Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən
Çıxışlara əlavə olaraq bir məsələni də qeyd edərdik ki, maq tayfaları dövrü onlardan midiyaya keçid dövrü, sonra əhəməni yazıları kimi ortalığa çıxan yazılar özləri də bu əlifbalarla eynidir.
Əvvəl bunu farslar özlərinə çıxarmaq istəyirdilər ki, əhəməni əlifbaları bizim əlifbalardır.
Lakin manna midiya yazılarındaki işarələri, eləcə də əhəməni yazı işarələrinin Əjdər müəllimin verdiyi əlifbalarla müqayisəsini aparanda görünür ki, xeyli hərflər oxşar hərflərdir, bunların hamısı onların eyni mənbədən gəldiyini sübüt edir.
İkinci bir tərəfdən bir məsələni də xüsusi qeyd etmək istəyərdim ki, bizim əski prototurklərdə-yəni protoazərbaycan tayfalarında asların, tusların, basturların turdetanların özlərinin əlifbası olmuşdur və əgər Strobonun yazılarına istinad etsək, İ.Fridrixin yazılarına istinad etsək (bilirsiniz ki, o yazıları və yazı nümunələri geniş araşdıran bir mütəxəssisdir) onlar as əlifbasının e.ə. vı minillikdə mövcud olduğunu bildirirlər. Aslar kim idi? As ərlər yəni azərbaycan tayfaları idi. Bu tayfaların əgər e.ə. vı minillikdə əlifbaları vardırsa İ.Fridrix göstərirdi ki, onlar o əlifbaları daşlara yazırdı, demək bəlkə də bu Gəmiqaya əlifbalarıdır,Qobustan, Nuvədi, Kəlbəcər, Şamaxı yazılarıdır, bunların üstünə qədimdə Naxçıvanın torpaqları olmuş Sürməli mahalının (hazırki İqdırdan)- İqdırın yaxınlığında Diqor yazıları adlandırılan Diqor qəsəbəsindən tapılan yazıları da əlavə etmək olar. Burdakı yazılar da eynilə Əjdər müəllimin göstərdiyi əlifba sistemini təkrar edir. Bir məsələni də xüsusi qeyd etmək istəyərdim ki, Əbülfəz müəllim çox düzgün qeyd etdi, Buludxan müəllim də bunu qeyd etdi ki, bəzən bir piktoqrafik işarə, bir söz vahidi bir leksik məna daşıyırdı. Əgər bunu nəzərə alsaq Şumer yazılarında da bir hərf bir məna daşıyıb, Orxon-Yeniseydə də belə olubdur, hərflər söz ifadə edibdir. Demək Gəmiqaya əlifbalarında , Gəmiqaya işarələrində olan hərflərin özləri də ola bilsin ki, müəyyən o şəkillərin ardınca müəyyən bir fikri ifadə etmək düşüncəsində olubdur ki, bunlar gələcəkdə böyük böyük tədqiqatlar aparmaq məsuliyyəti zərurəti yaradır.Bütün bunların hamısını ümumiləşdirərək mən burada bir fikri də demək istəyərdim ki, Əjdər müəllimin apardığı bu tədqiqatlar, bu müqayisələr( Buludxan müəllim onları çox doğru olaraq göstərib) hardasa hər bir əlifbada 18, 20-yə qədər hərflər oxşar hərflərdir, eynidir. Müəyyən qədər fərqləri var, bayaq dediyimiz kimi as hərflərində də , asların hərflərində də təkrarlanır, bu təsadüfi ola bilməz, əgər Strabon bunu e.ə. 6-cı minilliyə aid edirsə (İ.Fridrix də bunu təsdiq edirsə), onda Azərbaycan əlifbasının hardasa 8 minillik tarixindən danışmaq olar. Yəni bu baxımdan Əjdər müəllimin kitabı çox güclü bir mənbədir, gələcək tədqiqatlar üçün əsas bir mənbədir, mən çox arzu edərdim ki, qədim yazıları oxuyan xüsusi bir elmi mərkəz də yaradılsın ki, orada bu sahədə tədqiqatçılar ortaya çıxsın, çünki Boğazköydən tapılan yazılarda(İstanbul yaxınlığında) da, tədqiqatçılar olaraq kimləri görürük? Orada gürcülərdir, ermənilərdir, digər millətlərdir, hansı ki, türk torpağından çıxan yazıları qeyri millətlər oxuyurlar. Eyni bir məsələni Diqorda tapılan yazılarda da görürük Georqadzedir-gürcüdür, Xacikyandır-ermənidir bunlar bir neçə başqa millətdən olanları da qoşublar özlərinə. Bizə belə gəlir ki, əgər Azərbaycan elmində, elmi mərkəzlərində xüsusi, ayrıca bir bölmə yaradılıb bu qədim yazı işarələrinin oxunması mükəmməlləşdirilsə gələcəkdə Əjdər müəllimin qoyduğu bu mənbələrlə bərabər, digər yazı nümunələrini də geniş tədqiq edib müəyyən bir nəticəyə gəlmək olar.Diqqətinizə görə minnətdaram. Əjdər Fərzəliyə Allahdan rəhmət diləyirəm.
Firudin Rzayev, AMEA-nın Naxçıvan bölməsinin Dil, Ədəbiyyat, İncəsənət İnstitutunun direktor müavini, filologiya elmləri namizədi,dosent