Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlər

“Müəllim” nəşriyyatı tərəfindən Professor Rüfət Hüseynzadə, Pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar MüəllimVaqif Mahmudov, Nəzirə Hüseynova, Nigar Mahmudova, Gülçin Hüseynova, Ceyhun Ağabəyov və Ziya Aslanovun müəllifliyi ilə “Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlərdən istifadə” adlı  altı bölmədən ibarət  pedaqoji təmayüllü tələbələr, müəllim və tərbiyəçilər, praktik psixoloqlar  üçün nəzərdə tutulmuş  530 səhifəlik yeni metodik vəsait nəşr olunmuşdur (Bakı: Müəllim, 2022).

Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin 27 aprel 2022-ci il tarixli Elmi Şura iclasının (protokol № 4) qərarı ilə nəşr edilən  bu dəyərli vəsaitin elmi redaktoru, professor Ləzifə Qasımova, rəyçiləri prof. Akif Abbasov, prof. Məcid İsmixanov, prof. Kərim Məmmədovdur.    

Metodik vəsaitdə görkəmli alimlərin,  klassik pedaqoqların təlim və tərbiyə haqqında fikirləri, xüsusilə onların gənc nəslə öyüd və nəsihətləri geniş yer almaqla bərabər, məktəb həyatından, pedaqoji prosesdən və müxtəlif pedaqoji təcrübələrdən qaynaqlanan pedaqoji situasiyalı məsələlər, problemlər, münaqişələr və belə situasiyalarda, məqamlarda  müəllimin mümkün adekvat  cavabları, fəaliyyəti, davranışı ətraflı şəkildə öz əksini tapmışdır.  

Bunula bərabər ailədə baş verən pedaqoji problemlər, yanlış tərbiyə üsulları, uşaqlara yönələn yanlış münasibətlər, təsirlər, yanlış valideyn-övlad münasibətləri verilmişdir ki, bunların da böyük  bir  qismi “Yanlış tərbiyə” adlı hekayələrdə əks etdirilmişdir.     

 Bu vəsiatdə həmçinin pedaqoji tədqiqat xarakterli düşündürücü pedaqoji-metodiki suallar və onların izahı,  80-dən çox fəal və interaktiv təlim metodlarının təsnifatı, şərhi və praktik tətbiqi  haqqında geniş məlumat verilmişdir.

 Vəsaitdə həmçinin məktəblərimizdə  çalışan praktik psixoloqların vəzifələri, onların məktəbdə pedaqoji-psixoloji fəaliyyəti haqqında, müəllim-şagird münsibətlərinin optimal yolları barəsində  dəyərli məsləhət və faydalı metodik istiqamətlər verilmişdir.  

Metodik vəsaitdə verilən praktik pedaqoji çalışmalar, tapşırıqlar, pedaqoji testlər, pedaqoji məsələlər pedaqogika elminin nəzəri və praktik məsələlərinin möhkəmləndirilməsinə xidmət  edir. Vəsait pedaqogika elminin müxtəlif praktik sahələrini, bölmələrini əhatə edir ki, bütün bunlar da praktik pedaqogikanın, tətbiqi pedaqogikanın öyrənilməsini daha da asanlaşdırır.

Metodik vəsait müəllim və tələbələri praktik pedaqoji və psixoloji biliklərlə silahlandırır, pedaqoji  biliklərin mənimsənilməsi prosesini xeyli dərəcədə asanlaşdırır və daha səmərəli, daha  keyfiyyətli edir.

Kitabdan müəllimlər, məktəb psixoloqları, şagirdlər, valideynlər, pedaqoji ali və orta ixtisas məktəblərinin tələbələri, magistr və doktorantlar geniş şəkildə istifadə edib faydalana  bilərlər.

 

 Prof. Rüfət Hüseynzadə

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir