Payız
Payız
Yenə payız önümüzdə…
Soyunacaq yaşıl donun,
örpəyini dəyişəcək təbiət də
Saralacaq ağacların yarpaqları ,
xəzəl olub töküləcək bağ bağatda
Qəmginləşib, elə bil ki , oz donunun hicranına qapılacaq,
şux görkəmi dəyişilən çılpaqlaşmış ağaclar da
Xəzəl olmuş yarpaqları
toz dumana bürüyərək,
sovuracaq külək yenə sağa sola.
Üz çevirib təbiətin bu halına,
quşlar yenə köç edəcək,
qatarlanıb topa topa
sərçələrsə büzüşəcək orda burda
Yenə payız önümüzdə…
Ara sıra günəş çıxıb parlayacaq,
xəzəl olmuş yarpaqları
əsrarəngiz bir ahəngə boyayacaq
Guruldayıb tutulacaq tez tez göylər,
güclü yagış sel olacaq kücələrdə,
navalçalar dolub dolub axacaqdır şırıltıyla
Lapdan qopan yağış bəzən isladacaq ,
küçədəki insanları.
İslanaraq bir çətirə sığınan çox sevgililər,
bu romantik anlarından,
nə zamansa gülə – gülə bəhs edəcək.
Son payızın yaşayacaq bəzi aşqlar,
bəziləri ilk olacaq bu payızda
Darıxacaq, çox nisgilli ürəklər də
qəribə bir özləm vardır elə bil ki bu fəsildə…
Yenə payız önümüzdə…
Sədaqət Musayeva