Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən
İsa müəllim, əvvəla bu təqdimat çox diqqətəlayiqdir və burada əyləşənlərin ürəyincədir.Əjdər Fərzəlinin ən yaxın adamlarından biri mən olmuşam.Mən BDU-nun professoruyam, tarix elmlər doktoruyam, 40 ildir ki yazı tarixindən, kitab tarixindən dərs deyirəm və Əjdər müəllimin bu kitabının ilk nəşrinin birinci təqdimat mərasimini mən keçirmişəm, 3-4 saatdan çox çəkən böyük iclas keçirilib.
O, çox zəhmətkeş bir alim idi, həqiqi mənada zəhmətkeş alim idi, bu çox ciddi məsələdir. Mən çıxışları təhlil eləyirəm, mən çox danışan adamam, ancaq çox təəssüf edirəmki,axırda danışıram.Elmi rəhbəri Qara müəllim çıxış etdi, yadınızda qalsın bunu hər adam qəbuleləmir, mən xarici ölkələrdə çox olmuşam 18 Avropa ölkəsində olmuşam.
Bilirsinizmi Əjdər müəllim orada nə deyir?Deyir ki, Azərbaycan dünyada ilk əlifba ölkəsidir, bunu heç kim burada demədi, o piktoqrammadan yazmır, piktoqramma ilə əlifbanı sübut edir, piktoqramma şəkli yazının birinci formasıdır.
Yazının 4 forması var: piktoqrammalar, ideoqrammalar, sulloqoqrammalar, sonda isə fonoqrafik yazıdır.Fonoqrafik yazı isə, əlifbadır.Burada əlifbadan söhbət getməlidir, piktoqramma nədir o şəkli yazıdır.Bu kitabın neçə minillik tarixi var, Azərbaycanın həmin tarixi orada göstərilir.
Mən yazmışam bunu, mənim dörd dənə məqaləm çıxıb bu barədə “Kitabların izi ilə”(Respublika qəzeti,28.12.2012-ci il).Birinci Əjdər Fərzəlidən başlamışam, ondan başqa “Kredo” qəzetində, rus dilində neçə yerdə çıxış etmişəm.
Bu ağır işdir, bunu qəbul elətdirmək çox ağırdır.
Qara müəllim bilir, Əjdər müəllim universitetdə saatlarla olardı, mən onun tələbələr qarşısında çıxışlarını təşkil etmişəm.
Çox adam bunu qəbul etmir…Bütün dünya bunu qəbul edir ki, dünyada birinci yaranan əlifba fnikiya əlifbasıdır, bütün əlifbaların törəməsi ondandır.Amma Əjdər müəllim sübut edir ki, finikiya əlifbasının əsası da Azərbaycan əlifbasıdır. Elə belə sübut etmir, daşların üzərindəki yazılarla sübut edir, sözlərlə sübut edir.Bütün əlifbaları müqayisə edir, tutuşdurur.
Rus dilində olan birinci nəşrinin elmi redaktorlarından biri mənəm, Pənah Xəlilovla mənəm. İsa müəllim onu da qeyd edim ki, kitaba çox yaxşı əlavələr olunub.
Bayram Allahverdiyev, BDU-nin professoru,
tarix elmləri doktoru