Fazilə xanım Nəbiyeva

Fazilə Ramiz qızı Nəbiyeva 31.05.1984-cü ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuşdur. Orta ixtisas təhsilinə Naxçıvan şəhərində yerləşən 12 №li məktəbdə, musiqi təhsilinə isə 1 №li 7 illik musiqi məktəbində başlamışdır. Bir neçə ildən sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və təhsilini burada davam etdirmişdir. Bakıdakı 248 №li məktəbdə orta təhsil almış, musiqi təhsilini isə Ş.Ələkbərova adına 20 №li məktəbin fortepiano şöbəsində davam etdirmişdir.

1999-cu ildən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində nəzəriyyə şöbəsində orta ixtisas təhsilnə başlamışdır. 2003-cü ildə Kolleci bitirdikdən sonra ali təhsil almaq məqsədi ilə Bakı Musiqi Akademiyasına qəbul olunmuşdur. 2003-2007-ci illərdəki bakalavr təhsil illərində BMA-nın musiqişünaslıq fakultəsində etnomusiqişünaslıq ixtisasına yiyələnmiş, daha sonra Azərbaycan Milli Konservatoriyasına daxil olmuşdur. 2008-2010-cu illərdə magistr dərəcəsi almaq məqsədilə AMK-nın musiqişünaslıq fakultəsində təhsil almışdır. Həmin dövrdən başlayaraq musiqi elmi sahəsində dərin biliklərə yiyələnmək, geniş və dərin elmi axtarışlar aparmaq üçün tədqiqat işi üzərində çalışmağı qarşısına məqsəd qoymuşdur. Buna görə də 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi”ndə doktoranturaya qəbul olunmuşdur. Həmin ildən müxtəlif xalqların mədəniyyətində rast gəlinən dairəvi ayin rəqslərinin araşdırılması ilə bağlı elmi-tədqiqat işi üzərində çalışmağa başlamışdır. Seçdiyi mövzuya dair apardığı araşdırmaların nəticələrini yerli və xarici elmi jurnallarda məqalələr çap etdirməklə və beynəlxalq konfranslardakı məruzələri ilə elm ictimaiyyətinə çatdırmağa çalışmışdır.

  F.R.Nəbiyevanın elmi məqalələrinin bir qismi ilə Sizi tanış edirik:

 “AqRa” EİDİB olaraq mövzunu davam etdirəcəyik.

F.Nəbiyevanın tədqiqatlarından

a) “Dairəvi rəqslərdə multikultural dəyərlərin təzahürü” .s. 187-191

b) “Dairə konseptual işarə kimi”. // “Musiqi dünyası” jurnalı.  3/56-2013

c) Круговые танчы как проявление кулъта солнца

d) Синкретические особенности круговых танцев

e) Следы набожности в круговых танцах…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir