969-cu ildə verilmişdir. Rəsmi adı – Alfred Nobelin iqtisadiyyat üzrə xatirə mükafatıdır.

Lakin Nobel fondunun statusu, həmçinin mükafatları paylayan qurumun fəaliyyətinin tənzimləməsinə məxsus qaydalar xüsusi komitə tərəfindən zahirən vəsiyyətin şərtlərinə uyğun, mahiyyətcə isə vəsiyyətə zidd şəkildə işlənib hazırlanıbdır.

Belə ki, fizika və kimya sahəsində mükafatları, həm də iqtisadiyyat üzrə mükafatı verən Kral Elmlər Akademiyası, habelə fiziologiya və təbabət sahəsində mükafatları verən Stokholm Karolin Tibb-Cərrahiyyə İnstitutu nədənsə, hər bir mükafatı, bir qayda olaraq, üç nəfər arasında bölür. Beləliklə, elmin bu gün ən vacibli istiqamətlərinə təkan verəsi vəsaitin təmərküzləşməsi puça çıxarılır. Bu, Nobelin vəsiyyətinə ziddir. Axı vəsiyyət sahibi, onun öz sözünə görə, istərdi ki, təsis etdiyi mükafat elmlə məşğul olan «əliaşağı xəyalpərvər»ləri ruhlandırsın.

Başqa ziddiyyət ondan ibarətdir ki, mükafatları çoxdan ötüb keçmiş illərdə əldə edilən nailiyyətlərə görə verirlər. Bu mükafatları, bir qayda olaraq, yaşa dolmuş professorlar alır. 1999-cu ilədək fizika sahəsində Nobel komitəsinə başçılıq edən S.Yarskoq deyirdi ki, «hətta göz qabağındakı namizəd bu mükafatı gözləyib almaq üçün möhkəm cansağlığına malik olmalıdır». Mükafat, bəşəriyyətə ən çox xeyir vermək iqtidarında olan alimlərin işini sürətləndirən amil olmaq əvəzinə, elmi işçilərin təqaüdünü birovuz artıran əlavənin bənzərinə dönübdür.

Təəccüblü deyil ki, əsli norvecli olan amerikalı milyonçu Fred Kavli yeni elmi mükafat təsis etdiyi barədə bəyanat yayıbdır. Gözlənildiyinə görə mükafat Nobel mükafatı ilə rəqabətli olasıdır. Bir milyon ABŞ dolları həcmində bu mükafat ilaşırı üç elmi sahə – astrofizika, nanotexnologiyalar, beynin öyrənilməsi sahələri üzrə veriləsidir. Təltifetmə mərasimi Nobel mükafatlarının elan edilməsindən əvvəl – sentyabr ayında (birinci dəfə – 2008-ci ildə) keçiriləsidir. Kavlinin dediyinə görə, yeni mükafat, öz tədqiqatları ilə dönüş yaradan alimlərin şirnikləndirməsini sürətləndirmək üçündür.

Nobelin vəsiyyətinin ədəbiyyata aid bəndi də düzgün yozulmayıbdır. Vəsiyyətə görə, ədəbiyyat üzrə mükafat almaqdan ötrü əsərin «idealist istiqamətli» olması bəsedici şərtdir. Burada hər hansı bədii ədəbiyyat haqqında heç nə deyilməyibdir. Dəqiq məna daşıyan «idealist istiqamətli» ifadə onu idealizm ilə materializm arasındakı qarşıdurmaya aid etmək nəticəsində öz müəyyənliyini itirmişdir.

Nobel işgüzar adam – praktik idi və onun zamanındakı fəlsəfi baxışların mübarizəsi onu qətiyyən maraqlandırmırdı. O, idealizmi praktisizm ilə tutuşdururdu. Vəsiyyətdə söz elmi nəzəriyyələrin və elmi fantastikanın kağız üzərində ifadə edilməsindən gedir, çünki bunlar da, tətbiqi kəşflərlə yanaşı, bəşəriyyətin tərəqqisinə verilən töhfədir.

Ədəbiyyat üzrə mükafatların heç biri vəsiyyətə müvafiq verilməyibdir. Əksinə, Albert Eynşteyn, cüzi əhəmiyyətli «fotoeffekt» ilə əlaqədar mükafatlandırılıbdır, halbuki ona, ümumi nisbilik nəzəriyyəsini yaratdığına görə ədəbiyyat (burada söhbət elmi ədəbiyyatdan-elmi əsərdən gedir. Bədii ədəbiyyat haqqında onun vəsiyyətində ümumiyyətlə söz açılmır) üzrə mükafat verilməli idi.

Nobel mükafatları komitəsi tərəfindən edilən bədii ədəbiyyata aid əsərlərin müəlliflərini mükafatlandırmaq cəhdi – Nobelin vəsiyyətinin bu cür yanlış yozulması,  uzun müddət riyaziyyatçıları beynəlxalq mükafatdan məhrum edibdir, baxmayaraq ki, məhz bunların əsərləri yalnız «idealist istiqamətli»dir! Əbəs yerə deyil ki, vəsiyyətdə ayrıca olaraq riyaziyyatın adı çəkilməyibdir.

Yaranan vəziyyəti Torontoda (Kanadada) C.Ç.Filds tərəfindən 1932-ci ildə bəyan edilən «Riyaziyyatda ən görkəmli kəşflərə görə beynəlxalq medallar» memorandumu qismən tənzimləyibdir. Bu təklifi həmin il Sürixdə (İsvecrədə) keçirilən Beynəlxalq riyaziyyat konqresi qəbul edibdir (əfsuslar ki, memorandumun sahibi konqresə bir ay qalmış keçinibdir). Qərara alınıbdır ki, əsas etibarilə qocaman alimlərə verilən Nobel mükafatlarından fərqli olaraq Filds mükafatı gənc (40 yaşınadək) alimlərə, özü də hər il yox, dörd ildən bir, Beynəlxalq riyaziyyat konqressi keçirilən zaman verilsin. Mükafat, Filds medalı və 1500 Kanada dollarından ibarətdir. Mükafatın böyük nüfuza malik olduğu daha vaciblidir – bu, o deməkdir ki, həmin laureat ötən dörd il ərzində dünyanın ən yaxşı riyaziyatçısı sayılıbdır.

Bundan əlavə, 1982-ci ildə görkəmli suomi («finn» ruscadır) riyaziyyatçısı Rolf German Nevanlininin adını daşıyan yeni beynəlxalq mükafat da ortaya çıxıb, bu mükafatla informasiya nəzəriyyəsinin riyazı aspektləri sahəsində nailiyyətlər əldə etmiş gənc alimlərin təltif olunması qərara alınıbdır.

Vəsiyyətin ən dözülməz ələ salınması isə, 1990-ci ildə Bakıda «Qanlı Yanvar» törədən Mixail Qorbaçovun həmin il Nobel sülh məkafatı ilə təltif olunmasıdır. Bakı neftinin hesabına toplanmış vəsaitdən verilən mükafat bakılıları gülləbaran edən qatilə çatıbdır. «Millətlər arasında dostluğu möhkəmlətmək» işinə bundan daha artıq töhfə verən namizəd tapılmayıb?

Bütün bunlar Nobelin vəsiyyətinə xəyanətdir.

Nobel mükafatları get-gedə hörmətdən düşməkdədir. Bakının nefti isə hələlik tükənməyibdir. Azərbaycan Respublikasının Neft Fondu günü bu gün ən yüksək səviyyədə yeni elmi mükafat təsis etməyə qadirdir. Belə olsaydı, bu mükafatın dünyada ən böyük nüfuz qazanmasına ümid yaranardı.

“Baktrian” jurnalı, №2,sentyabr,2008
Bahadur Tahirbəyov, Ümumdünya Sistemoloqlar
klubunun muxbir üzvü.

 

Nobelin vəsiyyəti

«Mən, Alfred Bernhard Nobel, fikirləşərək və qərarlaşaraq, ölənəcən qazanası əmlakıma dair vəsiyyətimi bununla bəyan edirəm:
Məndən qalmış bütün satılası varidat aşağıdakı qaydada təqsim olmalıdır. Bütün sərmayə, vəsilərim tərəfindən, zəmanət ilə, etibarlı saxlanılmaya verilməlidir və fonda çevrilməlidir, bundan məqsəd, hər il, əvvəlki illərdə bəşəriyyətə ən böyük xeyir vermiş şəxsləri pul mükafatları ilə təltif etməkdir.

Mükafat fondu aşağıdakı şəkildə paylanan beş bərabər hissəyə bölünməlidir: bir hissəsi – fizika sahəsində ən mühüm kəşf ya ixtira əməl etmiş şəxsə, ikinci hissəsi – kimya sahəsində ən mühüm təkmilləşdirmələrə nail olmuş yaxud kəşf əməli etmiş şəxsə, üçüncü hissəsi – fiziologiya ya təbabət sahəsində ən mühüm kəşf əməli etmiş şəxsə, dördüncü hissəsi – idealist istiqamətli görkəmli əsər yaradan şəxsə və nəhayət, beşinci hissəsi – millətlər arasında dostluğu möhkəmlətmək, silahlı qüvvələrin qarşıdurmasını aradan qaldırmaq yaxud aşağı salmaq, habelə sülhsevər qüvvələr konqreslərini təşkil etmək ya da bunların keçirilməsinə yardım göstərmək işinə ən böyük töhfə vermiş şəxsə.

Fizika və kimya sahəsində mükafatlar İsvec Kral Elmlər Akademiyası, fiziologiya və təbabət sahəsində mükafatlar Stokholmdakı Karolin İnstitutu, ədəbiyyat sahəsində mükafatlar Stokholmdakı İsvec Akademiyası, nəhayət, sülh mükafatı Norvec stortinqinin seçdiyi beş üzvündən ibarət komitə tərəfindən verilməlidir. Bu, iradə izharımdır və mükafatların verilməsi laureatın bu ya digər millətə mənsubiyyətilə əlaqələndirilməməlidir, eləcə də mükafatın məbləği bu ya digər təəbəliyə aidiyyat ilə müəyyənləşdirilməməlidir.

Bu, son və qəti vəsiyyətdir, qanuni qüvvəyə malikdir və bütün əvvəlki vəsiyyətlərimi, əgər mən öləndən sonra üzə çıxarsa, ləğv edir. Nəhayət, axırıncı mütləq tələbim ondan ibarətdir ki, vəfatım səriştəli həkim tərəfindən birmənalı təyin edilsin və ancaq bundan sonra cəsədim yandırılsın.
Paris, 27 sentyabr 1895-ci il.

Alfred Bernhard Nobel»
                                                                                                                                                                   (Alman dilindən tərcümə edilmişdir).
“Baktrian” jurnalı, № 2, sentyabr 2008.

Sistemoloq-alim Bahadur Tahirbəyov

Comments   

 
0 #3 pill generic 2017-04-14 09:21
What's up, this weekend is pleasant in favor of me, since this occasion i am reading this great educational post here at my residence.
Quote
 
 
0 #2 bit.ly 2017-03-19 11:04
you're really a just right webmaster. The website loading velocity
is amazing. It seems that you are doing any unique trick. In addition,
The contents are masterpiece. you've done a magnificent
task in this subject!

Here is my website; bit.ly: http://bit.ly/1VxVlEc
Quote
 
 
0 #1 شرکت فنی مهندسی 2017-02-07 01:38
Thanks for sharing your info. I really appreciate
your efforts and I am waiting for your further post thanks
once again.
Quote
 

Add comment


Security code
Refresh