Siyasi partiyaların 27 sentyabr tarixli birgə bəyanatı haqqında
Siyasi partiyaların 27 sentyabr tarixli birgə bəyanatı haqqında Azərbaycanda fəaliyyət göstərən 52 siyasi siyasi partiyadan 50-sinin yaydığı milli həmrəylik bəyanatından qürurlandıq.
Söz yox ki, bu, ölkədə istənilən çətin vəziyyətdə qarşılaşacağımız siyasi həmrəyliyin nümunəsidir. Bu, onu göstərdi ki, Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezident İlham Əliyevin yanındadır. Lakin belə çətin sınaq günlərində iki partiya – Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər. Onlar belə çətin günlərdə nəinki xalqla, ordumuzla birlikdə ola bilmədilər.
Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına dəstək vermədilər. Vətən mövzusu olan yerdə siyasi ədavət ola bilməz! Vətən bizimdir! Vətən hamımızındır! Vətən bölünməzdir! Nədən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasi dialoq çağırışına cavab verməyir? Nədən Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görmək istəməyir? Nədən belə çətin, şanlı ordumuzun tarixi zəfərlər qazandığı günlərdə Azərbaycan xalqı ilə birlikdə olmaq istəməyir? Bax, bunlar təəssüf doğurur.
Biz birlikdə güclüyük. Biz Sizə güvənirik, möhtərəm Prezident, cənab Ali Baş Komandan. Əminik ki, Sizin rəhbərliyiniz ilə tezliklə işğal altında olan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanacaqdır.
Ulu Tanrı Sizi, Vətənimizi, Xalqımızı qorusun!
Abbas Seyidov
AzDİU-nun professoru, tarix üzrə elmlər doktoru