AQRA.AZ

Dirədöymə (qayışgirmə, qayışdantutma, ...)

Hərfləri böyüt

    Qəmbər Məhərrəm oğlu Cəfərov 1957-ci ilin may ayının 15-də Göyçə Mahalının Ardanış kəndində anadan olmuşdur. Təhsilini Ardanış kənd orta məktəbində almışdır (1964-1974). O, 1974-1977-ci illərdə B. Sərdarov adına maşınqayırma zavodunda tornaçı işləmişdir. 1977-1979–cu illərdə Peçora və Koctroma şəhərlərində hərbi xidmət etmişdir.

     1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş, ulu öndər H.Əliyevin təşəbbüsü ilə 1983-cü ildə təhsilini davam etdirmək üçün Mərkəzi Moskva Dövlət Bədən Tədbiyəsi  İnstitutuna göndərilmişdir. 1986-cı ildə həmin İnstititutu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan İdman Komitəsində metodist, daha sonralar Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

Hazırda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun təkmübarizlik idman növləri fakültəsinin dekan müavini vəzifəsində çalışır. Q.Cəfərov yunan-roma güləşi üzrə idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, SSRİ Bədən Tərbiyəsi və İdman  Əlaçısı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Qalaqapı (GO) Federasiyasının Prezidentidir. 60-dan çox elmi məqalənin, o cümlədən dərslik, dərs vəsaiti və metodiki tövsiyyənin müəllifidir.

DIRƏDÖYMƏ (qayışgirmə,  qayışdantutma, ...)

Tərkibi 5 oyunçudan (4 oyunçu da ola bilər, bu zaman köməkçi olmur, hər kəs öz kəmərini qoruyur) ibarət iki komandaya bölünüb,  4x4 və ya digər ölçülü bir kvadrat (dairə də çəkmək olar)  xəttçəkilir. Hansı komandanın xəttin içərisində və kənarında qalmasına püşk atılır. Püşkə görə  kvadratın(dairənin)  içərisinə düşən komanda üzvlərindən dördü künclərdə dayanmaqla hər biri ayağının altına bir kəmər qoyur və həmin kəməri kənardakı komanda oyunçularının götürməsindən qoruyur. Beşinci oyunçu isə komandanın kapitanı kimi bütün yoldaşlarını nəzarətdə saxlayır, şəraitə uyğun onların kəməri saxlamalarına və rəqibin ayaqla vurulmasına  kömək edir. Xətdən kənarda qalanlar kəmərləri götürməyəçalışırlar.Kvadratdakı(dairədəki) oyunçular isə kənardakıları ayaqla vurmağa, kəmərləri götürməyəyol verməməyə çalışırlar. Kvadratın(dairənin)  içərisində olanlar kənardakı oyunçulardan birini və ya bir neçəsini ayaqla vursa, içəridəki komanda kənara çıxır, kənardakılar isə içəriyə girirlər.

 Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu özü kənarda saxlayarsa və ya digər bir oyunçu yoldaşına həvalə edib saxladarsa, onun qoruduğu sahibsiz qalmış kəmərin götürülməsi asanlaşır. Bu vaxt içəridəki oyunçular həm öz kəmərlərini, həm dəçöldəəsir olan komanda yoldaşının kəmərini qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər kənardakılardan birini tutub xəttin içinə çəkərək ayağına toxunsa, komandalar yerlərini dəyişməli olur. Kvadratdan(dairədən) kənardakı oyunçulardan biri kəməri(və ya kəmərləri) ələ keçirsə, xəttin içərisində olan oyunçuları kəmərlə vurub, ayaqları altındakı kəmərləri kənara çıxarıb götürməyəçalışırlar. Kəmərlərin hamısı götürüldükdə içəridəkiləri kəmərlə döyürlər.

Kvadratdan(dairədən)  çıxıb qaçmaq, ondan  kənarda oyunçunu vurmaq qadağandır.İçəridəkilərin ayaqlarından biri xəttən kənaraçıxmamaq şərti ilə rəqib oyunçunu digər ayağı ilə vurana qədər kənardakı oyunçular içəridəkiləri kəmərlə döyürlər. İçəridəkilər kəmərlə vurularkən kəmər rəqib komandadan alınarsa onlar da kəmərlə özlərini qoruya bilərlər, kəməri-kəmərə və yaxud oyunçunun əl-ayağına dolaşdırıb içəri çəkə bilər və onları döyə bilərlər. Əgər içəridəki oyunçu ayağı ilə kənardakı oyunçulardan birini belə vurarsa, komandalar yerlərini dəyişərək oyunu yenidən başlayırlar.

 

Cəfərov Qəmbər Məhərrəm oğlu
Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan
Dövlət Bədən Tərbiyəsi İnstitutunun dosenti 

 Bu oyun Azərbaycanın müxtəlif yerlərində fərqli adlarla adlansa da, oyunun əsas qaydaları demək olar ki, eynidir.

Add comment


Security code
Refresh