29Aprel2017

AQRA.AZ

AR Təhsil Cəmiyyəti

Bölüm: AR Təhsil Cəmiyyəti

Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin təsis etdiyi beş seriyalı “Bilgi” dərgisinin yaranması və fəaliyyəti haqqında

       Yəqin oxucular   texnika elmləri doktoru  Nizami İsmayılovun saytımızda yerləşdirilmiş məqaləsi ilə artıq tanışdırlar və “Təhsil” Cəmiyyətinin fəaliyyəti ilə bağlı müəyyən bilgilərə malikdirlər. Həmin səpgidə yazımızı davam etdiririk.

          Məlumdur ki, SSRİ dağılıdıqdan sonra  onun tərkibindən ayrılmış respublikalar müstəqilliklərini elan etdilər.  SSRİ-nin bütün varidatı Rusiya Federasiyasının əlində qaldı.  Digər respublikalarda olduğu kimi, Azərbaycan Respublikası da ciddi sosial-iqtisadi çətinliklərlə üzləşdi, digər tərəfdən də erməni təcavüzü… Hətta dövlət müəssisələrində işləyənlərin əmək haqqlarının vaxtlı-vaxtında  verilməsi çətin idi.  Həmin dövrdə böhran vəziyyətində olan sahələrdən biri də təhsil sahəsi idi. Maliyyə çətinliyindən nə Elmlər Akademiyasının, onun Elmi-Tədqiqat instutlarının, habelə ali təhsil ocaqlarının  elmi jurnalları vaxtlı-vaxtında nəşr olunmurdu.  Məlumdur ki, elmi-tədqiqat işləri dərc olunmursa, vaxtı-vaxtında elmi-ictimaiyyətə çatdırılmırsa aktuallığını və əhəmiyyətini itirir.

Ətraflı: Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin təsis etdiyi beş seriyalı “Bilgi” dərgisinin...

  • Müəllif: Super User
  • Baxış sayı: 811

Bölüm: AR Təhsil Cəmiyyəti

Nuğay Xasay oğlu Əliyev

{jcomments on}Nuğay Xasay oğlu Əliyev-Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektrotexnikanın nəzəri əsasları” kafedrasının dosenti.

14 sentyabr 1947-ci ildə Şuşa şəhərində anadan olub.

1965-ci ildə Şuşa şəhərindəki Y.Hacıbəyov adına 1 №-li orta məktəbi bitirib.  1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsini bitirib.

Ətraflı: Nuğay Xasay oğlu Əliyev

  • Müəllif: Super User
  • Baxış sayı: 832

Bölüm: AR Təhsil Cəmiyyəti

Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti haqqında

“Təhsil” Cəmiyyətinin yaranması haqqında qısa məlumat. 

    “Təhsil” Cəmiyyəti 1989-cu il noyabr ayında təsis edilmiş və 1990-cı ilin avqust ayında Respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək rəsmi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ‘Təhsil” Cəmiyyəti 1993-cü ilin noyabr ayında təkrar qeydiyyatdan keçmişdir. Təşkilat 22 may 1999-cu ildə növbəti qurultayını keçirmişdir. “Təhsil” Cəmiyyəti könüllü-ictimai özünüidarəetmə formasında təşkil olunmuş qeyri-hökumət təşkilatıdır. “Təhsil” Cəmiyyəti ictimai təşkilat olaraq gənc nəslin təlim-tərbiyəsinin səmərəli təşkilində əməyə, zəhmətə olan münasibətinin formalaşmasında, mədəniyyətinin yüksəldilməsində, elmi biliklərə yiyələnməsində başlıca rol oynayır. Cəmiyyət Azərbaycan Respublikası Konstitusiyası, Beynəlxalq qanunlar əsasında və öz nizamnaməsinə müvafiq fəaliyyət göstərir. Cəmiyyətin fəaliyyəti demokratiya, plüralizm, şəxsi təşəbbüs və Cəmiyyətin hər bir üzvünün məsuliyyətli olması prinsipinə əsaslanır.

Ətraflı: Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti haqqında

  • Müəllif: Super User
  • Baxış sayı: 847

Bölüm: AR Təhsil Cəmiyyəti

Təhsil fədaisinin portretinə cizgilər

{jcomments on}Müstəqil Azərbaycan təhsilinin inkişafında xidmətləri olan insanlar barədə düşünərkən AzTU-nun dosenti, t.e.n. Nuqay Əliyevin adını çəkməmək mümkün deyil... Hətta cəsarətlə söyləmək olar ki, onun bu sahədə misilsiz xidmətləri vardır və çox təəssüf ki, geniş təhsil ictimaiyyəti bu haqda heç də kifayət qədər məlumatlı deyil...

Bunun səbəblərindən biri odur ki, Nuqay müəllim özü çox təvazökar insandır. O, hər hansı bir işdə adının hallanmasını qətiyyən istəmir. Nuqay Əliyev hesab edir ki, heç bir fövqəladə iş görmür... Hər bir azərbaycanlı ziyalısının görə biləcəyi və ya görməli olduğu işlərlə məşğul olur...

Digər bir səbəb isə odur ki, Nuqay müəllim və elə onu əhatə edən insanlar da hesab edirlər ki, biz Azərbaycan təhsilinə hələ çox borcluyuq. Nuqay müəllim deyir ki, biz Nəcəf bəy Vəzirovun, Əbdürrəhim Haqverdiyevin və ya Üzeyir bəyin etdiklərindən qat-qat az edirik...

Ətraflı: Təhsil fədaisinin portretinə cizgilər

  • Müəllif: Super User
  • Baxış sayı: 896