Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən
Bu gün burada keçirilən təqdimatın 3-çü bir bazası da coğrafiyadır.
Çünki bütün insanlar müəyyən bir mühitdə formalaşır, inkişaf edir, özünə lazım olan bina tikir. Hələ Strabon bizim eranın başlanğıcında deyib ki, tikinti aparan, ərazidə əkin-biçin aparan adam ərazinin təbii şəraitini bilməlidir, ondan istifadəni bacarmalıdır
Bu baxımdan bu gün bu kitabın bir qolu da coğrafiyadır. Niyə? Çünki həmin o Gəmiqaya, Qobustan, Orxon-Yenisey– bunlar 40-cı coğrafi paralel üzrə uzanır. 40-cı coğrafi paralel demək olar ki, Avro Asiyanın türk dünyasının məkanıdır.
Mən üzr istəyirəm, bir az mən özümdən deməyim, biz ilk dəfə BDU-da coğrafiya tarixi yazarkən( heç bir rus ədəbiyyatında türk tayfalarının getdiyi yollar göstərilməyib) biz milli dərsliyimizə həmin türk tayfalarının coğrafi yayılma ərazilərini verdik, indi tələbələrimiz onu oxuyur ki, (Afanasi Nikitindən fərqli olaraq) bu ərazilər türk tayfalarının məkanı olubdur.
Mən onu da deyim ki, ermənilər adicə bir “böyük ermənistan” xəritəsi düzəldiblər, o xəritə rus dilində ensiklopediyalarda verilib, İsa müəllim nə deməkdir ondan baş açmaq olmur, elə xəttləri belə fırlayıblar, lakin onunla xalqını səfərbər ediblər ki, bax bu ərazilər bizimdir. Sonra onların katalikosu var Eçməzdində hazırlanıb bütün dünya kilsələrinə oradan kadr göndərilir və onlar vahid bir komanda kimi çıxış edirlər.
Belə məclislərin qurulmasını və akademiklərin, burada zəhmət çəkən alimlərin yığılmasını da gəlin biz bir nizama salaq və bu işləri bir axın üzrə elə qoşaq ki, onlara biz cavab verə bilək, çünki mən bir də deyirəm: tarix coğrafiyanın zamanıdır, coğrafiya tarixin məkanıdır. Bax bu baxımdan biz bu əlaqəli işimizi davam etdirək.
2-ci eyni zamanda bu bizim coğrafiyaçı və tarixçi tələbələr üçün çox vacibdir, tarix fakultəsində də coğrafiya dərsi keçilir.Bax bu kitabdan bir xəritə düzəltmək və onun əyaniləşdirmək düz Orxona qədər, düz Yeniseyə qədər, biz bunu ərsəyə gətirməyə çalışacağıq.
Mən üzr istəyirəm, bir coğrafiyaçı kimi mən Yeniseyin aşağı axınında tələbələr ilə birgə olmuşam. Orada Xakasiya var, Abakan da onun paytaxtıdır. Oradakı mehmanxananın qabağında daşdan yonulmuş müxtəlif heyvan abidələri var idi, inanın elə bil ki, bizim Bakının İçərişəhərin qalasının içində olanlarla eyni idi. Təəccüb etdim, bilirdim ki, bunlar da türkdillidirlər, lakin bu dərəcədə bunların oxşarlığı adamı təəccübə gətirir.
Ona görə də Allah rəhmət eləsin Əjdərə, onun yaratdığı və bu türk dünyası ilə bağladığı bu əsər yenidir, məzmunludur, mən azərbaycan dilində olanı oxumuşam çox yaxşıdır, rəvandır, ona görə də biz onu yaymağa çalışmalıyıq. İsa müəllim, Sizin burda olmağınızdan istifadə edərək: Sovet dövründə hər bir nəşriyyat çıxan kitabları mütləq göndərirdi iri təşkilatlara ona görə də mən xahiş edirəm Sizdən, üniversitetlərə bax bu kitabın özünü bir neçə nüsxə və elektron variantını BDU-nə göndərməyinizi Sizdən xahiş edirəm(yerdən replika:BDU-nin kitabxanasına və kafedralarına bir neçə nüsxə çatdırılıb).
Təşəkkür edirəm.
Tapdıq Həsənov, BDU-nin iqtisadi və sosial cografiya kafedrasının müdiri, cografiya elmləri doktoru, professor