Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən
Mən burada olan və Naxçivanda zalda əyləşən bütün elmi ictimaiyyətin nümayəndələrini salamlayıram. Hamınıza bizim Nümayəndəlik adından da böyük təşəkkür elan edirəm ki,bu qədər diqqət göstərib bu kitabın təqdimatında iştirak edirsiniz.
Təbii ki,ortada olan kitab haqqında,onun elmi əsasları və ictimai əhəmiyyəti və deyərdim ki, siyasi əhəmiyyəti haqqında da İsa müəllim yetərincə məlumat verdi. Mən sadəcə onu vurğulamaq istəyirəm ki,həqiqətən rəhmətlik Əjdər müəllimin bu sahədə apardığı tədqiqat işləri dogrudan da, sözün həqiqi mənasında bir alimin görə biləcəyi işdir və təəssüf edirik ki, o bizim aramızda yoxdur,amma təbiidir ki,elə alim ömrü – ona görə alim ömrü deyirlər ki,o özü bu həyatda olsa da, olmasa da onun əsərləri yaşayır,deməli onun özü yaşayır. Bu baxımdan bu işləri onun vəfatından sonra da davam etdirən, İsa müəllimin adlarını çəkdiyi şəxslərə mən də öz təşəkkürümü elan edirəm və bir daha fürsətdən istifadə edib bildirmək istəyirəm ki:
Bilirsiniz ki,tarixin müxtəlif dönəmlərində,elə bizim yaşadıgımız son dövrlər ərzində də Naxçivan haqqında bir sıra xoşagəlməz ifadələr işlədilməsi, xaricdəki güclər tərəfindən müəyyən qüvvələrin qızışdırılması və müxtəlif məqamlarda müəyyən sözlərin ortaya atılması artıq bu tipli kitablar vasitəsilə öz layiqli cavabını almaqdadır və bu gün Naxçivan Muxtar Respublikası ərazisində yerləşən böyük tarixi abidələrlə – dünya elmi qarşısında fundamental əsərlərin ortaya qoyulması ilə – artıq dünyaya öz adektav addımını atmaqla cavab verməkdədir.
Mən bu kitabın ərsəyə gəlməsində zəhməti olan şəxslərə təşəkkür edirəm, minnətdarlığımı ifadə edirəm.
Bu tipli əsərlərin ortaya qoyulması bizim gələcək nəsillərimizin, bizim elmi ictimaiyyətimizin, Naxçivan haqqında, eyni zamanda təbiidir ki, Gəmiqaya-Qobustan abidələri haqqında yeni məlumatların ortaya qoyulmasını, bu əlifbanın Azərbaycan elmi ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Naxçivandan qoşulan elmi ictimaiyyəti də salamlayıram, AMEA və onun Naxçivan bölməsi bu istiqamətdə ciddi işlər görməkdədir.
Arzu edirəm ki,bu işlər davamlı olsun.
Bəxtiyar Əsgərov,
Naxçıvan Muxtar Respublikasının
Bakı Şəhərində Daimi Nümayəndəliyinin rəhbəri,
filologiya üzrə fəlsəfə doktoru