Düşüncələr…

Gözlər

Əgər deyirsə, deyərkən – dediyi başqa, düşündüyü başqa, baxışı başqa, məqsədi başqa, addımları da ona uyğun başqadırsa, onunla “vaxt itirməyə” – dəyməz. Onları özünə istəyəndir, məkri özündən öndə gedəndir, öz məqsədləri ancaq özünü karıxdırandır.
Gözlər də, qəribədir maraqlıdır! Gözlər var rəhmlidir, mehribandır, həlimdir, qəddardır, paxıldır, məkrlidir, yalan deyəndir, aldadandır, karıxdırandır, azdırandır, xəyanətkardır, tənbəldir, çevikdir, şüşə kimi soyuqdur və s. və i. Gözlərə bax, gözlərə…
Baxışı ayrı, dediyi ayrı, düşündüyü ayrı, fikri ayrı – gözlərə bax, gözlərə… Dediklərinin arxasında gizlənən – gözlərə bax, gözlərə… Düşündüklərinin arxasında gizlənən – gözlərə bax, gözlərə…

Gözlər, dediyini, düşündüyünü, istəklərini (gizli) gizlədə bilməz – gözlərə bax, gözlərə. Gözlər yumulub gizlənsə də, sürmələnib – sürməli olsa da, gözlərə bax, gözlərə. Deyilən “mə`fumlar” – sirli, örtülü, gizli, müəmmalı, məqsədlidir – gözlərə bax, gözlərə…
Diqqətlə baxdıqda – söz, səs, musiqi gözlə görünməyən ancaq eşidiləndir. Bir də – düşüncələr, fikirlər, istəklər, məkr, yalan, xəyanətlər, karıxdırmalar və s. nə gözlə görünən, nə də eşidiləndir.
Amma yenə də, gözlərə bax, gözlərə… Onları gizlətməyə, gözün gücü çatmır, yenə də – gözlərə bax gözlərə!

Qəlb

Qəlb nə qəlbdir ki, ora girə bilmərsən, 
Qəlb nə qəlbdir ki, ondan çıxa bilmərsən, 
Qəib nə qəıbdik ki, ondan uzaq ola bilmərsən, 
Qəlb nə qəlbdir ki, ondan qopa bilmərsən?

Eşq…

Neylərəm o eşqi ki, əgər bəlası varsa?
Neylərəm o, eşqi ki, əgər bəlası yoxsa?
Nədir onda bu eşq ki, “bəladır”- deyilir?
Nədir onda o, eşq ki, bəla ilə gileylənir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir