28Aprel2017

AQRA.AZ

Naxçıvan şəhər internat məktəbi

Bölüm: Naxçıvan şəhər internat məktəbi

İnernat məktəb və Muxtar müəllim (Sənədli nəşrdən)

    ...Mən məktəbimizin bu qədər geniş profilli olmasını xəyalıma gətirə bilməzdim.İndi isə  bu xəyal yox,həm xoş bir xatirə,həm də indi müqaysə etməyə tay tapa bilmədiyim bir realliqdır.

         Məktəbimizdə ,,SANCAQ” satirik və ,,İRƏLİ” divar qəzetləri, ,,KİM İRƏLİDƏ GEDİR” lövhəsi fəaliyyət göstərirdi.Qəzetlərdə  əsasən şagirdlərin məqalələrinə daha çox yer verilirdi...Təşviqat işlərinə də dərs hissə müdiri Muxtar Kəngərli rəhbərlik edirdi.Muxtar müəllim rus dili müəllimi kimi həm də gözəl bir insan idi.Muxtar müllimin familiyası Kəngərli olduğuna görə mənim daha çox marağıma səbəb olmuşdu.Axı mən də kəngərli zonasından idim.Deyirdim bəlkə onunla qohumluğumuz var. Bunu isə həm ondan həm də başqalarından soruşmağa utanırdım.

Ətraflı: İnernat məktəb və Muxtar müəllim (Sənədli nəşrdən)

  • Müəllif: Super User
  • Baxış sayı: 802

Bölüm: Naxçıvan şəhər internat məktəbi

Nə biləydik, ayrılıq var, ölüm var...

(Muxtar Kəngərli və bir neçə müəllimlə internat məktəbinin şagird və məzunlarından bir qrupunun 29 iyun 2013-cü ildəki görüşündə dilə gətirilənlərdən bir dəmət)

            Ələviyyə Musayeva (məktəbin hazırda ən yaşlı, qocaman tərbiyəçi müəlliməsi):Mən bura gələndə, belə baxanda, çox şad oldum, 50-60 il bundan qabaqkı iş yoldaşlarımı, şagirdlərimi görəndə elə düşündüm ki, internata indi ayaq basıram, hamınizın bu yıgışmagınız münasibəti ilə ürəkdən sevinirəm, hamınizı bağrıma basıram...

Yenisey Hacıyev (1966 məzunu):Müəllimlərimiz bizə həyata yanaşmağı  və bu ömrü yaşamağı öyrətdi. Xatirimdədir: Naxçıvanda elə bir qış oldu ki, bəzi istilik sistemi boru və qızdırıcıları partlamağa başladı, hamısının dağılmasına imkan verilməsin deyə, qazanxanaya su verilməli idi ki, donmasın. Sıra ilə düzülərək sabaha kimi yatmayan uşaqlar hovuzdan suyu vedrələrlə götürür və bir-birinə ötürürək, istilik sisteminin donmasının qarşısını alırdılar. Təəssüf ki, istilik qazanında partlayış oldu və Nizami, Nuşiravan və Ədalət müəllim ağir yaralanıb, xəstəxanaya düşdülər, uzun müddət müalicə olundular...

Ətraflı: Nə biləydik, ayrılıq var, ölüm var...

  • Müəllif: Super User
  • Baxış sayı: 913

Bölüm: Naxçıvan şəhər internat məktəbi

Kəngərli soyundan qopan yarpaq

“Mən dünyada müəllimlikdən yüksək ad tanımıram”

Heydər ƏLİYEV

Azərbaycan xalqının Ümummilli lideri

Kəngərli Muxtar İsgəndər oğlunun əziz xatirəsinə həsr olunur....

Bu yazını nikbin əhval-ruhiyyə ilə başlayıb, bu cür də tamamlamaq niyyətindəyik. Çünki, hamının keçəcəyi bu yoldan Muxtar müəllim də keçdi. O, övladları, nəvələri, yetirmələri və ən əsası dövlət və xalq tərəfindən həmişə xatırlanacaqdır.Kimdir Kəngərli Muxtar?!...Muxtar müəllim 30 il Naxçıvan internat-məktəb kompleksinin direktoru olmuş görkəmli ziyalı, müəllim, tərbiyəçi-pedaqoq, təşkilatçı və ən əsası şəxsiyyət idi. Onu muxtar respublikanın orta və yaşlı nəslinin ziyalıları arasında tanımayan az olar.Tanıyanlardan onun barəsində ancaq xoş sözlər eşidərsən... Bu haqda bir qədər sonra...

Ətraflı: Kəngərli soyundan qopan yarpaq

  • Müəllif: Super User
  • Baxış sayı: 940

Bölüm: Naxçıvan şəhər internat məktəbi

Zəngə-Zur bölgəsindən də şagirdlər internatda təhsil alırdılar...

         

   Bizim kəndin uşaqları Sisian rayonunun Ərəfsə kəndindəki səkkizillik məktəbi bitirdikdən sonra təhsili davam etdirmək üçün ya Naxçıvana, ya da rayondakı Dəstəyird qəsəbəsinə gedərdilər. Bunların hər ikisinin özünəməxsus çətinlikləri və üstünlükləri var idi. Dəstəyirdin üstünlüyü ondan ibarət idi ki, o yaxın, Naxçıvan isə uzaq idi. Naxçıvanın üstünlüyü isə ondan ibarət idi ki, burada təhsil alan ərəfsəli uğaqların hamısı bir nəfər kimi, oğlanlı-qızlı daha yaxşı oxumaq imkanı əldə etmiş və ali təhsil almışlar. Bu gün onların bir çoxu professor, fabrik-zavod direktoru, biznesmen, müəllim, həkim və s. sahələrdə çalışır. Naxçıvanda oxumağın bu üstünlüyünü valideynlər də başa düşür, maddi imkanlarının ağır olmasına baxmayaraq, uşaqlarını buraya göndərirdilər.

Ətraflı: Zəngə-Zur bölgəsindən də şagirdlər internatda təhsil alırdılar...

  • Müəllif: Super User
  • Baxış sayı: 759

Bölüm: Naxçıvan şəhər internat məktəbi

Unudulmaz görüş

                 45 ildən sonra görüşdüyüm əziz şagirdlərimə  (29.06.2013-cü ildə C. Cabbarlı adına kitabxanada müxtəlif  illərdə Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbini bitirmiş  şagirdlərin  müəllimlərlə görüşünün təsiri altında )

 
 
 
 
Yığılın başıma ağ güllər kimi,
Ən isti, ən əziz könüllər kimi,
Bir vaxt olduğumuz o illər kimi
İstərəm yenə də mehriban olaq.
 
Siz uşaq idiniz. Qocalmısınız,
Gözümdə göylərə ucalmısınız,
Məndən vəfa deyil, dərs almısınız
İndi bir-birinə biz həyan olaq.
 
Bilmirəm dost deyim, ya qardaş deyim?
Yaşımız üstünə gəlib yaş – deyim,
Özümü sizlərə bir sirdaş deyim,
Belə bir görüşə biz heyran olaq.
 
Bu gün səhər güldüm, axşam ağladım,
Sizin şəninizə şeir bağladım,
Mən bu görüşümü yadda saxladım,
Sevindik, bir az da pərişan olaq.
 
Bu gün mən şagirdəm, sizsə müəllim,
Oldunuz qəlbimdə xoş bir təsəllim,
İstərəm hər zaman görüşə gəlim,
Ömürlük vəfalı bir insan olaq.
 
                                                   KƏMALƏ  müəlliməniz – 
                                  şair-dramaturq, Azərbaycan Respublikasının
                            əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü
 
29.06.2013
 

{jcomments on}

  • Müəllif: Super User
  • Baxış sayı: 631

Bölüm: Naxçıvan şəhər internat məktəbi

Biz məktəbi və Muxtar müəllimi belə xatırlayırıq

Hər bir insanın şəxsiyyətinin formalaşmasında onun valideynlərindən heç də az olmayan müəllimlərinin rolu var. Oxuduğumuz Naxçıvan şəhər Ə.Ağayev adına internat məktəbdə bütün müəllimlərimiz xoş xatirələrlə xatırlanır. Amma elələri var ki, onların adları çəkiləndə, üzümüzü xoş bir təbəssüm bürüyür. Belə müəllimlərdən biri Muxtar Kəngərlidir.

            Bizim oxuduğumuz  illərdə Muxtar müəllim məktəbin Baş tərbiyəçisi idi. O həm də rus dili fənnini tədris edirdi.

            Şagirdləri ondan həmişə qayğı görüblər. Hər bir şagirdin üzərində onun xususi nəzarəti, davranışına uyğun pedoqoji yanaşma tərzi var idi. Çox tələbkeş idi. Ciddi rejimi sevirdi.

Ətraflı: Biz məktəbi və Muxtar müəllimi belə xatırlayırıq

  • Müəllif: Super User
  • Baxış sayı: 732

Bölüm: Naxçıvan şəhər internat məktəbi

Bir daha Naxçıvan şəhər Əkbər Ağayev adına internat-məktəb haqqında

    ...Həmin il (söhbət 1961-ci ildən gedir-red) bir neçə kənddə məktəb tikintisi gedirdi. Naxçıvan şəhərində internat məktəb üçün bina tikilirdi ki, mütləq yeni tədris ilində istifadəyə verilməli idi. Ali məktəbləri qurtarıb gəlmiş məzunlan yerləşdirmək lazım idi.

Burada da mənim müəllim yoldaşlarım, maarif nazirliyinin tədris şöbəsinin müdiri Əsgər Əsgərov, məktəb tədris işini çox gözəl bilən, uzun illər nazirlikdə işləyən Rüstəm Rüstəmov mənə çox yaxşı kömək etdilər. Mən bilmədiyim şeyləri onlardan soruşurdum və bunu özümə qəbahət hesab etmirdim.

Vaxtımın çoxu intemat məktəbində keçirdi. Əvvəla ondan başladım ki, tikilən internat məktəbə direktor təyin etdim (söhbət İsa Məmmədovun təyinatından gedir-red). Ona tapşırdım ki, bütün günü məktəbdə olub tikintiyə nəzarət etsin. Hər gün axşam gün ərzində görülən işlərə yekun vurur, sabah görüləcək işləri müəyyənləşdirirdik.

Ətraflı: Bir daha Naxçıvan şəhər Əkbər Ağayev adına internat-məktəb haqqında

  • Müəllif: Super User
  • Baxış sayı: 916

Bölüm: Naxçıvan şəhər internat məktəbi

Unudulmaz insan

Bir neçə gün əvvəl aramızda olan müdrik, ziyalı insan məşhur Kəngərlilər nəslinin nümayəndəsi Respublikamızda tanınmış təcrübəli maarifçi- pedaqoq, qocaman müəllim Muxtar Kəngərli dünyasını dəyişdi, əbədiyyətə qovuşdu.  Bu ayrılıq, bu gediş dünyanın müxtəlif yerlərində yaşayan adamları, xüsusən keçmiş məzunları çox sarsıtdı. Muxtar Kəngərli 50 ildən artıq Naxçıvan Muxtar Respublikasının məktəblərində müəllim işləmiş, şərəfli bir həyat yolu keçmişdir.  Ömrünün çox hissəsi bir vaxtlar Naxçıvan şəhərində fəaliyyət göstərmiş Ə.Ağayev adına internat məktəbi ilə bağlı olmuşdur. Düz 28 il həmin məktəbin direktoru işləmişdir. Mənim üçün fəxrli haldır ki, məhz elə həmin müddətdə bu məktəbdə Azərbaycan dili və Ədəbiyyat 

Ətraflı: Unudulmaz insan

  • Müəllif: Super User
  • Baxış sayı: 716

Bölüm: Naxçıvan şəhər internat məktəbi

"Mən bütün məzunlarımızla fəxr edirəm"

    Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbi 1961-ci ildə  rəhmətlik  Səkinə Əliyeva Naxçıvan MSSR-nın Maarif naziri olarkən (sonralar 1990-cı ilin yanvar hadisələri ilə bağlı Naxçıvan MSSR-nın  Ali Sovetinin  Rəyasət heyətinin sədri-Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqda fərmana imza atan qəhrəman qadın) mərhum İsa Məmmədov tərəfindən  təşkil edilmişdir və 1998-ci ilədək fəaliyyət göstərmiş, 1998-ci ildən bu günədək onun bazasında Naxçıvan şəhər 8-li m­əktəb fəaliyyət göstərməyə başlamışdır.

Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbində  mənə qədər direktor işləmişlər (1961-1971-ci illər):

Ətraflı: "Mən bütün məzunlarımızla fəxr edirəm"

  • Müəllif: Super User
  • Baxış sayı: 1258

Bölüm: Naxçıvan şəhər internat məktəbi

Muxtar Kəngərlinin Haqqa qovuşmasından 40 gün keçdi (02.09.2014)

Muxtar Kəngərli: Mən bütün məzunlarımızla fəxr edirəm. 

Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbi 1961-ci ildə  rəhmətlik  Səkinə Əliyeva Naxçıvan MSSR-nın Maarif naziri olarkən (sonralar 1990-cı ilin yanvar hadisələri ilə bağlı Naxçıvan MSSR-nın  Ali Sovetinin  Rəyasət heyətinin sədri-Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqda fərmana imza atan qəhrəman qadın) mərhum İsa Məmmədov tərəfindən  təşkil edilmişdir və 1998-ci ilədək fəaliyyət göstərmiş, 1998-ci ildən bu günədək onun bazasında Naxçıvan şəhər 8 saylı m­əktəb fəaliyyət göstərməyə başlamışdır.

 

 Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbində  mənə qədər (1961-1971-ci illər ərzində) direktor işləmiş həmkarlarım bu insanlar olmuşlar: (İsa Məmmədov-5 il, Bayram Məmmədov-3 il, Həmzə Əhmədov-2 il)

Ətraflı: Muxtar Kəngərlinin Haqqa qovuşmasından 40 gün keçdi (02.09.2014)

  • Müəllif: Super User
  • Baxış sayı: 693

Bölüm: Naxçıvan şəhər internat məktəbi

Naxçıvan şəhər Əkbər Ağayev adına internat-məktəb haqqında

 ...Yaxşı olardi ki, internat məktəblərin şəbəkəsi indi daha da genişlənərdi və təhsil günün tələblərinə uyğun inkişaf etdirilərdi...

     Mən Tarverdiyeva Qonça Həsən qızı 1955/56-cı dərs ilində Naxçıvan şəhər C.Məmmədquluzadə adına 2 saylı orta məktəbin X sinfini qızıl medalla bitirib həmin il Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşam.İnstitutu bitirdikden sonra 1961-ci ildə təyinatla Naxçıvan Muxtar Respublikasına gəlmiş və həmin il Naxçıvan şəhərində açılan Əkbər Ağayev adına internat məktəbinə fizika-riyaziyyat müəllimi təyin edilmişəm.Həmin illər Azərbaycan Respublikasının müxtəlif bölgələrində imkansız ailələrin uşaqlarının təhsilə cəlb edilməsi məqsədi ilə internat məktəbləri açılmışdır.O cümlədən Naxçıvan Muxar Respublikasının Əbrəqunus,Ordubad və Naxçıvan şəhərlərində internat məktəbləri fəalıyyət göstərməyə başladı.Gənc kadr kimi fəaliyyətə başladığım internat məktəbində saf ailə qurmamın təməli qoyuldu.Hazırda iki oğlum,iki qızım var.Onlar da həmin internat məktəbinin məzunlarıdır. Hamısı ali savad almış və ailəlidir.1961-ci ildə işə başladığım internat məktəbində 210  şagird təhsil alırdı.Məktəbdə ən yuxarı sinif VII sinif idi.Məktəbin direktoru İsa Məmmədovun tələbkarlığı və təşkilatçılıq bacarığı sayəsində qısa müddətdə məktəbin sorağı hər yerə yayıldı.

Ətraflı: Naxçıvan şəhər Əkbər Ağayev adına internat-məktəb haqqında

  • Müəllif: Super User
  • Baxış sayı: 1680