Əsrin Şairi – (doqquzuncu kitab)
Kitab müasir Azərbaycan ədəbiyyatşünaslığında az araşdırılan bir mövzuya həsr edilmişdir. Müəllif kitabda Cavid lirikasının mövzu və ideya istiqamətini, əsas problematikası müəyyənləşdirir. Şairin şeirlərini mövzusuna görə qruplaşdırır, məlum 68 şeirini təhlil edir. Diqqəti Cavid lirikasının fəlsəfi mahiyyətinə, təkrarolunmazlığına, orijinallığına, elmliklə bədiliyin sintezinə yönəldir. Oxucuda Cavid lirikası haqqında dolğun təsəvvür yaratmağa çalışır.