Elmimizin əlaqələndiricisi və təşkilatçısı: Akademik İsmayıl Muxtar oğlu Hacıyev

Print Friendly, PDF & Email

İsmayıl Hacıyev 1951-ci il yanvarın 21 -də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Göydərə kənd orta məktəbini bitirmişdir. 1968-1970-ci illərdə Sumqayıt şəhərində fəhlə işləmişdir. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutun (indiki ADPU) tələbəsi olmuşdur.

1974-cü ildə həmin institutun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1974- 1977-ci illərdə Culfa rayonunun Xoşkeşin kənd məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1978-2003-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) müəllim işləmişdir. 1992-ci ildə namizədlik, 1999- cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Naxçıvan Dövlət Universitetində ictimai-peşələr fakültəsinin dekanı (1983-84), tarix-filologiya fakültəsinin dekan müavini (1984-1985), Naxçıvan Özəl Universitetində (1994- 96), Naxçıvan Dövlət Universitetində elmi işlər üzrə prorektor (1996-97), tədris işləri üzrə prorektor (1997-2003) vəzifələrində işləmişdir. 2000-ci ildən Naxçıvan Dövlət Universitetinin professorudur. 2003-cü ilin yanvarında AMEA Naxçıvan Bölməsinin sədri, 2007-ci ilin aprelində isə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü seçilmişdir. Tarix elmləri doktoru (1999), professor (2000), Azərbaycan Milli Elmlər Akademiyasınm akademiki (2003), Nyu-York Elmlər Akademiyasınm həqiqi üzvüdür (2002).

İ.Hacıyev 30-a yaxın monoqrafiya, kitab, kitabça, dərs və tədris vəsaitlərinin, 200-dən artıq elmi məqalənin müəllifidir. Elmi əsərlərdən 34-ü xaricdə çap olunmuş, Rusiyada, Türkiyədə, Misirdə, Qazaxıstanda, Türkmənistanda, İranda və b. ölkələrdə işıq üzü görmüşdür. Dünyanm müxtəlif ölkələrində keçirilmiş 28 beynəlxalq səviyyəli sammit, simpozium və elmi konfranslarda iştirak və məruzə etmişdir.

İ.Hacıyev 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutunun «İlin adamı» tituluna, 2010-cu ildə isə «Qızıl medal»ına layiq görülmüşdür. 2008-ci ildə Y.Məmmədəliyev mükafatına, 2009-cu ildə Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun, Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatlanna layiq görülmüşdür. 2009-cu ildə Ölkə Prezidentinin fərmanı ilə «Əməkdar elm xadimi» fəxri adını almışdır.

Akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin «Xəbərlər» jurnalımn baş redaktoru, İxtisaslaşdınlmış Dissertasiya Şurasının sədri, Respublika ET-nin Təşkili və Əlaqələndirmə Şurasınm, AMEA-nm «Məruzələr»i, «Xəbərlər»i (Tarix, fəlsəfə və hüquq seriyası), Dialoq Avrasiya (Türkiyə), Tarix və onun problemləri və b. jumalların redaksiya heyətinin üzvüdür. Ölkə Prezidenti cənab Ilham Əliyevin Sərəncamı ilə yaradılan Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin üzvüdür. Onun rəhbərlıyi ilə iki cildlik «Naxçıvan ensiklopediyası» (2005), «Naxçıvan abidələri» ensiklopediyası (Azərbaycan və ingilis dillərində, 2008), Naxçıvan tarixi atlası (2010) nəşr edilmişdir.

İ.Hacıyev ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən ictimai xadimdir. O, 2000-ci ildə 2-ci çağınş Naxçıvan MR Ali Məclisinin, 2005-ci ildə 3-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Akademik İ.Hacıyevin kadr hazırlığında xüsusi xidmətləri var. Onun rəhbərliyi ilə 2 nəfər doktorluq, 11 nəfər namizədlik, 16 nəfər magistr dissertasiyası müdafiə etmişdir. Müdafiə edənlər arasında xarici ölkə vətəndaşları da vardır. İ.Hacıyev 3 nəfərin namizədlik, 6 nəfərin doktorluq dissertasiyasının rəsmi opponenti olmuşdur. Onun elmi redaktorluğu ilə 35- dən artıq monoqrafiya və kitab çap olunmuşdur.

Ailəlidir, üç övlad atasıdır.

NƏŞR  OLUNMUŞ  KİTABLARIN  SİYAHISI

1.   “Tarixdə və günümüzdə Naxçıvan”  (türk dilində). Ankara, Ankara Universiteti, 1998,  Ə.Amanoğlu ilə birgə.

2.   “Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi”.  Bakı, «Elm», 1999.

3.   “Türk dünyasının alim və şair hökmdarları”.  Bakı, «Qorqud», 1998, Ş.Məmmədov ilə birgə.

4.   “Naxçıvan Muxtar Respublikası”  (ingilis dilində).  Naxçıvan, «Qeyrət», 1998,  Ə.Həsənov,    E.Fətəliyev ilə birgə

5.   “Naxçıvan Muxtar Respublikası”  (Azərbaycan və ingilis dillərində).  Naxçıvan, «Qeyrət», 1998,  Ə.Həsənov, E.Fətəliyev ilə birgə

6.   “Naxçıvan və naxçıvanlılar”. Bakı,  Elm,  2001, Ş.Məmmədov ilə birgə

7.   “Böyük Vətən müharibəsi il­lə­rində  Azərbaycan qadın­la­rının ictimai həyatda iştirakı”.  Bakı, ADPU,  1990

8.   “Böyük Vətən müharibəsi illərində ədəbiyyat və incəsənət sahəsində Azərbaycan qadınlarının fəaliyyəti”.  Bakı,  ADPU,  1991

9.   “Bilsin ana torpaq…” (Naxçıvan zəhmətkeşləri Böyük Vətən müharibəsi illərində).  Bakı, «Bilik» cəmiyyəti, 1991, H. Cəfərov, A, Hüseynov ilə birgə.

10. “Ümumi psixologiya kursundan təsniflər”. Naxçıvan MSİ-nin nəşriyyatı, 1982

11. “Qiyabiçi tələbələr üçün Psixologiya üzrə yoxlama işləri və onların yerinə yetirilməsi”.  Bakı, ADPU, 1983

12. “Siyasi tarix kursunun tədrisində bədii ədəbiyyatdan istifadə edilməsi imkanları”. Bakı,  ADPU, 1990, H.Cəfərov, Q.Qasımov ilə birgə

13. “Təlim  prosesində tələbələrdə mənəvi keyfiyyətlərin formalaşdırılması”.  Bakı, ADPU, 1991, H.Cəfərov, Ş.Məmmədov ilə birgə

14. “Tələbələrdə siyasi mədəniyyətin formalaşdırılması”. Bakı, ADPU, 1993

15. “Naxçıvan Dövlət Universitetinin tədris bazası”. Naxçıvan,  NDU,  «Qeyrət», 2001

16. “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sisteminə dair”. Naxçıvan, NDU, «Qeyrət», 2002

17. “Heydər Əliyev və milli- tarixi yaddaşın bərpası”. Bakı, «Elm», 2003

18. “Naxçıvan Muxtar Respublikası- 80»Tarixi-statistik məcmuə”.  Bakı, «Səda», 2004, V.Talıbov, B.İsmayılov ilə birgə

19. “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi”. Bakı, «Nurlan», 2005

20. “Naxçıvan ensiklopediyası”. İki cilddə. c.1, Bakı, 2005; c.2, Bakı, 2005, həmmüəlliflərlə birgə

21. “Mustafa Kamal Atatürk və Naxçıvan”. Bakı: Nurlan, 2007, İ.Həbibbəyli ilə birgə

22. “Azərbaycan Respublika­sının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı”  (1941-1945-ci illər).  Bakı, Elm, 2008

23. “Naxçıvan abidələri ensiklopediyası”  (Azərbaycan və ingilis dillərində).  Bakı, 2008,    həmmüəlliflərlə birgə

24. “Naxçıvan Tarixi Atlası”.  Bakı, Bakı Kartoqrafiya fabriki, həmmüəlliflərlə birgə

25. “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”.  Naxçıvan, «Əcəmi» NPB, 2010, tərtibçi və ön sözün müəllifi

26. “İntibahın 15 ili”. Naxçıvan, «Əcəmi», NPB, 2010, həmmüəlliflərlə birgə

27. “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı”  (1991-2011-ci illər).  Naxçıvan, «Əcəmi», NPB, 2011

28. “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”. Naxçıvan, «Əcəmi», NPB, 2012

29. “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”. Naxçıvan, «Əcəmi», NPB, 2013http://teze.aqra.az/az/akademik-ismayil-muxtar-oglu-haciyev/

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin “Xəbərlər”i, 2005, №1, 154 səh.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.