Tarixçi arxeoloq alim Abbas Seyidov
Tarix elmləri doktoru, professor
Seyidov Abbas Qadir oğlu 01.04.1957-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb.1963-1973-cü illərdə Naxçıvan şəhər C.Məmmədquluzadə adına 2 saylı orta məktəbdə oxuyub.
1974-1978-ci illərdə Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini tarix ixtisası üzrə bitirib. Təhsil aldığı dövrdə İnstitut Tələbə Həmkarlar Təşkilatının sədri olub.
1978-1982-ci illərdə təyinatı üzrə Babək rayon Hacıvar kənd məktəbində tarix müəllimi işləyib.
Oktyabr 1982 – iyul 1996-cı il tarixlərdə Y.H.Məmmədəliyev adına NDPİ-də laborant, baş laborant, müəllim, dosent vəzifələrində çalışıb.
1996-1998-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində, 1998-2000-ci illərdə Bakı Kompüter Liseyində müəllim işləyib.
2000-ci ildən bu günədək Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müəllimi, eyni zamanda, həmin ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisidir (əvəzçiliklə).
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı kimi 1991-ci ildə tarix elmləri namizədi, 2003-cü ildə tarix elmləri doktoru elmi dərəcəsi, 1996-cı ildə “dosent”, 2012-ci ildə “professor” elmi adları alıb.
1975-ci ildən arxeoloji qazıntılarda iştirak edir. Müxtəlif illərdə Babək, Culfa, Şərur, Kəngərli, Tərtər-Bərdə rayonları üzrə arxeoloji ekspedisiyaların rəhbəri olub.
2006-cı ildən AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən ED.1.13 Dissertasiya Şurasının üzvüdür.
2013-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü olub.
1998-ci ildə “Qızıl Qələm” jurnalist mükafatına, 2011-ci ildə “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri-Fərman”ı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
394 elmi məqaləsi, o cümlədən 35 kitab və monoqrafiyası işıq üzü görüb. 70 məqaləsi və 2 kitabı (1 monoqrafiya Rusiyada, 1 kitab Almaniyada) xaricdə nəşr olunub.
Rusiya, Türkiyə, ABŞ, Yaponiya, Kanada, Bolqarıstan, Şimalı Makedoniya, Almaniya, Avstriya, Fransa, İtaliya, Bosniya və Herseqovina, Moldova, Monqolustan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və s. ölkələrdə keçirilən konfranslarda elmi məruzələrlə çıxışlar edib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2014-2017-ci illərdə “Tarix, insan və cəmiyyət” jurnalının baş redaktoru olub. Hazırda baş redaktorun müavinidir.
2018-ci ildən Avstriyanın İnnsbruck şəhərində yerləşən Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin akademikidir.
2019-cu ildən Avropa Arxeoloqlar Assosiasiyasının (Praqa, Çexiya) üzvüdür.
2021-ci ilin noyabr ayından AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktorudur.
Azərbaycanın qısa tarixi
1.Azərbaycan qədim dövrdə
Alimlər Azərbaycanın Qafqaz dağlarının ətəklərindən tutmuş Xəzər sahilləri boyunca İran yaylasına qədər uzanan və Azərbaycan türkləri ilə məskunlaşmış bir əraziyə daxil olduğunu hesab edirlər. Azərbaycan paleolit dövründən başlayaraq ilk insan məskənlərindən biri olmuşdur. Əsasən əkinçilik və heyvandarlıqla məşğul olan bu insanlar qeyd etdiyimiz ərazilərdə eramızdan əvvəl 7-6-cı minilliklərdən etibarən yaşamışdır. Bu gün alimlər Qobustan qayaüstü rəsmlərini eramızdan əvvəl VIII minilliyə aid edirlər.
1979-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər elan edən məşhur Norveç tədqiqatçısı Tur Heyerdal Xəzər sahillərini sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan böyük bir sivilizasiyanın beşiyi hesab etmişdir. Heyerdal öz ehtimallarının əsaslı sübutunu təkcə Qobustandakı qamış qayıqları deyil, eyni təsvirlərin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk olunması və həmçinin orta əsrlərdə yazılmış saqalarda əks olunması ilə tapmışdır. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki günəş təsvirləri qədim Azərbaycanın insan məskənləri ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.
Eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərində Azərbaycanda ilk sinifli cəmiyyət yaranmağa başlayır. Bu cəmiyyətdə erkən şəhər sivilizasiyasının və erkən dövlət qurumlarının əlamətləri özünü büruzə verir.
Elə bu zaman qədim Arattada erkən Kuti və Lullubi tayfa ittifaqları formalaşır. Qədim mixi mənbələrə görə eramızdan əvvəl III minilliyin 1-ci yarısında Urmiya gölünün cənub və cənub-şərq hövzəsinə qədər olan ərazidə ilk Azərbaycan dövləti – Aratta yaranmışdır. Eramızdan əvvəl 2300-cü ildən etibarən Urmiya gölünün cənub ərazisində ikinci qədim Azərbaycan dövləti – Lullubi yarandı. Eramızdan əvvəl III minilliyin 2-ci yarısında Urmiya gölünün qərb və cənub-qərb hövzəsində isə qədim Kuti dövləti yaranmışdır. Eramızdan əvvəl 2175-ci ildə Kutilər Şumer və Akkadlara qalib gələrək onların üzərində 100 il hökmranlıq etmişlər.
Qədim Azərbaycan dövlətləri Şumer və Akkadlarla siyasi, iqtisadi və mədəni əlaqələr saxlayırdılar. Mesopotamiyada idarəçiliyi ələ almış qədim türk mənşəli sülalələr burada böyük bir mədəniyyətin formalaşmasında fəal rol oynamışlar. Qədim Azərbaycan ərazisində məskunlaşmış türkdilli xalqlar lap qədim dövrlərdən bəri atəşpərəst olmuşlar. Onlar dünyanın ən qədim dinlərindən biri olan Zərdüştlük dininə sitayiş edirdilər.
Eramızdan əvvəl IX əsrin ortaları – VII əsrlərdə Urmiya gölü ərazisində idarəçiliyi digər qədim Azərbaycan dövləti – Manna ələ aldı. Eramızdan əvvəl VII-VI əsrlərdə Azərbaycanın cənub-qərbində Kimmer-Skit-Sak şahlığı təşəkkül tapmışdır. Eramızdan əvvəl VI əsrin əvvəllərində qədim Manna süquta yetirildi.
Eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində Azərbaycanın şimalında cənub sərhədləri Araz çayı ilə hüdudlanan qədim Albaniya dövləti yarandı. Qədim Albaniya ərazisinə əksəriyyəti türk dilində danışan müxtəlif xalqlar daxil idi.
Eramızdan əvvəl IV əsrdə Azərbaycanın cənubunda qədim Atropatena dövləti yaranmışdır. Bu zaman Atropatena qədim ellinizmin böyük təsirinə məruz qalmışdır. 313-cü ildən etibarən Albaniyada xristianlıq qəbul olunmağa başladı. I-IV əsrlərdə bütün Qafqaz romalıların əsarəti altında qaldığı halda Albaniya öz təhsili, dili, mədəniyyəti ilə inkişaf edən və siyasi cəhətdən müstəqil olaraq qalmaqda davam edən yeganə dövlət idi. Alban kilsəsi digər xristian kilsələrindən azad idi və Şimali Qafqazda və türkdilli xalqlar arasında xristianlığı təbliğ edirdi.
2. Azərbaycan orta əsrlərdə
Ərəblərin müdaxiləsindən sonra Azərbaycanda İslam dini VIII əsrin əvvəllərindən başlayaraq hakim dinə çevrildi. Albanların da əksəriyyəti İslamı qəbul etdi. Yalnız xırda azlıqlar öz əvvəlki dinlərində qalmaqda idilər. Hələ Ərəb işğalından az əvvəl Bizans imperiyasının Cənubi Qafqaza təsiri nəticəsində Alban kilsəsi Gürcü kilsəsi ilə birlikdə diofizit nəzəriyyəsini qəbul etmişdir.
Bizanslıların Cənubi Qafqaza təsirini dəf etmək üçün Xilafət erməni kilsəsinin köməyindən istifadə etməklə Alban kilsəsi üçün monofizit təmayülünü tətbiq etməyə başladı. Bu məqsədlə Alban kilsəsi ermənilərin idarəçiliyinə verildi və bununla da qədim Qarabağın dağlıq bölgələrində yaşayan albanların tədricən qreqorianlaşdırılması üçün yol açıldı. Alban və Atropatena əhalisinin vahid bir dövlətdə birgə yaşaması və eyni dinə etiqad etmələri Azərbaycan xalqının daha da möhkəmlənməsinə gətirib çıxardı.
IX əsrin əvvəllərində Azərbaycanda Babəkin rəhbərliyi ilə Xürrəmilər hərəkatı geniş vüsət almağa başladı. Bu hərəkatın əsasında azadlıq, müstəqillik, ümumi bərabərlik ideyaları dururdu.
IX əsrdə yerli əhali tərəfindən Xilafət əleyhinə qaldırılan üsyanların ardınca Azərbaycan ərazisində bir neçə yeni dövlət yarandı. Bunlardan ən güclüsü paytaxtı Şamaxıda yerləşən və Məzyədilər sülaləsi tərəfindən idarə olunan Şirvanşahlar dövləti idi. XVI əsrə qədər yaşayan bu dövlət orta əsr Azərbaycan tarixində böyük rol oynamışdır. IX-XI əsrlərdə Azərbaycan ərazisində Sacilər, Salarilər, Rəvvadilər (paytaxtları Marağa, Ərdəbil və Təbriz şəhərləri olmuşdur), Şəddadilər (paytaxtı Gəncə şəhəri olmuşdur) kimi müstəqil dövlətlər yaranmışdır. XI əsrin sonlarından etibarən Azərbaycanda idarəçiliyi Səlçuqilər sülaləsi ələ almışdır. 1136-1225-ci illərdə Azərbaycanda hakimiyyətdə Atabəylər-Eldəgizlər olmuşdur.
Selçuqilərin yerli əhali ilə eyni dinə (İslam), dilə (türk) və mənşəyə malik olmaları Azərbaycan xalqının birləşməsi və möhkəmlənməsi üçün münbit şərait yaratmış oldu. Bu dövr Azərbaycanın mədəniyyəti tarixində çiçəklənmə dövrü hesab edilir. Məhz bu dövrdə Azərbaycan dünya tarixinə məşhur filosoflar, memarlar, şairlər və alimlər bəxş etmişdir. Dünya mədəni irsinin böyük xəzinələrindən olan şair, filosof Nizami Gəncəvinin (1141-1209) yaradıcılığı bu dövrdə Azərbaycanın ictimai və mədəni şüurunda böyük irəliləyişə səbəb olmuşdur. XII-XIII əsrlər Qarabağın dağlıq hissəsində Alban hökmdarları tərəfindən idarə olunan Xaçın knyazlığının çiçəklənmə dövrü hesab edilir. 1215-1262-ci illərdə Həsən Cəlalın hakimiyyəti Albaniyanın dirçəlişi dövrünə təsadüf edir. Bu dövrdə Qanzasar məbəd kompleksinin tikilişi başa çatmışdır ki, onun da kafedral kilsəsi Alban katolikosu tərəfindən xeyir-dua verilən erkən kilsənin mərkəzi olmalı idi.
XIII əsrin ortalarından etibarən Azərbaycan dövlətləri Monqol Hülakilər sülaləsinin (1258-1356) vassalına çevrildilər. XIV əsrin ortalarında yerli əhalinin işğalçılardan yaxa qurtarmaq məqsədi ilə qiyamlarından sonra Azərbaycan zadəganlarının köməyi ilə yerli Cəlairi feodalları Azərbaycanda hakimiyyətə gəldi və yeni Cəlairilər dövləti (1359-1410) yarandı.
XIV əsrin sonlarında etibarən Azərbaycan dəfələrlə Teymurilərin hücumlarına məruz qalmış və onların Qızıl Orda ilə olan döyüşlərinin meydanına çevrilmişdir.
1410-1468-ci illərdə Azərbaycanda hakimiyyəti Qaraqoyunlular, 1468-1501-ci illərdə isə Ağqoyunlular sülaləsi ələ almışdır. Bu dövrlərdə Azərbaycan daha da güclənmişdir. 1501-ci ildə Azərbaycanda paytaxtı Təbriz şəhəri olan Səfəvilər dövləti yarandı. Bu sülalənin hakimiyyəti altında tarixdə ilk dəfə olaraq bütün Azərbaycan torpaqları birləşdirildi və vahid Səfəvilər dövləti yarandı. Səfəvilər dövlətinin sərhədləri Amudərya çayından Fərat çayına, Dərbənddən Fars körfəzi sahillərinə qədər uzanırdı. Sırf Azərbaycan dövləti kimi yaranan bu siyasi qurumun rəhbərliyində Azərbaycanın feodal zadəganları dururdu. Bütün rəhbər heyət: hərbi sərkərdələr, əyalət hakimlərinin hamısı Azərbaycan zadəganlarından təyin olunurdu. Səfəvilər dövlətinin rəsmi dili Azərbaycan dili idi. XVI əsrin sonlarında Səfəvilər dövlətinin paytaxtı İsfahana köçdü, onun hökmdarının əsas dəstəkçisi isə fars zadəganları oldular. Azərbaycan zadəganları tərəfindən idarə olunan bu dövlət daha çox farspərəst təmayüllü bir dövlətə çevrildi.
3. Müstəqil Azərbaycan xanlıqları
XVIII əsrin ortalarında İran şahlarının Azərbaycan ərazisindəki hökmdarlığının zəiflədiyi bir dövrdə, ölkə 20 xanlığa parçalandı. Bunlar Ərdəbil, Gəncə, Dərbənd, İrəvan, Cavad, Qarabağ, Qaradağ, Xoy, Maku, Maraga, Naxçıvan, Quba, Bakı, Sərab, Şirvan, Şəki, Təbriz, Talış və Urmiya xanlıqları idi. Bu xanlıqlardan əlavə, Qazax, Səmşədil, İlisu, Ərəş və Qəbələ sultanlıqları da yarandı. Müsəlman azərbaycanlıların və Xristian Albanların məskunlaşdığı Yuxarı Qarabağ, Qarabağ xanlığının ayrılmaz bir hissəsi oldu. Qarabağ xanlığı Kür və Araz çayları arasındakı ərazini əhatə edirdi. Bundan başqa, Qarabağın dağlıq ərazilərində Dizag, Vərəndə, Xacın, Ciləberd və Gülüstan məliklikləri də yarandı. Bu məlikliklər vassal qismində Qarabağ xanlığında asılı idilər.
XVIII əsrin sonunda və XIX əsrin əvvəllərində Azərbaycan uğrunda farslar, ruslar və osmanlılar döyüşürdülər. Onların hər biri Azərbaycanın əlverişli geosiyasi mövqeyindən istifadə etmək istəyirdilər. Xanlıqların bəziləri müstəqillik uğrunda mübarizə aparsalar da digərləri öz maraqlarını qorumaq üçün vassal olmaları ilə razılaşmışdılar.
1805-ci il mayın 14-də Kür çayının kənarında İbrahim Xəlil Xanın imzaladığı sənəd əsasında müstəqil Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Bu sənəd indiki dövrdə müəyyən əks-səda yaradıb. Belə ki, bu sənəd Qarabağ xanlıqlarının tarixən Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut edir.
1804-1813-ci illərdə Azərbaycan xanlıqları uğrunda başlanan Rusiya-İran müharibəsi Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi ilə nəticələndi. 1813-cü il oktyabrın 12-də Rusiya və İran arasında imzalanmış Gülüstan müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqlarından başqa bütün şimali Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildi. İkinci Rusiya-İran müharibəsi (1826-1828), 1828-ci il fevralın 10-da imzalanmış və Türkmənçay sülh müqaviləsi ilə nəticələnmişdir. Bu müqavilə, İranın şimali Azərbaycana olan iddialarından əl çəkdiyini təsdiqlədi, Naxçıvan və İrəvan xanlıqları isə Rusiyaya birləşdirildi. Bununla sırf Azərbaycana məxsus qeyd olunan xanlıqlar, Qarabağ xanlığı da daxil olmaqla Rusiyaya birləşdirilmişdir.
Xanlar özləri, torpaq sahibləri, və s. Azərbaycan əhalisinin və onların yüksək təbəqəli feodallarının etnik tərkibi olublar.
4. Ermənilərin Azərbaycan ərazisinə köçürülməsi
Türkmənçay müqaviləsinin və 1829-cu ildə bağlanmış Ədirnə sülhünün şərtlərinə görə İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilər Azərbaycan ərazisinə, ilk növbədə Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisinə köçürüldü.
Rusiya tarixçisi K.Şavrov qeyd edir ki, təkcə 1828-1830-cu illər ərzində 40 minə yaxın İran və 84 minə yaxın Türkiyə ermənisi Cənubi Qafqaz ərazisinə köçürülüb. Onlar erməni əhalisinin seyrək olduğu Yelizavetpol (Qarabağ) quberniyasının ən əlverişli torpaqlarında yerləşib və 200 min desyatin (225 min hektar) dövlət torpağı ilə təmin olunublar.
Öz qeydlərində, Rusiyalı diplomat və dramaturq Aleksandr Qriboyedov yazır ki, “Ermənilər əsasən Məhəmmədilərin (müsəlmanların) torpaq sahələrində məskunlaşıblar (…). Bu yeni sakinlər Məhəmmədiləri sıxışdırıb bu torpaqlardan çıxarırlar (…). Biz müsəlmanlara da qayğı ilə yanaşmalıyıq və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədi ilə ermənilərin onların doğma torpaqlarının daimi mülkiyyətçisinə çevrilə biləcəyi ehtimallarını seyrəltməliyik.”
Amerikalı akademik Castin Makkarti Ermənilərin Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda məskunlaşması barəsində aşağıdakı faktlarını sadalayır.
1828-1920-ci illər ərzində Azərbaycanın demoqrafik tərkibini dəyişmək və ermənilərin sayını artırmaq məqsədi ilə təxminən 2 milyon insan sürgün edilib və ya öldürülüb. İki halda isə, 1828-ci və 1854-cü illərdə, çar Rusiyası şərqi Anadoluya daxil olub və 100 min ermənini Qafqaza köçürdüb, onlar isə öz növbəsində buradan köçürülən və ya öldürülən Türklərin, yəni azərbaycanlıların torpaqlarını ələ keçiriblər. 1877-1878-ci illərdə Türkiyə ilə Rusiya müharibəsi nəticəsində Rusiya Qars-Ərdəhanı ələ keçirərək buradan müsəlmanları köçürüb və 70 min ermənini onların evlərində yerləşdirib. 1895-1896-cı illərdə isə 60 minə yaxın erməni Rusiyanın nəzarəti altında olan Qafqazda məskunlaşdırılıb. Nəhayət, I Dünya müharibəsi zamanı baş verən mühacirətlərin nəticəsində Qafqazda yaşayan 400 min müsəlman şərqi Anadoludan köçürülən 400 min erməni ilə əvəz edilib.
Makkartinin məlumatına əsasən, 1828-1920-ci illər ərzində 560 minə yaxın erməni Azərbaycanda məskunlaşıb. Başqa sözlə, rusların cənubi Qafqazı işğal etməsindən sonra Arazdan şimaldakı Azərbaycan torpaqlarında erməni əhalisinin sayı nəzərə çarpacaq şəkildə artıb. Qarabağa gəldikdə isə, rəsmi məlumatlara əsasən 1810-cu ildə, yəni Qarabağ xanlığının Rusiyaya birləşdirilməsindən bir müddət əvvəl Qarabağdakı 12000 evdən 9500-ü Azərbaycanlılara, 2500-ü isə ermənilərə məxsus idi. 1823-cü il məlumatlarına əsasən, Qarabağda bir Şuşa şəhəri və 600-ə yaxın kənd var idi. Onlardan 450-si Azərbaycan, 150-si isə erməni kəndi idi. Bu kəndlərin ümumi əhalisi 90 min nəfərə bərabər idi. Şuşada Azərbaycanlılara məxsus təsərrüfatların sayı 1048, ermənilərə isə 474-ə məxsus idi. kəndlərində isə bu rəqəm 12902 və 4331-ə bərabər idi.
Çar I Nikolayın 1828-ci il martın 1-də imzaladığı fərmana əsasən Naxçıvan və İrəvan xanlıqları ləğv olunur və onların əvəzində “Erməni vilayəti” adlı yeni inzibati vahid yaradılır. Bu vilayətə Rusiyalı rəsmilər başçılıq edirlər. 1849-cu ildə isə bu inzibati vahidin adı dəyişdirilərək İrəvan quberniyası adlandırılır.
Öz məqsədlərinə çatmaq üçün Ermənilər çar Rusiyasını inandıraraq Azərbaycana tabe olan Alban Xristian patriarxının ləğvinə, onun mülkünün isə erməni kilsəsinə verilməsinə nail olurlar. Dövlət suverenitetini və etiqadlarını itirən qədim Albaniyanın qərbində, yəni Qarabağda məskunlaşan yerli alban əhalisi gürcüləşmə və erməniləşməyə məruz qalırlar. Ermənilərin bura axını isə davam edir.
5. Azərbaycan XIX əsr və XX əsrin əvvəllərində
XIX əsrin ortalarından etibarən, şimali Azərbaycanda neft sənayesi çiçəklənməyə başlayır. Dünyada birinci sənaye xarakterli neft quyusu 1848-ci ildə Bakıda qazılıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan Rusiyada istehsal olunan neftin 95%-nı və dünya neftinin 50 %-nı verirdi. Nobel və Rotşild Azərbaycanda bu sahədə böyük mənfəət əldə edən neft maqnatlarından idilər. Nobel ailəsinin var-dövləti əsasən Azərbaycan nefti sayəsində əldə olunub.
XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərini Azərbaycan mədəniyyətinin tərəqqi dövrü adlandırmaq olar. 1908-ci ildə, məşhur bəstəkar Üzeyir Hacıbəyov müsəlman dünyasında ilk operanı – “Leyli və Məcnunu” yazdı. Ümumiyyətlə, ölkənin musiqi mədəniyyəti o dərəcədə inkişaf etmişdi ki, Azərbaycan “Şərqin konservatoriyası” və ya “Şərqin İtaliyası” adlandırılırdı. Milli və mədəni oyanış digər sahələrdə də özünü büruzə verirdi. XIX əsrin ortalarından etibarən milli maariflənmə ideyası yayılmağa başladı. Nəticədə, 1858-ci ildə Təbrizdə, Azərbaycanlı ziyalıların səyləri nəticəsində “Azərbaycan” qəzeti çap olundu. Bu Azərbaycan dilində nəşr olunan ilk qəzet idi və uzun illər müxtəlif adlar altında fəaliyyətini davam etdirmişdi.
1875-1877- ci illərdə Şimali Azərbaycanda, ziyalı Həsən bəy Zərdabinin rəhbərliyi altında “Əkinçi” qəzeti işıq üzü gördü. “Əkinçi” qəzetinin nailiyyətlərindən ən əsasın milli dilin zənginləşdirilməsi və onun istifadəsinin genişləndirilməsi olub.
Eyni zamanda, milli mədəni tərəqqinin inkişafına xidmət edən bir sıra məşhur ədəbi xadimlər formalaşdı. Bunların arasında Mirzə Fətəli Axundovu, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Firudin bəy Köçərlini, Əhməd Cavadı xüsusi ilə qeyd etmək lazımdır. Rəssamlıq, memarlıq, teatr və kinematoqrafiya sahələrində da buna bənzər irəliləyişlər müşahidə olunurdu.
Milli-mədəni oyanış həmçinin Azərbaycan cəmiyyətinin siyasi təşkilatlanmasına və həmrəy olmasına ciddi təsir göstərdi. Rusiyada yaşayan azərbaycanlılar imperiya tərkibindəki müsəlmanların hüquqlarının müdafiəsi hərəkatının ilk banilərindən oldular. Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Topçubaşov “İttifaqı müslimin” (Müsəlmanların ittifaqı) təşkilatının banilərindən biri hesab olunur. 1905-ci ildə yaradılan bu qurumun məqsədi İmperiya ərazisində türk və müsəlmanların maraqlarını təmsil etmək və müdafiə etmək olub. Ümumiyyətlə, Azərbaycanı təmsil edən dövlət xadimləri bu hərəkatda fəal iştirak edərək Çar Rusiyasının tərkibində müsəlmanlara bərabər hüquqların təmin olunması uğrunda mübarizə aparıblar.
XX əsrdə baş qaldıran siyasi şüurdan danışarkən Əhməd bəy Ağa oğlunun və Əli bəy Hüseynzadənin fəallığını xüsusi ilə qeyd etmək lazımdır. Bu xadimlər Azərbaycan ideyasının formalaşmasına kömək etmiş, xalqın mənəvi müstəvidə həmrəy olmasına nail olublar. Onlar müasir dünyanın dəyərlərinin türk və islam adətlərinə uyğunlaşdırmağa çalışıblar.
XIX əsrin sonlarından XX əsrin birinci yarısına kimi cənubi Azərbaycanda da siyasi fəallıq artmışdı. Azərbaycanın milli qəhrəmanları Səttar xan və Bağır xanın rəhbərliyi altında baş qaldırmış və 1905-1911-ci illəri əhatə edən hərəkat şah mütləqiyyətinin məhdudlaşdırılmasına qarşı yönəlmiş və Qacarlar sülaləsinin hakimiyyəti dövründə İrana siyasi mədəniyyətin ənənələrini və demokratiya quruculuğunun gətirilməsinə nail olmuşdur.
1905-1911-ci illərdə davam edən ictimai və siyasi proseslərin bilavasitə nəticəsi kimi Təbrizdə 1920-cu ildə Şeyx Xiyabaninin hərəkatı formalaşdı. Sonradan, 1945-ci ildə Cənubi Azərbaycanda parlamentin və hökumətin qurulması Şah İranında yaşayan azərbaycanlıların siyasi mədəniyyətinin kifayət qədər inkişaf etdiyini nümayiş etdirir. Ümumiyyətlə, XIX əsrin sonu və XX əsrin birinci yarısında İranda baş verən demokratik proseslərin özəyi Cənubi Azərbaycan hesab olunur.
6. Birinci Respublika: Azərbaycan Demokratik Respublikası (1918-1920)
Rusiyadakı 1917-ci il inqilabından sonra, çar imperiyasının zəifləməsi və parçalanması prosesi sürətlənməyə başladı və Rusiyanın ucqar bölgələrində müstəqil dövlətlər yaranmağa başladı. Belə ki, 1918-ci il mayın 28-də Cənubi Qafqazın şərq hissəsində Azərbaycan Demokratik Respublikası elan olundu. Bu İslam şərqində ilk parlamentli demokratiya idi və bu hadisə Azərbaycan millətinin etnik mənşəyinin və dövlətçiliyinin formalaşmasında tarixi rol oynadı. O dövrdə Azərbaycan fraksiyasının lideri Məmməd Əmin Rasul-zadə idi.
Azərbaycan Demokratik Respublikasının həm bir millət həm də dövlət kimi çiçəklənməsində Azərbaycançılıq ideyasının əhəmiyyəti böyükdür. Bu ideya müasirlik, İslam, turkçuluk prinsiplərini özündə birləşdirir və Azərbaycan xalqının İslama və Türk mədəniyyətinə sadiq qalaraq, həmçinin özünəməxsus etnik keyfiyyətlərini tərənnüm edərək tərəqqi etməsini tərənnüm edirdi.
Cəmi iki ilə kimi qısa bir müddətdə mövcud olmasına baxmayaraq, çoxpartiyalı Azərbaycan parlamenti və koalisiya hökuməti dövlət quruculuğu, təhsil, ordunun yaradılması, müstəqil maliyyə və iqtisadi sistemlərin inkişaf etdirilməsi sahələrində bir sıra mühüm addımlar atmağa nail oldu və eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən tanındı. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı Versal Sülhü ilə Azərbaycan Respublikasını de fakto tanıdı.
1919-cu ilin sonunda və 1920-ci ilin əvvəllərində Azərbaycan Demokratik Respublikasının, həm daxili, həm də xarici arenada vəziyyəti nəzərəçarpacaq şəkildə pisləşdi. Ölkə Antanta, Rusiya və İran arasında mübarizə meydanına çevrildi və bu ölkələrdən hər biri strateji cəhətdən əhəmiyyətli və neftlə zəngin Azərbaycanda üstünlüyə malik olmağa çalışırdılar.
İSTİQLAL BƏYANNAMƏSİ
“1918-ci ilin mayın 28-də Tiflis şəhərində Həsən bəy Ağayev (sədr müavini), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdibəy Hacınski, Ələsgərbəy Mahmudbəyov, Aslanbəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbərağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Fridun bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanov və Hacı Molla Axundzadənin iştirakı ilə Azərbaycan Milli Şurası Azərbaycan istiqlalı haqqında aşağıdakı bəyannaməni elan edir:
Böyük Rusiya inqilabı gedişində Rusiyada dövlət orqanizminin ayrı-ayrı hissələrinin dağılması və rus ordusunun Zaqafqaziyanı tərk etməsi ilə burada yeni siyasi vəziyyət yarandı. Taleləri öz ixtiyarına buraxılmış Zaqafqaziya xalqları Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar. Lakin siyasi hadisələrin sonrakı gedişində gürcü xalqı Zaqafqaziya Federativ Respublikasının tərkibindən çıxmağı və müstəqil Gürcüstan Demokratik Respublikası yaratmağı münasib bildi. Rusiya və Osmanlı imperiyası arasındakı müharibənin dayandırılması, eyni zamanda ölkə daxilindəki görünməmiş anarxiyanın ləğvi ilə bağlı olan Azərbaycanın mövcud siyasi durumu Azərbaycan xalqlarını düşdükləri ağır vəziyyətdən çıxartmaq üçün Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın öz dövlət orqanizmini yaratmaq zərurətini qəti surətdə tələb edir. Buna görə də xalq seçkiləri ilə seçilmiş Azərbaycan Milli Müsəlman Şurası bildirir:
I. Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.
II. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır.
III. Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.
IV. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asıb olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir.
V. Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir.
Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”.
7. İkinci Respublika: Azərbaycan Sovet Sosialist Respublikası
(1920-1991)
Rusiya Sovet Sosialist Federativ Respublikasının Bolşevik hökumətinin Azərbaycan Demokratik Respublikasını tanımaq istəməməsi, XI Qızıl Ordunun 1920-ci ilin yazında Azərbaycan Demokratik Respublikasının sərhədlərinə yerləşməsi, Daşnaq-Sütunun Qarabağda və Zəngəzurdakı zorakılığı, ermənilərin və bolşeviklərin dinc azərbaycanlı əhaliyə qarşı terrorları və ölkədə mövcud olan sosial və iqtisadi böhranı və bu kimi amillər Azərbaycan Demokratik Respublikasının tənəzzülü və 1920-ci ilin Aprelin 27 və 28-də 11-ci Qızıl Ordu tərəfindən işğalı ilə nəticələndi. Qafqaz cəbhəsinin rəhbərliyinin 11-ci Ordunun komandanlığına göndərdiyi teleqrafda deyilir ki, 1920-ci il Mayın 1-də RSFSR qoşunlarına İran sərhədini keçməmək şərti ilə Rusiya ilə sərhəddə yerləşən Azərbaycanın bütün ərazisinin işğalı əmri verilib.
Növbəti 70 il ərzində, sovet sosialist respublikaları ittifaqının tərkibində olan Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələyə qədəm qoydu. Bu dövr ərzində Azərbaycan ictimai, iqtisadi və mədəniyyət sahəsində ciddi irəliləyişlər əldə etdi. Eyni zamanda, digər SSRİ ölkələrində olduğu kimi Azərbaycanda da sovet dövrünün mənfi xüsusiyyətləri özünü büruzə verirdi.
İqtisadi cəhətdən, ölkə Sovet iqtisadiyyat üçün neft, xammal və kənd təssərüfatı anbarına çevrildi. Mədəni sahədə, Latın əlifbasının kiril əlifbası ilə əvəz olunması Azərbaycanın ədəbi və mədəni irsi ilə bağlarına ciddi zərbə vurdu. Sovet rejimi Azərbaycan ziyalılarının milli mənsubiyyət və tarixi həqiqətləri üzə çıxartmaq səylərini təqib edirdi.
Sovet ittifaqı dövründə, Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi və digər rayonlar Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə, Azərbaycan Demokratik Respublikası dövründə 114000 kvadrat kilometrə bərabər olan ərazi 1920-1921-ci illərdə 86,600 kvadrat kilometrə azaldıldı. Bundan başqa, 1923-cü ilin iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ muxtar vilayəti yaradılır. Bu qərar Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması istiqamətində atılmış birinci addım olur.
8. Üçüncü Respublika: Azərbaycan Respublikası
1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat qızğın şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cı il sentyabrın 23-də Suverenlik haqqında qərar qəbul edən Azərbaycan bu işdə Sovet respublikaları arasında birincilərdən idi.
Bu hərəkatı yatırmaq məqsədilə Mixail Qorbaçovun başçılığı altında 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana yeridildi. Onların törətdiyi vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. Bu uğursuzluqlara baxmayaraq Azərbaycan xalqının vətənpərvər güvələrinin müstəqillik uğrunda sönməz mübarizəsi 1991-ci il avqustun 31-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Dövlət Müstəqilliyi bərpa edilməsi haqqında Bəyannamənin qəbul olması ilə nəticələndi.
1991-ci ilin oktyabrın 18-də tamamlanmış Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi aktı müstəqil Azərbaycanın dövlətçiliyinin əsaslarını qoydu və onun siyasi və iqtisadi strukturunun prinsiplərini müəyyən etdi. Bu aktla Azərbaycan Respublikası 71 illik fasilədən sonra yenidən müstəqil bir dövlət oldu.
1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının və sonradan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırılan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə (ATƏM) üzv oldu
AZƏRBAYCAN TARİXİ HAQQINDA QISA MƏLUMAT
Şimaldan – Baş Qafqaz dağları, qərbdən – Göycə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən – Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə – tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cumlədən dövlətcilik ənənələri yaratmışdır.
Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.
Azərbaycanın qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, kecmiş idarə formaları, ailə munasibətləri və s. öyrənilir.
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi-mədəniyyət numunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.
Arxeoloji abidələrlə zəngin olan Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxcıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cumlədən 300-400 min il bundan əvvəl yaşamış Aşel dövrunə aid qədim insanın – Azıx adamının (Azıxantrop) cənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.
Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.
Azərbaycan xalqı, eyni zamanda, dünyanın ən qədim dövlətcilik ənənələrinə malik olan xalqlardandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətcilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hovzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində muhum rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kicik Asiyadakı Hett dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
Eramızdan əvvəl I və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəciliyi mədəniyyətinin daha da yuksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
Eramızın əvvəllərində ölkəmiz oz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: – III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalcılar ölkəyə İranın və Ərəbistanın icərilərindən coxlu İran və ərəb mənşəli əhali köcürüb gətirdilər.
Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları icərisində oğuz türkləri üstünlük təşkil edirdilər.
Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə cevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində cox mühüm rolu vardı. Qədim türklərin Tanrıya sitayişi – tanrıcılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin mustəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.
VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı tamamilə xristianlığın təsir dairəsinə salmağa calışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.
IX əsrin ortalarından Azərbaycanın qədim dövlətcilik ənənələri yenidən dircəldi. Azərbaycanda yeni siyasi dircəliş başlandı: – islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dovlətləri yarandı.
Mustəqil dovlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövru başlanırdı. 600 ilə qədər davam edən sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün olkə ərazisində əsas təkallahlı dinə cevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə muhum rol oynadı.
İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin – həm xalqımızın təşəkkülündə başlıca rol oynayan muxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.
Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakülər, Cobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmcinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, butun Yaxın və Orta Şərqin dövlətcilik tarixində dərin iz qoydular.
XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətcilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.
Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də cox fəal iştirak edirdilər.
Azərbaycanın böyuk dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə cevrildi. Azərbaycanın dövlətcilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xususi “Qanunnamə” hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya cevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırmışdı.
XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətciliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa catdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.
Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti – Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövrundə Azərbaycanın dövlət idarəciliyi mədəniyyəti daha da yuksəldi. Azərbaycan dili dövlət dilinə cevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata kecirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə cevrildi.
Səfəvi dövlətinin suqutundan sonra hakimiyyətə gələn gorkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) kecmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən cıxmış bu böyuk hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ kecirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dovlət yaratmaq planları baş tutmadı.
Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara və sultanlıqlara parcalandı.
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cumlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, qacarlarla Cənubi Qafqazı işğal etməyə calışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.
Azərbaycan iki böyük dövlət arasında qanlı muharibələr meydanına cevrildi. Gülüstan (1813) və Turkməncay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.
Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” (və ya “Rusiya Azərbaycanı”) və “Cənubi Azərbaycan” (və ya “İran Azərbaycanı”).
Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq ucun işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, kecmiş İrəvan və Naxcıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köcürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında – kecmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Bundan əlavə, Rusiya 1836-cı ildə mustəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da, Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən car Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövru başlandı.
Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ kecirən S.Şaumyanın daşnak-bolşevik höküməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata kecirdi. Qardaş Turkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Azərbaycan xalqının tarixində ilk Parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentcilik tariximiz iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti cox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentcilik tarixində İkinci dövr və ya Bakı dövru 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi Qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin acılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında cox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqüt etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə umumiyyətlə 155 parlament iclası kecirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.
Parlamentin muzakirəsinə 270-dən cox qanun layihəsi cıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özu də yalnız ücüncü oxunuşdan sonra qəbul olunurdu.
Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dovlətcilik ənənələrini məhv etməyə qadir deyildir.
Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti suqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətciliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu.
Sovet işğalından dərhal sonra ölkədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış müstəqil dovlət idarəciliyi sisteminin dağıdılmasına başlandı. Ölkənin hər yerində “qırmızı terror” tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs “xalq duşməni”, “əksinqilabcı” və ya “təxribatcı” adı ilə dərhal “qırmızı terror”un qurbanı olurdu. Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-secmə adamları – Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak guruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa calışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırımı idi.
1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının cağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa catdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu.
Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək ücün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya gondərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda “Bakını almaq bizə olduqca və olduqca zəruridir” deyə Şimali Azərbaycanın işğalına gostəriş vermiş V.İ.Lenin öz arzusuna catdı. Bakı nefti Sovet Rusiyasının əlinə kecdi.
30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Huseyn Cavid, Mikayıl Muşfiq, Əhməd Cavad, Salman Mumtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.
1948-1953-cu illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.
Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir cox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.
Respublikanın düşduyu bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövru başlandı. Doğma xalqının böyök təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə cevirmək ücün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata kecirməyə başladı.
Böyük siyasətci iqtisadiyyat (o cümlədən kənd təsərrufatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı ücün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Burosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, mustəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) cevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.
1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir cox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dunyanın 65 ölkəsinə ixrac olunurdu.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata kecirdiyi bütün bu əzəmətli quruculuq işlərinin cox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi.
Azərbaycan dövlətcilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu gun də uğurla davam edir.
Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri kecirmiş, daxili parcalanmalara, xarici işğallara məruz qalmışdır. Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər.
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatcı-terrorcu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ kecirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşcular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın muhasirə məngənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ kecirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə muasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ kecirdilər. Bununla da, faktiki olaraq, ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Lacın rayonunun işğalı oldu. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət cəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cu ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönuş baş verdi. Müdrik dövlət xadimi bir necə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Ümummilli lider Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən cıxış edərək atəşkəs reciminə nail oldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parcalanmadan, iflasa uğramaqdan xilas etdi. Tarixi kecmişin ibrət dərslərinə, dəyişən dunyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gercəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul edilən səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin uzərindəki əzəli və əbədi “Azərbaycan” möhürü özümüzə qaytarıldı. Bununla Vətəncilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Duşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.
Bu gün beynəlxalq aləmdə söz və nüfuz sahibi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın dünyada şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata kecirilən daxili islahatlar xarici olkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dunyanın bütün dovlətləri ücün acıq ölkəyə cevrilmişdir.
Azərbaycan Tarixi Xronoloji ardıcıllıqla
Azərbaycan ibtidai-icma quruluşu dövründə
120-100-40-30-cu minilliklər – İbtidai icma quruluşunun formalaşması
1,5 min. il—150—120 minilliklər — Quruçay mədəniyyətinin dövrü
Təxm. 40—35 min—12—10 min il — Paleolit dövrü
10—12 min il əvvəl — Qobustanda həyatın başlanması
10—12 min il—8 min əvvəl — Mezolit dövrü
e.ə. 7—6 minilliklər — Neolit dövrü
e.ə. 6—4 minilliklər — Eneolit dövrü
e.ə. 4 minilliyin əvvəli — Bəsit dulus çarxının meydana gəlməsi
e.ə. 4 min. II yarısı—2 min. sonu — Tunc dövrü
e.ə. 4 min. sonu—3 minillik — Erkən tunc dövrü. Kür-Araz mədəniyyəti.
e.ə. 3 min. yarısı — Əmlak və sosial bərabərsizliyin artması.
e.ə. 3 min. axırıncı rübü—2 min. I yarısı — Orta tunc dövrü. İkinci böyük ictimai əmək bölgüsü.
e.ə. II min. I yarısı — Şəhərsalma mədəniyyətinin təşəkkülü
e.ə. II min.—I min. əvvəli — Naxçıvan mədəniyyəti Ardını yüklə
Azərbaycan tarixinin müəyyən dövrlərini əhatə edən,
əlavə olaraq daha da dolğunlaşmaya açıq olan BİBLİOQRAFİYA SİYAHISI (Abbas Seyidov tərəfindən təqdim edilmişdir)
Азярбайъан дилиндя ядябиййат
$11. Асланов Г.М., Кясямянли Щ.П. Дашкясян районунун Хачбулаг кяндиндяки бир груп даш гуту гябир щаггында. Азярбайъан ССР ЕА Хябярляри (тарих, фялсяфя, щцгуг), 1975, № 1, с. 81-94.
2.Асланов Г.М., Ибращимов Б.И. Пловдаь йашайыш комплексиндя 1988-ъи илдя апарылмыш археоложи газынты ишляринин щесабаты. Азярбайъан ЕА ТИ ЕА, инв. № Щ-503, 38 с
шякиллярля.
3. Асланов Г.М., Гашгай С.М., Ибращимов Б.Щ. Мярданэюл некрополунун материаллары. АА, 1999, № 3-4, с. 69-72.
4. Азярбайъан тарихи. Йедди ъилддя, I ъилд., Бакы, «Елм»”””, 1998, 476 с.
5. Бахшялийев В.Б., Сейидов А.Г. Нахчыванын гядим тарихи.Бакы, «Азярбайъан”», 1995, 62 с.
6. Бядялов Я.Щ., Мцсейибов Н.Я. Эямигайа ишаряляри. Нахчыван МР-75 иллийиня аид Елми ясярляр, Хцсуси бурахылыш, 1999, № 5, с. 42-43.
7. Будагов Б.А., Бабайев С.Й. Нахчыван МССР-ин ландшафты вя онун кянд тясяррцфаты цчцн ящямиййяти. Китаб: Нахчыван МССР-50, Бакы, 1975, с. 257-271.
8. Бцнйатов Т.Я. Азярбайъанда якинчилийин инкишафы тарихиня даир. Бакы, Азярбайъан ССР ЕА няшриййаты, 1964, 152 с.
9. Ъяфяров Щ.Ф. Гядим Азярбайъанда илк бюйцк иътимаи ямяк бюлэцсц. Азярбайъан Дювлят Игтисад Институтунун елми конфрансынын материаллары, Бакы, 1995, с. 63-65.
10. Ъяфяров Щ.Ф. Азярбайъан е.я. IV миниллийин ахыры-I миниллийин яввялляриндя (Гарабаьын Гаргарчай вя Тяртярчай щювзясинин материаллары ясасында), Бакы, «Елм»”, 2000, 187 с.
11. Ъяфярзадя И.М. Азярбайъан ССР-дя Гобустан гайацстц рясмляри. Азярбайъан Тарих Музейинин Ясярляри. II ъ. Бакы, 1957, с. 99-114. Ardını yüklə (12-302++)