AQRA.AZ

Publisistika

Bölüm: Publisistika

Sarıköynək

... viran olan bağdan çoxdan idi ki, quş səsi gəlmirdi. Sanki yuvası dağılan quşlar bağdan küsmüşdü.

Əvvəllər səhərin gözü açılmamış, gün şəfəqlərini saçmağa macal tapmamış, quşların cəh-cəhi bağı bürüyərdi. Güllər nazlanar, yırğalanıb ətrini ətrafa yayardı.

Ətraflı: Sarıköynək

  • Müəllif: Super User
  • Baxış sayı: 243

Bölüm: Publisistika

Alma almaya bənzər...

Azərbaycanın zəngin təbiətinə  istinadən deyirlər ki, dünyanın on bir iqlimindən doqquzu bizim məmləkətimizdədir. Bu Allahın Azərbaycana və  xalqına olan lütfü, mərhəmətidir.

Torpağımızda bitən nemətlərin sayı hesabı yoxdur, meyvə, tərəvəz, gül-çiçək, min bir dərdin dərmanı otlar, daha nələr, nələr?

Allahın verdiyi, torpağın yetişdirdiyi nemətlərə görə şükür əlaməti olaraq tarix boyu nənə-babalarımız nağıllarda, bayatılarda, o

Ətraflı: Alma almaya bənzər...

  • Müəllif: Super User
  • Baxış sayı: 554

Bölüm: Publisistika

Şəhid mahnı

Müharibənin hələ elan edilməmiş vaxtlarından qardaşım Münasif Şəfəq kəndində vuruşurdu. Tankçı idi. Niyyətini gizlətməyən erməni işğalçıları ilə üzbəüz dayananların arasındaydı. Döyüş əməliyyatlarının birində ayaqlarından yaralanıb tibbi vertolyotla Bakıya - Respublika Mərkəzi Hərbi Hospitalına gətirilmişdi.

Yeddi aydan çox (ümumilikdə isə il yarım)müddətdə fasiləsiz olaraq hər gün həmin hospitalda yaralılarımızın yanında olmuş, özümü, belə demək mümkünsə, 

Ətraflı: Şəhid mahnı

  • Müəllif: Super User
  • Baxış sayı: 709

Bölüm: Publisistika

Çərşənbə arzuları...

Su olmaq istəyirəm...

Saf, təmiz, şəffaf su.

Dağlardan şəlalələr kimi hayqırıb axım. Bir ovuc mirvari kimi ətrafa səpələnim.

Torpağın üstü ilə yol tapıb üzü çaylara doğru gedim.

Çayın suyuna qarışıb, dərin-dərin dənizlərə, ümmanlara süzülüm.

Su olmaq istəyirəm...

Otlara, güllərə, çiçəklərə, ağaclara, bütün canlılara həyat vermək istəyirəm.

Yayın qızmar istisində günəşin məhəbbətinə qərq olub buraxlanım. Səmaya qalxıb bulud olum və dünyaya yüksəkdən baxım...

Sonra amansız bir şimşəyin zərbəsi ilə yağış olub, yenidən torpağa sarı dönüm.

Axı torpaqdan yaranan gec-tez torpağa tərəf qayıtmalıdır...

Su olmaq istəyirəm...

Torpağa hopan su...

 

 Od olmaq istəyirəm...

Od olmaq istəyirəm...

Alov dilimləri şahə qalxan bir od.

Alovumun şöləsi göz qamaşdırsın.

Soyuq, biganə ürəkləri öz odumla isidə bilim.

Közümlə sönmüş ocaqları yenidən yandırmaq istəyirəm.

Od olmaq istəyirəm...

Donmuş torpağı hərarətimlə isidim ki, barı-bəhrəsi bol olsun.

Od olmaq istəyirəm, sönən məhəbbət çıraqlarını yenidən yandıra bilim.

Od olum ki, alovumla ürəklərdə olan kini, nifrəti, xəbisliyi, riyakarlığı yandıra bilim.

Od olmaq istəyirəm. Məşələ çevrilib azadlıq uğrunda döyüşənlərin yoluna nur saça bilim.

Od olmaq istəyirəm!

 

   Külək olmaq istəyirəm...

Külək olmaq istəyirəm, sərt, güclü külək.

Elə əsim, elə kükrəyim ki, ağaclar kökündən qopsun.

Dənizlər coşub-daşsın. Qayalar dalğalarla əlbəyaxa olsun. Kimin qalib gələcəyini görüm...

Külək olmaq istəyirəm...

Sərin, xəfif bir külək.

Ağacları, gülləri tozlandırım, yarpaqları sığallayım. Bağçalara-bağlara səpilən xəzəllərlə yallı gedim.

 Külək olmaq istəyirəm...

Qızların saçlarını qarışdırım, sevən oğlanları qısqandırım. Təkəbbürlülərin papağını, öyünənlərin çətirini əlindən alıb uzaqlara aparım.

Külək olmaq istəyirəm...

Heç vaxt qapısı döyülməyən kimsəsizlərin qapısını astaca tıqqıldadım.

Külək olmaq istəyirəm.

 Külək kimi azad olmaq istəyirəm...

 

 Torpaq olmaq istəyirəm...

Bərəkətli, ruzili torpaq olmaq istəyirəm...

Yağan yağışlardan doyunca su içim, nahaq axan qanları içə bilməyim.

Suyun siyrab etdiyi torpaq olum ki, əkilən hər toxum dənəsi cücərib böyüyə bilsin.

Axan suları bağrıma basıb təmizləmək, saflaşdırmaq istəyirəm.

Qoy günəşin od saçan şəfəqləri məni yandırıb, yaxsın.

Çatılan bayram tonqalları məni cana gətirsin. Donan zərrələrim yuxudan oyansın.

Torpaq olmaq istəyirəm...

Torpaq olum ki, külək məni sovurub düşmən əlində olan yerlərə aparanda, oradan xoş xəbər gətirə bilim.

Torpaq olmaq istəyirəm...

Cavan yaşda olanları udmaq istəmirəm!

Günah içində ömür sürənləri qoynuma almaq istəmirəm!

Bölünmək, parçalanmaq istəmirəm!

Düşmən tapdağı altında qalmaq istəmirəm.

Hasarlarla, çəpərlərlə əhatələnmək istəmirəm.

Torpaq olmaq istəyirəm...

Hamının əzəli, sonu olan torpaq!!!

  Gülarə Munis.

 

  • Müəllif: Super User
  • Baxış sayı: 552

Bölüm: Publisistika

Детерминанта или что общего между автомобилем, врачом и политикой?

03.07.2007 00:01

2 июля 1956 года родился Бахадур Байрам оглы Таирбеков - в прошлом спортивный журналист, лауреат премии журналистов Азербайджана "Золотое перо", ныне - единственный в СНГ член-корреспондент Всемирного клуба системологов. Сегодня он - гость нашего сайта.

Ətraflı: Детерминанта или что общего между автомобилем, врачом и политикой?

  • Müəllif: Super User
  • Baxış sayı: 1022

Bölüm: Publisistika

Gülarə Munisin deyimləri

Munisin deyimləri

 “Munisin deyimləri” müəllifin on səkkizinci kitabıdır.

Kitaba G. Munisin müxtəlif vaxtlarda dediyi ana sözləri, nənə öyüdü, ibrətli və hikmətli kəlamları, gənclərə tövsiyyə və nəsihətləri cəm olunub.

Kitabı yazmaqda məqsəd budur ki, tarixdə “Atalar sözləri” var, qoy “Ana sözü” də olsun.

Şərqdə, bəlkə elə Qərbdə də, indiyə kimi “Analar sözü” adlı kitab və ya toplu olmayıb, bu hər deyimin fəlsəfi fikirlər olan ilk kitabdır. G. Munis bu kitabı yazmaqla daha bir yeniliyə imza atdı.

Bütün bu deyimlər mövzu və mahiyyətinə  uyğun sərlövhələrlə verilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitaba ilahiyyatçı alim Ağa Hacıbəyli ön sözü yazıb.

Redaktor: Hacı Salatın xanım Əhmədli

                   Filologiya elmləri üzrə fəlsəfə doktoru.

 

Müəllifdən

            Əziz oxucu, bu kitabı diqqətlə oxu!

Onu da nəzərə al ki, kitabı  yazmaq üçün uzun illər götür-qoy etdim. Azərbaycan Şifahi Xalq Ədəbiyyatında, Folklorumuzda müxtəlif mövzularda kifayət qədər atalar sozləri var, qoy mənim yazdığım bu kiçik həcmli kitab gənclərə, gələcək nəsillərə ana sözü, nənə öyüdü kimi bir hədiyyə olsun.

Mənim yaşımın elə çağıdır ki, cavanlara, ailə qurmaq ərəfəsində olan gənc qızlara nəsihət etməyə səlahiyyətim çatır.

Əziz oxucu, səni söz dünyama dəvət edirəm. Munisin kəlam dünyasına xoş gəldin!

Ümidvaram ki, kitabı oxuyan hər kəs, özünə lazım olan hikmətli mənanı tapıb,  bir kağıza qeyd edəcək. Hər dəfə yeri gələndə o kəlamı kimə isə deyəcək və bunu yazana rəhmət diləyəcək. Rəhmət təkcə ölənlərə yox, sağlara da lazımdır.

                                                                           Oxucularıma ehtiramla,  Gülarə Munis

 

 

Ailə-məişət mövzüsü

Şahzadə olmaq üçün şah qızı olmaq vacib deyil, gözəl əxlaqla bir kişinin şahzadəsi olmaq yetər.

 

***

Bir qadının yanağını yandıran göz yaşı yanında olan kişinin qəlbini göynətmirsə, demək onların münasibəti saxtadır.

***

Saata tez-tez baxma, gecikmək mənim adətim, gözləmək sənin peşəndir.

***

Anaların qolları yanlara açılanda, gərilmiş qartal qanadlarına bənzəyir.

***

  Acılar üst-üstə yığılıb qəsr olanda bir damla sevinc onu yıxa bilir.

***

 Bir-birini duymadan birlikdə yaşamağa məhkum olanlar dünyanın ən bəxbəxt insanlarıdır.

***

Acını uda bilmirsənsə, demək şirinin dəyərini bilmirsən.

***

Məhəbbətin toxumu olmur ki, qəlblərə səpilə, amma, onun cücərməsi üçün münbit şərait lazımdır.

***

 Sənin axtardığın yaxında yoxdursa, onu uzaqda axtarma, uzaqda tapdığın sən axtaran olmayacaq.

***

 Yanan şama güvənmə, onun bir nəfəslik ömrü var.

 

***

 Dərdi olmaq dərd deyil, dərrakəsiz olmaq, dərddir.

 Hədər keçən ömrə qocalanda göz yaşı tökməkdənsə, gəncliyində düzgün seçim et.

***

 Gözünün yaşına dəyər verməyən kişi, axan qanına da əhəmiyyət verməyəcək.

***

 Taledən qaçmağa çalışma, sən nə qədər sürətlə qaçsan da, tale bir addım səndən  irəlidədir.

***

Hər kəsin daxilində bir xəzinə var, amma, hər kəs onu  saflaşdırıb aşkara çıxara bilmir.

***

Məhəbbətlə baxan gözlərdə heyranlıq olar, ehtirasla baxan gözlərdə hiylə.

***

 Üzüm şirəsinin təzəsi xəstəni ayağa qaldırar, qıcqırmışı şax gəzəni yerə sərər. 

***

Qazanın qarası gedər, qəlbin qarası getməz. 

***

 Qəhəri udmaq çətin, qəzəbi udmaq asan olur.

***

Qəlbin qapısını açıq, qəzəbin qapısını bağlı saxla.

***

Arzu ümmanı nə qədər geniş olsa da, yan almağa bir liman tapılır.

***

Həyətini sevməyən, həyatını da sevməz.       

***

Dünənə boylan, sabaha inan, bu günü yaşa.

***

Əyarı saf olanın məhək daşında qorxusu olmaz.

***

 Həqiqətin gözünə dik bax, yalanın üzünə də baxma.

***

 Haram yeyib Allaha şükür etmək, yetimin malını yeyib, başına sığal çəkməyə bənzər.

***

 Dərdi çox olan isti havada üşüyər, soyuq havada təngnəfəs olar.

***

Qadın bal arısı kimidir, dili baldan şirin, iynəsi qıyıqdan iti.

***

Ömrünü heç kimə qurban vermə, ikincisi olmayacaq.

***

Sevilərək yaşamaq, sevərək yaşamaqdan daha yaxşıdır.

Kitab tezliklə yüklənəcəkdir

 

  • Müəllif: Super User
  • Baxış sayı: 542

Bölüm: Publisistika

"Əsrin müqaviləsi" beynəlxalq əhəmiyyətli hadisədir

Heydər Əliyev: "Əsrin müqaviləsi" və onun icrasının 5 illik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı  ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir".

Ətraflı: "Əsrin müqaviləsi" beynəlxalq əhəmiyyətli hadisədir

  • Müəllif: Super User
  • Baxış sayı: 2268

Bölüm: Publisistika

Qaytar dənizi...

  Səni heç vaxt belə pərişan görməmişdim...

    -Nədən belə məyussan, dəniz?

    Sanki ləpələr sənin göz yaşlarını sahilə aparır. Suların rəngi də qaralıb, elə bil üşüyürsən.

    Üfüqündə belə bir zərrə rahatlıq yoxdur. Elə hey ətrafa boylanıb o tərəf-bu tərəfə baxırsan.

    Kimi axtarırsan, dəniz? Kimdən nigaransan?

Ətraflı: Qaytar dənizi...

  • Müəllif: Super User
  • Baxış sayı: 478

Bölüm: Publisistika

Anaların səbri dağ yarar...

Səbr etmək ...

Nəyə səbr etmək və niyə səbr etmək?...

Ana!!!

Adı kimi özü də əziz olan bir varlıq.

Əziz olan nə varsa, onu anaya bənzədirik. Ana təbiət, ana vətən, ana torpaq. Övladımızı da əzizləyəndə ona “Anamsan”-deyirik.

Bəs, özümüz analara layiq övlad ola bilirikmi? Ananın zəhmətini, əziyyətini dəyərləndirə bilirikmi? Analarımız kimi ana ola bilirikmi?

Cavab tapa bilmirəm, bu nəhayətsiz suallara.

Ətraflı: Anaların səbri dağ yarar...

  • Müəllif: Super User
  • Baxış sayı: 815