AQRA.AZ

Digər

Bölüm: Digər

Zərifə Salahova təkrarolunmaz şəxsiyyətdir

Miniatür Kitab Muzeyinin yaradılmasının 15 illiyi qeyd edilib

Aprelin 23-də Miniatür Kitab Muzeyinin yaradılmasının 15 illiyi münasibətilə muzeydə “Miniatür Kitab Muzeyinin 15 illiyi” (“15 let Muzeyu Miniatyurnoy Kniqi”) kitabının təqdimat mərasimi keçirilib.

Ətraflı: Zərifə Salahova təkrarolunmaz şəxsiyyətdir

  • Müəllif: Super User
  • Baxış sayı: 15

Bölüm: Digər

“Naxçıvan mətbəxi” kitabı barədə

İt is a great happiness to know your own history. Each page of the history of our culture is rousing an interest.Turning over these pages the big way of life that our great grandfathers have passed is being revived in front our eyes. While learning our history, culture, our memories become strong and more increases our love.

Öz xalqının tarixini bilmək böyük xoşbəxtlikdir. Mədəniyyət tariximizin hər bir səhifəsi maraq doğurur.Bu səhifələri vərəqlədikcə ulu babalarımızın keçdiyi böyük həyat yolu gözlərimizin qarşısında canlanır. Tariximizi, mədəniyyətimizi öyrəndikdə yaddaşlarımız möhkəmlənir, Vətənin hər qarış torpağına məhəbbətimiz daha da artır.

 

Kitab,  “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyində 2012-ci ildə çap olunmuşdur.

            Ünvan: Naxçıvan şəhəri, Təbriz küçəsi,1

Kitabı yüklə/Download book

İstinad: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi

  • Müəllif: Super User
  • Baxış sayı: 100

Bölüm: Digər

Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında

2013-cü ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarıilə “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında” adlı kitab “Ziya” NPM-də nəşr edilmişdir (Bakı,”Ziya” NPM, 2013 206 s. ISBN 978-9952-404-41-8).

     Kitabın tərtib edəni Fərhad Cabbarov, Elmi redaktoru akademik Nailə Vəlixanlıdır.

Ətraflı: Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında

  • Müəllif: Super User
  • Baxış sayı: 466

Bölüm: Digər

Azərbaycan memarlığının klassikləri Sadıq Dadaşov və Mikayıl Hüseynov

XX əsrin lap əvvəllərində Sadıq Ələkbər oğlu Dadaşov və Mikayıl Ələsgər oğlu Hüseynov dünyaya göz açanda Bakının me`marlıq həyatında böyük canlanma var idi. Bakı özünün artımına görə dünyanın ən böyük və sürətlə inkişaf edən Nyu-York, Paris, London, Moskva kimi şəhərlərlə bir sırada gedirdi. Bö dövrdə Bakıda İsveçdən, Almaniyadan, Polşadan və Rusiyadan olan memarlar işləyirdilər.Kiçik yaşlarından memar olmaq arzusu ilə yaşamış balaca Mikayıl dostu Sadığı da Politexnik İnstitununa daxil olmuş və tələbəlik illərində bir çox müsabiqələrdə iştirak etmişdilər. Bu sırada 1926-cı ildə Nizami Gəncəbi muzeyi və Gəncədə qoyulacaq abidəsinə həsr olunmuş müsabiqələri,1928-ci ildə isə Mədəniyyət sarayının layihəsini qeyd etmək lazımdır.

 Nəriman Əliyev

kitabı yüklə

  • Müəllif: Super User
  • Baxış sayı: 109

Bölüm: Digər

Böyük İpək Yolu və Naxçıvan

Tarixdə ilk transkontinental  ticarət və diplomatiya yolu olan Böyük İpək yolu uzun əsrlər boyu Şarq ila Qərb ölkələri arasında iqtisadi, ticarət və mədəni əlaqəlarin inkişfına görə misilsiz əhəmiyyətə malik olmuşdur. Qafqaz, Xəzər dənizi və Qara dəniz hövzələri ölkələri inkişaf etmiş ticarət, mədəni zanginləşmə zonasını təşəkil edərək, bu yolun tərkib hissəsinə çevrilmişdir.

Ətraflı: Böyük İpək Yolu və Naxçıvan

  • Müəllif: Super User
  • Baxış sayı: 246

Bölüm: Digər

Elman Əliyev "Olduğu və göründüyü kimi"

Əliyev Elman İslam oğlu 1959-cu il yanvarın 11-də Naxçıvan  şəhərində anadan olmuşdur. 1966-1976-cı illərdə oxuduğu N. Tusi adına 9 saylı orta məktəb öz əlaçı şagirdində, eyni zamanda, dahi astrofizik və böyük filosofun irsinə dərin məhəbbət oyatmış, C. Məmmədquluzadə adına 2 saylı orta məktəb isə nümunəvi yeniyetməyə Molla Nəsrəddinə xas hazırcavablıq və xeyirxahlıq aşılamışdır. 1976-cı ildə Azərbaycan Neft-Kimya nstitutunun İdarəetmə sistemlərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, 1981-ci ildən təyinatı üzrə Rusiya Dəniz Donanmasının Həştərxan İdarəsində AİS üzrə elektronika mühəndisi vəzifəsində çalışmışdır.

1983-cü ildə Azərbaycan LKGİ Babək RK-nə təlimatçı, 1985-ci ildə isə şöbə müdiri təyin edilmişdir.

1988-ci ildə Azərbaycan KP Babək RK-nin təşkilat şöbəsinə təlimatçı kimi irəli çəkilmişdir.

1990-cı ilin yanvarında Bakıdakı qanlı hadisələrdən dəhşətə gələrək, partbiletini atıb, partiya sıralarını tərk etmişdir. Həmin vaxtdan etibarən Naxçıvan televiziyasındakı mühəndislik fəaliyyəti, eyni zamanda, operator kamerası ilə tale yoldaşlığı onun keçmiş mədəni irsə hədsiz marağının və gələcək araşdırmalarının mövzu dairəsini yaratmışdır: Naxçıvanda Nuh peyğəmbərin izləri, “Əshabi-Kəhf” möcüzəsinin sirləri, N.Tusi irsinin ümumbəşəri əhəmiyyəti, C.Rumi humanizminin, H.Cavid dühasının, M.Araz poeziyasının sehri və i. a.

2001-ci ildə Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları forumunun “Üçüncü sektor”, “Həftəlik TV” proqramı layihəsinin koordinatoru təyin olunub. Onun çoxcəhətli fəaliyyətindəki peşəkarlıq səviyyəsi və dərəcəsini vurğulamaq üçün təkcə Beynəlxalq simpoziumdakı çıxışlarını və dünya şöhrətli “SİEMENS” şirkətindən aldığı sertifikatları xatırlatmaq kifayətdir.

2011-ci il sentyabrın 17-də Elman Əliyevin qəfil ölümü onu yaxından tanıyanların və bütün Elmansevərlərin qəlbində həyəcan təbili çalaraq, onların hamısını görkəmli ziyalının mənəvi irsini üzə çıxarmaq yolunda səfərbər etmişdir.

Kitabı yüklə

Görkəmli ziyalı Elman İslam oğlu Əliyevin vəfatından 5 il keçir...

  • Müəllif: Super User
  • Baxış sayı: 295

Bölüm: Digər

Səkinə Əliyeva - "Azadlıq carçısı", İşığın dostu, zülmətin düşməni olmuşdur

“Azadlıq carçısı” kitabında Naxçıvan MR Respublikası Ali Soveti Rəyasət heyətinin sabiq sədri, Sovet ittifaqının tərkibindən çıxmaq haqqında ilk dəfə mərdanə qərar qəbul edən Səkinə xanım Əliyevanın ömür yolundan (1925-2010) bəzi məqamlar açıqlanmışdır. Kitabda eyni zamanda Səkinə xanım haqqında dostlarının xatirələrinə və ürək sözlərinə də yer verilmişdir.

Ətraflı: Səkinə Əliyeva - "Azadlıq carçısı", İşığın dostu, zülmətin düşməni olmuşdur

  • Müəllif: Super User
  • Baxış sayı: 1205

Bölüm: Digər

Naxçıvan Teatrı məqalələr, xatirələr

Kitaba 130 illik tarixə malik olan Naxçıvan teatrı ilə bağlı müxtəlif müəlliflərin məqalə və xatirələri ilk dəfə olaraq toplu halında daxil edilmişdir. Həmin məqalə və xatirələr teatrın keçdiyi yaradıcılıq yolu haqqında bütöv və sistemli təsəvvür yaratmağa yönəldilmişdir. 
Kitab ədəbiyyat və teatr tarixçiləri, həmçinin müvafiq ixtisaslar üzrə magistr və tələbələr üçün nəzərdə tutulmuşdur. Ondan geniş oxucu kütləsi də istifadə edə bilər.
 
 
 
  • Müəllif: Super User
  • Baxış sayı: 289