Satır- 4

Türk mənşəli söz kimi 10-cu əsrdən sonra da Şatırlar haqqında istər xarici, istərsə də yerli tarixçilərin araşdırmalarında yazılara rast gəlinir. Bu yazılarda Şatırlar oğuz mənşəli tayfa kimi və say-seçmə şəxslər kimi (H.Ə.Allahverdiyev, Məmməd Dadaşzadə, Şarden…) qələmə verilir.
Hərbi tarixçilərimizin tədqiqatlarında Hun hökmdarı Mete (e.ə.234 – e.ə174, hakimiyyət illəri e.ə.209 – e.ə.174) tərəfindən xüsusi fiziki və hərbi qabiliyyətli döyüşçülərin hazırlanması haqqında məlumatlar verilir. Həmin döyüşçülər yenilməz qüvvəyə malik olublar. Onların əsas vəzifəsi hökümdarın mühafizəsi olub. Yalnız ekstremal şəraitlərdə döyüşün xarakterini dəyişmək üçün istifadə olunardılar. Həmin döyüşçülərin müasir xüsusi təyinatlılardan qat-qat üstün olduqları bildirilir.

 Həmin əsgərlərin necə adlanması haqqında məlumat qeyd olunmasa da onların Şatır olduqlarına əminəm. Çünki, sonrakı dövrlərdə Şatır adamların seçilməsi haqqındakı məlumatlarda yarışların şərtləri Mete dövrünün şərtlərinə tam uyğun gəlir: ” Şatolar Tan imperiyasının (618 – 918 ) elit hərbçiləri idi”. ( Çin tarixi : Tyurki Şato – Turki ).
E.ə. belə bir adət geniş yayılmışdır ki, zadəgan və varlılar atla gedərkən mehtərlərdən iki nəfər şöhrət və hörmət əlaməti olaraq hərəsi bir tərəfdən onu müşaiyyət edərdilər.
10-11-ci əsrlərə aid tarixi mənbələrdə saray və zadəganların xidmətçilər sistemində xüsusi adamların tərbiyəsi haqqında verilən məlumat ” Şatır”ların ilk tərbiyəsinə uyğun gəlir. ( ” Mərdom – şünasi” jurnalı N-1. mənbə : H.Ə.Allahverdiyev ).
Səfəvilər dövründə Keçmiş dövrlərdən fərqli olaraq varlı süvari şəxsləri müşaiyyət edənlər mehtər deyil, “Şatır” adı ilə tanınan şəxslər olub. Həm də onlar süvarinin sağ və sol tərəfləri ilə deyil, atın qabağıca qaça-qaça hərəkət edərdilər. ( Məmməd Dadaşzadə: ” Azərbaycan xalqının Orta əsr mənəvi mədəniyyəti “, Bakı,1985, səh.177 ).
“Səfəvilər dövründə “Şatır”lıq xüsusi bir mədəniyyət sahəsi kimi məlumdur”. (Mərdomi-şünas jurnalı – N 4. Mənbəni göstərdi – H.Ə.Allahverdiyev ).
Verilən bu və digər məlumatlar həqiqətən e.ə. “Şatır” hazırlayan xüsusi məktəblərin olduğunu təsdiq edir. Demək olar ki, 19-cu əsrin ikinci yarısına qədər bu məktəblər ömür sürə bilib. Sonralar isə bu məktəblərin təlim – məşq oyunları xalq oyunları tərkibinə daxil olub ki, xüsusən bayram ərəfələrində və günlərində bu oyunlar böyük maraqla oynanılır.Hazırkı vaxtda həmin oyunların çox az hissəsi yaşamaqdadır.
“Şatır”ların hazırlanmasında peşəkar və təcrübəli şəxslər ciddi, ardıcıl olaraq məşğul olurdular.
1) Şatır yarışlarında və məktəblərində iştirak etmək üçün 4-5, 5-6 yaşlı uşaqlar cəlb olunurdu. Onlara 18-24 yaşa qədər təlimlər keçirilirdi.
2) Təlimə cəlb olunanların ilk olaraq fiziki imkanları, zehni qabiliyyətləri yoxlanılırdı.
3) 3-4 km. məsafəyə qaçış yarışları tədricən 72 km. məsafəyə çatdırılırdı.
4) Ata qaçaraq çatmaq, tutub minmək…
5) Ox və kəmənd, nizə atmağı mükəmməl bilməli.
6) Bıçaq, qılınc oynatmağı məharətlə ifa etməli.
7) Müdafiə və hücum fəndlərini – əlbəyaxa döyüşlərə tam hazır olmalıdır.
8) Uzununa və hündürlüyə tullanmağı daha mükəmməl və qüsursuz icra etməlidir.
Deyilənlərlə yanaşı, təlimlər zamanı yaş səviyyələrinə uyğun olaraq bir-çox oyunlar keçirilirdi. Həmin oyunlar əyləncə kimi görsənsə də əslində təlim-məşq funksiyası yerinə yetirilirdi. Hər – bir oyunun özünəməxsus şərtləri, xarakteri, funksiyası var idi. Bütün oyunlar isə bir nəticəyə hesablanırdı: sürət, çeviklik, dəqiqlik, dözümlük, hesabı bilmək – aşağıdan yuxarı, yuxarıdan aşağı tək və cüt rəqəmlərlə sürətlə saymağı bacarmaq, gözüyumulu təyin edilmiş obyekti tapmaq, tək ayaq üstə qaçmaq və ya tullanmaq…bütün deyilən şərtlərə sahib olmaq Şatır kimi formalaşmaq demək idi. Sonralar həmin oyunlar çərşəmbə və novruz bayramları ərəfəsində, günlərində maraqlı və əyləncəli, şən oyunlar kimi icra olunurdu. Təəssüf ki, həmin oyunlar yaddan çıxmaqdadır… onların bəzilərinin adlarını qeyd etməyimz vacibdir.
1) Sürmə-ağac. 2) Çiling-ağac. 3) Tel-bir. 4) Qayış götürdü. 5) Beş-daş. 6) Cüymə-ağac 7) Uydurma. 8) Coz-coz.9) Gizlin-paç(qaç). 10) Əvvəli. 11) Təntənə-tüşdənə. və s.
Səfəvi dövlət aparatında “Şatırlıq” işlərini idarə edən xüsusi təşkilatlar yaradılmışdı. Həmin təşkilatın başçısı ” ŞATIR – BAŞI ” adlanırdı. Şatırların xüsusi geyimləri olurdu. ” Şatırlar silindirə oxşar, lakin, kənarları bir qədər dərin, enli dəri papaq qoyurmuşlar…Papağın sol tərəfinə rəngli, bəzəkli lələk sancırdılar. Bu lələk həm bəzək, həm də şatırların xüsusi əlamətləri idi… Şatırların məsə oxşar yüngül ayaqqabısı olurdu. Onların qurşağına bir-neçə xırda zınqırov bağlanırdı.” (səyyah Şarden ).

Elşad Amanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir