Əjdər Fərzəlinin “ Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” adlı əsərinə rəy
Mərhum alim Əjdər Fərzəlinin “ Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” adlı əsərində maraqlı və çox aktual olan bir çox məsələlərə toxunmuşdur. Dünya tarix və dilçilik, həmçinin epiqrafiya elmində yazının yaranma tarixi haqqında XX əsrdə qəbul edilmiş konsepsiyaya görə bəşəriyyətin səsli işarəyə keçidi fonoqrafik yazı olaraq, son hədd hesab edilir. Bu yazı növünə keçidə qədər bütün insanlıq 3 böyük dövrdən-piktoqrafik, ideoqrafik və silloqrafik yazıdan keçmişdir. İnkişafın bu növünü, yəni yazının təkamül növünü danmaq mümkün deyildir. Çünki heç bir xalq öz tarixində və mədəniyyətində birdən – birə əlifba kəşf etməmişdir. Adıçəkilən elmlərin bu konseptual məsələsinin həllində maddi-mədəniyyət qalıqlarına əsaslanan
arxeologiyanın rolu danılmazdır. Bu səbəbdən arxeologiya elminin təsdiqi olmadan hansısa yeni və daha qədim əlifbanın mövcudluğunu bu gün tam olaraq qəbul etmək düzgün olmazdı. Bu qəbildən son illərdə bir çox elm sahələrində – əsasən humanitar sahədə – folklorda, dilçilkdə və digər sahələrdə tarixi hadisələrin yeni şərhi üçün müəyyən nəzəriyyələr irəli sürülür. Məşhur etnoloq Levi-Stross hələ keçən əsrdə belə bir maraqlı fikir söyləmişdi- XXI əsr ya humanitar elmlərin inkişafı dövrü olacaq, ya da heç olmayacaq. Bu fikir günümüzdə özünü döğruldur. Ə.Fərzəlinin öz ideyalarını təsdiqlədiyi bir çox iqtibaslar da məhz yaşadığımız əsrə aiddir. Bu həm də müəllifin irəli sürdüyü Gəmiqaya-Qobustan əifbasının kiril əlifbası ilə oxşar və fərqli cəhətlərinin analizi zamanı bəzi əcnəbilərin ən yeni tədqiqatlarında özünü göstərir.
Sözsüz ki, dünya arxeoloqları aşkar etdikləri cürbəcür maddi-mədəniyyət nümunələrində bəzi hallarda naxışlara bənzər hansısa cizgiləri , işarələri əşyaların, tikililərin təsviri, rəsmi qeydiyyatı zamanı qeydə alırlar. Amma arxeologiyada interpretasiya-elmi izah sırf fantaziyalara, yaxud ehtimallara söykənə bilməz. Arxeoloji materiallar sırasına həm də numizmatik və epiqrafik yazı nümunələri aiddir. Bu materiallarda da eynilə bəzi xətt numunələrinə bənzər elementlər təkrarlanır. Burada artıq arxeoloji yanaşma daha “soyuq” olaraq, ən azından materialın hansı funksiyalar daşımaq məqsədi üçün hazırlandığı nəzərdən keçirilir və ilkin dövrdə müqayisəli analiz vasitəsilə dövrləşmə məsələsi dəqiqləşir. Burada digər məsələlər də önəmli faktordur.
Beləliklə, uzun müddət numizmatika elmi ilə məşğul olan bir insan kimi mənə bu kitab sikkələr üzrində olan damğaların simvolollarının dəqiqləşdirilməsi üçün maraqlı oldu. Amma oxuduqca burada ayrı bir fəlsəfənin olduğunu başa düşdüm. Bu fəlsəfi fikir tarixinin tək Allahlıga bağlılığı nə qdər maraqlı olsa da , axtardığım bir çox problemlərin həllini əsərdə tapa bilmədim. Bundan başqa qeyd etmək istərdim ki, bir neçə il bundan öncə Azərbaycan arxeoloq alimlərindən İ.Əliyev eynilə Abşeron qayaüstü rəsmlərindən bəzi qruplarda- Dübəndidən, Qaladan, Türkandan və digər kəndlərdən aşkar edilmiş daşlar üzərində olan obrazlara görə Şumerlərə aid edilən Dimmuz əfsanəsinin elementlərini qələmə alaraq maraqlı bir kitab çap etdirmişdir. Eynilə Ə.Fərzəlinin də bu məqama toxunaraq yalnız Gəmiqaya, Qobustan abidələrlinə önəm verməsi əslində Abşeron abidələrinin heç adının belə çəkilməməsi də vardır. Halbuki hər anlamda bu abidələrüin üzərində olan işarələr, piktoqrafik yazı nümunləri, bəzi ideoqrafik elementlər qorunub saxlanılmaqdadır.
Beləliklə, həm numizmatik materialar üzərində- islamaqədərki və islam dövründə ayrı-ayrı türk mənşəli hökmdarlar tərəfindən zərb ediln sikkələrdəki elementlər bizə əlifba kimi yox, müəyyən mənaların açılmasını verir, yəni ideoqrafik işarələrdir.Bu damğaları yenidən mərhum müəllifin tərtib etdiyi əlifba ilə oxumaq cəhdim əslində mənə eyni qaydada ümumi simolları təyin etməyə kömək etdi. Amma hansısa bir söz və yaxud ifadəni mən konkret olaraq oxuya bilmədim. Ola bilər ki, bu iş çox mürəkkəbdir, yaxud belə elementləri təyin etmək üçün dilçi kimi onları araşdırmaq lazımdır. Digər tərəfdən, XXI əsrdə insanlıq yenidən kompyuter texnologiyalarında, bir çox elm sahələrində eynilə ayrı-ayrı işarələrlə sanki yazıdan imtina edərək, ideyaları kiçik işarələrlə dünyaya çatdırmağa çalışır. Bu aspektdən baxdıqda da kişik bir yol işarəsinə , sosial şəbəkə, media, həkim yazısına baxdıqda eynilə çox qədimlərdə olduğu kimi insanların az vaxt sərf edərək, kiçik səthlərə lazımi ideyanı çatdırmaq cəhdini müşahidə etməkdəyik. Bunun üçün də Gəmiqaya, Qobustan, Türkan, Kəlbəcər, Göyçə gölü ətraflardakı yazı elementləri və onlarla bizlərin bu gün itirdiymizi işarələr sözsüz ki, bizlərə, gələck nəsillərə hansısa vacib informasiyanı çatdırmaq üçün qayalarda, daşlarda yazılmışlar. Amma mən yenə də öz fikrimdə qalıram. Bu işarələr bütün dünyaya aiddr, onların izahı hər xalqın öz mədəni inkişafı çərçivəsində anlanılır və bu səbəbdən də ayrıca bir əlifba kimi qəbul etmək üçün yetərli elmi faktlar kifayət deyildir. Müəlifin yazdığı kimi – bunu təsdiq etmək üçün qərəzsiz arxeoloqlar nəsli yetişməli və yenidən qazıntılarla ya bu fakt təsdiq edilməli və bütün dünyaya mərhum alimizin yazdığı kimi çatdırlımalı, ya da elmin inkişafı üçün hələ çox işlər görərək, bu gün yalnız işləməliyik.
Hər bir alimin zəhməti çox ağır proseslərdən keçir. Buna görə də mərhum alimmiiz Əjədər Fərzəliyə dərin hörmətlə yanaşaraq, ona rəhmət diləyirəm.Ümid edirəm ki, onun davamçıları bitirmədiyi məslələri öyrənərək , dünya elminin inciləri sırasına qəbul etdirəcəklər.
BDU-nun baş müəllimi, tarix ü.f.d. Qənirə Pirquliyeva.