Azərbaycanda Sualtı tədqiqatlar aparılıb

Azərbaycanda sualtı arxeoloji tədqiqatların tarixi 1968-ci ildən başlayır. 1968-1986-cı illərdə Viktor Kvaçidze Abşeron yarımadası, Salyan rayonu, Bakı buxtası və s.yerlərdə tədqiqatlar apararaq 4.000-dən artıq eksponat toplayıb.
                  
2024-cü ildə AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Xəzər dənizində arxeoloji tədqiqatlar” ekspedisiyası t.e.d. professor Abbas Seyidovun rəhbərliyi ilə 27.08.2024-12.09.2024-cü il tarixlərdə – 17 gün Zirə, Pirallahı sahillərində, Şəhri-Gürqanda sualtı tədqiqatlar aparıblar. Axtarışlar gələcəkdə böyük işlərin başlanması üçün uğurlu olub.
 
Abbas Seyidov 
Tarix elmləri doktoru, professor.
 AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Xəzər dənizində arxeoloji tədqiqatlar” ekspedisiyasının rəhbəri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir