Səmavi Kitab Mətnlərində, “Ol, Dedi” – Keçir…
“Ol!” – Olmaqdayıq!
Ölə – Ölməkdəyik!
“O” – na, dönüb Qayıtmalıyıq!
“Ol”-u, necə “Ol”, Etdisə,
Nədən, Necədən, Niyədən “olduq?”
Olduqsa əgər, Oldan “Ol” – u, Aydınlaşdırmalı, “Ol” – a – Qayıtmalıyıq!
“Ol”-necə “oldu” ki, Ol – Oldu?
Olmağa, Olmaq Gərək, Olmağa İlkin, İşıq Gərək!
İşıqdan, İşıq Gərək!
O, İşığın Zərrəsi Gərək!
Zərrədən, Zərrə Gərək!
“Olları”, Ol Etməyə, Zərrə gərək!
Zərrə ilə, Zərrədən, Törədib, Törənişlər Edəcək!
“Ol” – Dedi, “Ola” – Ol, Dedi!
Ol, Dedisə əgər, Bütün Aləmlərə, İlk Sözü “O” – Dedi!
Sözlərdən Sözü, “Ol”-la, Olu, “O” – Dedi!
Bütün Kainatlara, Bütün Aləmlərə, Sözü, “O” – Dedi!
İlk, Söz Gəldi!
Kainatlara idi Söz!
Sözə – Söz,
Sözlərlə – Söz, Gələr!
Səsi, Sözü, biz Yaratmadıq!
Bütün Yaranmışlar, “O” – nun, Dili ilə, “O” – nun, Dilində, Deyər, Danışar!
Bütün Düşündüklərini, Bütün Düşüncələrini, “O- nun, Dilində”, “O” – na, Deyər, Danışar!
İşıq Onun, Zərrə Onun, İlk Söz də, Onun, Oval Quruluşu, Oval Forması da, “O” – nun!
“O” – Öz İşığını Güc Etdi, Öz İşığını Səxavətli Etdi!
Bütün,Yaranacaq Aləmləri, Varlıqları, Kütlələri, Öz İşıq Səxavətində, İşıq Paylı, Etdi!
Bütün Başlanğıcların Əvvəlinə, Əvvəldən, “Ol” – u, “O” – Dedi!
“Olları”, “Olaqları”, “Olsunları”, Biz Demədik!
Biz-bizi, Özümüz – Özümüzü, Yarada Bilmədik, Yaratmadıq!
“O” – Bütün Aləmlərinə İşıq Səpdi!
İşıq Gücündən, İşıq Tezliyindən, Parlaq İşıqlı, Zərrələr Törədi, Zərrələr Səpildi!
İşıq Paylı Zərrələr, Oval Sərhədliliyi Daxilində, Sür’ətli Hərəkətlərərlə, Sərbəst və Azad Oldu!
Amma Hər Bir Zəzzə Payı, “O” – nun, Öz Baxışında, Öz Nəzərində, Törənib, Törədib, Törətməyə, Bir Tə’yinat Oldu!
Hər Yaranacaq Varlıq, İşıq Payının Daşıyıcısı Oldu!
Nəyi gördüksə, Parlaq Gördük, Parlaqlıqda Gördük!
Zərrələr də Elə, Törədici, bir İşıq Payı Oldu!
İşıq Batmaz, İşıq Tükənməz, İşıq Sönməz, İşıqdan, Zərrələr Törəyər, Bütün Varlıqlar, Bir İlkin İşıqdan, Bütün Varlıqlar Zərrədən Törəyər!
Bütün Varlıqlar, İşıqdan Törəyər, İşığa dönər Qayıdar, İşığa Qovuşar!
“O” – bizi-bizə Tanıtdı, İşıqdan Gəldiyimizi, İşıqdan Törəndiyimizi, “Ol’ -la, bizə Dedi, bizə Tanıtdı!
İlkimiz İşıq, Törəndiyimiz İşıq, Özümüzdə İşıq, Qayıdacağımız da, yenə də, “O” – İşığadır, İşıq!
Bütün Kütlələr, Bütün Varlıqlar, Bir İlkin Olan İşığa, bir də, bir Zərrəyə Möhtac!
O, İşıq Sahibi Mütləqi, İşığa Möhtac Deyil, İşıq O-nun, İlk O-nun, Zərrələr Payı da, O-nun!
Bizlər, Bütün Yaranmışlar, Bütün Kütlələr, Cisimlər, Canlar, Varlıqlar, “O” na – Möhtac!
“O” – Bütün Varlıqları, Bilib, Tanıyar ki, Yaradar!
Bütün Yaranmışlar, “O” nu – Tanımalı, “O” – nu Tanıyar!
Biz Özümüzü Tanıyarıqsa, “O” – nun İşıq Payını, (Ruhi İşıq), Daşıyırıqsa, Biz “O” – nu Tanıyıb, “O” – na, Möhtacıq!
“O” – na da, O, İşığa da, Qayıdacağıq!
Qeyd:
Yer Üzündə, bütün Səmavi Kirabların, Mətn Tərkiblərində, “Ol Dedi” – keçir!
Vahid Rzaev.