Əsrin Şairi-(yeddinci kitab)
Müəllif oxuculara təqdim etdiyi “Əsrin şairi” silsiləsindən yeddinci kitabını böyük Əmir Teymura və dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin mənsur dramalarının ən gözəl və klassik nümunəsi olan “Topal Teymur”a həsr etmişdir. O, “Peyğəmbər” və “Xəyyam” mənzum dramalarının təhlil və tədqiqində istifadə etdiyi üsul və formalardan bu kitabda da istifadə etmişdir. Bununla ənənəvi tədqiq və təhlil üsullarından uzaqlaşmış, özünəməxsus orijinal bir yolla getmiş, əsərə tarixilik və müasirlik baxımından yanaşmışdır. Kitab iki bölmədən ibarətdir. Birinci bölmədə Əmir Teymurun həyatı, fəaliyyəti və haqqında yazılmış əsərlər, ikinci bölmədə “Topal Teymur” tarixi draması nəzərdən keçirilir.