Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən
İsa Həbibbəyli: (çıxışından)
Gəmiqaya mövzusu, NUH Peyğəmbər mövzusu Azərbaycan həyatında əslində qədim köklərə malik olan bir mövzudur.Lakin sovet rejimi dövründə xalqın ən qədim kökləri ilə baglı olan məsələlər rəsmi qadagan olunmasa da: əslində müzakirəyə çıxarılması, tədqiqat aparılması məhdudlaşdırılan mövzulardan biri idi. Ona görə də 20-ci əsrin sovet hakimiyyəti illərində Gəmiqaya mövzusu ətrafında barmaqla sayılan azsaylı məqalələrdən başqa heç bir ciddi elmi tədqiqatlar aparılmayıb-yoxdur,meydana çıxmayıb.O dövrdə Əbülfəz Hüseyni,Vəli Əliyevdən başqa bir iki müəllifi də saymaq olar.
Beləliklə Gəmiqaya mövzusu diqqətdən kənarda saxlanılan,elmə açıq olmayan bir mövzu idi.
Qobustan isə açıq səma altında oldugu üçün,onun üzərində Peygəmbər adı olmadıgı üçün,böyük şəhərə yaxın oldugu üçün elmə tam açıq mövzu idi.Ona görə də Böyük Vətən müharibəsindən əvvəl başlanan və ondan sonra da davam edən tədqiqatlar genişlənib:ayrıca Qobustan elmi tədqiqat mərkəzi var,qobustanşünaslıq istiqamətində Azərbaycan alimlərinin gəldiyi nəticələr,nəşr etdirdiyi kitablar Azərbaycan tarix elminin,Azərbaycan ictimai elminin böyük nailiyyəti sayıla bilər.
Qobustan ayrı öyrənilib,Gəmiqaya ilə əlaqədən heç danışılmırdı, həm də Gəmiqaya isə, dediyim səbəblərdən heç öyrənilməyib.
Nəhayət Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra soy-kökümüzü araşdırmaqla əlaqəli bir çox mövzular,o cümlədən Gəmiqaya mövzusu da xalqın və alimlərin üzərinə açıldı və bir sıra tədqiqat əsərləri ortaya çıxdı. Azərbaycan alimləri ilə bərabər xarici alimlər də bu tədqiqatlarda iştirak edib:Rusiyadan Murad Acı,Ukraynadan Vitaliy Otroşenko da bu sıradandır.
Bu əsərlər içərisində Gəmiqayadan bəhs edən alimlər: Əbülfəz Hüseyni və digərləri burada əlifba elementlərinin olmasını; Vəli Əliyev piktoqramların, piktoqrafik işarələrin olmasını bildirmişlər;AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bu işi daha da genişləndirərək burada türk-runik əlifbasının olmasını,Orxon-Yenisey əlifbasının elementlərinin olmasını elmi surətdə əsaslandırdı.Etiraf edək ki,bizim elmi ictimaiyyətdə bu yönlü elmi ehtimallar, maraqlı fikirlər,tezislər olsa da nə Gəmiqaya,nə də Qobustan əlifbası anlayişı olmamışdı.Əjdər Fərzəli Azərbaycan elmi mühitində ilk dəfə Gəmiqaya-Qobustan mədəniyyətinin bir sistem halında öyrənilməsi işinin əsasını qoydu, Gəmiqayaya agırlıq verməklə Qobustandakı qayaüstü təsvirləri də diqqətlə öyrənməklə vahid bir sistemi,vahid bir mədəniyyəti aşkara çıxardı,bu abidələrin eyni xalqa,eyni təfəkkürə,eyni mədəniyyətə,eyni kökə malik olan xalqın (bir-birindən məsafəçə nisbətən uzaq olsa da) mədəniyyətinə aid oldugunu isbat etdi və bu abidələrə kompleks yanaşma ənənəsinin əsasını qoydu.
Əjdər Fərzəlinin “Gəmiqaya-Qobustan əlifbası” kitabı 2003-cü ildə Azərbaycan dilində nəşr olunub.Ondan sonra Əjdər Fərzəli öz tədqiqatlarını davam etdirdi,onun üzərində yenidən işlədi,onu yeni müddəalarla zənginləşdirdi və 2005-ci ildə hazırkı kitab rusca cap olundu və çox minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki,onun vəfatından sonra “AqRa”Elmin İnkişafına Dəstək İctimai Birliyi bu kitabı yenidən rusca nəşrə hazırlandı. Bu Əjdər Fərzəli tərəfindən Gəmiqaya-Qobustan mədəniyyətinin öyrənilməsinə yeni bir istiqamətin açılması sahəsində önəmli bir xidmət idisə, bu kitabı 2005-ci ildə də, indi də geniş ictimaiyyətə,Azərbaycan cəmiyyətinə catdirmaq da Mirələkbər müəllim və onun mənsub oldugu quruma daxil olan şəxslərin xidmətidir.Bu diqqətəlayiq bir işdir.Etiraf edək ki,indi bizim ictimai təşkilatların,cəmiyyətlərin çoxu elm yönlü hadisələrə, mədəniyyət yönlü hadisələrə az diqqət yetirir,daha çox biznes maraqları üstünlük təşkil edir.Amma Azərbaycanda tək-tək qədim, klassik ΧΧ əsrin əvvəllərindəki milli burjuaziya ənənələrini davam etdirən,kitaba-alimə, mədəniyyət hadisəsinə, mədəniyyət abidəsinə, rəssama diqqət yetirən ictimai təşkilatlar da tədricən meydana çıxmaga başlayıb.Sizin təşkilatınız da bu istiqamətdə diqqəti cəlb edir,mən Sizin bu işinizi təqdir edirəm və qiymətləndirilməsini vacib sayıram.
Çox təəssüf ki, Azərbaycan əlifbası, Azərbaycan xalqının özünə məxsus əlifbası barədə tədqiqatlar yox dərəcəsindədir.
Bu kitab,qəbul olunub olunmayacağından asılı olmayaraq:
1) Azərbaycanın öz abidələri əsasında,Qobustan və Gəmiqaya əsasında ən qədim zamanlardan o dövrün insanlarının başa düşəcəyi,ifadə edəcəyi bir yazı sisteminə malik olmasını bir daha təsdiq edir.Bu böyük nailiyyətdir.Tariximizin çox şanlı, çox şərəfli bir səhifəsi kimi milli əlifbamızın olması haqqında danışmaga əsas verən bir kitabdır. Bu həm də milli düşüncə baxımından, vətənpərvərlik baxımından, Azərbaycançılıq baxımından, Azərbaycanşünaslıq baxımından da böyük əhəmiyyətə malikdir.
2) Gəmiqaya-Qobustan abidələrinə kompleks yanaşmanın zəruriliyini meydana çıxarır.
Əjdər Fərzəli əlifba nöqteyi nəzərindən kompleks yanaşması ilə orijinal ideyalar meydana çıxarıb,ancaq bizim tarix elmimiz,təsviri sənət-sənətşünaslıq elmimiz, cografiya elmimiz və s.Qobustanı ayrı öyrənir,Gəmiqayanı ayrı oyrənir. Bu kitab göstərir ki, Gəmiqayanı və Qobustanı bir yerdə öyrənməklə daha böyük, daha mühüm,ümummilli xarakterli nəticələr əldə etmək mümkündür və bu çox vacibdir. Bu kitab bunu bizə qətiyyətlə deməyə imkan yaradır.
Gəmiqaya abidələrinin Dünya Tufanı hadisəsini,NUH Peyğəmbər hadisəsini nəzərə almadan öyrənilməsi mümkün deyil.Gəmiqayaya böyük aktuallıq gətirən məsələlərdən biri də onun Dünya Tufanı hadisəsi ilə səsləşməsindən ibarətdir. Onun NUH Peyğəmbərlə, bəşəriyyətin babası olan NUH Peyğəmbərlə baglı öyrənilməsi ilə əlaqədardır.
Məhz Naxçıvan MR Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun “Gəmiqaya abidələrinin öyrənilməsi haqqında”kı sərəncamından sonra Gəmiqaya abidələrinin həm Bakıdakı Qobustan abidəsi ilə, həm də Dünya Tufanı hadisəsi ilə, NUH Peyğəmbər hadisəsi ilə birgə öyrənilməsinin əsası qoyuldu və nəticədə çox qiymətli elmi məsələlər meydana çıxdı.Azərbaycan elmində də, ateizm təbligatı üzərində qurulan sovet cəmiyyətində də NUH Peyğəmbərin, onunla baglı məsələlərin öyrənilməsi arxa plana keçdiyi üçün,bizim üçün- birtərəfli qaydada müsəlmanlar üçün,türklər üçün arxa plana keçdiyi üçün,xristianlar üçün isə “Bibliya”nın,onunla bərabər digər peygəmbərlərin öyrənilməsinə xüsusi maneçilik olmadıgı üçün “Bibliya”nı əsas götürərək birtərəfli qaydada NUH-u ancaq xristianların babası kimi qələmə verirdilər; xristianlıq və müsəlmanlıq isə ondan çox-çox sonralar meydana çıxmışdır.
Gəmiqaya mövzusuna bir qədər də ehtiyatla yanaşılmagının səbəbi,açıq desək,bizə qadagan olundugu dövrdə ermənilərin NUH Peyğəmbəri özlərinin peygəmbəri kimi elan etmələri olub.Hətta NUH sözünü onlar Naxçıvan sözü ilə -ilkin dayanacaq yeri kimi-oradan alıb-ermənilərin adı ilə onların (Nikitinin məqaləsində var)guya qədim tarixi ilə əlaqəli oldugu şəklində geniş ictimaiyyətə yayıblar.
Bizim elmimiz isə o zamankı məhdudiyyətlər qabagında ona cavab vermək imkanlarına malik deyildi.Beləliklə uzun zaman NUH sözü ermənilərlə bir yerdə hallandırılıb.Bizim alimlər bu məsələyə ehtiyatla yanaşırdılar ki,biz əgər NUH sözünü yada salsaq,Naxçıvan-Ermənistan məsələsini yada salmış oluruq.O zaman da ermənilər Naxçıvana iddia edirdilər,Kreml səviyyəsində iddia edirdilər və buna qarşı o zaman Naxçıvan ziyalıları öz kəskin münasibətini bildirirdilər,lap bu günlərdə Naxçıvan Pedoqoji İnstitutunun ilk rektoru olmuş tarix elmləri namizədi Əli Əliyevin Sov.İKP-nin ideoloji şöbəsinə göndərdiyi bir məktub əlimə kecdi… Eyni zamanda Naxçıvanı Ermənistana vermək cəhdlərinə qarşı Naxçıvanın yerli ziyalılarının etirazlarını ifadə edən məqamlar bizə məlumdur.Məsələn Azərbaycan MEA-nın müxbir üzvü Abbas Zamanov Bakıda keçirilən böyük yıgıncaqların birində buna etiraz etdiyinə görə onu vəzifəsindən çıxarmışdılar, partiya söralarından xaric etmişdilər.
Gəmiqayaşünasliqla bağlı, NUHşünaslıqla bağlı,Dünya tufanı ilə bağlı ümumiyyətlə mükəmməl tədqiqatlar aparılıb dünyaya yayılsa,mən deyərdim ki, Azərbaycan elminin şöhrətini daha da artıra bilər,bizim torpaqlarımızın qədimliyi, bizim torpaqlarımızın ulu babalarımıza,ən qədim zamanlardan bizim əcdadlarımıza məxsus olduğu haqqında fikirlər dünya qarşısında isbat olunmuş şəkildə təqdim olunar, Azərbaycanın bəşər sivilizasiyasının ilkin beşiklərindən biri olduğunu sübut edər…(burada məruzəçi 2 dədiqəyə yaxın Naxçıvan və Gəmiqaya ətrafı toponimləri və mifoloji mənbələri sadalayır…).
Nəhayət, Naxcıvanda NUH Peyğəmbərin məzarı haqqında ərəbdilli mənbələrdə, rusdilli mənbələrdə hələ orta əsrlərdən-xüsusən Χ1Χ-cuəsrdə məlumatlar olmasına baxmayaraq,o abidə sovet hökumətinin qadağalar rejimində aşkara çıxarılmamışdı, bərpa olunmamışdı. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi bir sərəncamı ilə Naxçıvan şəhərində NUH Peyğəmbərin məzarüstü abidəsinin bərpa olunması haqqında qərar qəbul olundu və tarixi mənbələrdə necə göstərilibsə,necə yazılıbsa, məsələn Nikitində,Sosıyevdə, başqalarında necə göstərilibsə ona uyğun şəkildə Naxçıvan şəhərində NUH Peyğəmbərin məzarı da, türbəsi də bərpa olundu (kitabın üzqabığında öz əksini tapıb). Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin 1919-1920-1921-ci illərdə NUH Peyğəmbərin məzarını naturadan çəkdiyi 4-5 şəkil meydana çıxdı.Həmin şəkillərdən ğörsənir ki,qəbir olan yerin arxasından İlanlı dağ görsənir,oradan Əshabül-Kəhfi müşahidə etmək mümkündür. Bəhruz Kəngərlinin naturadan çəkdiyi şəkillərlə bu gün tapılan məzar bir-birini tamamilə təsdiq edir,Nikitinin yazdığı təsvirlərlə,Sosıyevin yazdığı qeydlərlə bu gün tapılan məzar bir-birini tamamilə təsdiq edir.
İndi dünyada NUH Peyğəmbərə münasibətdə iki fikir hakimdir: NUH Peygəmbərin mifoloji səxsiyyət, əfsanəvi şəxsiyyət kimi sayan dairələr də vardır. Amma “Bibliya”nı tarix kimi qəbul edən xristian dünyası orada yazılanların hamısına demək olar ki,tarix kimi baxır və NUH Peyğəmbər tarixi şəxsiyyət hesab olunur(Qərbdə) və NUH Peyğəmbərin gəmisi uğrunda indi mübarizə gedir.1813-cü ildən başlayaraq NUH Peyğəmbərin gəmisinin Ağrı dağında yerə yendiyi barədə fikirləri təsdiq etmək üçün Rusiyanın,Amerikanın,Çinin bu günə qədər ekspedisiyalar apardığı bizə məlumdur(1813-cü ildən bu günə qədər Koreyada, Rusiyada,Çində on dəfələrlə,Türkiyənin özündə də aparılmışdır).Ondan sonra diqqət Cudi dagına yönəldi.Diyarbəkir-Suriya sərhəddində olan Cudi dağında da NUHun gəmisinin yerə yenməsi barədə məlumatlar vardır, 50 ilə yaxın orda da axtardılar,üzə çıxmadı.Son 20 ildə dünya ictimaiyyətinin diqqəti Naxçıvandakı Gəmiqayaya yönəlib.
Rus alimi-publisistiAndrey Polyakovun icazə alınmadan Gəmiqayaya səfər təşkil etməyi niyyətinin arxasında ora xaç yürüşü,ora slavyan,xaçpərəst-xristian möhürü vurmaq məqsədi dururdu.
Ona görə haqlı olaraq buna Naxçıvanda rəsmi olaraq icazə verilmədi,əvəzində saglam niyyətli rus alimləri də,Avropa alimləri də-əsil elmi niyyətlə gələnlərin hamısına meydan açıldı və artıq təkcə Azərbaycan alimləri yox,Rusiyada yaşayan,Avropada yaşayan, Türkiyədə, İranda fəaliyyət göstərən dünyanın tanınmış alimləri Gəmiqaya həqiqətlərini gerçək elmi nəticələr kimi dünyaya bəyan edirlər.
Beləliklə baxın:müstəqillik bizə nə verdi?
1)Sovet hökuməti zamanı qadağan olunan bir mövzu ətrafında aparılan tədqiqatlar Azərbaycanın-Naxçıvan MR-nin timsalında, Gəmiqayanın timsalında- Azərbaycanın bəşər sivilizasiyasının beşiklərindən biri olduğunu göstərdi.
2)NUH Peyğəmbər,həmin o Yafəs,Xəzər, Peyğəmbər ayağı,nəhayət NUHdaban şəhəri (NUH Peyğəmbərin məzarının olduğu yerin adı NUHdabandır) bunların izah olunması vahid bir sistemin, ardıcıl olaraq böyük bir tarixin və bizim əcdadlarımızın adı ilə bağlı olduğunu göstərdi, bizim bu torpaqlarda aborogen olduğumuzu,bizim bura köçəri olmadığımızı,lap sivilizasiyanın başlanğıcından burada olduğumuzu göstərdi.
Naxçıvan şəhərinin adı ilə də bağlı bizdə bir sıra ehtimallar var idi,indi də var onlar,lakin bu tədqiqatlaq Naxçıvan sözünün NUH çıxan sözü ilə, NUHun gəmisinin gəlib çatdığı yerin-NUHçıxan,Naxçıvan sözünün isə NUHçıxan sözü ilə bağlı olduğunu göstərdi,xüsusən ondan qabaqkı ən çox ehtimal olunan sözlərdən biri,naxçı-naxçı qəbiləsinin adı ilə bağlı idi(AMEA-nın Naxçıvan bölməsinin əməkdaşları Əbülfəz Amanoğlu və Firudin Rzayevin bununla əlaqəli geniş tədqiqatları mövcuddur).Naxçı sözü elə NUHçu deməkdir (dilimizdəki h-x əvəzlənməsi, onun rus dilinə tərcüməsindəki əvəzlənməsi),van da oturaq yer; naxçılar elə NUHçılardır,o, NUH tayfasının adıdır, NUHun tərəfdarlarının adıdır, Naxçılar elə NUHçılar deməkdir.
NUHun qəbrinin də həmin o NUHdaban deyilən yerdə olması,Naxçı qəbiləsinin də, NUHçi qəbiləsinin də o yerə aid olması məhz elə Naxçıvan şəhərinin yaşını müəyyən etməyə imkan verir.Bu əlifbanı yaradan xalqın oturaq mədəniyyətini,şəhərsalma mədəniyyətinin də 5000 ildən çox tarixi olmasını sübut edir.Yazı da onun bir nəticəsidir; əlifba,yazı da o böyük mədəniyyətin bir nəticəsidir.
Beləliklə bu kitab 5000 il bundan qabaqkı Azərbaycanın sivilizasiyası haqqında, yazı mədəniyyəti haqqında,oturaq həyatı haqqında, şəhərsalma mədəniyyəti haqqında fikirlər irəli sürməyə(nəinki ehtimallar deməyə),isbat olunmuş fikirləri deməyə bizə əsas verir.Ona görə də mən hesab edirəm ki,bu kitab son dərəcə qiymətli kitabdır, Azərbaycanşünaslıq baxımından qiymətli kitabdır, bizim müstəqilliyimizin bizə açdığı mövzuları diqqət mərkəzinə çəkmək baxımından böyük əhəmiyyətə malikdir və Naxçıvan şəhərinin yaşının,yazı mədəniyyətimizin tarixinin,əlifba mədəniyyətimizin tarixini müəyyənləşdirmək üçün də qiymətli mənbədir.
Ona görə də geniş ictimaiyyətin,ən müxtəlif institutları,elm sahələrini, yaradıcılıq sahələrini əhatə edən ziyalıların iştirakı ilə bu kitabı müzakirəyə çıxarmağımız məhz diqqəti qədim tariximizə,xalqımızın öz torpaqlarımızda aboregen olmasını öyrənməyin zəruriliyinə yönəltməkdir.Diqqəti yazı mədəniyyətimizin öyrənilməsinə yeni marağı oyatmağa yönəltməkdən ibarətdir.
Əjdər Fərzəliyə Allah rəhmət eləsin,yaxşı irs qoyub gedib.Əsərin rus dilində çap olunmasının böyük əhəmiyyəti var,dünyaya çıxarmaq üçün, Avropaya yaymaq üçün biz gərək bu təşkilatla(“AqRa”EİDİB-lə) bir yerdə fəaliyyət göstərək. Bu istiqamətdə biz addımlarımızı atırıq.
İsa Həbibbəyli, AMEA-nın vitse prezidenti, Akademik