Naxçıvan Arxeologiyası yeni tapıntılar İşığında

GİRİŞ

Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti Paleolit dövründən başlayaraq insanların burada məskunlaşmasına şərait yaratmışdır. XIX əsrdə Duzdağın daş baltaları və Qızılburun boyalı keramikası ilə gündəmə gələn Naxçıvan arxeologiyası ilə bağlı XIX-XX əsrlərdə xeyli elmi əsərlər yazılsa da, bu əsrarəngiz diyarın qədim abidələri bütöv şəkildə dünyaya tanıdılmamışdır. 1997-ci ildə İstanbul Universiteti müəllimlərinin, xüsusilə Prof. Dr. Veli Sevinin, həmçinin “Arxeologiya və Sənət” furnalının rəhbəri Nezih Başgelenin dəstəyi ilə müəllif bu sahədə ilk təşəbbüs etmiş, “Naxçıvan arxeologiyası” adlı kitab türk və ingilis dillərində nəşr edilmişdir. Bu kitab qapalı Sovet məkanı haqqında çox az məlumata malik olan Qərbi Avropa elm adamları arasında böyük marağa səbəb olmuşdur. Azərbaycan müstəqilliyinin bərpa etdikdən sonra başlanan Birinci Qarabağ Müharibəsi və uzun müddət davam edən iqtisadi böhran ölkəmizə böyük ziyan vursa da Azərbaycan dövləti dik dayanmağı bacarmış, tarix və mədəniyyət abidələrimizin öyrənilməsinə xüsusi diqqət ayrılmış, onları dövlət qayğısı ilə əhatə etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyyəsi ilə Azərbaycan tarixi milli konsepsiya əsasında yenidən işlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, hörmətli Vasif Talıbovun arxeolofi abidələrin öyrənilməsinə qayğısı bu sahədə mühüm işlərin görülməsinə səbəb olmuş, 70-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Möminə Xatın, Yusif Küseyir oğlu, Qarabağlar türbəsi, Xan sarayı, Ordubad buzxanası, Naxçıvanqala və digər abidələrimizdə bərpa və təmir işləri aparılmışdır. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvanın alınmazlıq simvolu olan Əlincəqalada bərpa və təmir işlərinə başlanmış və müvəffəqiyyətlə başa çatdırılmışdır. Dövlət qayğısının nəticəsidir ki, hazırda Naxçıvanda bir neçə arxeolofi ekspedisiya, o cümlədən iki beynəlxalq ekspedisiya fəaliyyət göstərir. Bu ekspedisiyaların fəaliyyəti nəticəsində onlarla arxeolofi abidədə tədqiqatlar aparılmış və xeyli yeniliklər əldə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 06 dekabr 2005-ci il tarixli Sərəncamından sonra bu sahəyə diqqət daha da artırılmışdır. AMEA Naxçıvan Bölməsi əməkdaşlarının Naxçıvan Dövlət Universiteti əməkdaşları ilə birlikdə apardığı məqsədyönlü tədqiqatlar nəticəsində muxtar respublika ərazisində 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınmışdır ki, onların da əksəriyyəti arxeolofi abidədir. 2008-ci ildə nəşr edilən “Naxçıvan abidələri ensiklopediyası”nda bu abidələrin əksəriyyəti haqqında məlumat verilmişdir. Bu abidələr haqqında beynəlxalq elmi ictimaiyyətə məlumat vermək üçün 2010-cu ildə “Naxçıvan arxeologiyası” kitabı ingilis dilində yenidən nəşr olunmuşdur. Lakin bu kitabların nəşr olunmasından sonra Naxçıvan abidələrinin tədqiqində o qədər yeniliklər yaranmışdır ki, son illərin elmi yeniliklərini əks etdirən “Naxçıvan arxeologiyası” kitabını yenidən nəşr etməyə zərurət yaranmışdır.

 

Vəli Baxşəliyev

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir