Naxçıvanın tarixinə dair biblioqrafik siyahı barədə

Hörmətli oxucular!

    Bu günlərdə Sizə M.S.Ordubadi adına Naxçıvan kitabxanası və onun 1973-cü ildən bəri – 43 il müddətində əməkdaşı olan  Südabə  xanım Süleymanova barədə mə`lumat vermişdik:    

    İşlədiyi müddətdə oxucuların və  iş yoldaşlarının hörmət  və rəğbətini qazanmış Südabə xanım öz  biblioqraf  peşəsinin  vurğunu  və  oxucuların sevimlisidir. İşlədiyi  bu  uzun  müddətdə  oxucu  sorğularına  məsuliyyətlə yanaşmış,  demək  olar  ki, bütün  sualların   cavablanmasına  nail  olmuşdur.  O, indi  də  böyük  həvəslə çalışaraq,  Naxçıvanın  tarixinə,  arxeologiyasına, etnoqrafiyasına  və  bu günkü müasir inkişafına dair materialları tapır, ardıcıl olaraq Naxçıvanşünaslıq kartоtekasında yerləşdiriг və ədəbiyyat siyahıları hazırlayır.

   Südabə xanımın rəhbərliyi ilə hazırlanmış – Naxçıvanın  tarixinə dair qəzet və jurnal materialları əsasında hazırlanmış biblioqrafik siyahını Sizin nəzərinizə çatdırmaq qərarına gəldik.Siyahıya 1959-2016-cı illər ərzində dərc edilən 248 adda çox qiymətli qəzet və dərgi (jurnal) materialları daxil edilmişdir. Siyahı 6 bölmədən ibarətdir:

1.Tarixi abidələr, tarixi yerlər. Tarixi abidələrinqorunması.

2.Kiril əlifbasıilə.

3. 1917-ci ilədək ölkənin tarixi

4.1988

5.Nuh yurdu. Qədim Naxçıvan.

6.Beynəlxalq ipək yolu.

Siyahıda olan bə`zi məqalələrdən:

1.      Alıyev, Nizami.“ Şah Abbas “, yoxsa “Nuhun büllur sarayı “ : Duzdağın sirləri [Mətn] / N.Alıyev // Nuh yurdu.- 2012.- 11 iyun.

2.      Quliyev, Musa. Abbasabad qalasının tarixi.Rusiya-İran  münasibətlərində onun yeri [Mətn] / M.Quliyev // Şərq qapısı.- 2007.- 30 noyabr.

3.      Kəlbizadə, Elnur. XIV əsr tarixçisi Həmdulla Qəzvinin bəhs etdiyi dörd  Naxçıvan qalası   haqqında   [Mətn]     /  E.Kəlbizadə

// Şərq qapısı.- 2014.- 10 yanvar.- S.3.

4.      Əliyev, V. Sirli yeraltı “ saray” [Mətn] : Duzdağ ərazisində tapılmış “ saray” haqqında / V.Əliyev // Şərq qapısı.- 1976.- 15 may.

5.      Muradov, M. Naxçıvan planetimizin ən qədim ərazilərindəndir: Tariximizin yaddaşından səhifələr [Mətn]

/ M.Muradov // Sovet Naxçıvanı.-1989.-3 oktyabr.

6.      Axundov, A. Nəşavə, yoxsa Naxçıvan [Mətn] / A.Axundov

 // Elm və həyat.- 1979.- № 10.- S.27-28.

7.      Qaşqay, Solmaz. Naxçıvan : Eramızdan əvvəl I minilliyin birinci yarısında və onun qonşu ölkələrlə əlaqələri [Mətn] / S. Qaşqay // Şərq qapısı.- 2006.- 28 iyul.

8.      Kəlbizadə, Elnur. XII- XIII əsrlərdə Naxçıvanın tarixi- coğrafiyasının  bəzi məsələlərinə dair [Mətn] / E.Kəlbizadə

// AMEA-nın xəbərləri.İctimai və humanitar elmlər seriyası.- 2014.- cild 10.- № 3.- S.60-68.

9.      Piriyev, Vaqif. Naxçıvan XII-XIV əsr mənbələrində [Mətn] /V.Piriyev // Şərq qapısı.- 2006.- 11 avqust.

10.  Vəlixanlı, Nailə. Naxçıvan VII- XII  əsrlər tarixinin tarixşünaslığına dair [Mətn] / N.Vəlixanlı // Şərq qapısı.- 2006.- 2 avqust.

11.  Seyidov, A. Naxçıvanın ilk tunc dövrü nizə ucları [Mətn] / A.Seyidov // Elm və həyat.- 1986.-№ 10.- S.19-20.

12. Quliyev, Musa. Məşhur gürcü şairləri Naxçıvanda : Azərbaycan- Gürcüstan dostluğunun  XIX əsrin ilk yarısında yazılmış maraqlı səhifələri [Mətn] / M.Quliyev // 525- ci qəzet.- 2013.- 12 oktyabr.

13. Məmmədov, R. Naxçıvan [Mətn] : Xalqımızın tarixini öyrənək / R.Məmmədov // Şərq   qapısı.- 1959.- 19 avqust.

14.   Həsənov K. “ Şahlıq quşu” və Şəmsəddin Eldəniz : Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz haqqında [Mətn] / K.Həsənov // Şərq qapısı.- 2004.- 10 sentyabr.

15.   Məmmədov R. Teymurləngin “ Əlincə səfəri “ ( Əlincə qalası haqqında) [Mətn] / R.Məmmədov, V.Piriyev // Elm və həyat.- 1977.-№ 9.- S.31, 33.

16.   Məmmədov, R. Naxçıvan şəhərinin X-XII  əsrlər tarixindən [Mətn] / R.Məmmədov // Azərbaycan tarixinə dair materiallar kitabından , VI c, Azərb.SSR Elmlər Akademiyasının nəşriyyatı.-Bakı.: 1963.

17.   Cəfərzadə Əzizə. Naxçıvanın qadın hökmdarı [Mətn] : Cahan Pəhləvanın qızı, Qızıl Arslanın qardaşı qızı Cəlaliyyə Naxçıvan haqqında / Ə.Cəfərzadə // Xalq qəzeti.- 1999.- 27 fevral.

18.   Əliyev, Arif. “Zaqafqaziya “ qəzeti Naxçıvan haqqında [Mətn] / A.Əliyev // Şərq qapısı.- 1965.- 6 avqust.

19.      Əliyev, Ə. Fransız jurnalı Naxçıvan haqqında [Mətn]

 / Ə.Əliyev // Şərq qapısı.- 1971.- 23 iyun.

20.      Əmirbəyov, O, Zaman Ş. Fransız səyyahı Naxçıvan haqqında [Mətn] : Fransız coğrafiyaşünası , hidroloq və səyyah Fredrik Dübuan Naxçıvan haqqında / O.Əmirbəyov // Şərq qapısı.- 1975.- 31 iyul.

 

 Bu kiçik yazının sonunda onu da qeyd etmək yerinə düşər ki,elm-maarif  fədailəri nəslindən olan Südabə xanımın babası  Mirzə  Ələkbər  Süleymanov  Naxçıvan  şəhərindən məşhur  Qori  seminariyasına  gedən  ilk  üç  nəfərdən  biridir, Naxçıvanda maarif  və  mədəniyyət  sahəsində  xeyli  işlər  görmüş,  Naxçıvan  teatrını  təşkil edənlərdən  və  ilk  aktyorlarından  biri  olmuşdur .

   Babası Mirzə Ələkbər bəy də Südabə xanım da Naxçıvanda Əbubəkr Əcəminin müqəddəs qaya silsiləsi üzərində inşa etdiyi Mömünə – Xatun türbəsi yaxınlığında doğulub boya başa çatıb.

   “AqRa” EİDİB olaraq biz onlara minnətdarlıqlarımızı bildiririk və imkan olanda oxucularımızı övraqımızda(sayt) olan “AqRa” EİDİB-nin İdarə heyətinin üzvü Vahid Rzayevin “Həzrəti Nuhla xilas və ərazi” adlı məqaləsi ilə tanış olmağa də`vət edirik:  http://aqra.az/index.php/az/elm/flsf/644-haezraeti-nuhla-khilas-vae-aerazi

Məqalədən bir hissə:

”…Əbubəkr Əcəmi Naxçıvani Mömünə – Xatun türbəsini müqəddəs qaya silsiləsi üzərində inşa edib.

    O qaya silsiləsinin müqəddəslik, hifs edici, xilas edici xususiyyəti var.

   Qaya silsiləsi indiki Xal – Xal meşəsindən yuxarıya Şimali – Şərq səmtdən başlayır. Naxçıvan şəhərindən keçməklə Nehrəm kəndinin, Əshabül – Kəhf ( yeddi kimsənələr) istiqamətində Araz çayına yaxın hissədə sönür.

   O qaya silsiləsindən çox saylı su çeşmələri, kəhrizlər axır…”

Məqalə “Azad Azərbaycan” – qəzetində 24.06.2014  N 87 (2532)çap edilmişdir.

“AqRa” EİDİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir