AQRA.AZ

Tədbirlər

Bölüm: Tədbirlər

Təhsil nazirinin əmri yerinə yetirilir…

İftixar Tağıyev adına 26 saylı tam orta məktəbində şagirdlərin ifasında "Dərzinin nağılı" tamaşası göstərilib.

Məlum olduğu kimi, ötən ilin sonunda təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr imzalayıb. Əmrdə Təhsil Nazirliyi tabeliyindəki ümumtəhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlanıb icrası təmin edilsin.

Ətraflı: Təhsil nazirinin əmri yerinə yetirilir…

  • Müəllif: Super User
  • Baxış sayı: 711

Bölüm: Tədbirlər

Novruz Məmiş oğlu Məmmədov

     Novruzun adı çəkiləndə, istər-istəməz, xəyalım məni Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbində oxuduğumuz 60-cı illərə aparır... Nahar yeməyindən sonra dərsə hazırlıq məşğələlərinin başlama saatına qədərki istirahət vaxtlarında sinif rəhbəri və riyaziyyat müəllimimiz mərhum Ənvər Zeynalov bizi öz ətrafına toplayar, “Novruz, bir mahnı oxu, qulaq asaq”,-deyərdi. O da nazsız-minnətsiz bir xalq, yaxud bəstəkar mahnısı oxuyar, arada bizi segaha qonaq edərdi... Bu toplanmalar tez-tez təkrarlanardı, amma nə o oxumaqdan yorulardı, nə biz qulaq asmaqdan doyardıq... Bu yaşıma qədər çox səs eşitmişəm, musiqilər dinləmişəm, korifey sənətkarlarımızın canlı ifasına və lent yazılarına qulaq asmışam. Ancaq bu gün də mənə elə gəlir ki, bu qarabəniz və arıq sinif yoldaşımın səsindən yoxdu... Bu səs ecazkar, ovsunlu, qeyri-adi dərəcədə yanıqlı idi. Yəqin ilahi vergisi deyilən səs belə olurmuş... Bu səs dünya şöhrətli vokalçılarımız Rəşid Behbudovun və Bülbülün, məşhur xanəndələrimiz Arif Babayev və İslam Rzayevin, türk sənətkarları Zəki Müren və Selami Şahinin boğazlarının qəribə bir sintezidir.  Bu sətirləri yazarkən, Novruzun oxuduğu, sonralar heç bir müğənnimizin repertuarında eşitmədiyim bir xalq mahnısının ilk bəndi qulağımda həzin-həzin səslənir:

Ətraflı: Novruz Məmiş oğlu Məmmədov

  • Müəllif: Super User
  • Baxış sayı: 1140