Elm və Vətən fədaisi
“Fonemlər-əslində Kainatdakı və təbiətdəki varlıqların,
hərəkətlərin və düşüncələrin simvollarıdır.”
Fikrət Rzayev.
16.08.2013-cü il tarixində görkəmli mühəndis-konstruktor,Azərbaycanda hidravlikanın atası sayılan, dünya dilçilik elminə önəmli töhfələr verən,”AqRa” Elmin Inkişafına Dəstək İctimai Birliyinin sağlığında “Fəxri Üzvü” seçilən Elm və Vətən Fədaisi Fikrət Həsən oğlu Rzayevin (16.08.1936-28.02.2013) 77 yaşı olacaqdı…
FİKRƏT HƏSƏN OĞLU RZAYEVİN qısa tərcümeyi halı:
(16.08.1936-28.02.2013)
1936-cı ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olub. Naxçıvan şəhər 1 №-li orta məktəbi 1954-cü ildə “Qızıl medal”la bitirib. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun “Neft mexanikası” fakültəsinə qəbul olunub. İnstitutu bitirmə ərəfəsində həmin Sənaye İnstitutu M.Əzizbəyov adına Neft və Kimya İnstitutu adlandırılıb.
1959-cu ildə həmin İnstitutu “Neft və qaz mədənlərinin maşın və avadanlığı” ixtisası üzrə müvəffəqiyyətlə bitirib.
Mühəndis kimi əmək fəaliyyətinə Azərbaycan Elmi Tədqiqat Layihələndirmə Neft-Maşınqayırma İnstitutunda (“AZİNMAŞ”) başlamış və 2001-ci ilədək bu müəssisədə işləmişdir.
Aşağıdakı kitabların və elmi məqalələrin müəllifidir:
1. “Adəm dili” haqqında. “İslamın səsi” qəzeti, sayı 10 (58), 02.08.1995.
2. “Fonemlər nəyə işarədirlər” (I məqalə). Dil məsələlərinə dair tematik toplu № 2. Azərbaycan Pedaqoji Universiteti (Universitetin mətbəəsi), Bakı, 1995.
3. “Fonemlər nəyə işarədirlər” (II məqalə). Dil məsələlərinə dair tematik toplu № 2. Azərbaycan Pedaqoji Universiteti (Universitetin mətbəəsi), Bakı, 1996.
4. “Sözün sirri – səsin sirri” kitabı, “Təhsil” Elm İstehsalat Mərkəzi, Bakı, 1998.
5. Rzayev Vahidlə birgə “Yaranış haqqında söhbət” (I – III hissələr) kitablarının həmmüəllifi. Bakı, 1999-2000.
6. “Söz” kitabı. Maarif nəşriyyatı. Bakı, 2012.
7. “Söz konstruktorluğu” kitabı. Maarif nəşriyyatı. Bakı, 2012, İSBN-978-9952-8085-2-0
Arxivi araşdırılır.
“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi”-nin “Fəxri Üzvü”-dür.
Onun haqqında müxtəlif alim və ziyalıların dediklərinin bir qismini nəzərinizə çatdıraraq mərhumu yad etməyə çalışaq:
Fikrət Rzayevin ,, Sözün sirri, səsin sirri” adlı ilk kitabının çap olunması münasibətilə (Bu kitabda mənimdə bir şeirim –,,Allah mənə dil verib ki…” şeirim çap olunub bu, mənim ilk dəfə çap olunmuş şeirimdir.)
Sona Məmmədrza qızı Məmmədova,
(Fikrət Rzayevin “Sözün sirri səsin sirri” kitabından)
Təqdimatı keçirilən “Söz” və “Söz konstuktorluğu” kitabları müasir dilçilik elminin digər elm sahələri ilə qarşılıqlı öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.Akademik İsa Həbibbəyli yeni nəsrləri gərgin elmi axtarışların bəhrəsi, Linqvistik və texnoloji baxışların vəhdətinin,yeni elmi yanaşma tərzinin məhsulu kimi qiymətləndirdi. ”İki sahil”qəzeti N213(5752)21.11.2012.
İlkə getməyəndə hec nə olmur, hec bir nəticə əldə etmək olmur. F.Rzayev ilkə gedə bilmişdir və ona görə də aldığı nəticələr belə önəmlidir…
NDU-nin memerlıq kafedrasının müdiri,
memerlıq elmləri namizədi
Qadir Əliyev
-Fikrət Rzayevin əsərləri,dilçilik mulahizələri (istər mübahisəsiz,istərsə də mübahisəli olsun!) məndə həmişə böyük maraq doğurur. Bu mulahizələrdə sağlam məntiq, çox spektrli fikir-assosiasiya olduqca qabarıq şəkildə özünü göstərir.Fikrət Rzayev nə yazırsa, orijinaldır….
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,
professor, Azərbaycan Respublikası Milli Məclisinin
mədəniyyət şöbəsinin müdiri Nizami Cəfərov
(Fikrət Rzayev, ”Söz” kitabı səh. 5)
-Hazırkı kitabın əlyazması ilə tanış olanlardan biri də, Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetin professoru, ”Ümumi dilçilik” kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Afat Qurbanov olmuşdur. Onun məsləhəti ilə, bu kitabın sonluğuna əlavə olaraq, qardaşım Vahid ilə birlikdə ”Dilin yaranmasına dair “İlahi nəzəriyyə” fəsli də əlavə edilmişdir.
Hər ikimiz professor Afat Qurbanovun məsləhətlərinə görə,dərin minnətdarlığımızı bildiririk.
Yazıları oxuyub müəyyən korreksiyalar etdiyinə görə müəllif iş yoldaşı, Azərbaycan Elmi Tədqiqat və lahiyə-Konstruktor Neft Maşınqayırma İnstitutunun əməkdaşı Qədirov Behcət Şükür oğluna öz minnətdarlığını bildirir.
(Fikrət Rzayev, “Söz”kitabı,səh.6)
Bu kitabın ərsəyə gəlməsində göstərdikləri köməkliklərə görə həmyerlilərim: dostum Mirələkbər Seyidova, Sultan Əliyevə, Məhərrəm Zamana, dəyərli məsləhətlərinə görə qardaşım Vahid Rzayevə, o cümlədən AR “Təhsil” cəmiyyəti İdarə Heyətinin sədri, dosent Nuqay Əliyevə dərin təşəkkürlərimi bildirirəm.
(Fikrət Rzayev, “Söz konstruktorlğu” kitabından)
Fikrət Rzayev elm aləmində titulu olmayan, həm də buna ehtiyac hiss etməyən, öz mənəvi dünyası ilə yaşayan bir insandır. O, müxtəlif iddialardan çox-çox uzaqda dayanan təvazökar vətəndaşdır. Adiliklə dərinliyi özündə cəm etmiş fikir və düşüncə sahibidir. Açığını deyim ki, çoxları İlahi qüvvənin dediklərini duyub təhlil etmək bacarığına malik olsaydıllar, bəlkə də nələr etməzdilər. Bu da Fikrət Rzayevin xarakterinə yaddır. Fikrət Rzayev “mən də varam” deyənlərdən deyil, həm də özünü sıravilərin sıravisi hesab edir. Belələrinin heç zaman gəlişi gözəl olan kəlmələrə də ehtiyacı da yoxdur. Çünki iddiadan daha çox iş, əməl sahibləri başqa cür də ola bilmir.
Fikrət Rzayevin araşdırmalarının nəticəsi belədir: sözdə sait və samit fonemlərin vəzifələri vardır. Onların vəzifələri bir deyil, bir neçədir. Onun fikrincə, fonemlərin vəzifələrindən asılı olaraq, müxtəlif dillər yaranmışdır. Fikrət Rzayev müxtəlif quruluşlu dillərin yaranma səbəblərindən biri kimi samit və saitlərin yerinə yetirdiyi funksiyalara daha ciddi yanaşmışdır. Ümumiyyətlə, müxtəlif dillərin yaranması ilə bağlı nəzəri fikirlər bu problemin tam həllinə indi də nail ola bilməmişdir. Fikrət Rzayevin konsepsiyası isə problemin həlli işinə yeni ruh gətirmişdir. Təkcə Azərbaycan dilçiliyini deyil, həm də dünya dilçiliyini bu sahə ilə bağlı bir daha düşünməyə vadar etmişdir. Mənə belə gəlir ki, Fikrət Rzayevin fikir və düşüncələrinin, o cümlədən 600 səhifəlik əlyazmasının Azərbaycanda və onun hüdudlarından kənarda tanınması üçün hərtərəfli qayğıya ehtiyacı vardır.
(“ Sözün sirri, səsin sirri” kitabının sözönüsündən)
Buludxan Xəlilov,
ADPU-nin filologiya fakultəsinin dekanı,
filologiya elmləri doktoru, professor
“…Fikrət müəllimin araşdırmaları çox önəmlidir.Kitablar həmişə mənim stolumun üstündədir,həmişə də onlara baxıb faydalanıram.Çox gözəl və önəmli fikirlərdir.
Fikrət Rzayevin araşdırmaları əsasında məktəb yaradılmalı,onun fikirləri dərindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir…”
AMEA-nın Naxcıvan bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun Şöbə müdiri,
filologiya elmləri doktoru
Adil Bağırov
(şəxsi söhbətlərimizdə dediklərindən)
…”Söz” kitabı Böyük Yaradan haqqında düşünməyə vadar edir. Çox qısa olan insan ömrünün çərçivələrindən uzaqlara, ilkinlərə nəzər yetirmək, nəyin və necə olduğunu dərk etməyə kömək edir. Ancaq kitabda bəzi başqa dillərə məxsus olan sözlər Azərbaycan dilinə aid söz kimi verilir”.
Bakı şəhəri, 64 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ağalarova Mirsəkinə (Rəy)
18.04.2012.
Fikrət Rzayevin “Söz” adlı kitabı son dövrlər dilçilik sahəsində müqayisə-qarşılaşdırma-ümumiləşdirmə yolu ilə aparılmış maraqlı tədqiqatlardan biridir. Səs, söz, şəkilçilər üzrə hər bir fonemin mahiyyəti müəyyən qanunauyğunluqlar əsasında bu kitabda təhlil və tədqiq olunur. Müəllif səslərlə sözlərin mə’nalarının əlaqəli şəkildə olduğunu mümkün hal hesab edir, sözlərin yaranma prinsiplərinə dil faktlarının müqayisəli təhlili əsasında elmi cavab axtarır. Bununla da dilin yaranması, inkişafı ilə bağlı bir sıra vacib məsələlərin həllində mövcud olan qanunauyğunları duyur və onun mahiyyətinə varır. Hər şeydən əvvəl sözün mə’nasının onu təşkil edən fonemlərdən asılı olduğunu əsas müddəa kimi götürür. Hər bir fonemin mə’na yaradan əlamət və vəzifələrini nəzərə alır. Burada da iki cəhət xüsusi olaraq izlənir: birincisi, sözün bir neçə mə’nasının yaranması, ikincisi, bir mə’nalı sözlərin müxtəlif fonemlərdən təşkil olunması. Və bununla da müəllif sözlərin omonimliyinin, sinonimliyinin, antonimliyinin yaranmasını söz variantlığı kimi izah edir. Eyni zamanda müxtəlif dillərin yaranma səbəblərinin birini də müxtəlif vəzifəli fonemlərlə əlaqələndirir. Müxtəlif vəzifəli fonemlərin söz modellərini yaratmasını isə riyazi variasiyalılığa uyğun gələn gerçəklik kimi dil faktları ilə müqayisəyə cəlb edir.
Fikrət Rzayev riyaziyyat, fizika elmlərindəki qanunauyğunluqları dildə axtarır. Başqa sözlə, bu elmlərdəki qanunauyğunluqları dildəki sözlərə tətbiq etməyi bacarır. O, maddənin və enerjinin itməməsi qanunlarını ayrı-ayrı hadisələri, əşyaları, predmetləri bildirən-adlandıran sözlərdə də müşahidə edir. Heçdən yaranmayan, heç yerə itməyən, bir şəkildən başqa şəkilə, bir cisimdən başqa bir cismə verilən enerjinin itməməsini sözlərdəki fonemlərin mə’nası ilə müqayisə edir. Sözlərdəki fonemlərin mə’nası dinamik və ya, yeri düşdükcə, passiv, durğun enerji kimi ehtiva olunur. Təbii ki, bu cür enerjinin sözlərdəki təzahürü də müxtəlif çeşidləri, çalarları ilə fərqlənir. Eyni məfhumu, anlayışı bildirən sözlərin müxtəlif dillərdə fərqli şəkildə səslənməsi eyni fonemin müxtəlif çeşidləri və çalarları ilə bağlıdır…
“Söz” adlı bu kitabda oхucunu, mənə elə gəlir ki, bir neçə məqam düşünməyə vadar edəcəkdir:
I. Fonemlərin vəzifə və əlamətləri;
II. Fonemlərin sözlərdə mə’naya xidmət etməsi;
III. İkisəsli, üçsəsli, dördsəsli, beşsəsli və daha çoxsəsli sözlərin mə’nalarında fonemlərin oynadığı rol;
IV. Sözlərdəki sait və samitlərin mə’na xüsusiyyətlərinin kainatı və varlıqlarını kodlaşdırması;
V. Dillərin kainata bağlı olması;
VI. Sözlərin kainata və onun hərəkətliyinə bağlı olması;
VII. Dillərin və sözlərin bəşəri xarakteri və s.
Buludхan Хəlilov,
Filologiya Elmləri Doktoru,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru.
(2012-ci ildə “Maarif” nəşriyyatında çapdan çıxmış “Söz” kitabından)
Son dövrün tədqiqatları sırasında diqqəti cəlb edən araşdırmalardan biri də Fikrət Rzayevin “Söz” kitabıdır. Əsərdə yeni konseptual fikirlərlə çıxış edən müəllifin bu əsəri müasir dilçilik elmi üçün əhəmiyətlidir. Fikrət Rzayev bu əsərlə dilçilik tarixində ayrıca bir səhifə açmaq imkanı əldə etmişdir…
…Azərbaycan dilinin fonetik sistemində polemika yarada biləcək fikirlərin olması əsərin dəyərini artırır və yeni-yeni tədqiqatlar üçün imkan yaradır”.
Qalibə Hacıyeva, Naxçıvan Dövlət Universitetinin dosenti,
filologiya elmləri namizədi.
-….“Fikrət Rzayevin “Söz” kitabı gələcək təqdiqatlar üçün bir açardır”
Ə.Tanrıverdi,
ADPU-nin professoru,
filologiya elmləri doktoru.
(“Söz” kitabına rəy,06-04.2012-ci il)
…Əmimin nəaliyyətləri də məni və ailəmizi sevindirirdi! Bizə verdiyi sevinclə yanaşı doğulduğum ölkəyə də öz “Söz” kitabıyla sözünü dedi
Fikrət Rzayev!….Fəxriyyə Rzayeva
(Elçi qəzeti, №6 (773), 17-23 mart, 2013 cü-il)
Yeni fikir, düşüncə, obyektə yeni yanaşma tərzi həmişə müqavimətlə qarşılanır. Çünki yenilik ənənə ilə üz-üzə qalır. Ənənənin isə nə qədər müasir tələblərə cavab verdiyi çoxlarını düşündürmür. Nəticədə yeniliyin özünə meydan alması üçün zamana ehtiyac olur. Əsas məsələ odur ki, yeni ideya hansı məkandan, mühitdən baş qaldırır. Konkret bir məkandan, mühitdən yol alan yenilik bütün bəşəriyyətə fayda verir. Yeniliyi stimullaşdırmaq isə bəşəriyyətə yeni ideyalar qapısının açılmasına şərait yaradır. Əsas məsələ odur ki, dillə, sözlə bağlı bu yeni ideya, yanaşma tərzi Azərbaycan adlı məkandan doğulur. Konkret olaraq Fikrət Rzayevin təqdim etdiyi bu kitab əsasında. Kitabda düşündürücü suallar çoxdur. Sual varsa, onun cavabı da olmalıdır. Sual da, onun cavabı da düşüncədən, məntiqdən qaynaqlanır.
Kitabda qədim Azərbaycan dili tarixinə dair qısa məlumat düşündürücüdür. Bu barədə səbrlə, təmkinlə düşünənlər ya tədqiqat aparmalı olublar, ya da aparılmış tədqiqatların tariximiz üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmişlər. Bu mənada Fikrət Rzayevin Əjdər Fərzəlinin Gəmiqaya – Qobustan mədəniyyəti ilə bağlı apardığı araşdırmalara istinad etməsi təsadüfi deyildir. Belə ki, Əjdər Fərzəlinin Qayaüstü təsvirlərdə oxuduğu sözlərin çoxu dilimizdə işlənir. Həmin sözlərin mənalarının tapılması qədim Azərbaycan dili barəsində çox böyük tarixi həqiqətləri üzə çıxara bilər. Bununla da bəşəriyyətin mədəniyyət tarixinə Azərbaycandan elm baxımından yeni, daha müasir bir qapı açıla bilər.
Orta əsrlərin görkəmli mütəfəkkiri Əbu Turxan yazırdı: “Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah – sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə – sahman yaratmaqdır”. Bu mənada Fikrət Rzayevin tədqiqatları ön cəbhədə olan dilçiləri “silah – sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə – sahman yaratmaq” işinə bənzəyir. Onun tədqiqatları, fikir və mülahizələri yaradıcı alimlərin olduğu ön cəbhəyə keçməlidir. Fikrət Rzayevin bu kitabındakı ideyalar yoxlanılmalı, müzakirə obyekti kimi diqqət mərkəzində saxlanılmalıdır. Yaxşı deyilmişdir: “Elmdə heç bir ideya ehkam deyil; hər bir adam ən məşhur alimin ən çox yayılmış ideyasını da istənilən vaxt yenidən yoxlamaq səlahiyyətinə malikdir”.
Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor
(2012-ci ildə “Maarif” nəşriyyatında çapdan çıxmış “Söz konstruktorluğu” kitabından.)
…“Söz konstruktorluğu” əsəri fonemlərin mənaya malik olması barədə yazılan yüksək səviyyəli əsərdir…
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun Müasir Azərbaycan dili Şöbəsinin
aparıcı elmi işcisi, filologiya üzrə fəlsəfə doktoru
N.M.Hacıyeva (Rəy)
-….”Fikirləşirik ki, müəllifin zəngin fantaziyası və məntiqi, sözlər üzərində yorulmadan işləyə, onları müqayisə edib tutuşdura bilmə qabiliyyəti var. Onun bütün fikirlərini absurd hesab etmək olmaz, burada məntiqi, cəlbedici fikirlər də az deyil….”
T.Müzəffəroğlu,
BDU-nin professoru, filologiya elmləri doktoru.
(F.H.Rzayevin “Söz” adi əsərinə rəydən)
-“O, burada Azərbaycan və rus dilləri ilə yanaşı alman dili üzrə də ikisəsli, üçsəsli,dördsəsli və çoxsəsli sözləri araşdırmış, müəyyən nəticələr əldə etmiş, fikir söyləmiş və öz münasibətini bildirmişdir.Hər üç dildə aparılmış müqayisələr tipoloji dilçilik üçün çox əhəmiyyətlidir və oxucunu da düşünməyə məcbur edir.”
BDU-nin dosenti, alman və fransız dilləri kafedrası C.T.Məmmədova.
-“Fikrət Rzayevin “Söz” adlı kitabını ətraflı oxudum. Onun yazmış olduğu bu mövzu çox əhəmiyyətlidir, eyni zamanda onun apardığı bu araşdırmalar çox sahəlidir. O, bu kitabında müxtəlif dillərdə olan sözlərin səs tərkibini düzgün olaraq qruplara bölməklə onların mənasını açmışdır.Müəllif hər sözün mənasını onu təşkil edən fonemlərdən asılı olduğunu bir əsas kimi götürür…”
…Fikrət müəllimin təqdiqatı çox faydalıdır və onu davam etdirsə çəx yaxşı olar…
Azərbaycan Texniki Universiteti
“Xarici dillər” kafedrasının müdiri dosent
Y.Süleymanov (Rəy)
-Müəllifin “Söz” kitabını dilçilikdə yeni məsələ kimi göstərmək olar.Səslə məna arasında əlaqə məsələsi bir çox dilçiləri daim düşündürücü,həmişə mübahisələrə səbəb olmuşdur.Rus dilçiliyində də buna müxtəlif münasibət var…
…Ümumiyyətlə,əsəri dilçilikdə yeni və müsbət fikir kimi göstərmək olar.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun
Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru N.M Hacıyeva (Rəydən)
-Əsər (Söz konstuktorluğu) tətbiqi dilçiliyə aid olduğu üçün Milli Elmlər Akademiyasının Nəzəri və tətbiqi dilçilik Şöbəsinə təqdim edilməsini məqsədəuyğun hesab edirik.
Bakı Avrasiya Universitetinin Prorektoru,
professor N.H.Cəfərli
30.10.2012-ci il.
Xalqa və Vətənə sonsuz sevgisi olan Fikrət Rzayev yorulmadan Azərbaycan dilinin zənginliyini, ilkdən ilkliyini çatdırmağa çalışırdı.Onun üstündə işlədiyi son araşdırmalarda xüsusi təmkin, fonomenal bacarıq və sonsuz çalışqanlıq tələb edirdi.Belə ki,sözün həqiqi mənasında son nəfəsinə qədər kompyuter arxasında bu amala xidmət edən araşdırmalar üzərində işləyən Fikrət Rzayevin növbəti təqdimatı milli kimliyimizi, dəyərlərimizi nişan verən və bu yaxınlarda işıq üzü görəcək “Adlarımızı qoruyaq” əsəriydi…
ALLAHdan bu gözəl insana,…alimə rəhmət diləyirik.Heyf Ondan…
Aydın Canıyev, publisist
(“ Elçi ”qəzeti N06 (773)17-23 mart 2013-cü il.
Söz zərrəcikdir.Bu zərrəcik hər yerdə eynidir. Lakin ətraf mühitdən asılı olaraq o ayrı-ayrı formada səslənir.
Yerə məxsus olan formalarda sözlər ayrı-ayrı şəkillər alaraq hərəsi bir zərrəciyin nişanıdır.
Bu ideyanı Fikrət Rzayevin əsas kitabı “Söz” kitabında mən bu şəkildə başa düşdüm. Əslində onun nəzəriyyəsi haqqında müasir elm nə lehinə nə də əleyhinə bir sübut gətirə bilmir. Sırf buna görə də bu nəzəriyyə qiymətlidir. Çünki əsərlə tanış olan hər bir alimi dərindən düşünməyə vadar edir. Söz-İşıq-məlumat-enerji konsepsiyası “Söz” kitabında sadə və fikrini zorla qəbul etdirmədən, vadar etmədən təqdim olunub.
Başqa cür ola da bilməzdi, çünki Fikrət müəllim özü çox sadə və mülayim bir insan idi. Heyf ondan…
Bahadur Tahirbəyov, alim-sistemoloq,
Ümumdünya Sistemoloqlar
Klubunun müxbir üzvü
…Ruhsal proseslərə (danışıq səslərinin biçimlədiyi sözlər ruhsal bəlirtilərdir) həndəsi üslubda yanaşma olduqca qədim bir elmdən – sakral həndəsədən xəbər verir. Və Fikrət müəllimin sözlərin mənasını açarkən sakral həndəsənin əsas prinsiplərindən intuitiv şəkildə faydalanması, sadəcə, heyrət doğurur.
Kainat və qeyb aləmi, insan bədəni, müqəddəs səmavi kitablar, musiqi şedevrləri (xüsusən də muğamlar), nadir memarlıq abidələri məhz sakral, yəni müqəddəs həndəsənin naxışları əsasında ərsəyə gəlib…
“Mənasızlıqdan mənalar dünyasına, yoxsa?….”məqaləsi
(“Unikal” qəzeti 09.04.2013 №59 (622))
Fərzuq Seyidbəyli
…Söhbətin dildən, sözdən, səsdən getdiyini nəzərə alsaq, düşünmək olardı ki, haqqında danışdığımız şəxs hansısa ədəbiyyatçı, tarixçi və ya dilçi alimdir. Lakin belə düşünmək təbii olsa da, yanlışdır. Yanlışdır ona görə ki, doğma Azərbaycanımız fitri istedadları ilə o qədər zəngindir ki, bu diyarda, bu ölkədə hər kəs istedad sahibidir və hər kəsdən yeni ixtira, yeni kəşf gözləmək adi haldır. (Nə yazıq ki, biz xəzinə üstündə gəzdiyimiz halda, bu xəzinədən xəbərimiz olsa da, istifadə edənlər başqaları olurlar. Bu yerdə mətləbdən uzaqlaşmamış kimdən danışdığımızı, nəhayət ki, açmağın zəruriliyi özünü göstərir…
…Təbii ki, yuxarıda qeyd edilənlər o demək deyil ki, kitablarda yazılanlar hamısı mütləqdir və dəyişdirilməyə, müzakirə edilməyə, yeni çalarlar əlavə etməyə ehtiyac yoxdur. İdeallıq nisbi anlayış olduğundan bu ifadəni “Söz”, “Söz konstruktorluğu” kitablarına da şamil etmək lazımdır. Lakin kitabda yeniliklər, yeni yanaşmalar, ixtiralar və kəşflər öz zənginliyi ilə diqqət çəkir və bu diqqətə diqqətlə yanaşıb mənanı və məntiqi, həqiqəti və reallığı öz yerinə qoyub, dilimizin zənginliyini, insanlarımızın istedadını önə çəkib, biz hər yerdə varıq, hər yerdə öndəyik deməyin vaxtı çoxdan çatıbdır deməyə başlamalıyıq. Məhz bu səbəbdəndir ki, hörmətli Prezidentimiz, zati-aliləri İlham Əliyev 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı” sərəncamını imzalayaraq bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini bir daha bildirdi.
Növbə bizimdir!
Məhərrəm Zaman, Yazıçı-publisist:
“Söz nədir?” məqaləsi 04.11.2012-ci il “Azad Azərbaycan” qəzeti
Qüsursuz nizam hər şeyin sahibi olan qadir Allahın əsəridir. Allahın yaratdığı bu görkəmli sistemdə Fikrət Rzayev də var idi! Barəsində indi keçmiş zamanda danışdığımız Fikrət müəllim özünü şəxsiyyət səviyysinə öz gərgin zəhməti, fitri istedadı, bu istedaddan bəhrələnən şəxsi dözümü ilə yüksələn bir şəxsiyyət idi. O, niyə yaşadığını, nə istədiyini bilirdi, çünki o, öz duyğularına inanmağın fərqində idi.
Həyatı boyu Allahdan başqa heç bir gücə arxalanmadan kitablara, məlum elmlərə sığınmış Fikrət müəllim araşdırıcılığı, tədqiq etməyi bacarırdı, özünü rəvanlığa kökləyirdi, çox şeyi çoxlarından yaxşı dərk edirdi.
Fikrət müəllim biliksiz şəraitə isinişmirdi, uyuşmurdu. O, seyrçi mövqedə durmurdu, ətrafındakı insanları işləməyə, çalışmağa təhrik edirdi, tələbkar və səbrli idi.
Fikrət müəllimin çox çeşidli araşdırmalarının məhsulu olan əsərləri, kitabları gələcəkdə daha çox dəyərləndiriləcək.Azərbaycan torpağının yetirdiyi Fikrət müəllimin ölümü, cismani yoxluğu ağırdır.
Fikrət Rzayevlə bir şöbədə AZİNMAŞ elmi-tədqiqat və layihə-konstruktor institutunda işləmişəm, bu duyğusal insandan daim hörmət görmüşəm,
özüm də, elmi işçiyəm.
Fikrət Rzayev haqqında:
Sona Məmmədrza qızı Məmmədova. 29.03.2013
Əmim-Fikrət Rzayev
… Məndən hər zaman dərslərimin necə getdiyini soruşardı! Hərdən düşünərdim: təhsilimi artıq iki ildi bitirdiyim halda, əmimin həmişə bizə gələndə soruşduğu sualın niyə bu olduğunu?! Özlüyümdə cavab tapdım bu gün! Əmim, əslində, bizlə bağlı olan nailiyyətlərə sevinirdi. Evin ən kiçiyi olmağıma baxmayaraq, məndən də istədiyi daha yaxşı nailiyətlərə sahib olmağım idi! Əmimin nailiyyətləri də məni və ailəmizi sevindirirdi! Bizə verdiyi sevinclə yanaşı, doğulduğum ölkəyə də öz “Söz” kitabıyla sözünü dedi Fikrət Rzayev! Atamla ata ayrı olsalar da, Rzayev soy adında bir idilər əslində! Ya da Vahid Rzayevin sözüylə desək, onlar “əkiz taleyli” qardaşlar idilər bu soyad altında! Bizə bəxş olunmuş bir paydı bu, bu bizim taleyimizdi bəlkə də, paklıqla, yaxşılıqla, mehribanlıqla düzgünlüyə doğru yarı payı əlimizdə ola bilən! …Bu gün taleyimizdə ağır gündür. 28 fevral 2013-cü il Fikrət Rzayevi O ağ İşığa, qayıdışına, əbədiliyinə bağışladığımız gündü!İnsan olaraq, o acını yaşadığımız gündür! Bu gün atamın gözlərində gördüyüm kədər insanlıqdan uzaq, insanlığa xas olmayan kədər idi. Atamın nə qədər pis olduğunu onun dediyi sözdən başa düşmək elə də çətin deyildi! Vahid Rzayevin; atamın “Dədəm öldü, ağlamadım, anam öldü, ağlamadım, Fikrət öldü… ağladım, Fikrət… ağlatdı məni!” deməsiylə əmimi nə qədər çox istədiyini bu gün bir daha başa düşdüm. Əminəm ki, əmim yenə o sakitçilikdə öz sakitçiliyinə qovuşub artıq! Ürəyinin bir yerində qalma o gizli ağrıdan da xilas olaraq, işıqlı nəticələrinə yetişib artıq!…
Vahid Rzayev: … “Dədəm öldü, ağlamadım, anam öldü, ağlamadım, Fikrət öldü… ağladım, Fikrət… ağlatdı məni!” …
(“Elçi” qəzeti №06 (773) 17-23.03.2013-cü il)
Fəxriyyə Rzayeva
28.02.2013
“Söz ” kitabında gedən hərflərin, sözlərin, fonemlərin mənası aydın verilib. Bunlar orta məktəb dərsliklərində və ibtidai sinif dərsliklərdə verilsə daha yaxşı olar. Uşaqlar əvvəlcədən daha yaxşı qavramağa başlayarlar.
Saray 1 saylı orta məktəbin ibtidai sinif müəllimi,
45 ilin müəlliməsi Məlahət Əmirova
16.08.2013
-…Qədim Orxon-Yenisey yazılarında oxuna bilməyən sözlər F.Rzayevin ortaya qoyduğu araşdırma konsepsiyası ilə oxuna bildi və bu iş davam etdirilərək mərhum Əjdər Fərzəlinin də bu yöndə gördüyü işlərlə birləşdirilib Gəmiqaya-Qobustan yazılarına da tətbiq edilməsinin mümkünlüyü araşdırılmalıdır…
-(“Söz” və söz konstruktorluğu kitablarının NDU-də müzakirəsi zamanı çıxışından, Naxçıvan, 19.11.2012-ci il)
Firudin Rzayev, AMEA-nın Naxçıvan bölməsinin İncəsənət,
Dil və ədəbiyyat İnstitutunun direktor müavini,
Filologiya üzrə fəlsəfə doktoru.
Qüdrətli bəşər övladı Fikrət Rzayev ixtisasca konstruktor olsa da, özünün sadəliyi, təmkini, təvözakarlığı və bəşəriyyətə yanımlığı ilə seçilən bir insan idi…
Onun ərsəyə gətirdiyi “Söz” kitabı nəinki dilçilik elmində, hətta milli münasibətlər zəminində baş verən münaqişələrin aradan qaldırılmasında da əhəmiyyəti olan bir əsərdir.O, bu əsərində bəşəriyyətin bir kökə bağlılığını göstərməklə onları mehribançılığa və əmin-amanlığa çağırır.
Bütün bu deyilənlər onun dəfn mərasimində də öz əksini tapdı. Etiraf etmək istəyirəm ki, yaşımın 66-nı ötən bütün bu dövründə iştirak etdiyim dəfn mərasimlərinin heç birində bu cür rahat məclis görməmişəm…
Hər bir yaranış yazır özünə baş daşı!… (Vahid Rzayev)
Nuqay Əliyev, Azərbaycan Texniki Universitetinin dosenti,
texnika-elmləri namizədi, Azərbaycan Respublikası
“Təhsil” cəmiyyətinin idarə heyətinin sədri
Fikrət müəllim haqqında nekroloq yazmaq fikrim yoxdur, həm də bu gün- onun anadan olduğu gündə…
Əməlləri yaşayan şəxsdir. Gördüyü işlərlə elə bu gün də bizim aramızdadır…
Onun ortaya qoyduğu “Söz” nəzəriyyəsi haqqında həm bu yazılarda həm də övraqdakı (saytdakı) başqa yazılarda da çox fikirlər deyilib, hətta deyiləcək və səslənəcək…
Mən onun başqa bir önəmli məsələdə rolunu qeyd etmək istərdim:
O, “Böyük Yaradan deyimlərini” yazıya gətirən, qardaşı Rzayev Vahid Zeynal oğlunun “Yaranış” kitabının (Bakı, Təhsil, Elm istehsalat birliyi, 1999) açılımı olan “Yaranış haqqında söhbət” (I,II,III hissələr, Nərgiz nəşriyyatı, 1999-2000-ci il) kitablarının həmmüəllifi, həm də ortaya çıxmasında, İşıq üzü görməsində səbrlə, təmkinlə, rahatçılıqla, düşünə-düşünə çalışaraq önəmli xidmətləri olan bir Şəxsiyyətdir.
Təşəkkürlü Sadədən-Sadə, Elm və Vətən Fədaisi idi…
…2012-ci ilin noyabr ayının 19-da Naxçıvan Dövlət Universitetində “Söz” “Söz konstruktorlugu” kitablarının elmi müzakirəsinə prifessor Buludxan Xəlilov, mərhum yazıçı publusist, kitabların naşiri Məhərrəm Zaman və mən birgə Naxçıvana getmişdik.
Fikrət müəllim məndən belə bir xahiş etdi: “filologiya elmləri doktoru, professor Yavuz Axundov mənə Naxçıvanda 1№-li orta məktəbdə oxuyarkın dil-ədəbiyyat dərsi deyib. Onun mənə uşaq vaxtlarından bu fənni sevdirməsinin nəticəsidir ki, mən indi bu kitabarı yaza bilmişəm…”
Yavuz müəllimi mən çoxdan tanıyıram, indi 87 yaşında olan bu gözəl ziyalı, bir çox insanların ustadı olub…
Müzakirədən sonra onunla görüşmək istəsəm də alınmadı. Xəstə idi. Teıefonla əlaqə saxlamağa çalışdım, sonda nəvəsi AMEA-nın Naxçıvan bölməsinin İncəsnət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Nigar xanım vasiyəsi ilə əlaqə yarada bildik. Məlum oldu ki, O, babasının yolunu davam etdirir və Fikrət müəllimin araşdırmalarından da xəbərdardır…
Yavuz müəllim öz güclü yaddaşı ilə 60 il əvvələ qayıdaraq Fikrət Rzayevi xatırladı və onu ox çalışqan, ciddi şagird olduğunu bildirdi. Bir sözlə şagirdinin uğurlarına çox sevindi və onun araşdırmaları ilə mütləq tanış olacağını bildirdi.
“AqRa” EİDİB-nin idarə heyətinin sədri: M.Seyidov
16.08.2013
Söz olub əvvəlcə-Allahın sözü.
Sözün konstruktoru Fikrətdir Özü.
Dərin filosof, ər, insan-ədalət–
Unudulmaz, Əbədi Rzayev Fikrət!
Fikrət Kazım
15-16 avqust 2013-cü i
Qardaşım Fikrət Rzayevin fonemlərin funksionallığından bəhs edən bu kitabla gətirdiyi elmi dəyərlər kainatların özü ilə bağlıdır və bunlarla tanış olan hər bir kəsi sanki yenidən oralara qaldırır. Kainatlar isə, yuхarıda deyildiyi kimi, Yaradana bağlıdır və biz bəşəriyyət kainatlara bağlıyıq ki, Yaradana bağlıyıq.
Düşünməyi bacaran, düşüncəsini təhlil edə bilən kəs nə qədər də хoşbəхtdir. Fikrət Rzayev o хoşbəхtlərdəndir; хoşbəхtliyi elm aхtarışında, elm anlamlarındadır. “Fikir fikirdir, – Fikrətdə fikirdir. Fikirləş ki, o da o fikirdədir: fikri kainatlarda, kainatlarla bir fikirdir. Oraya bağlıdır ki, kainatların fikrindədir”.
Vahid Rzayev
12.09.2001
Fikrət Rzayev “Söz” kitabından, səh.6, Bakı, “Maarif” 2012
Yaradan Qaranlıq arasına İşıq Saldı, İşıq Yardı. O, Yaranışı Özü Yaratdı. Biz istədikmi? Yox. Yaranışı Özü Yaratdı.
28.09.2002
Nə düşdü, ay Fikrət, nə düşdü?
Taleyimizə İşıq düşdü. İşıq üçün gəlmişdik ki, taleyimizə İşıq düşdü.
28.09.2002
Qardaşım Fikrət dedi ki, “Qocalıq yoxdur, ucalıq var”. Qocalırsan? Yox, Ucalırsan! Qocalıqdan Ölümsüzlüyə, Əbədiyyətə, Cavanlığa ucalırsan.
Vahid Rzayev
“Kainatlardandır yaranışımız” kitabından,
Bakı, “Nərgiz” nəşriyyatı, 2003
Fikrət Rzayev “Söz konstruktorluğu” kitabı