28Aprel2017

AQRA.AZ

Unudulmaz görüş

Hərfləri böyüt

                 45 ildən sonra görüşdüyüm əziz şagirdlərimə  (29.06.2013-cü ildə C. Cabbarlı adına kitabxanada müxtəlif  illərdə Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbini bitirmiş  şagirdlərin  müəllimlərlə görüşünün təsiri altında )

 
 
 
 
Yığılın başıma ağ güllər kimi,
Ən isti, ən əziz könüllər kimi,
Bir vaxt olduğumuz o illər kimi
İstərəm yenə də mehriban olaq.
 
Siz uşaq idiniz. Qocalmısınız,
Gözümdə göylərə ucalmısınız,
Məndən vəfa deyil, dərs almısınız
İndi bir-birinə biz həyan olaq.
 
Bilmirəm dost deyim, ya qardaş deyim?
Yaşımız üstünə gəlib yaş – deyim,
Özümü sizlərə bir sirdaş deyim,
Belə bir görüşə biz heyran olaq.
 
Bu gün səhər güldüm, axşam ağladım,
Sizin şəninizə şeir bağladım,
Mən bu görüşümü yadda saxladım,
Sevindik, bir az da pərişan olaq.
 
Bu gün mən şagirdəm, sizsə müəllim,
Oldunuz qəlbimdə xoş bir təsəllim,
İstərəm hər zaman görüşə gəlim,
Ömürlük vəfalı bir insan olaq.
 
                                                   KƏMALƏ  müəlliməniz – 
                                  şair-dramaturq, Azərbaycan Respublikasının
                            əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü
 
29.06.2013
 

Add comment


Security code
Refresh