AQRA.AZ

Mürəkkəb sadəlik və sadə mürəkkəblik

Hərfləri böyüt

 Hamımız informasiya alaraq və ötürərək enerjı sərf edirik. Elektrik yoxdursa, internetə daxil olmaq, mobil telefon doldurulmayıbdırsa, onun vasitəsilə xəbər almaq, telefon stansiyası cərəyansız qalıbdırsa, stasionar telefonla danışmaq, benzin qurtarıbdırsa, mə'lumatdan ötrü şəhərin o başma getmək-onların heç biri mümkün deyil. Hətta qonşuya dəyib iki kəlmə söz demək də namümkündür, əgər ayağını yerdən götürməyə gücün çatmırsa. Bunların hamısı texniki (məhz texniki!) məhdudiyyətdir. Çünki informasiyanı nəinki enerjı sərf etməyərək, əksinə, enerji əldə edərək ötürmək üçün nəzəri cəhətdən heç bir maneə yoxdur. Bu da ağılabatandır. İnformasiya qəbul olunanda enerjı sərf edilirsə, onda informasiya ötürüləndə enerji əldə edilməlidir. O da ona görədir ki, informasiya enerjinin digər şəklidir, daha dəqiq desəkonun başqa adıdır.

 Eyni şeyin iki adı vardırsa, bunların arasında tərs mütənasiblikyaranır. "Good bye" deyən nə qədər çoxalarsa, o qədər də "Salamat qal" deyən azalar. Enerji kütlə ilə də tərs mütənasiblikdədir  bu, fizikadandır yadnıza salın, orada əmsal:  işığın sür'ətinin kvadratı da vardır. Belədirsə, kütlə ilə informasiya düz mütənasibətdədir? Bütövlüklə, elədir ki, var. Yə'ni kütlə artdıqca infomasiya da artır. Bunun əksi də dürüstdür.

Nəzəri cəhətdən mümkündür ki, təbəddül edəsən  infomasiyanın hər nə varını yığıb biçimsiz dərəcədə sıxışdırasanvə sonra? İnformasiya yoxa çıxır. O mə'nada ki, əlçatmaz olur. Bəs yerdə qalan nədir? Bəli, kütlədir. Kainat həcmində, solğun, həmcinsözü də astrofiziklərin qaranlıq maddəsindən daha yeknəsək kütlə (o, həmin maddədir ki, onun haqqmda əməlli başlı bir şey bilən yoxdur, lakin bu barədə söhbət sonraya qalsın).

Yaxşıdır ki, insan, texniki cəhəddən infomasiyanı  bu dərəcədə sıxlaşdırmağa hələlik qadir deyildir, yoxsa hər yerindən duran özü üçün ayrıca kainat yaradardı. Əlbəttə, infomasiyanı gizlətməkdən ötrü.

Əks təqdirdəsə son dərəcə müxtəlif tərkibli kütlə elə başdan- başa informasiyadır. Prinsip e'tibarilə bu, o deməkdir ki, virtual varlığı fiziki varlığa, fiziki aləmi də virtual aləmə çevirmək mümkündür.

Eyni  bütövlüyə aid kütlənin informasiyalığının yaxudinformasiyanın kütləliyinin

(istədiyiniz adı seçin, çünki burada oxuduğunuz hələlik alimlərə mə'lum deyil və bunlardan heç kəs heç nəyin adını qoymayıb) me'yyarı mürəkkəblikdir. Mürəkkəbliyin nə olduğu hələlik sistemoloq alimlərə mə'lumdur - belə bir elm də vardır - sistemologiya; həmin elm haqqmda haçansa söhbət açasıyıq, mürəkkəblik barədə isə indi də bir qədər bəhs etmək olar.

Çox hallarda mürəkkəbliyi yekəlik ilə qarışıq salırlar. Bu, düz deyil. Mürəkkəblik, kəmiyyətlə yox, keyfiyyətlə səciyyəndirilir. Kanalizasiya borusundakı sıçovul istər ölçüdə, istərsə də çəkidə borudan əskikdir. Mürəkkəblikdə isəxeyir, borudan artıqdır. Çünki bo-

runun tərkibində olanların hamısı sıçovulun bədənində də vardır ’ - dəmir də, kükürd də, manqan da, ancaq az miqdarda. Və bir çox başqa borunun tərkibində olmayan şeylər də vardır. Sıçovul hətta formaca da daha mürəkkəbdir.Təkçə bağırsağı sanki uzun-uzadı  qat-qat bükülmüş dolanbac borudur.

Mürəkkəbliyə təqribən bu cür qiymət vermək olar: əgər hansısa obyekt digər özü kimi obyektlərlə birləşərək, yeni obyektə daxil olursa, onda sonuncu obyekt əvvəlki obyektdən daha mürəkkəbdir. Çətin deyil, eləmi? Çətinlik müəyyənləşdirməkdədir ki,. həqiqətən yeni obyekt yaranıbmı və həqiqətən onun tərkibinə sözügedən obyekt daxil olubmu? Burada analitik sistemologiyanın xüsusi metodlarını işə salmaq gərəkdir, amma bu haqda, şərt kəsdiyimiz üzrə, söhbət sonraya saxlanılır.

Aydındır ki, bir neçə obyekt daha mürəkkəb obyekti təşkil edirsə, onlar özləri də az mürəkkəbli, bunlar isə, öz növbəsində, daha az mürəkkəbli  və s. və i.a. obyektlərdən təşkil oluna bilərlər. Beləliklə kütlə özünün yeknəsəkliyini itirir.

Odur ki, artıq kütlənin qeyri- həmcinsliyinin dərəcəsindən, yə'ni - bu belədir-  maddənin təşəkkülü səviyyələrindən bəhs etmək mümkündür.

Hazırda alimlər 16təşəkkül səviyyəli obyektləri öyrənməkdədirlər. Səviyyələrin hamısı şəkildə (bax:jurnal) göstərilibdir, lakin bunları müəyyən qayda üzrə sadəcə sadalamaq - məsələn, ən çox mürəkkəb olandan ən az mürəkkəb olana gədər, və hətta nömrələmək də olar: qlobal (1), transmilli (2), milli (3), dövlət (4), tayfa (5), qəbilə (6), ailə (7), orqanizm (8), hüceyrə (9), lamellyar (10), makromolekul (11), üzvü molekul (12), molekul (13), ion (14), nüvə (15), subnüvə (16) səviyyələri.

Maraqlıdır ki, elmlərin çoxunda bir yerdə bir neçə - misal üçün, iqtisadiyyatda 1-dən - 8-dək, sosiologiyada  3-dən - 9-dək, biologiyada  5-dən - 12-dək, kimyada 10-dan - 14-dək, fizikada 11- dən - 16-dək səviyyəli obyektlər araşdırılır. İlk baxışda, nə fərqi var: kim nəyi öyrənirsə öyrənsin, təki tədqiqatları xeyir versin. Fəqət fərq vardır,  informasiya əlçatası olmalıdır ki, sönük yeknəsəkliyə davam gətirə bilsin. Növbəti buraxılışların  birində, informasiyanın əlçatmazlığı  üzündən sivilizasiyanın necə puça çıxması haqqında söhbət açılacaqdır.

İnformasiyanın əlçatan olması üçün o, nizamlaşdırılmalıdır. Hec bir şey icad etmək gərək deyil, sadəcə bilikləri kütlənin qeyri- yekcinsliyə müvafiq şəkildə nizama salmaq lazımdır. Ozü də, nəticə olaraq maddənin təşəkkül səviyyələrinə uyğun tərzdə.

Bundan sonra dərc olunası yazılarda, oxucuları qolay bələdləşdirmək məqsədilə, hər bir məqalə, maddənin təşəkkül səviyyələrini bildirən işarələrlə veriləcəkdir.

 

Bahadur Tahirbəyov.

Baktrian (2008)№1,səh: 12-15

Sistemoloq alim Bahadur Tahirbeyov

Əmanətə xəyanət

Baktiran jurnalı Gəlmişəm

 

Add comment


Security code
Refresh