“AqRA” Elmin İnkişafına Dəstək İctimai Birliyinin (AqRA EİDİB) Azərbaycan Respublikasının Milli Arxiv idarəsində təşkil olunan 183 nömrəli fondu barədə qısa mə`lumat.

     “AqRA” Elmin İnkişafına Dəstək İctimai Birliyinin (AqRA EİDİB) Azərbaycan Respublikasının Milli Arxiv idarəsində təşkil olunan 183 nömrəli fondu barədə qısa mə`lumat.

    “AqRA” Elmin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycanın hərtərəfli, çoxşaxəli tarixinin, etnoqrafiyasının, mədəniyyətinin, elminin dərindən və hərtərəfli öyrənilməsi, özümüzün bunları bilməsi və dünyaya çatdırılması məqsədi ilə tə`sis edilmiş və 28 sentyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə nazirliyində qeydiyyatdan keçirilmişdir.

     İctimai birliyi adlandıran Dahi Vahid Rzayev (22.04.1947 -21.09.2018) olmuşdur -Aq -ağ; RA -İŞIQ deməkdir –“Ağ İşıq” -Elm anlamına gəlir.
     İctimai birliyin hazırda (2023 -cü ilin dekabrına) 30 -a yaxın üzvü; 5 nəfər “FƏXRİ ÜZVÜ” vardır. Bunlar: Vahid Rzayev, Fikrət Rzayev, Əjdər Fərzəli Elman Əliyev və Məhərrəm Zamandır.

Onların “FƏXRİ ÜZV” seçilməsinin səbəbləri və arxivə təhvil verilən materiallarda daxil gedən sənədəri barədə qısa mə`lumat:

1.Vahid Zeynal oğlu Rzayev (22.04.1947 -21.09.2018) bu yer üzünün bəşəriyyətinə BÖYÜK YARADAN DEYİMLƏRİ olan “YARANIŞ” KİTABINI gətirib çatdırmış və Həmin Kitabı 1999 -cu ildə Bakıda Nəsirəddin Tusi adına Azərbaycan Pedoqoji İnstitutunun mətbəəsində azkiril əlifbası ilə çap etdirmişdir. Həmin Kitabın əlyazmaları və Özünün digər əlyazmaları 183 nömrəli fondda “Vahid Rzayevin “Yaranış” kitabının əlyazması.” adı altında gedən 13 dəftərdən ibarətdir, hazırda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində saxlanılır (“ümumi fond nömrəsi 183 Fond № 1 Siyahı № 1 Daimi saxlanılan işlər” adı altında 100 -124 sıra nömrələri arasında qeyd edilmişdir). Mətnlər Vahid Rzayevin Öz dəsti -xətti ilə Azərbaycan dilində azkiril əlifbası ilə yazılmışdır. Vahid Rzayev öz yazılarında qeyd edir ki, “YARANIŞ” KİTABINA daxil Olan Deyimlər ikinci dəfə BÖYÜK YARADAN Tərəfindən diktə edilmişdir -birinci ilə eynilik təşkil edir; “ilk variantı dərindən düşünmədən yandırmışdım -1998 ci ilin 24 oktyabrında yenidən BÖYÜK YARADAN Tərəfindən diktə edildi.”

     

 

   

  1. a) Milli Arxiv İdarəsində Vahid Rzayevə aid 3 bağlamada (9;10;11) 111 sənəd saxlanılır -bunlar ümumilikdə 2579 səhifə əlyazması təşkil edir.
    Vahid Rzayevin ümumiyyətlə çap olunmuş 7 Kitabı vardır. Bütün Kitabların hammısı Əsas Kitab Olan “YARANIŞ” KİTABININ Açıqlamalarına xidmət edir. “YARANIŞ” KİTABI Həzrəti Zərdüştün gətirdiyi “Avesta”nın Təkmil variantı Vahid Rzayev Zərdüştün Davamı -Davamçısıdır.
    b) AqRa Elmin İnkişafına Dəstək İctimai Birliyinin fonduna daxil olan kitabların “S İ Y A H I S I”nda (sıra nömrə 90 -98) Vahid Rzayevin Müəllifi olduğu 9 kitab (azkiril və azlatın əlifbaları ilə -o cümlədən 3 kitab Fikrət Rzayevlə birgə) da daxil edilmişdir. “İŞIQ, ZƏRRƏ” Kitabı isə (2023) Vahid Rzayevin 2015 -2018 ci illərdə Fb -dakı şəxsi profilində gedən materialların bir yerdə nəşridir. Özü bu yer həyatında olarkən “AqRA” EİDİB tərəfindən“ekektron kitab” halına salınmışdı..
        c) Bundan başqa “AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyi tərəfindən təqdim edilmiş kompakt disklərin, kasetlərin və fləş kartların S İ Y A H I S I”nda 24 (59 -83) ədəd elektron daşıyıcı Vahid Rzayevə aid (əsasən Fikrət Rzayev tərəfindən hazırlanıb -qismən onun özünə də aid materiallar vardır) və Vahid Rzayevlə Fikrət Rzayevin İLAHİYYAT ELMİ barədə söhbətini əks etdirən 12 kasetdəki səs yazıları da daxil edilmişdir. Bu səs yazıları əsasında “YARANIŞ” KİTABININ Açıqlamalarına xidmət edən “YARANIŞ” haqqında söhbət l, ll, lll hissə”lər adlı Kitablar 1999 -2000 -ci illərdə Bakıda “Nərgiz” nəşriyyatında azkiril əlifbası ilə çap olunub. Həmin siyahıda 84 nömrəli sıra nömrəsində gedən “01 Vahid Rzayevin əlyazmalarının elektron variantı” adlı bölümdə Vahid Rzayevlə Fikrət Rzayev qardaşlarının İLAHİYYAT ELMİ barədə söhbətini əks etdirən 12 kasetdəki səs yazılarının orjinaldan elektronlaşdırdığımız variantı da daxil edilmişdir.
        MaRAQlananların Diqqətinə Vahid və Fikrət Rzayev qardaşlarının 2000 -ci ildə  tərtib etdikləri “Prospekt”in mətnini təqdim edirik:

 

“OXUCULARIN NƏZƏRİNƏ

    “Digər varlıqlar kimi Yer üzünün bəşəriyyəti də Böyük Yaradanın daim Nəzərindədir. O, Yaradır. Yaratdığının inkişafı qayğısına qalır. Yeri gəldikcə, vaxtdan- vaxta daha da Bilgiləndirərək həqiqi azaldığa doğru istiqamətlər Göstərir. Odur ki, Özünün Mərhəmət və Lütfündən Yer üzünün bəşəriyyətinə Müqəddəs “Yaranış” Kitabını (Diktə və uyğun haddisələri sinxron Göstərmələri yolu ilə) Göndərmiş və o, 1999-cu ilin mayında Bakıda çap edilmişdir.

    Kitabda Böyük Yaradan Özü, Müqəddəs Ağ geyimliləri (Mələkləri) haqqında mə’lumatla yanaşı bəşəriyyətin və heyvanlar aləminin yaradılması səbəbləri barəsində, Kainatın, günəşlərin və planetlərin o cümlədən Yerin quruluşu, hərəkətləri haqqında insanlara bilgilər Vermişdir. Burada Kainatın və bəşəriyyətin yaranışının ilkin və sonrakı çağları, fərdlərin canlılar aləminə gəlişinin və qayıdışının mə’na və mahiyyəti, həyatda davranış normaları, Yer üzünə və digər yaşayış planetlərinə (cəmi 6 planet) İlk Müqəddəslərin və sonrakı Göndərilənlərin (Peyğəmbərlərin) Göndəriş məqamları barəsində və bir çox digər məsələlərdən bəhs edilir.

    Kitabın tam dərk edilməsi üçün oxucunun bir çox yeni, indiyə kimi mə’lum olmayan bilgilərə yiyələnməsi tələb olunur. Müəyyən qədər bu işə xidmət edən ““Yaranış” haqqında söhbət” (3 hissədən ibarət) və “Ümidimiz Sənədir” kitabları 1999-2000-ci illər ərzində çap edilmişdir. Bu kitablarda “Yaranış” kitabı ilə tanış olmuş bir sıra oxucunun maraqlarına və suallarına müvafiq mövzular seçilmiş, söhbətlərin əsas məqsəd və məzmunu Deyimlərin qismən olsa da, açıqlamalarına yönəldilmişdir. Bundan başqa bu kitablarda İlahiyyat Elminin ilkin materiyasının və göy cisimlərinin nədən ibarət olduğunu və onların quruluşlarının, hərəkətlərinin daha da geniş və dərindən  dərk edilməsi və onun əsasında müasir elmlərin, xüsusilə fiizkianın və astrofizikanın bundan sonra yeni istiqamətlərə yönəldilməsi üçün çalışılmışdır. Həmçinin burada yeri gəldikcə Böyük Yaradanın “Yaranış” Kitabından əlavə son vaxtlarda davam edən yeni Deyimlərinə də istinad edilmişdir.

    Bu kitablar insanın özünün və onu əhatə edən dünyamızın, ümumiyyətlə Kainatın varlıqlarının hansı bir xüsusiyyətlərə malik olmasının və onların insanlar tərəfindən də qorunması lüzumunun dərkiyyatı üçündür və yeni, əlavə bir din yaymaq xarakteri daşımır, bunun üçün nəzərdə tutulmamışdır. (Aydındır ki, bu cür dini qruplaşmalar həddindən artıq, qat-qat izafidir və bəşəriyyəti çaşdıraraq. Birliyi pozmadadır.) Kitablar həmçinin siyasi və inzibati, dövlət quruluşları və ya ictimai formasiya məsələlərinə toxunmur. Ona görə də sitayiş etdiyi (yaxud da etmədiyi) dinindən, siyasi əqidəsindən, yaşından, cinsindən, milliyətindən, tutduğu vəzifəsindən, savadlılıq dərəcəsindən, sosial durumundan asılı olmayaraq nəzər-diqqətinə təqdim edilən “Yaranış”haqqında söhbət” və “Ümidimiz Sənədir” kitabları haqqında müəlliflərlə fikrini qərəzsiz, çəkinmədən, açıqca bölüşmək və ya əlavə mə’lumatlar almaq istiyən hər bir oxucuya əvvəlcədən təşəkkürlər edirik.

İnsanlıq bəşəriyyət Qalxışda, İşıqda olsun!

Vahid və Fikrət Rzayevlər.
   

    “AqRA” EİDİB tərəfindən Milli Arxiv İdarəsinə təhvil verilən Vahid Rzayevin materiallarında -keçmiş dövrlər; bu günümüz; gələcəklə bağlı bilinməyən  mə`lumatlar, informasiyalar, bilgilər öz yerini tutmuşdur.
    Bu bilgilər həm Azərbaycana həm də dünyaya aiddir.
 

    Əlyazmalarında və yuxarıda göstərilən digər mənbələrdə gedən mətnlərin və materialların  heç də hamısı nəşr olunmamışdır. Bunun səbəbi bir hissəsinin Özü bu yer həyatında olarkən bə`zi yazıların “yayılmasının vaxtının çatmaması” olması qeyd olunur, bir hissəsi isə “kifayət qədər maddiyyatın olmaması” üzündən olmuşdur.
    Həmin əlyazmalarda bəşər övladının bilmədiyi bir çox bilgilər vardır.
    Buna misal olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev barəsində yazdığı:        “…430 il əvvəl (Heydər 74 yaş) (mətn Vahid Rzayev tərəfindən 1997 -ci ildə yazılıb, Heydər Əliyevin bu yer həyatında olan yaşına işarədir.. -“AqRA EİDİB) ayrılan ayrıldı.Zərrədən zərrə ayrıldı.
Heydər ayrıldı.
Böyük Yaradan onu Heydəri hifz etdi hazırladı. Azərbaycana xilas dedi.
Azərbaycana hazırlanan hazırlandı..”
    “…Belə bəşərlər çox-çox az gələr, min illərdən, min illərdən daha da gec-gec gələr. Amma gələr. Heydər, beş böyük işıqlı konstruksiyalar quraşdırdı səmalarda, Özü də bilməz amma qurasdırır, quraşdırdı.

Zaman-zaman o, o beş işıq toplumunu birləşdirəcək quracaq. O bes işıq qurumu Böyük Yaradan baxışından, bir işıqdır. O işıqdan çox qitələr, xalqlar da işıq payı alar.

Böyük Yaradan işığını konstruksiyaların yaranıb birliyini Heydər tərənnüm edər, Böyük Yaradan onları uzun müddətlərə bərpa edər.

Heydər göndəriləndir, gələn yox.

(Heydər Əliyev)

Vahid Rzayev.

1997 -ci il.”

 

Ümumi siyahıda aşağıdakı sıra nömrələrindəki:

  1. Vahid Rzayevin oğlu Turqutbəy Rza-zadənin “Buta”, “Ərəstun” məqalələri və şe`rlərinin əlyazmaları cəmi 169 vərəqdə sənəd də daxil edilmişdir.
  2. Vahid Rzayevin oğlu Turqutbəy Rza-zadənin tərcümeyi halına aid sənədlər (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi, hərbi bilet) 6 vərəqdə 3 sənəd daxil edilmişdir.

AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyi tərəfindən təqdim edilmiş kompakt disklərin, kasetlərin və fləş kartların S İ Y A H I S I”nda gedən

84 -cü sıra nömrəsində “01 Vahid Rzayevin əlyazmalarının elektron varintı” başlığı altında 5 faylda gedən 4 dəftəri və “YARANIŞ” KİTABININ fotosu 2019 -cu ilin qışında Vahid Rzayevin oğlu Turqutbəy Rza-zadə tərəfindən qızı Fəxriyyə Rzayeva və Mirələkbər Seyidovun, həyat yoldaşı Sevilə xanımın iştirakı ilə Naxçıvan şəhərində Fizuli küçəsi, 6 ünvanında hazırlanmışdır, bunlar aşağıdakılardır:
“Vahid Rzaevin Əl Yazmaları Dəftər 1”
“Vahid Rzaevin Əl Yazmaları Dəftər 2”

“Vahid Rzaevin Əl Yazmaları Dəftər 3”
“Vahid Rzaevin Əl Yazmaları Dəftər 4”
“YARANIŞ KİTABI 1999  foto”
Həmin siyahıda 64 -83 -cü sıra nömrələrində gedən Vahid və Fikrət Rzayevdən qalan elektron daşıyıcılarla “YARANIŞ” KİTABI, “YARANIŞ” Haqqında söhbət” I, II, III hissələr”, “ÜMİDİMİZ SƏNƏDİR” Kitabları tutuşdurulmuş son variant olaraq özlərindən bizlərə miRAs olaRAQ qalan elektron daşıyıcılar əsas götürülmüş -onlara əsasən lazımi dəyişikliklər aparılmışdır. 2023 -cü ildə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “YARANIŞ” və “ÜMİDİMİZ SƏNƏDİR” Kitabları nəşr edilərkən də bu prinsip əsas götürülmüşdür.

2023 -cü ildə “AqRA” EİDİB -nin sənədləri Azərbaycan Respublikasının Milli Dövlət Arxiv İdarəsinə təhvil verilmək üçün hazırlarkən 7 dəftərinin fotosu  ictimai birliyimizin İdarə He`yətinin üzvü Həsən İsmayılovun xahişi ilə kiçik qardaşı Möhsün İsmayılov tərəfindən çəkilmiş və bizə təqdim edilmişdir. Bunlar aşağıdakı başlıqlı elektron qovluqlardır:

“Vahid aprel 2005 Bakı”
“04.2005 lə başlayan”
“1999 Vahid Rzayev + 4 səhifə QuRAnla bAĞlı”

“2012 Vahid Rzayev”
“2014 Vahid Rzayev”
“2015 Vahid Rzayev”

“Ümumi dəftərdə əlavə əlyazmaları”.
 
84 -cü sıra nömrəsində gedən “01 Vahid Rzayevin əlyazmalarının elektron varintı” başlıqlı elektron qovluğa Vahid Rzayevlə Fikrət Rzayevin İLAHİYYAT ELMİ barədə söhbətini əks etdirən 12 kasetdəki səs yazılarının elektron variantı da daxil edilmişdir. Bu səs yazıları əsasında “YARANIŞ” KİTABININ Açıqlamalarına xidmət edən “YARANIŞ” haqqında söhbət I, II, III hissə”lər adlı Kitablar 1999 -2000 -ci illərdə Bakıda “Nərgiz” nəşriyyatında azkiril əlifbası ilə çap olunub. Həmin 12 kasetin orijilanı isə bizə -Naxçıvana ictimai birliyimizin üzvü Nizami Alıyev vasitəsilə Türkiyədən göndərən Fikrət Rzayevin oğlu Anar Rzayev olmuşdur. Onların elektron formata salınması işini isə Emin Yisif oğlu Dünyamalıyev görüb, ümumiyyətlə Emin Dünyamalıyev və İdarə He`yətinin Üzvü Həsən İsmayılov bizim işlərin qabağa getməsi üçün çox köməkliklər etmişdir. Bunlarla birgə ictimai birliyimizin üzvü Milli Arxiv idarəsinin əməkdaşı Mircamal Seyidov və onun oğlu Mirmehdi Seyidov da Vahid Rzayevin materiallarının hazırkı vəziyyətində arxivə təhvil verilməsində önəmli xidmətləri vardır.

 

  1. Fikrət Həsən oğlu Rzayev (16.08.1936-28.02.2013) barədə materiallar:
    Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilən sənədlərdə 5 saylı bağlamada 49 -58 saylı qovluqlardakı 737 səhifədə 79 sənədi əhatə edir.
    Təhvil verilən kitablar bölümündə Vahid Rzayev, Fikrət Rzayev “YARANIŞ” Haqqında söhbət I, II, III hissələr”; Fikrət Rzayevin “Söz” (ayrıca kitab kimi); “Söz. Söz konstruktorluğu. Sözün sirri” kitabları da vardır.

     Fikrət Rzayev Vahid Rzayevin anabir qardaşıdır. 1997 -ci ilədək Vahid Rzayevin heç kimə “Aldığı bilgiləri açmaq” icazəsi olmamışdır. 50 yaşının tamamına yaxın Ona bu “İcazə BÖYÜK YARADAN TƏRƏFİNDƏN Verilmiş” və O həmin bilgiləri Fikrət Rzayevə açmağa başlamışdır və nəticədə onlar 1999 -cu ildə “YARANIŞ” KİTABI”nı; 1999 -2000 -ci illərdə 12 ədəd maqnitofon kasetinə yazılmış səs yazıları əsasında (hər biri +1 saat) “YARANIŞ” KİTABI”nın açıqlamalarına xidmət edən “YARANIŞ” Haqqında söhbət I, II, III hissələr” “ÜMİDİMİZ SƏNƏDİR” Kitablarını nəşr etdirmişlər; (hamısı azkiril əlifbası ilə); Daha sonra 2003 -cü ildə isə Fikrət Rzayevin ön sözü ilə Vahid Rzayevin  “Kainatlardandır Yaranışımız” Kitabını nəşr etmişlər. Fikrət Rzayev əsasən işin texniki tərəflərini yerinə yetirmiş və nəşr olunan  Kitablara ön söz yazmışdır (“ÜMİDİMİZ SƏNƏDİR” Kitabı xaric).
Eyni zamanda Fikrət Rzayevin özünün  “dünya dilçiliyi” barədə önəmli araşdırmaları olmuşdur.
     Fikrət Rzayev riyaziyyat, fizika elmlərindəki qanunauyğunluqları dildə axtarıb tapa bilmişdir. Bu elmlərdəki qanunauyğunluqları dildəki sözlərə tətbiq etməyi bacarmışdır. O, maddənin və enerjinin itməməsi qanunlarını ayrı-ayrı hadisələri, əşyaları, predmetləri bildirən -adlandıran sözlərdə də müşahidə etmişdir.
   O üç kitabın: “Söz”; “Sözün sirri, səsin sirri”; “Söz konstruktorluğu” Kitablarının müəllifidir.       Bu kitabları “AqRA” EİDİB nəşr etdirmiş və təqdimatlarını keçirmişdir.
   “Söz” kitabının əlyazması ilə tanış olanlardan biri də, Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetin professoru, ”Ümumi dilçilik” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Afat Qurbanov olmuşdur. Onun məsləhəti ilə, bu kitabın sonluğuna əlavə olaraq, qardaşı Vahid Rzayev ilə birlikdə yazdıqları ”Dilin yaranmasına dair “İlahi nəzəriyyə” fəsli də əlavə edilmişdir.
    “AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyi tərəfindən təqdim edilmiş kompakt disklərin, kasetlərin və fləş kartların S İ Y A H I S I bölümündə 59 -83 cü sıra nömrəsi ilə qeyd olunan 24 ədəd elektron daşıyıcıları hazırlayan Fikrət Rzayev olmuşdur. Bundan başqa “həmin siyahıda” F.Rzayevin hər üç kitabının elmi redaktoru olmuş, professor Buludxan Xəlilovun Fikrət Rzayevin tədqiqatları barədə müsahibəsi də vardır.

 

Əjdər Fərzəli (Əjdər Əliş oğlu Fərzəliyev 1937 -2011) barədə materiallar:


3 və 4 saylı bağlamada  32-44 sıra nömrəsini əhatə etməklə 209 sənəd 1547 vərəq təşkil edir.

Burada Əjdər Fərzəlinin 2005 ci ildə rus səyyahı (dünyanın hər yerində Həzrəti Nuhun gəmisini axtaran) A.N. Polyakova cavab olsun deyə özünün 2002 -ci ildə nəşr etdirdiyi “Gəmiqaya-Qobustan Əlifbası” kitabının üzərində yenidən işləyərək birbaşa rus dilində nəşr etdiyimiz (2005, Qapp-poliqraf) “Ноев kовчег и Гямигая-Гобустанский алфавит” kitabının əlyazma materialları, həmin kitabın AqRA EİDİB tərəfindən yenidən nəşr edilməsi (2014) barədə materiallar, qəzetlərdə gedən məqalə və yazıları, Əjdər Fərzəlinin əsərlərinə yazılmış rə`ylər və sair materiallar öz yerini tapmışdır.
    “AqRa Elmin İnkişafına Dəstək İctimai Birliyinin fonduna daxil olan kitabların S İ Y A H I S I bölümündə Əjdər Fərzəlinin 7 kitabı vardır.
    “AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyi tərəfindən təqdim edilmiş kompakt disklərin, kasetlərin və fləş kartların S İ Y A H I S I bölümündə Əjdər Fərzəliyə aid “Nuh Gəmisi, Gəmiqaya-Qobustan Əlifbası kitabı”nın elmi müzakirəsi; 80 illik yubileyinin keçirməyimiz barədə materiallar vardır.

    Görkəmli Azərbaycan Ziyalısı Elman İslam oğlu Əliyev (1959 -2011) barədə 2-ci bağlamada 91 səhifədə 26 sənəd vardır.

    Elman Əliyev “Olduğu və göründüyü kimi” kitabı Məhərrəm Zamanın nəşriyyatında Mirələkbər Seyidovun əlaqələndirməsi ilə nəşr olunub. Kitabda onun haqqında görkəmli ziyalıların yazıları öz əksini tapmışdır.

    Bununla yanaşı həmin Kitabın 275 -291-ci səhifələrində Elman Əliyevin şəxsi və Ziyalı xüsusiyyətləri ilə birgə 2005 -ci ildə arxasında haylar duran A.N.Polyakovun Naxçıvana etdiyi informasiya hücumu haqda Mirələkbər Seyidovun mə`lumatları da öz yerini tutmuşdur; bu məsələ -yə`ni Ermənilərin Naxçıvanla bağlı ərazi iddiaları və onun qarşısının alınması barədə 2 saylı bağlamada bu işdə Elman Əliyevin də xidmətlərini əks etdirən 200 səhifəlik 64 sənəd mövcuddur.
    “AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyi tərəfindən təqdim edilmiş kompakt disklərin, kasetlərin və fləş kartların Siyahısında da Onun haqqında materiallar mövcuddur (16; 47; 55).

    Dəyərli Azərbaycan Ziyalısı Məhərrəm Zamanın -Məhərrəm Qəhrəman oğlu Zamanov (1959- 2013) haqqında
    5 -ci bağlamada 147 səhifədə 31 sənəd vardır.
    O Birinci Qarabağ müharibəsi iştirakçısı və qazisidir -müharibə başlayanda Xarkovda biznesini bir kənara qoyub Azərbaycana geri dönmüş və Qarabağda vuruşub II dərəcəli qazi olmuşdur.
    10 -dan çox kitabın müəllifidir. “Başsız meyit”; “Hava canavarı”; “Qızılı saçlı”; “Həqiqətin məkanı”; “Maxtalı”; “Əfqanıstan şahini”; “erməni vandalizminin iç üzü”… Mirələkbər Seyidovun təklifi ilə Azərbaycanın Özbəkistanda və Mərkəzi Asiya respublikalarında ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Aydın Əzimbəyov haqqında – “Tarixlə səsləşən ömür yolu” (117) kitabında gedən “Körpü” povestini yazmışdır. Müəllifi olduğu bir neçə kitab (115; 116) əlavə olunur. Aydın Əzimbəyovla bağlı “Tarixi yaşadan bir ömür yolu” çəkilməsi nəzərdə tutulan tammetrajlı bədii filmin sinopsisinin müəllifidir (2 saylı bağlama; 3 sənəd 14 vərəq).
    “AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyi tərəfindən təqdim edilmiş kompakt disklərin, kasetlərin və fləş kartların Siyahısında da onun haqqında materiallar mövcuddur (14; 15; 32; 34). 

    “AqRA” EİDİB -nin Fəxri Üzvlərindən başqa ictimai birliklə əməkdaşlıq edən bir çox Ziyalılar, alimlər, təşkilatlar önəmli şəxslər barədə materiallar və kitablar 183 nömrəli fonda daxil edilmişdir. Bunlardan bir qismi:
-Musiqişünas və görkəmli tarzən Əkrəm Məmmədli və oğlu Kənan Məmmədli;
-Azərbaycanın Özbəkistanda və Mərkəzi Asiya respublikalarında ilk fövqəladə və səlahiyyətli səfiri Aydın Əzimbəyov;

-“AqRA” EİDİB -nin İH -nin üzvü doktor Asif Kəngərli;
-Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbinə dair müxtəlif materiallar;
-Ramiz Dənizin (Qasımov) yaradıcılığına aid materiallar;
-AR -nın “Təhsil” cəmiyyətinin fəaliyyəti ilə bağlı materiallar.
-Bəstəkar Ramiz Mirişli ilə özəl müsahibə…

“AqRA” Elmin İnkişafına Dəstək İctimai Birliyinin (AqRA EİDİB) İdarə He`yəti adından Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi professor Əsgər Rəsulova, Milli Arxiv İdarəsi yanında “İdarə sənədlərini qaydaya salan mərkəz”in rəhbəri Sevinc Xanım Tahirovaya, həm milli arxiv idarəsinin həm də sənədlərimizi qaydaya salan və qoruyan əməkdaşlarına Təşəkkür Edirik!!..
Bu sənədlər Azərbaycanımızın MİLLİ SƏRVƏTİDİR!!!!!!!

 

24 dekabr 2024 -cü il.

Arxivə təhvil verilən sənədlərin pdf formatda siyahısı: Yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir